Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə88/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   84   85   86   87   88   89   90   91   ...   208

“Müharibə sənəti – bu, ölçülüb-biçilmiş və düşünülüb-daşınmış olandan

başqa heç nəyin alınmadığı bir elmdir”.

Bunun ictimaiyyət qarşısında çıxışlara aidiyyəti hərbi əməliyyatlarla

müqayisədə heç də az deyil. Lakin natiqlər bunu başa düşürlərmi, başa

düşürlərsə də, onlar həmişə bu cür hərəkət edirlərmi? Bir çox çıxışlarda sistem

və nizam, bir boşqab irland raqusunda olandan çox deyildir.

Müəyyən fikirlər kompleksini ən effektiv surətdə necə nizama salmalı?

Onlarla tanış olmadan bunu heç kim deyə bilməz. Bu problem həmişə təzə

olur; bu, əbədi, hər bir natiqin özü qarşısına qoymalı olduğu və hər dəfə yenə və

yenə ona cavab verilməli olan sualdır. Bununla bağlı nöqsansız hansısa qaydalar

təklif etmək qeyri-mümkündür, lakin burada konkret nümunə əsasında biz, hər

halda, göstərə bilərik ki, nizama salmaq deyəndə nəyi başa düşürük.

Mükafat alan nitq necə qurulmuşdu

Aşağıda Daşınmaz Əmlak Birjası Milli Assosiasiyasının toplantısında neçə

illər bundan əvvəl söylənmiş bir nitqin mətni verilir. O, müxtəlif şəhərlərdə

söylənmiş digər iyirmi yeddi nitqlə yarışda birinci yerə verilən mükafatı almışdı

və belə desək, həmin mükafatı bu gün də alardı. Bu nitq yaxşı qurulub, aydın,

canlı, maraqlı şəkildə səsləndirilib, faktiki materialla zəngindir. Onda qəlb vardır.

O, dinamikdir. O, buna layiqdir ki, onu oxusunlar və öyrənsinlər.

“Cənab sədr, dostlar!

Yüz qırx dörd il əvvəl mənim şəhərimdə – Filadelfiyada bizim qüdrətli

ölkəmizin, Birləşmiş Ştatların əsasları qoyulmuşdur və buna görə də tamamilə

təbiidir ki, belə bir tarixi keçmişə malik olan şəhərə onu yalnız bizim ölkəmizin

ən böyük sənaye mərkəzi deyil, həm də bütün dünyanın ən iri və ən gözəl

şəhərlərindən biri etmiş həmin qüdrətli amerikalı ruhu hopmuşdur.

Filadelfiyanın iki milyona yaxın əhalisi var; şəhərin ərazisi Miluoki və

Boston, Paris və Berlinin birlikdə yerləşdikləri əraziyə bərabərdir. Biz 130

kvadrat mil ərazimizdən ən yaxşı torpaqların səkkiz min akrını gözəl parkların,

bağların və bulvarların yaradılmasına ayırmışıq ki, sakinlərimizin dincəlmək və

əylənmək üçün kifayət qədər yeri olsun, onların ixtiyarında hər bir ləyaqətli

amerikalının layiq olduğu ətraf mühit olsun.

Dostlar! Filadelfiya – bu təkcə böyük, təmiz və gözəl şəhər deyildir; o, hər

yerdə dünyanın qüdrətli emalatxanası kimi ad çıxarıb; onu buna görə belə

adlandırırlar ki, bizim 9200 sənaye müəssisəmizdə çalışan, iş gününün hər on

dəqiqəsi ərzində yüz min dollar dəyərində faydalı məhsul buraxan 400 min

nəfərlik nəhəng ordumuz vardır. Bir məşhur statistikaçının sözlərinə görə, bizim

ölkəmizdə yun, dəri məmulatları, trikotaj, tekstil malları, dəzgah, akkumulyator,

polad gəmilər və bir çox başqa adda məhsulların istehsalı üzrə Filadelfiya ilə

müqayisə oluna biləcək şəhər yoxdur. Biz hər iki saatda bir parovoz buraxırıq –

gündüz və gecə – və bizim qüdrətli ölkəmizin əhalisinin yarısından çoxu

Filadelfiya şəhərində istehsal olunmuş tramvaylarda gəzir. Biz hər dəqiqədə min

ədəd siqar buraxırıq; keçən il bizim 115 trikotaj fabrikində ölkəmizin hər bir

kişisinə, qadınına və uşağına iki cüt corab məmulatı hazırlanmışdır. Biz İngiltərə

və İrlandiyanın birlikdə istehsal etdiklərindən çox xalça buraxırıq, bizim

kommersiya və sənaye fəaliyyətimizin ümumi miqyası isə elə böyükdür ki,

banklarımızın ötənilki, otuz yeddi milyard dollar təşkil edən qarşılıqlı

downloaded from KitabYurdu.org



hesablaşmalarının məbləği ölkədə olan “Azadlıq zayomları” istiqrazlarının

hamısını geri almağa kifayət edərdi.

Lakin, dostlar, biz öz sənayemizin heyranedici nailiyyətləri, şəhərimizin

ölkəmizdə tibb, incəsənət və təhsilin iri mərkəzlərindən biri olması ilə fəxr etsək

də, qürur hissini daha çox onda keçiririk ki, Filadelfiyada dünyanın başqa

istənilən şəhərində olduğundan çox şəxsi ev vardır. Filadelfiyada 397 000 ev var

və əgər həmin evləri iyirmi beş futluq sahədə bir sıraya düzsək, onda bu sıra

Filadelfiyadan başlayıb, Kanzas-Sitidə indi biz olduğumuz qurultaylar zalından

keçərək Denverə qədər, yəni 1881 mil məsafəyə uzanardı.

Lakin sizin xüsusi diqqətinizi bu mühüm fakta cəlb etmək istəyirəm ki, on

minlərlə bu cür ev şəhərimizin zəhmətkeşlərinə məxsusdur və həmin evlərdə

yaşayanlar da onlardır, özünün yaşadığı torpaq və başının üstündəki dam insana

məxsus olanda isə heç bir xarici xəstəlik həmin adama yoluxa bilməz.

Filadelfiya Avropa anarxizmi üçün münbit zəmin deyildir, çünki bizim

evlərimiz, təhsil müəssisələrimiz və bizim çox böyük sənayemiz bizim

şəhərimizdə doğulmuş və bizim əcdadlarımızın mirası kimi xidmət göstərən əsl

amerikalı ruhu ilə yaradılmışdır. Filadelfiya – bu, bizim qüdrətli ölkəmizin

anasıdır, bu, Amerika azadlığının əsl mənbəyidir. Bu, birinci Amerika bayrağının

hazırlandığı şəhərdir; bu, Birləşmiş Ştatların birinci konqresinin iclas keçirdiyi

şəhərdir; bu, Müstəqillik Deklarasiyasının imzalandığı şəhərdir; bu, Azadlıq

Zənginin, Amerikanın ən hörmət olunan əmanətinin, bizim on minlərlə kişi,

qadın və uşağımızı ilhamlandırdığı şəhərdir. Buna görə də hesab edirik ki, biz

qızıl buzova səcdə qılmaqdan yox, amerikalı ruhunun bərqərar edilməsindən və

yanan azadlıq məşəlini qoruyub saxlamaqdan ibarət olan missiyanı yerinə

yetiririk ki, Vaşinqtonun, Linkolnun və Teodor Ruzveltin hökuməti Yaradanın

izni ilə bütün bəşəriyyət naminə ilhamlanmış olsun”.

Gəlin bu nitqi təhlil edək. Gəlin onun necə qurulduğuna, onun nəyin

sayəsində belə güclü təəssürat yaratdığına baxaq. Hər şeydən qabaq, onun

başlanğıcı və sonluğu vardır. Bu dəyərli cəhət sizin, ola bilsin ki, düşünmək

istəyəcəyinizlə müqayisədə nadir hallarda rast gəlinir. Nitq başlayır və dönməz

olaraq, uçan vəhşi qaz dəstəsi kimi irəli hərəkət edir. Onda artıq olan söz yoxdur,

natiq vaxtını hədər yerə itirmir.

Onda təravətlik, individuallıq vardır. Natiq bununla başlayır ki, başqa

natiqlərin öz şəhərləri barədə, ola bilsin, deyə bilməyəcəklərindən danışır;

göstərir ki, onun şəhəri bütün ölkənin beşiyidir.

O deyir ki, bu, dünyanın ən iri və ən gözəl şəhərlərindən biridir.

Lakin belə bir bəyanat ümumi bir cümlə, banallıq ola bilərdi. Bu cümlə öz-

özlüyündə xüsusi təəssürat yaratmaya bilərdi. Natiq bunu başa düşürdü və buna

görə də öz dinləyicilərinə onun “Miluoki və Boston, Paris və Berlinin birlikdə

yerləşdikləri əraziyə” bərabər olan sahə tutduğunu deməklə Filadelfiyanın

ölçülərini təsəvvür etməyə imkan verdi. Bu, nə isə müəyyən, konkret bir

haşiyədir. Bu, maraqlıdır. Bu heyran edir. Bu yadda qalır. Bu, söylənilən fikri

şüura bütöv bir səhifə statistik göstəricidən yaxşı çatdırır.

Sonra natiq bəyan edir ki, Filadelfiya “hər yerdə dünyanın emalatxanası kimi

ad çıxarıb”. Bu şişirtmək kimi səslənir, elə deyilmi? Təbliğata oxşayır. Əgər o,

bundan dərhal sonra növbəti müddəaya keçmiş olsaydı, heç kimi buna inandıra

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə