Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə78/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   74   75   76   77   78   79   80   81   ...   208

Natiqlərin bir çoxunun fəaliyyətini izləyib öyrənən və müəyyən dərəcədə

onların təşəkkül tapmasına yardım edən bu sətirlərin müəllifi, tələbəsi

başlanğıcda qorxu və əsəbi gərginlik keçirəndə sevinir.

Publika qarşısında çıxış etmək həmişə məsuliyyətli işdir, hətta əgər bu,

iyirmi nəfər qadın və kişinin iştirak etdiyi işgüzar görüşdə baş verirsə də. Çıxış

müəyyən gərginlik, müəyyən sarsıntı, müəyyən ehtirasla müşayiət olunur. Natiq

cilovlarını tarıma çəkmiş cins at kimi gərilmiş vəziyyətdə olmalıdır. Ölməz

Siseron hələ iki min il əvvəl demişdi ki, ictimaiyyət qarşısında hər bir həqiqi

yaxşı çıxış həyəcanlı olmalıdır.

Natiqlər eyni hissləri onlar radioda çıxış edəndə də tez-tez keçirirlər. Bu hal

“mikrofon qorxusu” adını daşıyır. Çarli Çaplin radio ilə çıxış edəndə onun nitqləri

həmişə əvvəlcədən yazılardı. O, “Myuzik-holda gecə” adlı vodevili ilə bütün

ölkəni hələ 1912-ci ildə gəzib-dolaşmışdı. Buna qədər İngiltərədə peşəkar

teatrda işləmişdi. Və bununla belə, o, divarları yumşaq üzlüklə döşənmiş otağa

girəndə və mikrofonu görəndə mədəsində coşqun fevral havasında Atlantik

okeanını üzəndə mədədə baş verənə təqribən oxşayan bir hal hiss eləmişdi.

Məşhur kinoaktyor və rejissor Ceyms Kerkvud da eyni hissləri keçirirdi. O,

teatrda baş rolları oynayırdı, lakin gözəgörünməz auditoriya qarşısında çıxış

edəndən sonra radiostudiyadan çıxanda alnının tərini silirdi. “Brodveydə

premyera – bununla müqayisədə heç nədir”, – deyə o etiraf edirdi.

Bəzi adamlar, onlara nə qədər tez-tez çıxış etmək lazım gəlsə də, lap

başlanğıc anında utancaqlıq hiss edirlər, lakin onlar danışmağa başlayandan bir

neçə saniyə sonra bu hiss yox olurdu.

Hətta Linkoln da öz çıxışlarını başlayanda həyəcanlanırdı.

“Başlayanda o çox yöndəmsiz olurdu, – deyə vəkillik praktikası üzrə onun

kompanyonu Qrendon şahidlik edir, – və belə təəssürat yaranırdı ki, o, şəraitə

uyğunlaşmaqda çətinlik çəkir. O, aşkar nəzərə çarpan utancaqlığı ilə bir müddət

mübarizə aparırdı və bu, onun utancaqlığını daha da gücləndirirdi. Mən tez-tez

bunun şahidi olurdum və belə dəqiqələrdə cənab Linkolnun halına acıyırdım. O

danışmağa başlayanda səsi kəskin, cingiltili, xoşagəlməz çıxırdı. Onun özünü

tutmaq manerası, onun qaməti, onun sarı, qırışlarla örtülü sifəti, onun qəribə

pozaları, inamsız hərəkətləri – hər şey, elə bil ki, ona qarşıdır, lakin yalnız qısa

müddətə. Bir neçə dəqiqədən sonra özünü ələ almaq qabiliyyəti, səmimilik,

mehribanlıq, diqqəti cəmləmək öz sözünü deyir və onun əsl nitqi başlayırdı”.

Eyni şey, ola bilsin ki, sizinlə də baş verəcəkdir.

Sizə yaxşı natiq olmaq üçün göstərdiyiniz səylərin tez və müvəffəqiyyətlə

həyata keçməsi üçün dörd qaydaya riayət etmək lazım gələcəkdir.

Birinci qayda:

nitqinizi öz məqsədinizə nail olmaq üçün güclü və

təkidli istəklə başlayın

Bu, sizin, çox güman, özünüz üçün izah etdiyinizdən qat-qat artıq əhəmiyyət

kəsb edir.

Əgər müəllim sizin qəlbinizə və ürəyinizə baxa və sizin istəklərinizin

dərinliyini müəyyən edə bilsəydi, o, sizin nə qədər tez uğur qazanacağınızı,

demək olar, əminliklə öncədən söyləyə bilərdi. Əgər sizin istəkləriniz ləms və

zəifdirsə, sizin nailiyyətləriniz də eynilə bu cür xarakter alacaqdır. Lakin siz öz

downloaded from KitabYurdu.org



məqsədinizə inadla, pişiyi təqib edən buldoq enerjisiylə can atarsınızsa, onda

bizim qalaktikamızda sizi heç nə saxlaya bilməyəcək.

Buna görə də özünüzün hazırlığınızla daha güclü ruh yüksəkliyi ilə məşğul

olmalısınız. Onun faydasını yaddan çıxarmayın. Özünüzə daha güclü inam hissinə

və auditoriya qarşısında daha inandırıcı şəkildə danışmaq qabiliyyətinə

yiyələnməyinizin sizin üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi barədə

düşünün. Fikirləşin ki, bu, dollara və sentlərə çevrilərsə, sizin üçün nə demək ola

bilər və olacaqdır. Bunu fikirləşin ki, sizin üçün bu, ictimai mənada nə əhəmiyyət

kəsb edə bilər, nə cür dostlar qazana bilərsiniz, sizin şəxsi nüfuzunuzun artacağı

barədə, rəhbər postlar tuta biləcəyiniz haqqında düşünün. Və bu, sizi rəhbər

postlara haqqında fikirləşə biləcəyiniz istənilən başqa fəaliyyət növündən daha

tez çatdıracaqdır.

“Karyerasını qurmaq və özünün etiraf olunmasına nail olmaq üçün,

– deyirdi Çonsi M.Depyu, – insanın yiyələnə bildiyi başqa heç bir qabiliyyət ona

yaxşı danışmaq bacarığı kimi sürətli imkan yarada bilməz”.

Filip Armor milyonların sahibi olandan sonra demişdi: “Mən məşhur

kapitalist olmaqdansa, məşhur natiq olmağa üstünlük verərdim”.

Bu, demək olar, hər bir savadlı insanın can atdığı nailiyyətdir. Endrü Karnegi

vəfat edəndən sonra onun şəxsi kağızları arasında hələ otuz üç yaşı olanda tərtib

etdiyi həyat planı tapılmışdı. Həmin vaxt o hesab edirdi ki, iki ildən sonra hər il

əlli min dollar gəlir götürə biləcəkdir. Buna görə də o, otuz beş yaşı üçün işlərdən

kənarlaşmaq, Oksford Universitetinə daxil olmaq, sistemli təhsil almaq və “xüsusi

diqqəti ictimaiyyət qarşısında çıxışlara yetirmək” niyyətində idi.

Bu yeni bacarığınızın sizə necə bir məmnunluq gətirəcəyi, necə bir sevinc

yaşadacağı barədə fikirləşin. Bu sətirlərin müəllifi Yer kürəsinin heç də az

hissəsini gəzməyib və geniş, həm də müxtəlif təcrübə toplayıb. Lakin o, insanın

auditoriya qarşısında çıxış eləmək və bununla da adamları özü kimi fikirləşməyə

sövq etməkdən aldığı məmnunluqla müqayisə oluna biləcək çox az şeyin adını

çəkə bilər. Bu, sizə qüvvə hissi, qüdrət hissi verəcəkdir. Bu, sizə qazandığınız

uğurlara görə məğrurluq gətirəcəkdir. Bununla da siz başqa adamları

qabaqlayacaq və onlardan yüksəyə qalxacaqsınız. Bunda özünəməxsus magiya,

nəsə unudulmaz cəlbedici bir şey vardır. “Çıxışa başlamazdan iki dəqiqə qabaq

mən, – deyə bir natiq etiraf edirdi, – danışmaqdansa, özümü qamçılatdırmağa

hazır olurdum, lakin nitqin başa çatmasına iki dəqiqə qalanda mən susmaqdansa,

özümü güllələtdirməyə hazıram”.

Bəzi adamlar istənilən əlavə səydən ruhdan düşür və işi yarımçıq atırlar.

Buna görə də siz bu sənətə yiyələnməyin sizə nə verəcəyi haqda daima

düşünməlisiniz; sizin ona can atmaq istəyiniz qaynar, ağappaq ağaranadək

qızdırılmış olmalıdır. Siz məşğələlərdən entuziazmla yapışmalısınız və bu, sizi

qələbəyə gətirəcəkdir. Həftədə bir günün axşamını bu kitabın mütaliəsi üçün

ayırın. Qısaca deyilərsə, özünüzə irəliləmək imkanını maksimal yüngülləşdirin,

geri çəkilməyinizi çətinləşdirin.

Yuli Sezar Qalliyadan tərpənərək La-Manşı keçib və öz legionları ilə hazırda

İngiltərə adlanan ölkəyə çatanda o, öz qoşunlarının uğurunu təmin etmək üçün

nə tədbir görmüşdü? Çox ağıllı bir tədbir: o, öz əsgərlərinə Duvrun tabaşir

qayalarında dayanmağı əmr etdi; onlar dəniz səthindən iki yüz hündürlükdən

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə