Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə94/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   90   91   92   93   94   95   96   97   ...   208

ki, öz şüuru solğun və dumanlı təəssüratları yadda saxlasın. Bu, əlbəttə, qeyri-

mümkündür.

“Nyu-York Uorld” jurnalının təsisçisi Cozef Pulitser öz redaksiyasının

əməkdaşlarının hamısının stolu üzərində bu yazı olan lövhə asdırmışdı:

“DİQQƏTLİ OLUN, DİQQƏTLİ OLUN, DİQQƏTLİ OLUN”.

Sizə də məhz elə bu lazımdır. Yeni tanışın familiyasını düzgün eşitmək

zəruridir. Buna nail olun. Familiyasını təkrar etməyi ondan xahiş edin.

Onun necə yazıldığını soruşun. O, bu cür diqqətdən xoşhallanacaq, siz isə

onun adını yadda saxlamağa müvəffəq olacaqsınız, çünki siz diqqətinizi onun

üzərində cəmlədiniz.

Bu minvalla da siz aydın, möhkəm təəssürat aldınız.

Linkoln niyə hündürdən oxuyurdu

Linkolnun uşaqlıqda getdiyi məktəbin döşəməsi ikiyə bölünmüşdü, pəncərə

yerinə isə dəftərlərdən qoparılan və üstünə piy çəkilmiş kağız vərəqləri

yapışdırılmışdı. Məktəbdə dərs kitabı yalnız bir dənə idi və müəllim kitabı

hündürdən oxuyur, şagirdlər isə onun dalınca dərsi xorla təkrar edirdilər. Daim

uğultu eşidilirdi və qonşuluqdakı sakinlər bu məktəbi “uğuldayan pətək”

adlandırırdılar.

Bu “uğuldayan pətək”də Linkoln sonra bütün ömrü boyu onda vərdişə dönən

adət qazandı: o yadda saxlamaq istədiyini həmişə hündürdən oxuyurdu. Hər

səhər Sprinqfilddə öz vəkil kontoruna gələndə o, divanda yayxanır, uzun ayağını

böyürdəki stulun söykənəcəyindən aşırır və qəzeti hündürdən oxuyurdu. “O,

məni dəhşətli dərəcədə bezdirirdi, – deyə onun kompanyonu gileylənirdi. – Bir

dəfə mən ondan qəzeti nə üçün məhz belə oxuduğunu soruşdum. O, mənə izah

elədi ki, “mən hündürdən oxuyanda bu vaxt məna iki duyğu orqanı tərəfindən

qəbul olunur. Birincisi, mən oxuduğumu görürəm, ikincisi, mən bunu eşidirəm və

buna görə də daha yaxşı yadda saxlayıram”.

Onun yaddaşı qeyri-adi dərəcədə möhkəm idi. “Mənim yaddaşım,

– deyirdi o, – bir parça polad kimidir. Ona nə isə cızıb həkk eləmək çətindir,

amma bir dəfə yazılanı pozmaq, demək olar, qeyri-mümkündür”.

O, lazım olan materialı yaddaşında həkk etmək üçün iki duyğu orqanından

istifadə edirdi. Eyni şeyi siz də edə bilərsiniz...

Yadda saxlamaq lazım olanı yalnız görmək və eşitmək deyil, həm də onu

əlləşdirmək, iyləmək və dadına baxmaq ideal olardı.

Lakin ən əsası – görməkdir. İnsanın yaddaşında təəssüratları həkk edən

orqan əsas etibarilə görmə duyğusudur. Görərək alınan təəssüratlar möhkəm

pərçimlənir. Çox vaxt elə olur ki, biz adamı üzdən tanıyırıq, amma onun adını

xatırlaya bilmirik.

Gözlərdən beyinə gedən əsəb telləri qulaqdan beyinə aparan əsəb

tellərindən iyirmi dəfə artıqdır. Çinlilərdə məsəl var: “Bir dəfə görmək yüz dəfə

eşitməkdən yaxşıdır”.

Yadda saxlamaq istədiyiniz telefon nömrəsini, məruzənin planını yazın. Öz

yazdığınıza baxın. Gözlərinizi yumun. Onları özlüyünüzdə alovlu hərflərlə

yazılmış kimi təsəvvür edin.

Mark Tven qeydlərsiz danışmağı öyrənirdi

downloaded from KitabYurdu.org




Mark Tven görmə yaddaşından istifadə etməyi öyrəndikdən sonra öz

çıxışlarını uzun illər ərzində korlayan qeydlərdən imtina etməyi bacardı. O, bu

haqda “Harpers meqezin”in səhifələrində danışmışdı:

“Tarixləri yadda saxlamaq çətindir, çünki onlar rəqəmlərdən ibarətdir:

rəqəmlərin görkəmi ifadəli deyil və yaddaşda möhkəmlənmir. Onlar bir mənzərə

təşkil etmir və buna görə də göz onlardan yapışa bilmir. Şəkillərsə tarixləri yadda

saxlamağa kömək edə bilər. Onlar yaddaşda, demək olar, hər şeyi möhkəmlədə

bilər – ələlxüsus da əgər şəkli siz özünüz yaradarsınızsa. Ən əsas olanı – rəsmi siz

özünüz yaratmalısınız.

Mən bunu öz fərdi təcrübəmdən bilirəm. Otuz il əvvəl mən əzbər öyrəndiyim

mühazirəni hər axşam oxuyurdum və hər axşam mənə yanımda özümə kömək

üçün, çaşmamağa görə qeydlər olan vərəq saxlamaq lazım gəlirdi. Qeydlər

deyəndə, abzasların birinci sözlərini yazırdım, onların sayı on bir idi. Onlar

təqribən belə olurdu:

Bu rayonda hava...

O vaxtlar bir adət mövcud idi ki...

Lakin Kaliforniyada heç kim eşitməmişdi...

Bu cür on bir qeyd. Bu, nəyinsə üstündən keçməməkdə mənə kömək edən

mühazirə planı kimi bir şey idi. Lakin kağız üzərində onlar bir-birinə oxşayırdı,

onlar nə isə bir mənzərə təşkil etmirdi. Mən onları əzbər bilirdim, lakin onların

ardıcıllığını möhkəm yadda saxlamaq mənə müyəssər olmurdu. Odur ki, həmin

qeydləri həmişə qarşımda saxlamaq və vaxtaşırı onlara boylanmaq lazım gəlirdi.

Bir dəfə mən onları harasa qoydum və həmin axşam məni bürüyən dəhşəti siz

təsəvvür edə bilməzsiniz. O vaxtdan mən başa düşdüm ki, sığorta üçün mən

gərək başqa bir üsul da fikirləşib tapam. Onda mən həmin cümlələrin birinci on

hərfini yadda saxladım, onları mürəkkəblə dırnaqlarıma yazdım və bu cür də

tribunaya qalxdım. Əvvəl mən barmaqlarıma ardıcıllıqla baxırdım, lakin sonra

çaşdım və indicə hansı barmağıma baxdığımı artıq bilmirdim. Mən axı hərfdən

istifadə edəndən sonra onu barmağımdan yalayıb poza bilməzdim. Bu, etibarlı

metod olsa da, dinləyicilərdə həddən artıq böyük maraq oyadardım. Mən onlarda

onsuz da maraq doğurmuşdum – onlara belə gəlirdi ki, məni mühazirədən çox

dırnaqlarım maraqlandırır. Sonra bir neçə nəfər məndən soruşdu ki,

barmaqlarıma nə olub.

Bax onda mənim ağlıma şəkillərlə bağlı fikir gəldi. Bununla da mənim

əzablarım qurtardı. İki dəqiqə ərzində mən altı şəkil qurdum və onlar on bir

başlanğıc cümləni mənim üçün yaxşı əvəz etdi. Şəkilləri hazırlayandan dərhal

sonra mən onları atdım, çünki əmin idim ki, gözlərimi yumub, onları istənilən

vaxt öz qarşımda görə biləcəyəm. O vaxtdan əsrin dörddəbiri keçib və həmin

mühazirənin mətni mənim yaddaşımdan iyirmi il olar ki, buxarlanıb yox olub,

lakin mən onu həmin şəkillərlə təzədən yaza bilərdim – onlar mənim

yaddaşımda qalıb”.

Bir dəfə mənə yaddaş haqqında mühazirə oxumaq nəsib olmuşdu və mən

həmin mühazirədə bu fəsildə haqqında danışılan materiallardan bacardıqca çox

istifadə etməyə çalışdım. Mən ayrı-ayrı məqamları şəkillər kimi yadda saxladım –

Ruzveltin pəncərələri altında kütlənin səs-küyü və orkestrlərin musiqisi səslənən

vaxt onu tarix oxuyan vəziyyətdə təsəvvür elədim. Mən gözlərim önündə albalı

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə