Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə87/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   83   84   85   86   87   88   89   90   ...   208

Niyə? Ona görə ki böyük təcrübənin əsasında o başa düşmüşdür ki, yaxşı

məruzə – bu, həmin məruzədir ki, onun arxasında natiqin istifadə etməyə

çatdırdığından xeyli çox ehtiyat material durur.

Xülasə


1. Əgər natiqin beynində və ürəyində ideya, bunu demək üçün daxili tələbat,

həqiqətən də, varsa, onda o uğur qazanacağına, demək olar, tamamilə əmin ola

bilər. Yaxşı hazırlanmış nitq – bu, onda doqquz qədər söylənmiş nitqdir.

2. Çıxışa hazırlaşmaq nə deməkdir? Bir neçə cümləni mexaniki surətdə

kağıza köçürmək? Həmin cümlələri əzbərləmək? Qətiyyən yox. Əsl hazırlıq özün

üçün nə isə qənaət çıxarmaqdan, öz fikirlərini seçib və yerbəyer etməkdən, öz

baxışlarını işləyib və formalaşdırmaqdan ibarətdir. Məsələn, Nyu-Yorkdan olan

cənab Cekson “Forbs meqezin” jurnalından oxuduğu başqalarının fikirlərini,

sadəcə olaraq, səsləndirməyə cəhd edəndə süquta uğradı. Lakin onun çıxışı

həmin məqaləni öz nitqinin yalnız başlanğıc məntəqəsi kimi istifadə edəndə, öz

fikirlərini səsləndirəndə, şəxsi müşahidələrinə əsaslanan nümunələri göstərəndə

uğurlu oldu.

3. Əyləşib və otuz dəqiqə ərzində nitq hazırlamağa heç cəhd də etməyin.

Nitqi piroq kimi sifarişlə “bişirmək” olmaz. Nitq gərək yetişsin. Mövzunu həftənin

əvvəlində seçin, onu boş vaxtınızda düşünüb-daşının, onu bəsləyib böyüdün, onu

nə gündüz, nə də gecə yaddan çıxarın. Onu dostlarınızla müzakirə eləyin. Onu

söhbətlərinizin mövzusu edin. Bu mövzu ilə əlaqədar özünüzə mümkün olan hər

cür sual verin. Ağlınıza gələn fikirlərin və nümunələrin hamısını kağız

parçalarına qeyd edin və axtarışlarınızı davam etdirin. İdeyalar, mülahizələr sizə

ən müxtəlif vaxtlarda gələcək: vanna qəbul edəndə, şəhərin mərkəzinə yolla-

nanda da, sizə sifariş etdiyiniz naharı gətirəcəklərini gözləyəndə də.

Linkolnun metodu belə idi. Uğur qazanan natiqlərin, demək olar, hamısı bu

metoddan istifadə edibdir.

4. Sualı müstəqil surətdə düşünüb-daşınandan sonra kitabxanaya gedin və

bu mövzu ilə bağlı ədəbiyyatı oxuyun – əgər vaxt imkan verirsə.

Kitabxanaçıya sizə nə lazım olduğunu danışın. Onun sizə böyük köməyi dəyə

bilər.

5. İstifadə etmək niyyətində olduğunuzdan çox material toplayın. Lyuter



Berbankı təqlid edin. O, çox vaxt istisnasız keyfiyyətlərə malik olan bir və ya iki

nümunəni seçib ayırmaq üçün milyonlarla bitki əkirdi. Yüz fikir seçib ayırın və

onlardan doxsanını kənara atın.

6. Bilik ehtiyatı yaradın, yəni istifadə edə biləcəyinizdən əhəmiyyətli qədər

çox material toplayın, onda ən tam informasiya əldə etmiş olarsınız. Çıxışa

hazırlaşanda Artur Dannın ərzaq məhsullarının satışı üzrə agentləri öyrətdiyi

metoddan, eləcə də İda Tarbellin transatlantik kabel haqqında məqalə

hazırlayarkən tətbiq etdiyi metoddan istifadə edin.

Üçüncü fəsil

Məşhur natiqlər çıxışlarına

necə hazırlaşırdılar

Bir dəfə mən Nyu-Yorkdakı “Rotari” klubunda səhər yeməyində iştirak

edirdim.

downloaded from KitabYurdu.org




Əsas natiq görkəmli dövlət xadimi idi. Tutduğu yüksək post onun nüfuzunu

artırırdı və biz onun edəcəyi nitqindən alacağımız ləzzəti əvvəlcədən dadırdıq. O,

öz idarəsinin fəaliyyəti haqqında danışacağını vəd etmişdi, bu isə nyu-yorklu

biznesmenlərin hər birini maraqlandıra bilərdi.

Natiq öz sahəsini çox gözəl bilirdi, danışmalı olacağından əhəmiyyətli qədər

çox məlumatlı idi. Lakin o, nitqini hazırlamamışdı, bunun üçün özünə lazım

olacaq materialı seçib ayırmamışdı, yerbəyer etməmişdi, sistemləşdirməmişdi.

Bununla belə, o, təcrübəli adamlara xas olan cəsarətlə, heç nəyə baxmadan

natiqlik dəryasına baş vurdu. O, hara getdiyini bilmirdi, lakin buna rəğmən yıxıb

dağıda-dağıda gedirdi.

Qısası, onun beynində vineqret idi və onun bizi qonaq etdiyi də eyni cür təsir

bağışlayırdı. O, dondurmadan başladı, sonra duru yeməyi verdi, ardınca balıq və

ləpə, sonda isə – nə isə duru yemək, dondurma və hisə tutulmuş siyənək

balığından ibarət olan bir həftəbecər. Mən indiyə qədər hələ heç vaxt və heç

yerdə özünü bu qədər itirmiş natiqə rast gəlməmişdim.

Əvvəl o, improvizə etməyə çalışdı, sonra əlacı kəsilərək cibindən bir dəst

kağız çıxartdı və etiraf elədi ki, katibəsi bunu onun üçün tərtib edib. Məsələ, çox

güman, elə bu cür də idi. Lakin bu qeydlərdə nizam dəmir-dümür qırıntılarının

töküldüyü platformada olan nizamdan çox deyildi. O, əsəbi şəkildə kağızları

vərəqləyir, onlardan baş açmağa və cəngəllikdən çıxmağa çalışaraq gah bir, gah

da başqa səhifəni gözdən keçirirdi; birdən elə danışmağa cəhd edirdi ki, sanki bu,

ona müyəssər oldu, lakin yenə də heç nə alınmırdı. O üzr istədi, su xahiş elədi,

əsən əli ilə stəkanı götürdü, bir neçə rabitəsiz cümlə səsləndirdi, dediklərini

təkrarlamağa başladı, yenə də qeydlərdə eşələnməyə girişdi... O, dəqiqəbədəqiqə

daha acizləşir, getdikcə özünü daha çox itirirdi. Onun alnını tər örtmüşdü və o,

tərini siləndə əli əsirdi. Biz hamımız onun süqutunu müşahidə edə-edə oturub,

onun yerinə əzab çəkir, onun halına acıyırdıq. Biz həm də bərk çaşqınlıq hissi

keçirirdik. Lakin natiq danışmaqda inadkarcasına davam edirdi. O, vəziyyətdən

çıxmağa çalışırdı, qeydlərdə eşələnirdi, üzr diləyirdi, su içirdi. Dinləyicilər başa

düşürdülər ki, bu tamaşa sürətlə tam faciəyə yaxınlaşır və o, nəhayət ki, əyləşib

nəticəsiz cəhdlərini dayandıranda hamı yüngüllük hiss etdi. Özünü bu qədər pərt

hiss edən dinləyiciləri, belə bir xəcalət və alçalma yaşamış natiqi mən indiyə

qədər hələ görməmişdim. O, öz nitqini elə söylədi ki, bu cür, Russonun sözlərinə

görə, sevgi məktubları yazılmalıdır: o, nə deməli olduğunu bilməyə-bilməyə

başladı və nə yazdığını başa düşmədən məktubu bitirdi.

Bu hekayənin əxlaqi dərsi, Herbert Spenserin sözləri ilə desək, budur:

“Əgər insanın bilikləri nizamla yerbəyer olunmayıbsa, onda o, nə qədər çox

bilirsə, onun fikirlərində bir o qədər dolaşıqlıq var”.

Sağlam düşüncəli heç bir adam layihə olmadan ev tikməyə başlamaz. Bəs o

heç olmasa təqribi planı və ya tezisləri olmadan çıxışa necə başlaya bilər axı?

İctimaiyyət qarşısında çıxış – bu, qarşıya qoyulan məqsədlə səyahətdir və

marşrut xəritədə qeyd olunmalıdır. Kim ki hara getdiyini bilmir, o, adətən,

naməlum yerə gəlib çıxır.

Mən istəyərdim ki, Yer kürəsinin, natiqlik sənətini öyrənən adamların

toplaşdığı otaqların qapılarının hamısının üstündə alovlu, azı bir fut ölçülü

hərflərlə Napoleonun bu sözləri yazılsın:

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə