Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə96/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   92   93   94   95   96   97   98   99   ...   208

olanda həmişə baş verirdi”. O, tələsik eynəyini taxaraq cibindən öz əlyazmasını

çıxartdı və yaddaşını təzələmək üçün onu özlüyündə oxumağa başladı.

Professor Uilyam Ceyms

yaxşı yaddaşın sirrini izah edir

Yadda saxlamağın birinci iki qanunu haqqında... Lakin hələ üçüncü –

assosiasiya qanunu da var. Sonuncu – yadda saxlamağın zəruri elementidir.

Faktiki olaraq o, yaddaşın mexanizminin özünü izah edir.

“Bizim beynimiz, – deyə professor Ceyms müdrikliklə qeyd edir, – özü ilə,

əsasən, assosiasiyalaşan mexanizm təcəssüm etdirir... Tutaq ki, mən müəyyən

müddət danışmıram, sonra isə hökmlü tonla deyirəm: “Yada salın!

Yada salın! Sizin yaddaşınız bu əmrə tabe olacaqmı, o, sizin keçmişinizdən

hansısa müəyyən bir şəkli canlandıracaqmı? Əlbəttə, yox. O, fəaliyyətsiz qalacaq

və soruşacaq: “Mən məhz nəyi yada salmalıyam?”

Qısaca deyilərsə, ona göstəriş lazımdır. Lakin əgər mən desəm ki, öz doğum

tarixinizi və ya səhər nə yediyinizi yadınıza salın, musiqi qammasında notların

ardıcıllığını sadalayın, onda sizin yadda saxlamaq qabiliyyətiniz dərhal tələb

olunan nəticəni verəcək: aldığı göstəriş sizin yaddaşınızın geniş ehtiyatlarının

potensial imkanlarını müəyyən bir istiqamətə yönəldəcəkdir. Bu göstəriş sizin

yada saldığınızla sıx bağlıdır.

“Mənim doğum tarixim” ifadəsi bilavasitə müəyyən rəqəm, ay və illə

assosiasiyalaşır; “bugünkü səhər yeməyi” sözləri qəhvə və bekonlu qayğanaqdan

başqa, xatirələrin qalan bütün tellərindən yan keçəcək; “musiqi qamması” sözləri

şüurda do, re, mi, fa, sol, lya, si, do ilə yaxın qonşuluqdadır. Həqiqətən də,

assosiasiyalar qanunu sizin fikirlərinizin xaricdən daxil edilən hisslərlə

pozulmayan bütün gedişini idarə edir. Şüurda hər nə doğursa, həmin şey ora

kənardan daxil olmalıdır, daxil olaraq isə o, indiyə qədər şüurda olanlarla

qarşılıqlı əlaqəyə girir. Bu həm sizin xatırladıqlarınız, həm də sizin haqqında

fikirləşdiyiniz hər şeyə aiddir... Məşq edilmiş yaddaş assosiasiyaların təşkil

olunmuş sisteminə əsaslanır və onun yüksək keyfiyyəti həmin assosiasiyaların

iki xüsusiyyətindən asılıdır: birincisi, assosiasiyaların möhkəmliyindən və

ikincisi, onların sayından. Beləliklə, “yaxşı yaddaşın sirri” – bu, bizim yadda

saxlamaq istədiyimiz faktların hamısı ilə bağlı çoxobrazlı və çoxsaylı assosiasi-

yaların formalaşmasının sirridir.

Lakin faktla assosiasiya formalaşdırmaq – bu, fakt barədə bacardıqca çox

fikirləşmək deməkdir. Bir sözlə, kənardan eyni informasiya alan iki nəfərdən

aldığı məlumatlar üzərində daha çox fikirləşən və onların arasında daha sıx

bağlılıq quran adam daha yaxşı yaddaşa malik olacaqdır”.

Faktları bir-biriylə necə əlaqələndirməli

Bunların hamısı əladır, amma bizə məlum olan faktları bir-biriylə necə

əlaqələndirək?

Cavab belədir: onların əhəmiyyətinin başa düşülməsi, onların dərk olunması

ilə. Məsələn, əgər siz özünüz üçün yeni olan hər bir faktla tanışlıq zamanı

aşağıdakı sualları qoyarsınızsa və onlara cavab verərsinizsə, bununla yeni

faktları başqa faktlarla əlaqələndirmiş olacaqsınız. Budur həmin suallar:

a) bu, niyə belədir?

b) necə olub ki, bu, belədir?

downloaded from KitabYurdu.org



c) nə vaxtlar belə olur?

d) harada belə olur?

e) kim deyib ki, bu, belədir?

Məsələn, əgər biz tanımadığımız adamın adını öyrəniriksə və bu familiya

adidirsə, onda biz onu eyni familiyalı başqa tanışımızla assosiasiya edə bilərik.

Əgər o, qeyri-adidirsə, biz bundan istifadə edə və adama bunu deyə bilərik. Təzə

tanışın öz familiyası haqqında nə isə danışması nadir hal deyil. Məsələn, bu fəsli

yazanda məni bir qadınla, missis Soterlə tanış etdilər. Mən ondan familiyasının

necə yazıldığını soruşdum və diqqətini onun qeyri-adi olmasına cəlb etdim.

“Bəli, – deyə o cavab verdi, – o, qeyri-adidir. Bu, yunan sözüdür, mənası

“xilasedici” deməkdir”. Sonra o, mənə ərinin əslən Afinadan olan qohumları və

onların orada hökumətdə tutduqları yüksək postlar barədə danışdı. Adamları öz

familiyaları haqqında danışmağa sövq etmək heç də çətin deyil. Bu, onları yadda

saxlamaqda mənə həmişə kömək edir.

Təzə tanışınızın görkəmini diqqətlə gözdən keçirin. Onun gözlərinin və

saçının rəngini yadda saxlayın, onun sifətinin cizgilərini öyrənin. Onun necə

geyindiyinə diqqət yetirin. Onun danışıq manerasına qulaq verin. Onun xarici

görkəmi və individuallığı ilə bağlı aydın, canlı, rəngarəng təəssürat alınacaqdır və

bütün bunları onun familiyası ilə assosiasiyalaşdırın. Növbəti dəfə bu rəngarəng

təəssüratlar sizin şüurunuzda yenidən canlanacaq və eyni zamanda sizə bu

adamın familiyasını yada salmağa da kömək edəcəkdir.

Siz elə bir adamla rastlaşmamısınız ki, onunla ikinci və ya üçüncü dəfə

görüşəndə onun nə ilə məşğul olduğunu, peşəsini xatırlasanız da, onun adının nə

olduğu yadınıza düşməyib? Səbəb bundadır ki, adamın məşğuliyyəti – bu, nə isə

müəyyən və konkret bir şeydir, əhəmiyyəti var.. O, sizə yapışqanlı lent kimi

ilişdiyi halda, əhəmiyyət kəsb etməyən familiya dik damdan dolu dənələri kimi

yumalanıb kənara düşür. Buna görə də adamın familiyasını həmişəlik yadda

saxlamaq üçün bu adamın familiyasını onun peşəsi ilə bağlayan bir cümlə tərtib

edin. Bu metodun effektivliyində heç bir şübhə yoxdur. Məsələn, bir-biri ilə tanış

olmayan iyirmi nəfər bu yaxınlarda Filadelfiyanın Pensilvaniya atletik klubunda

yığışmışdı. Onların hər birindən ayağa qalxıb öz familiyasını və məşğul olduğu işi

deməyi xahiş etdilər. Bundan sonra həmin məlumatları bir-biriylə bağlayan

cümlə tərtib olundu və üstündən bir neçə dəqiqə keçəndən sonra iştirak

edənlərin hamısı buradakı istənilən adamın familiyasını deyə bilərdi. Bundan

xeyli keçəndən sonra yenidən görüşəndə bəlli oldu ki, həmin adamların nə

familiyaları, nə də məşğul olduqları iş yaddan çıxıb, çünki onlar bir-biri ilə

assosiasiya olunmuşdu. Onlar bir-birinə yapışmışdı.

Nümunə üçün həmin qrupun bəzi üzvlərinin familiyasını və adamların

familiyalarını onların məşğul olduqları işlə bağlamaq üçün düzüb-qoşduğumuz

yöndəmsiz cümlələri göstərim:

Mister C.P.Olbrayt, qum təchizatçısı (send biznes) – “Send meyks ol brayt”

(qum hər şeyi işıqlı edir, həmçinin sözlərin oyunu ilə bağlı – qum Olbraytı

düzəldir).

Mister Tomas Fişer, kömür təchizatçısı (koul) – “Hi fişes for koul orders” (o,

kömür sifarişlərini ovlayır).

Tarixləri yadda necə saxlamalı

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə