Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə91/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   87   88   89   90   91   92   93   94   ...   208

Sonra mən öz yazdığım “Tamaşaçı”nı əsli ilə müqayisə etdim, bəzi səhvlərimi

tapdım və onları düzəltdim. Lakin aydın oldu ki, məndə ya söz ehtiyatı, ya da

onlardan istifadə eləmək bacarığı çatışmır; sonuncunu, zənn edirdim ki, şeir

yazmağı davam etdirəcəyim təqdirdə mənimsəyə bilərdim; axı qafiyə üçün

eynimənalı, lakin heca ölçüsünə uyğun gələcək müxtəlif uzunluqlu və ya müxtəlif

cür səsləndirilən sözləri daim aramaq məni müxtəliflik axtarışlarına məcbur

etməli idi, bundan başqa isə, bütün bu müxtəliflik mənim beynimdə

möhkəmlənərdi və mən onların üzərində sahib olardım. Onda mən “Tamaşaçı”da

çap olunmuş əhvalatlardan bir neçəsini götürdüm və onları nəzmə çəkdim;

nəsrlə yazılmış orijinal mənim yadımdan yaxşıca çıxandan sonra isə onları

yenidən nəsrdə yazmağa başladım.

Bəzən mən öz konspekt qeydlərimi nizamsız şəkildə qarışdırır və bir neçə

həftədən sonra, tamamlanmış cümlələri tərtib etməzdən və oçerki başa

çatdırmazdan qabaq onları ən yaxşı tərzdə düzməyə çalışırdım. Bu, mənə

düşüncəmin nizama salınmasında kömək etməli idi. Öz yazdığımı sonradan

orijinalla müqayisə edəndə mən çoxsaylı səhvlər tapır və onları düzəldirdim;

lakin hərdən özümə bu fikirlə sığal verirdim ki, bəzi xırda detallarda ifadə tərzini

yaxşılaşdırmağa müvəffəq olmuşam və bu fikir məni belə düşünməyə vadar

edirdi ki, vaxt keçdikcə bir də gördün, heç də pis, hər vəchlə can atdığım yazıçı

oldum”.


Öz qeydlərinizdən pasyanslar düzün

Əvvəlki fəsildə sizə qeydlər aparmaq məsləhət görülürdü. Müxtəlif fikirləri

və nümunələri kağız parçalarında qeyd edərək onlardan pasyans düzün – ayrı-

ayrı məsələləri əhatə edən bir neçə dəst alınacaqdır. Bu dəstlər özündə sizin

çıxışınızın əsas mövzularını təqribən ehtiva edəcəkdir. Sonra hər bir dəsti bir

neçə daha kiçik dəstə bölün. Kəpəyi o vaxta qədər kənara atın ki, əlinizdə yalnız

ən yaxşı dənlər qalmış olsun və hətta dənlərin bir hissəsini də, çox güman,

kənara qoymaq və istifadə edilməmiş saxlamaq lazım gələcəkdir. Əməlli-başlı

işləyən heç bir adam çıxışında topladığı materialın bir neçə faizindən çoxunu

istifadə etməyə qadir deyil.

Toplanan materiala təkrar-təkrar baxmaq və seçib ayırmaq nitq söylənilən

vaxta qədər dayandırılmamalıdır; hətta bundan sonra da həyata keçirilməli olan

düzəlişlər, yaxşılaşdırmalar və əlavə sığal barədə fikirləşmək lazımdır.

Yaxşı natiq çıxışını qurtarandan sonra, adətən, əmin olur ki, nitqini dörd

variantda hazırlaya bilərdi: səsləndirdiyi nitq, qəzetlərdə yerləşdirilən və onun

evə qayıdarkən təsəvvür etdiyi, eləcə də söyləmək istədiyi nitq.

Çıxış edərkən qeydlərdən istifadə etmək lazımdırmı?

Linkoln ekspromtla gözəl danışmağı bacarsa da, o, prezident olduqdan sonra

əvvəlcədən ciddi surətdə hazırladığı yazılı mətnsiz öz kabinetinin üzvləri

qarşısında heç vaxt, hətta qeyri-rəsmi qaydada da çıxış etmirdi. Prezident

vəzifəsinə keçəndə o, çıxışları, aydın məsələdir ki, oxumalı idi. Bu cür xarakterli

tarixi dövlət sənədlərində dəqiq ifadələr həddən artıq mühüm əhəmiyyət kəsb

edir ki, hansı isə improvizəyə yol vermək mümkün olsun. Lakin İllinoysda

Linkoln heç vaxt hətta qeydlərdən də istifadə etməyib. “Onlar dinləyicini həmişə

yorur və dilxor edir”, – deyirdi o.

downloaded from KitabYurdu.org




Kim ona etiraz edə bilər? Kağızdan oxumaq məgər sizin çıxışa marağınızı

təqribən yarıbayarı azaltmır? Məgər o, natiq və onun dinləyiciləri arasında

mövcud olmalı olan bu qədər dəyərli kontaktı, yaxınlığı pozmur, yaxud

çətinləşdirmir? Məgər o, qeyri-təbii atmosfer yaratmır? Məgər dinləyicilər

natiqin özünə inamlı və bilməli olduğu ehtiyat biliklərə malik olmasına

inamlarını itirmirlər?

Təkrar edirəm, qeydləri hazırlığın gedişində edin – təfərrüatlı, geniş. Siz öz

nitqinizi məşq edəndə onlara, ola bilsin ki, müraciət etmək istəyərsiniz. Siz

auditoriya qarşısına çıxanda bunlar sizin cibinizdə olarsa, ola bilsin ki, siz

özünüzü daha yaxşı hiss edəcəksiniz. Bunlar pulmansayaq vaqonda yalnız

qatarların toqquşduğu qəza, ölüm və faciə halında istifadə olunan çəkic, mişar və

balta kimi qəza alətləri olmalıdır.

İşdir, əgər şparqalka sizə mütləq lazımdırsa, qoy o, mümkün qədər qısa

olsun və onu böyük kağızda iri hərflərlə yazın.

Sonra çıxış edəcəyiniz yerə bir qədər erkən gedin və öz qeydlərinizi stolun

üstündə hansı isə kitabların altında gizlədin. Onlara zərurət meydana çıxanda

nəzər salın, lakin özünüzün dinləyici qarşısındakı zəifliyinizi gizlətməyə çalışın.

Lakin bütün bu deyilənlərə baxmayaraq, qeydlərdən ağılla istifadə etmək

lazımdır. Məsələn, bəzi adamlar ilk çıxışlarının gedişində o qədər bərk

həyəcanlanır və özlərini elə itirirlər ki, hazırladıqları nitqi beyinlərində saxlamaq

iqtidarında olmurlar. Onda nə baş verir? Onlar mövzudan yayınırlar, cidd-cəhdlə

məşq etdikləri materialı unudurlar, yəni tapdanmış cığırdan sapırlar və

bataqlıqda ilişirlər. Bax belə adamlara birinci çıxışları zamanı əllərində bir neçə

çox qısa qeyd tutmaq lazımdır. Körpə yeriməyi öyrənəndə mebellərdən yapışır,

lakin bunu uzun müddət eləmir.

Mətni sözbəsöz əzbərləməyin

Nitqi kağızdan oxumaq və onu əzbər öyrənməyə çalışmaq lazım deyil. Bu,

çox vaxt aparacaq və bəlaya gətirə bilər. Bununla belə, bu cür xəbərdarlığa

baxmayaraq, bu sətirləri oxuyanlardan bəziləri bunu etməyə cəhd edəcəklər. Hə,

necə olsun, bəs danışmağa başlayanda onlar nə haqda fikirləşəcəklər? Öz

çıxışlarının mövzusu haqda? Xeyr, onlar cümlələrin hamısını dəqiqliklə yada

salmağa çalışacaqlar. Onlar insan təfəkkürünün vərdiş olunmuş prosesini astar

üzünə çevirərək yazdıqları mətn barədə fikirləşəcəklər. Bütün çıxış dartılmış,

soyuq, rəngsiz olacaq, onda insani heç nə olmayacaqdır. Sizdən xahiş edirəm,

vaxtınızı və enerjinizi bu cür faydasız məşğuliyyətlərə hədər sərf etməyin.

Axı sizi işgüzar xarakterli vacib söhbət gözləyəndə məgər siz əyləşib

deyəcəklərinizi əzbər öyrənməyə girişirsiniz? Əlbəttə, yox. Siz məsələ üzərində o

vaxta qədər düşünüb-daşınırsınız ki, əsas fikirlər sizin üçün tamamilə aydın

olsun. Siz, ola bilsin ki, bir neçə qeyd edəsiniz və bəzi sənədlərə baxasınız. Siz

özünüzə deyəcəksiniz: “Mən filan-filan müddəaları irəli sürəcəyəm. Mən

deyəcəyəm ki, filan-filanı behman-behman səbəblərə görə etmək lazımdır...”

Sonra siz özünüzə dəlilləri sadalayar və onları konkret nümunələrlə izah

edərsiniz. İşgüzar söhbətə siz məgər belə hazırlaşmırsınız?

Elə həmin sağlam təfəkkürə əsaslanan metodu ictimaiyyət qarşısında

ediləcək çıxışın hazırlanması üçün niyə də istifadə etməyəsiniz?

General Qrant Appomattoks qəsəbəsində

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə