Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə98/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   94   95   96   97   98   99   100   101   ...   208

Siz, çox güman ki, nə deyəcəyiniz və nə ilə qurtaracağınız haqqında heç

anlayışa da malik deyilsiniz, lakin yenə də başlayın. Hətta zəif cümlə də heç

nədən daha yaxşıdır.

“Təşəbbüs orijinallığı nəzərdə tutur, bu, nəyisə özünəməxsus tərzdə, daim

göstəriş gözləmədən etməyi bacarmaq deməkdir”.

Fikir parlaq deyil, bu cümlə nitqə tarixi əhəmiyyət kəsb etdirmir. Lakin bu,

əzabverici susqunluqdan yaxşı deyilmi? Sonuncu sözlər göstərişlərlə bağlı idi. Nə

etmək, gəlin növbəti cümləni bu sözlərdən başlayaq.

“Hər cür müstəqil təfəkkürdən yayınan qulluqçularımıza daim göstəriş

verilməsi, öyüd-nəsihət edilməsi – bu, özümüz üçün təsəvvür edə biləcəyimizin

ən pisidir”.

Şükür Tanrıya, cümlə səsləndirilib. İrəli hərəkət etmək lazımdır. İndi

təsəvvür haqqında nə isə demək olar.

“Təsəvvür – zəruri olan bax budur. Vəhydir, arzudur. Vəhy olmayan yerdə, –

demişdi Solomon, – xalq məhv olur”.

Bax ilişməsiz-filansız artıq iki cümlə var. Ruhdan düşməyək, davam edək.

“Biznes döyüşündə hər il həlak olan işçilərin sayı, həqiqətən də, qüssəlidir.

Mən deyirəm – qüssəlidir, çünki elə həmin kişi və qadınlarda azacıq entuziazm,

bir qədər artıq şöhrətpərəstlik, bir az çox loyallıq olsaydı, onlar uğuru

uğursuzluqdan ayıran demarkasiya xəttindən yüksəyə qalxa bilərdilər. Lakin

biznesdə uğursuzluğa düçar olanda məsələnin bununla bağlı olduğunu heç vaxt

etiraf etmirlər”.

Və bu sayaq davam edirik... Natiq bu ümumi cümlələri səsləndirdiyi vaxt

ərzində planında olan növbəti hissəni, nəyi konkret olaraq demək istədiyini

yadına salmalıdır.

Bu sonsuz zəncir metodunu əgər uzun-uzadı davam etdirsək, buna gəlib

çıxmaq olar ki, natiq pudinqi necə bişirmək və ya bülbülün qiyməti ilə bağlı

mülahizələr yürütməyə başlayacaq. Lakin yaddaşın müvəqqəti itirilməsi

nəticəsində baş verən əqli fəaliyyətin pozulması vaxtı bu, hər halda, əla təcili

yardımdır.

Bu üsulla bir çox can vermək vəziyyətində olan nitqləri həyata qaytarmaq

mümkün olub.

Hər cür tipli əşyaların yadda saxlanmasını

yaxşılaşdırmaq qeyri-mümkündür

Mən bu fəsildə gur təəssüratların alınmasının, faktların təkrarlanmasının və

assosiasiyalaşdırılmasının təmin edilməsini necə yaxşılaşdıra biləcəyimiz

haqqında danışdım. Lakin yaddaşın əsasını assosiasiya təşkil etdiyinə görə

“yaddaşın, – professor Ceymsin göstərdiyi kimi, – ümumi və ya ilkin qabiliyyətini

yaxşılaşdırmaq qeyri-mümkündür; söhbət yalnız assosiasiyalaşdırılmış əşyaların

xüsusi sistemlərini yadda saxlamağımızın yaxşılaşdırılmasından gedə bilər”.

Məsələn, hər gün Şekspirdən bir sitat öyrənməklə biz özümüzün ədəbi

sitatlara yaddaşımızı heyrətamiz dərəcədə yaxşılaşdıra bilərik.

Hər bir yeni sitat bizim beynimizdə özünə çoxlu dost tapacaq ki, onlarla

bağlanacaq. Lakin Şekspirin “Hamlet”dən tutmuş “Romeo”ya qədər bütün

yazdıqlarının yadda saxlanması mütləq deyildir ki, pambıq bazarı və ya “çuqunun

downloaded from KitabYurdu.org




daşlardan təmizlənməsinin Bessemerov prosesi” barədə məlumatları yaddaşda

saxlamağa kömək etmiş olsun.

Gəlin təkrar edək. Əgər biz bu fəsildə qələmə alınmış prinsipləri tətbiq etsək,

istənilən hər şeyin yadda saxlanmasının metodunu yaxşılaşdıra və effektivliyini

yüksəldə bilərik. Əgər biz bu metodları tətbiq etməsək, onda beysbolla bağlı on

milyon faktın yadda saxlanması bizə fond birjasına dəxli olan məlumatları yadda

saxlamaqda heç cür kömək etməyəcəkdir. Bu cür, bir-birinə aidiyyəti olmayan

məlumatları assosiasiyalaşdırmaq qeyri-mümkündür. Xatırladaq ki, “bizim

beynimiz özü ilə əsas etibarilə assosiasiyalaşdıran mexanizm təcəssüm etdirir”.

Xülasə


1. “Orta təfəkkürlü adam, – deyə görkəmli psixoloq Karl Siroş bildirir, – öz

hafizəsinin anadangəlmə imkanlarının ən çoxu on faizindən istifadə edir. Qalan

doxsan faiz məhv olur, çünki o, yadda saxlamağın təbii qanunlarını pozur”.

2. Bu cür üç “yadda saxlamağın təbii qanunu var”: təəssürat, təkrar,

assosiasiya.

3. Yadda saxlamaq istədiyiniz barədə dərin, gur təəssürat almaq lazımdır.

Bunun üçün siz aşağıdakıları etməlisiniz:

a) Diqqətinizi cəmləməlisiniz. Teodor Ruzveltin yaddaşının sirri bunda idi;

b) Diqqətlə müşahidə etməlisiniz. Düzgün təəssürat almalısınız. Fotoaparat

dumanlı havada yaxşı fotoşəkil verməyəcək, sizin şüurunuz da dumanlı

təəssüratları saxlamayacaqdır;

c) Təəssüratları bacardıqca çox sayda hissetmə orqanının köməyi ilə almaq

lazımdır. Linkoln yadda saxlamaq istədiyini hündürdən oxuyurdu ki, qəbuletmə

həm görmə, həm də eşitmə vasitəsilə baş versin;

d) Hər şeydən qabaq, görmə təəssüratlarını almağa çalışın. O daha

möhkəmdir. Gözlərdən beyinə aparan əsəb telləri qulaqlardan beyinə aparan

əsəb tellərindən iyirmi dəfə çoxdur. Mark Tven qeydlərdən istifadə edəndə öz

çıxışının ardıcıllığını yadda saxlaya bilmirdi, amma o, qeydləri bir kənara atanda

və özünün müxtəlif mövzularını yadda saxlamaq üçün şəkillərdən istifadə

etməyə başlayanda onun çətinliklərinin hamısı yox oldu.

4. Yaddaşın ikinci qanunu – təkrar etmə. Minlərlə müsəlman tələbəsi Quranı

– təqribən Novıy Zavet həcmində olan kitabı – əzbərdən bilir və onlar buna

təkrar etmək yolu ilə nail olurlar. Əgər kifayət qədər tez-tez təkrar etsək, onda

biz dərrakəli hədlərdə istənilən hər şeyi yadda saxlaya bilərik:

a) Mətn sizin yaddaşınızda bərkiməyənə qədər onu yenə və yenə təkrar

etməyin. Mətni bir və ya iki dəfə oxuyun, sonra onu bir kənara atın və bir

müddətdən sonra yenidən ona qayıdın. Bu cür, intervallarla təkrar etmək üsulu

mətni yadda saxlamaq üçün sizdən mətni birdəfəyə yadda saxlamaqla

müqayisədə yarıbayarı az vaxt tələb edəcəkdir;

b) Nəyisə yadda saxlayandan sonra biz birinci səkkiz saat ərzində sonrakı

otuz gündə unutduğumuz qədər yaddan çıxarırıq, buna görə də öz qeydlərinizi

çıxışınızdan cəmi bir neçə dəqiqə qabaq gözdən keçirin.

5. Yaddaşın üçüncü qanunu – assosiasiya. Faktları yadda saxlamağın yeganə

üsulu – bu, onun hansısa başqa bir faktla assosiasiyalaşdırılmasıdır. “Şüurda

meydana çıxan hər şey, – deyə professor Ceyms bildirir, – ona daxil edilməlidir,

əgər daxil olursa, o artıq orada olanla qarşılıqlı əlaqəyə girir... Aldığı

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə