Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə97/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   93   94   95   96   97   98   99   100   ...   208

Tarixləri yadda saxlamağın ən yaxşı üsulu onları yaddaşda artıq özünə

möhkəm yer tutmuş əlamətdar tarixlərlə assosiasiyalaşdırmaqdır. Məsələn,

amerikalı üçün Süveyş kanalının 1869-cu ildə açıldığını yadda saxlamaq birinci

gəminin həmin kanaldan ABŞ-da Vətəndaş müharibəsi qurtarandan dörd il sonra

keçdiyini yadda saxlamaqdan çətindir.

Əgər amerikalı Avstraliyada ilk insan məskəninin 1788-ci ildə salındığını yadda

saxlamağa çalışsa, bu tarix onun başından maşında pis bərkidilmiş bolt kimi çıxıb

uça bilər; bu, 1776-cı il iyulun 4-ü ilə assosiasiyalaşdırılsa və həmin hadisənin

Müstəqillik Deklarasiyası imzalanandan on iki il sonra baş verdiyi yadda

saxlanarsa, onu yaddaşınızda möhkəmlətmək şansı daha çox olar. Bu, zəifləmiş

bolta qaykanı burmaq kimidir – o, yerində qalacaq.

Telefon nömrəsini yadda saxlamaq lazım gələndə bu prinsipi nəzərdə

tutmaq faydalıdır. Məsələn, bu kitabın müəllifinin müharibə dövründə

telefonunun nömrəsi 1776 idi. Onu yadda saxlamaq heç kim üçün çətin deyildi.

Əgər siz telefon kompaniyasından 1492, 1861, 1865, 1914, 1918 kimi nömrələr

ala bilsəniz, sizin dostlarınız telefon kitabçasını eşələməli olmayacaqlar. Əgər siz

onlara telefon nömrənizi solğun şəkildə bildirmiş olarsınızsa, onlar onun 1492

olduğunu unuda bilərlər, lakin əgər siz belə desəniz, məgər bu, onların başından

heç çıxa bilər: “Mənim telefon nömrəmi yadda saxlamaq sizin üçün çətin

olmayacaq – 1492, Kolumbun Amerikanı kəşf etdiyi ildir”.

Bu sətirləri oxuyan Avstraliya, Yeni Zelandiya və Kanada sakinləri 1776,

1861, 1865 rəqəmlərini, əlbəttə, öz ölkələrinin əlamətdar tarixləriylə

əvəzləyəcəklər.

Aşağıda göstərilən rəqəmləri ən asan necə yadda saxlamaq olar?

a) 1564 – Şekspirin doğulduğu il;

b) 1607 – Amerikada, Ceymstaunda ilk ingilis məskəninin əsasının

qoyulması;

c) 1819 – kraliça Viktoriyanın doğulduğu il;

d) 1907 – Robert E.Linin doğulduğu il;

e) 1789 – Bastiliyanın alınması ili.

Sırf mexaniki surətdə təkrar edərək ilk otuz ştatı onların İttifaqa daxil

olduqları ardıcıllıqla yadda saxlamaq sizə, əlbəttə, yorucu görünəcək. Lakin

onları hansısa bir tarixi hadisə ilə əlaqələndirin və onda siz onları tez və çətinlik

çəkmədən yadda saxlayacaqsınız. Aşağıdakı abzası cəmi bir dəfə oxuyun. Oxuyub

qurtarandan sonra on üç ştatı düzgün ardıcıllıqla sadalaya bilib-bilməyəcəyinizi

yoxlayın:

“Bir dəfə şənbə gününün axşamı Delaverdən olan cavan qadın Pensilvaniya

dəmir yolu ilə kiçik səyahət üçün bilet aldı. O, çamadana Nyu-Cersidən aldığı

sviter qoydu və rəfiqəsi Corciyaya Konnektikutda baş çəkdi. Növbəti günün

səhəri evin xanımı və qonaq messada

34

iştirak etmək üçün Meris-



lend

35

kilsəsinə getdilər. Sonra onlar cənub xəttinin (kar layn)



36

qatarı ilə evə

qayıtdılar. Nahardan sonra onlar şimal xəttinin (kar layn)

37

qatarına mindilər və



adaya yollandılar (rod tu ze aylend)

38

”.



Öz çıxışınızın planını yadda necə saxlamalı

Biz nəyinsə haqqında yalnız iki səbəbdən fikirləşə bilərik – birincisi, xarici

stimulun nəticəsində, ikincisi, artıq bizə məlum olanla assosiasiya səbəbindən.

downloaded from KitabYurdu.org




Bu, ictimaiyyət qarşısında çıxışlara nəzərən aşağıdakılardır: birincisi, siz öz

fikirlərinizin ardıcıllığına hansısa xarici stimulun, məsələn, qeydlərin köməyi ilə

riayət edə bilərsiniz, amma kağızdan oxuyan natiq kimin xoşuna gələ bilər?

İkincisi, siz çıxışınızın hissələrini onları hafizənizdə artıq kök salmış nə ilə isə

assosiasiyalaşdırmaqla yadda saxlaya bilərsiniz. Onlar elə bir məntiqi ardıcıllıqla

yerləşməlidir ki, ikinci hissə qaçılmaz olaraq birincidən, üçüncü isə ikincidən bir

otağın qapısının o biri otağa apardığı qədər təbii olaraq çıxmalıdır.

Bu, sadə səslənir, ancaq bu, naşı, əqli qabiliyyətləri qorxu ilə buxovlanmış

adam üçün o qədər də sadə iş olmaya bilər. Lakin ifadənin ardıcıllığını təmin

edən bir üsul vardır ki, o, sadədir, öz işini tez və praktiki olaraq nöqsansız görür.

Mən mnemonik cümlələrin istifadə olunmasını nəzərdə tuturam. Misal göstərim.

Ehtimal edək ki, siz öz aralarında heç cür əlaqəli olmayan çoxsaylı mövzuya

toxunmaq istəyirsiniz. Onları yaddaşda saxlamaq çətindir. Eyni vaxtda, məsələn:

inək, siqar, Napoleon, ev və dini kultlar haqqında danışmaq necə mümkün ola

bilər? Gəlin baxaq ki, həmin mövzuları aşağıdakı cümlənin köməyi ilə bir-birinə

eyni zəncirin halqaları kimi pərçimləmək olarmı: “İnək siqar çəkirdi və

Napoleona şıllaq atdı, ev isə dini kultlarla birlikdə yandı”.

İndi bu cümləni əlinizlə örtün və bu suallara cavab verin: çıxışın üçüncü

hissəsi hansıdır? Beşinci? İkinci? Birinci?

Belə bir metod kömək edirmi? Bəli, kömək edir. Və öz yaddaşını yax-

şılaşdırmaq istəyənlərə onu tətbiq etmək təkidlə məsləhət görülür.

Beləliklə, fikirlərin istənilən dəstini bağlamaq olar və mnemonik cümlə nə

qədər sarsaqcasınadırsa, onu yadda saxlamaq bir o qədər asandır.

Tam iflasa uğrayan halda nə etmək lazımdır

Ehtimal edək ki, kilsə icmasının qarşısında çıxış edən məruzəçi xanım bütün

hazırlığına və gördüyü bütün ehtiyat tədbirlərinə baxmayaraq, nitqinin ortasında

qəfildən hər şeyi unudub və dinləyicilərin qarşısında daşlaşmış halda, davam

etmək iqtidarında olmayaraq dayanıb. Vəziyyət dəhşətlidir. Qüruru ona başını

itirmiş halda yerinə əyləşməyə və iflasa uğradığını etiraf etməyə yol vermir.

Xanım hiss edir ki, əgər onun xilasedici beş-on saniyə vaxtı olsaydı, o, çıxışının

növbəti, yaxud heç olmasa hansı isə bir hissəsini yadına sala bilərdi. Lakin beş-on

saniyəlik qorxunc sükut da dinləyicilərin nəzərində bəlaya bərabər görünərdi. Nə

etməli? Bir məşhur amerikalı senator bu yaxınlarda belə bir vəziyyətə düşəndə o,

dinləyicilərdən soruşdu ki, kifayət qədər hündürdən danışırmı, zalın axırında

onun səsi yaxşı eşidilirmi. O bilirdi ki, çox yaxşı eşidilir, lakin ona lazım olan bu

məlumatlar deyildi. Ona vaxt udmaq lazım idi. Və bu qısa fasilə ona fikri tutmağa

və nitqini davam etdirməyə kömək elədi.

Lakin mənə belə gəlir ki, bu cür “gəmi qəzasında” “xilasedici dairə” qismində

belə bir üsul hamısından yaxşı olardı: axırıncı sözü və ya axırıncı cümləni təzə

cümlənin başlanğıcına çevirin. Sonsuz bir zəncir alınacaqdır və nitq Tennison

bulağı kimi məqsədsiz olsa da, dayanmadan axacaq. Bunun praktikada necə

alındığına baxaq. Təsəvvür edək ki, işin uğurları barədə danışan natiq aşağıdakı

cümləni səsləndirəndən sonra əqli dalana düşmüş olur: “Orta qulluqçu ona görə

irəli çəkilmir ki, o, öz işinə az maraq göstərir, təşəbbüs azdır”.

“Təşəbbüs”. Növbəti cümləni “təşəbbüs” sözündən başlayın.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə