Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə95/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   91   92   93   94   95   96   97   98   ...   208

ağacına baxan Tomas Edisonu görürdüm. Mən Mark Tvenin mürəkkəblə yazılmış

hərfləri dinləyicilərin qarşısında dırnağından yalayıb silən obrazını təsəvvür

elədim.

Bəs mən bu şəkillərin ardıcıllığını necə yadda saxladım? Nömrələr üzrə –



birinci, ikinci, üçüncü, dördüncü? Xeyr, bu çox çətin olardı. Mən nömrələri də

şəkillərə çevirdim və nömrələrin şəkillərini mövzuların şəkilləriylə

uyğunlaşdırdım.

Məsələn, “uan” (bir) sözü “ran” (çapmaq) sözü ilə təqribən eyni səslənir və

buna görə də mən Ruzvelti öz otağında, cıdır atının belində oturan vəziyyətdə

təsəvvür elədim. “Tu” (iki), demək olar, “zu” (heyvanxana) kimi səslənir və

təsəvvür etdim ki, Edisonun baxdığı albalı ağacı zooparkda ayının qəfəsində bitir.

“Zsri” (üç) “tri”yə (ağac) oxşayır və mən Linkolnu ağacın başına dırmaşmış və öz

tərəf-müqabilinə hündürdən qəzet oxuduğunu təsəvvür etdim. “For” (dörd)

“dor” (qapı) sözünə oxşayır.

Mark Tven açıq qapının böyründə, çərçivəyə söykənmiş vəziyyətdə

dayanmışdı və auditoriya qarşısında çıxış edə-edə dırnaqlarından mürəkkəbi

yalayıb təmizləyirdi.

Mən yaxşı başa düşürəm ki, bu sətirləri oxuyanlardan bir çoxu bu metodun

sarsaqlıq həddində olduğunu fikirləşəcəkdir. Bu, doğrudur və onun uğurlu

olmasının səbəblərindən biri də məhz elə budur. Məhz qəribə və sarsaq şeylər

nisbətən yaxşı yadda qalır. Əgər mən öz nümunələrimi yalnız nömrələr üzrə

yadda saxlamağa çalışsaydım, onları asanlıqla çaşbaş sala bilərdim, lakin indicə

təsvir etdiyim sistemdə bu, demək olar, mümkün deyil.

Üçüncü bəndi yada salmaq istəyəndə mənə bircə özümdən soruşmaq lazım

gəlirdi ki, ağacın başında nə var idi və dərhal da qarşımda Linkoln peyda olurdu.

Mən birdən iyirmiyə qədər rəqəmləri rəqəmlərlə həmsəs olan şəkillər

seçməklə görmə obrazlarına əsas etibarilə öz rahatlığım üçün çevirmişdim. Əgər

siz bu cür rəqəmli şəkillərin yadda saxlanmasına yarım saat vaxt sərf etsəniz,

yalnız bircə dəfə sadaladığınız iyirmi əşyanın siyahısını dəqiq surətdə eyni

ardıcıllıqla təkrar edə, eləcə də ixtiyari ardıcıllıqla, məsələn, hansı əşyanın

səkkizinci, hansının on dördüncü, hansının üçüncü və ilaxir yerdə dayandığını

deyə bilərsiniz.

Bunu özünüzdə sınaqdan çıxarmağa cəhd edin. Sizdə heç nə alınmayacağını

fikirləşə bilərsiniz, lakin, bununla belə, cəhd edin. Siz tezliklə adamları öz

yaddaşınızla heyran edəcəksiniz və hər halda, bunun maraqlı olduğunu

görəcəksiniz.

Bütün kitabı necə əzbərləmək olar?

Qahirənin Əl-Əzhar Universiteti dünyada ən iri təhsil orqanlarından.? Bu,

iyirmi bir min tələbəsi olan müsəlman təhsil müəssisəsidir. Qəbul im-

tahanlarında universitetə daxil olan hər kəsdən Quranı əzbər bilmək tələb

olunur. Bu, təqribən Novıy Zavet həcmində kitabdır, onu hündürdən oxumaq

üçün üç gün sərf etmək lazımdır.

Çinli tələbələrin dedikləri kimi, alim oğlanlar bəzi dini kitabları və klassik

əsərləri əzbərdən bilməlidirlər.

Ərəb və çinli tələbələr bu cür ağlasığmaz görünən qəhrəmanlığı etməyə necə

müyəssər ola bilirlər?

downloaded from KitabYurdu.org



Təkrarlamağın – yadda saxlamağın “ikinci təbii qanunu” vasitəsilə.

Əgər siz materialı kifayət qədər tez-tez təkrar etsəniz, istənilən sayda

material yadda saxlaya bilərsiniz. Yadda saxlamaq istədiyiniz məlumatları təkrar

edin. Onlardan istifadə edin. Onları tətbiq edin. Sizin üçün təzə olan sözü söhbət

əsnasında işlədin. Əgər təzə tanışınızın adını yadda saxlamaq istəyirsinizsə, onu

adı ilə çağırın. İctimaiyyət qarşısında çıxışınızda haqqında danışmaq istədiyiniz

məqamlara söhbətlərinizdə toxunun. İstifadə edilən məlumatlar yaddaşda

möhkəmlənir.

Hansı təkrar daha faydalıdır?

Lakin zəruri olan mexaniki, kor-koranə təkrarlama deyil. Ağılla, mə-

nimsəmənin müəyyən xüsusiyyətlərinə uyğun surətdə həyata keçirilən tək-

rarlama – bizə lazım olan bax budur. Məsələn, professor Ebbinqhauz mənası

olmayan, misal üçün, “deyuks”, “koli” və s. kimi sözlərin uzun siyahısını öz

tələbələrinə yadda saxlamaq üçün verirdi. O müəyyən etdi ki, tələbələrin üç gün

ərzində otuz səkkiz dəfə təkrar edəndə yadda saxlaya bildikləri sözlərin sayı bir

günün ərzində edilən altmış səkkiz təkrarın nəticəsi ilə eynidir. Digər psixoloji

testlər dəfələrlə həmin nəticələri verirdi.

Bu, bizim yaddaşımızla bağlı olan çox vacib kəşfdir. İndi biz bilirik ki, oturub

mətni təkrarlayan adam onu yaddaşında möhkəmləndirməyə, təkrarlama

prosesi dərrakəli intervallarla edildiyi halla müqayisədə eyni nəticəyə nail olmaq

üçün tələb olunandan iki dəfə çox vaxt və enerji sərf edir.

Mənimsəmənin bu xüsusiyyətini iki amillə izah etmək olar.

Birincisi, təkrarlamalar arasındakı vaxtlarda bizim təhtəlşüurumuz

assosiasiyaların möhkəmləndirilməsi ilə məşğuldur. Professor Ceymsin qeyd

etdiyi kimi, “biz üzməyi qışda öyrənirik, konkidə sürüşməyi isə yayda”.

İkincisi, beyin fasilələrlə işləyir, həddən çox yüklənmədən yorulmur. “Min bir

gecə”nin tərcüməçisi olan cənab Riçard Berton iyirmi yeddi dildə öz ana dilində

olduğu kimi danışırdı; amma o etiraf edirdi ki, heç vaxt dili dalbadal on beş

dəqiqədən çox öyrənməyib və danışmayıb, “çünki bundan sonra ağıl təravətini

itirir”.


İndi bu faktların işığında özünü dərrakəli hesab edən heç bir adam, sözsüz ki,

ictimaiyyət qarşısında etməli olduğu çıxışa hazırlığı çıxışın baş tutmalı olduğu

günün ərəfəsinə saxlamayacaq. Əgər o, belə hərəkət edərsə, onun yaddaşı öz

imkanlarının yalnız yarısı gücündə işləyəcəkdir.

Bizim necə yaddan çıxardığımızı izah edən çox dəyərli kəşf edilmişdi.

Dəfələrlə keçirilən psixoloji eksperimentlər göstərdi ki, biz fikir süzgəcindən

keçirdiyimiz yeni materialın ilk səkkiz saat ərzində sonrakı otuz gün ərzində

olduğundan çox hissəsini unuduruq. Heyrətamiz nisbətdir! Buna görə də işgüzar

iclasdan, valideynlər və müəllimlər assosiasiyası üzvlərinin toplantısından,

klubda təşkil olunmuş dərnəkdə məşğələdən əvvəl – ictimaiyyət qarşısında

çıxışdan bilavasitə qabaq – öz materiallarınızı gözdən keçirin, öz faktlarınızı yada

salın, öz yaddaşınızı təzələyin.

Linkoln bu metodun əhəmiyyətini yaxşı bilirdi və onu tətbiq edirdi.

Gettisberqdə Linkolndan əvvəl adlı-sanlı alim – Edvard Everet çıxış etmişdi.

Linkoln Everetin uzun, rəsmi çıxışının sona çatmaq üzrə olduğunu görəndə “açıq-

aşkar əsəbiləşməyə başladı ki, bu, Linkolnda o, başqa natiqdən sonra çıxış etməli

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə