Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə90/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   86   87   88   89   90   91   92   93   ...   208

Və ya başqa cür də göstərmək olar:

1. Bax bu, düzəldilməsi gərək olan vəziyyətdir.

2. Bunu etmək üçün biz gərək filan və behman işləri görək.

3. Siz filan səbəblərə görə kömək etməlisiniz.

Nitqin başqa bir planını da təklif etmək olar:

1. Maraq və diqqətə nail olmaq.

2. Etibar qazanmaq.

3. Öz faktlarınızı göstərmək, təklifinizin üstünlüklərini dinləyicilərə izah

etmək.

4. İnsanları hərəkətə gəlməyə sövq edən inandırıcı motivlər göstərmək.



Məşhur adamlar öz nitqlərini necə qururdular

Keçmiş senator Albert C.Beveric “İctimaiyyət qarşısında danışmaq məharəti”

başlıqlı çox faydalı, elə də böyük olmayan kitab yazmışdır.

“Natiq mövzuya yaxşı bələd olmalıdır, – deyə yüksək xidmətləri olan siyasi

xadim yazır. – Bu o deməkdir ki, faktlar toplanmalı, sistemləşdirilməli,

öyrənilməli, düşüncə süzgəcindən keçirilməli, özü də bütün bunlar mövzu ilə

əlaqədar təzahürlərin hamısını yalnız bir tərəfdən yox, həm də əks tərəfdən,

eləcə də hər bir tərəfdən işıqlandırmalıdır. Əmin olmaq lazımdır ki, bunlar

ehtimallar və ya axıradək açıqlanmayan bəyanatlar yox, həqiqətən də, faktlardır.

Heç nəyi inamsızlıqla qəbul etməyin.

Buna görə də məlumatların hamısını yoxlamaq və dəqiqləşdirmək lazımdır.

Bu, sözsüz ki, ciddi tədqiqat işinin zəruri olduğu deməkdir, ancaq nə olsun?

Məgər siz öz həmvətənlərinizə informasiya vermək, onlara nəyisə başa salmaq,

məsləhət vermək istəmirsiniz? Məgər siz nüfuz sahibi olmaq istəmirsiniz?

Bu və ya digər məsələ ilə bağlı faktları toplayıb və onları fikir süzgəcindən

keçirib dərk edəndən sonra onların nə kimi qənaətə gətirdikləri məsələsini

özünüz üçün qət edin. Onda sizin nitqiniz orijinallıq və təsir qüvvəsi əldə etmiş

olacaqdır, – nitqiniz enerjili və qarşısıalınmaz surətdə inandırıcı olacaqdır.

Nitqdə sizin şəxsiyyətiniz öz əksini tapmış olacaqdır. Ardınca öz fikirlərinizi

bacardıqca aydın və məntiqli surətdə yazılı ifadə edin”.

Başqa sözlə, təzahürü hərtərəfli əks etdirən faktları seçin, sonra isə həmin

faktları aydın və birmənalı edəcək qənaətlər tapın.

Vudro Vilsondan onun metodları barədə danışmağı xahiş edəndə o cavab

verdi:


– Mən işıqlandıracağım məsələlərin siyahısından başlayıram, fikir

süzgəcindən keçirirəm, onları təbii qarşılıqlı əlaqədə nəzərdən keçirirəm

– beləliklə də, çıxışın sümüyü alınır. Sonra mən bunun stenoqrafik yazısını

hazırlayıram. Stenoqrafik yazıları hazırlamağa mən vərdiş etmişəm, çünki bu,

vaxta çox qənaət edir. Ardınca özüm mətni yazı makinasında yazıram, cümlələri

dəyişdirirəm, ifadələri düzəldirəm və işin gedişində yeni material əlavə edirəm.

Teodor Ruzvelt çıxışlarını özünəməxsus manerada hazırlayırdı: o, faktların

hamısını seçir, onları öyrənir, qiymətləndirir, onların əhəmiyyət dərəcəsini

müəyyən edir və qənaətə gəlirdi. O, bunu məğlubedilməz inam hissi ilə edirdi.

Sonra o, qarşısında qeydlər olan bloknotla diktə etməyə başlayır və çox

sürətlə diktə edir ki, onda təbiilik olsun, çıxış inadkar və canlı alınsın. Ardınca çap

olunmuş mətni oxuyur, düzəlişlər, əlavələr edir, nəyisə çıxarır, karandaşla

downloaded from KitabYurdu.org



çoxsaylı nişanlar qoyur və bir dəfə də diktə edirdi. “Mən inadkar zəhmətsiz,

bütün əqli qabiliyyətimi gərmədən, ciddi hazırlaşmadan və qabaqcadan görülən

uzun sürən iş olmadan, – deyə o bildirirdi, – heç vaxt heç nəyə nail olmamışam”.

Çox vaxt o, necə diktə etdiyinə qulaq asmaq üçün tənqidçiləri dəvət edir və

ya öz nitqlərinin mətnlərini onlara hündürdən oxuyurdu. O, dediklərinin düzgün

olub-olmadığını onlarla müzakirə etməkdən imtina edirdi. O vaxt üçün onun

qərarı artıq qəbul olunmuş idi və bu, dönməz qərar olurdu. O, nə deməli olduğu

ilə bağlı yox, bunu necə demək lazım olduğu ilə bağlı məsləhət istəyirdi.

Makinada çap olunmuş səhifələri o, yenə və yenə oxuyur, ixtisar edir, düzəlişlər

verir, yaxşılaşdırırdı. Onun qəzetlərdə dərc olunmuş nitqləri bu cür idi. O, həmin

nitqləri, aydın məsələdir ki, əzbər öyrənmirdi. Çıxış edərkən o improvizə edir və

onun şifahi çıxışı dərc edilmiş və redaktə olunmuş mətndən çox vaxt fərqlənirdi.

Lakin diktə etmək və düzəlişlər vermək əla hazırlıq işi idi. Bunun sayəsində o,

materialı və onun səsləndirilməsinin ardıcıllığını yaxşı mənimsəyirdi. Bu, onun

çıxışlarına axarlıq, itilik verir, özünə inam gətirirdi və bütün bunları başqa yolla

əldə etmək, çətin ki, mümkün olaydı.

İngilis fiziki Oliver Lodc mənə deyirdi ki, öz məruzələrinin mətnini diktə

etməklə o (əvvəl əsas tezisləri diktə edir, sonra onları inkişaf etdirir və nəhayət,

bütün bunları dinləyicilərə necə danışırdısa, dəqiqliklə o cür də diktə edirdi)

hazırlaşmaq və məşq etməyin əla üsulunu tapmışdır.

Natiqlik sənətini öyrənənlərin bir çoxu öz çıxışlarını maqnitofon lentinə

yazmağın və sonra da özünə qulaq asmağın ibrətamiz olduğunu hesab edir.

İbrətamizdir? Bəli, ibrətamizdir, lakin qorxuram ki, lent yazısına qulaq asılması

hərdən pərişanlıqla nəticələnsin. Bununla belə, bu çox faydalı məşqdir, mən onu

məsləhət görürəm.

Deməyə hazırlaşdığınızın qabaqcadan lentə yazılması metodu sizi

fikirləşməyə məcbur edəcəkdir. Bu, sizin fikirlərinizə aydınlıq gətirəcək, onları

hafizənizdə möhkəmlədəcək, təfəkkürünüzün qeyri-ardıcıllığını minimuma

endirəcək, söz ehtiyatınızı artıracaqdır.

Bencamin Franklin öz “Avtobioqrafiya”sında cümlə qurmaq üslubunu necə

yaxşılaşdırdığı, sözləri seçməkdə yüngüllüyə necə nail olduğu, öz fikirlərini

nizamlamağı necə öyrəndiyi haqqında yazır. Onun öz həyatını qələmə alması –

bu, klassik ədəbi əsərdir, lakin klassik ədəbi əsərlərin böyük hissəsinə zidd

olaraq o, asan və böyük maraqla oxunur. Onu sadə və aydın ingilis dilinin

nümunəsi hesab etmək olar. Natiq və ya yazıçı olmaq istəyən hər bir kəs onu özü

üçün fayda və ləzzətlə oxuyar.

“Təqribən elə həmin vaxt “Tamaşaçı”nın

31

ayrıca bir cildi əlimə keçdi. Bu,



üçüncü cild idi. İndiyə qədər mən hələ birini də görməmişdim.

Mən onu aldım, əvvəldən axıra qədər dəfələrlə oxumuşam və ona tamamilə

heyran qalmışdım. Cümlə quruluşları mənə misli olmayan kimi təsir bağışladı və

mən bacardığım qədər onu təqlid edəcəyimi qərara aldım. Bu məqsədlə mən bəzi

oçerkləri götürür və hər bir cümlənin mənasını qısaca qeyd edirdim, sonra onları

bir neçə günlük kənara qoyurdum, ardınca isə kitaba baxmadan hər bir cümlənin

mənasını orijinalda olduğu kimi tam və təfərrüatlı şəkildə qələmə alırdım ki,

bunun üçün yerinə düşdüyünü hesab etdiyim ifadələrə əl atırdım.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə