Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə84/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   80   81   82   83   84   85   86   87   ...   208

Axırıncı üç günü Everet Gettisberqdə keçirdi, döyüş meydanını gəzdi və

burada baş verənlərin hamısını hafizəsində təzələdi. Nitq üzərində düşünüb-

daşınmağın və onu ərsəyə gətirməyin bu mərhələsi ən yaxşı hazırlıq idi. O,

döyüşün gedişini özündə aydın təsəvvür edirdi.

Mərasimə dəvət konqresin bütün üzvlərinə, prezidentə və onun kabinetinə

göndərilmişdi. Əksəriyyət dəvəti qəbul etməmişdi və komissiya üzvləri

Linkolnun gəlməyə razılıq verməsinə təəccüb etdilər.

Onlar onun çıxış etməsini xahiş etməli idilərmi? Onların belə bir niyyəti yox

idi.

Etirazlar bildirilmişdi. Onun axı hazırlaşmağa vaxtı olmayıb, vaxtı olsaydı



belə, bu cür nitqi hazırlamağa onun gücü çatardımı? Hə, əlbəttə, o, quldarlıq

haqqında diskussiyalarda uğurla çıxış etməyi, yaxud Kuper İttifaqına

29

salamla


müraciət etməyi bacarardı, lakin heç kim onun təmtəraqlı nitq söylədiyini hələ

eşitməyib. Bu, ciddi, möhtəşəm mərasim idi. Onlar risk edə bilməzdilər. Onun

çıxış etməsini xahiş eləmək lazım idimi? Onlar fikirləşir, götür-qoy edirdilər...

Bircə onlar gələcəyə boylana və qabiliyyətlərinə şübhə ilə yanaşdıqları adamın

bu münasibətlə insan tərəfindən nə vaxtsa söylənmiş ən unudulmaz nitqlərdən

biri kimi hamı tərəfindən etiraf olunacaq bir nitq söyləyəcəyini görə biləydilər!

Nəhayət, mərasimə iki həftə qalanda komissiyanın üzvləri Linkolna gecikmiş

xahişlə müraciət etdilər ki, “hadisə ilə bağlı yerinə düşəcək bir neçə qeydlə” çıxış

etsin. Bəli, onlar məhz bu cür ifadə etmişdilər: “hadisə ilə bağlı yerinə düşəcək

bir neçə qeyd”. Heç adamın ağlına gələrmi, Birləşmiş Ştatların prezidentinə bax

belə yazasan!

Linkoln vaxt itirmədən hazırlaşmağa başladı. O, Edvard Everetə məktub

yazdı, bu adlı-sanlı alimin deməyə hazırlaşdığı nitqin mətnini aldı və bir-iki

gündən sonra şəklini çəkdirmək üçün fotoqrafın atelyesinə yollananda Everetin

əlyazmasını özü ilə götürdü və gözlədiyi vaxt ərzində onu oxudu.

O, öz çıxışı üzərində bütöv günlər ərzində düşünürdü – Ağ Evdən Hərbi

Nazirliyə də, geri qayıdanda da, Hərbi Nazirlikdə sonuncu teleqramları

gözləyərkən dəri divanda uzandığı vaxtda da. O, kağız vərəqində qısa cızma-qara

etmişdi və onu özü ilə ipək silindrində gəzdirirdi. O, nitqi fasiləsiz olaraq

düşünüb-daşınırdı və nitq onun şüurunda getdikcə daha aydın şəkil alırdı.

Çıxışdan bir qədər əvvəl o, Noa Bruksa dedi: “Hələ o qədər də yazılmayıb və heç

də tamamlanmayıb. Mən onu iki və ya üç dəfə köçürmüşəm və məni məmnun

etməsi üçün onu hələ də cilalamalıyam”.

Linkoln Gettisberqə mərasim keçiriləcək gündən bir gün əvvəl çıxdı. Balaca

şəhər yox deyənə qədər dolu idi. Onun, adətən, 1300 nəfər təşkil edən əhalisi

qəfildən on beş minə qədər artmışdı. Səkilərdə adam əlindən tərpənmək

mümkün deyildi, camaat palçıqlı yollarla gedirdi. Altı orkestrin musiqisi

guruldayırdı, kütlə “Con Braunun bədəni”ni oxuyurdu. İnsanlar Linkolnun qaldığı

cənab Uillsin evinin qarşısında toplaşır, Linkolnu çağırır, çıxış etməyini xahiş

edirdilər. Linkoln bir neçə sözlə cavab verdi və bu vaxt, demək lazımdır ki, ədəb-

ərkandan çox birmənalılıq göstərmiş oldu; o bildirdi ki, sabahkı günə qədər

danışmaq niyyətində deyil. Məlumdur ki, o, həmin axşamı öz nitqini cilalamağa

həsr etmişdi.

O hətta qonşuluqdakı evə də getmişdi və orada qonaq olan dövlət katibi Cüarda

downloaded from KitabYurdu.org



nitqi bərkdən oxumuşdu ki, onun qeydlərini dinləsin. Növbəti gün səhər

yeməyindən sonra o, nitqini cilalamaqda hələ də davam edirdi və o vaxta qədər

işlədi ki, qapı döyüldü və ona dedilər ki, təntənəli nümayişdə öz yerini tutmaq

vaxtıdır. Prezidentin arxasıyca atda gedən polkovnik Karr danışırdı ki, prosessiya

hərəkətə gələndə “prezident yəhərdə özünü dik tutaraq oturmuşdu və baş

komandanın görkəmi necə olmalıdırsa, o cür də təsir bağışlayırdı; lakin yolda o,

qabağa əyildi, onun qolları sallandı və başı endi. Aydın görünürdü ki, o,

düşüncələrə qərq olub”.

Onun hətta bu məqamda da öz kiçik, on unudulmaz cümlədən ibarət olan

nitqi üzərində bir daha düşündüyünü ehtimal etmək olar, o, nitqini hələ də “cila-

layırdı”.

Linkolnun yalnız səthi maraq göstərdiyi nitqlərindən bəzisi, mübahisəsiz ki,

uğursuz idi, lakin o, quldarlıq və ya ştatların ittifaqı haqqında danışanda qeyri-

adi dərəcədə təsir qüvvəsinə malik olurdu. Niyə? Ona görə ki o, bu məsələlər

barədə aramsız olaraq düşünürdü və onlar ona dərin təsir göstərirdi. İllinoys

ştatının qəlyanaltısındakı otaqların birində onunla gecələyən adam səhər

oyananda görür ki, Linkoln öz çarpayısında oturub və divara baxır. Onun birinci

sözləri bunlar idi: “Bizim yarısı qullardan, yarısı azad adamlardan ibarət olan

ölkəmiz duruş gətirə bilməz”.

İsa Məsih öz moizələrini necə hazırlayırdı? O, kütlədən ayrılırdı. O,

düşüncələrə qərq olurdu. O, tək-tənha səhrada gəzirdi, düşünür və qırx gün, qırx

gecə post (oruc) tuturdu. “O vaxtdan, – deyə müqəddəs Matfey yazır, – İsa Məsih

moizə deməyə başladı”. Bundan bir qədər sonra o, dünyada ən məşhur olan

moizələrdən birini – Dağüstü moizəni

30

söylədi.


“Bütün bunlar çox maraqlıdır, – deyə siz etiraz edə bilərsiniz, – lakin mənim

istədiyim heç də ölməz natiq olmaq deyil. Mənim istədiyim yalnız vaxtaşırı bir

neçə adi məruzə etməkdir”.

Bu, doğrudur və biz sizin ehtiyaclarınızı yaxşı başa düşürük. Bu kitab xüsusi

məqsədlə – sizə və sizin kimi başqa adamlara məhz istədiyinizə nail olmaqda

kömək etmək üçün yazılıb. Lakin sizin çıxışlarınız nə qədər iddiasız olsa da, siz

keçmiş dövrlərin məşhur natiqlərinin təcrübəsindən fayda əldə edə və onların

metodlarından müəyyən mənada istifadə edə bilərsiniz.

Çıxışa necə hazırlaşmalı

Təcrübə toplamaq naminə siz hansı mövzular barədə danışa bilərsiniz? Sizi

maraqlandıran istənilən mövzu barədə. Demək olar, hamıya xas olan səhvi

etməyin – elə də böyük olmayan çıxışınızda məsələlərin həddən artıq böyük

dairəsinə toxunmayın. Mövzunun bir, yaxud iki aspektini götürün və onları

ətraflı işıqlandırmağa çalışın. Bunu qısa nitqin gedişində etmək sizə müyəssər

olsa, çox yaxşı olardı.

Mövzunu əvvəlcədən elə seçin ki, asudə vaxtlarınızda onun üzərində

düşünməyə vaxtınız olsun. Onun üzərində yeddi gün ərzində düşünün, onu yeddi

gecə ərzində beyninizdə saxlayın. Qoy o, siz yuxuya getməzdən əvvəl sizin

axırıncı fikriniz olsun. Səhər üzünüzü taraş edəndə, vanna qəbul eləyəndə,

şəhərin mərkəzinə yollananda, lifti gözləyəndə, paltar ütüləyəndə və ya xörək

bişirəndə bu haqda fikirləşin. Bu mövzunu dostlarınızla müzakirə edin. Onu

söhbətin mövzusuna çevirin.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə