Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə99/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   95   96   97   98   99   100   101   102   ...   208

məlumatların üzərində daha çox düşünüb-daşınan və onlar arasında daha sıx

əlaqələr quran adam daha yaxşı yaddaşa malik olacaqdır”.

6. Əgər siz bir faktı başqa, artıq sizə bəlli olan faktla assosiasiyalaşdırmaq

istəyirsinizsə, onda təzə faktı bütün nöqteyi-nəzərlərdən düşünüb-daşının. Öz

qarşınıza bu cür suallar qoyun: “Bu, niyə belədir?”, “Necə olub ki, bu, belədir?”,

“Nə vaxt belə olur?”, “Kim deyib ki, bu, belədir?”

7. Tanış olmayan adamın familiyasını yadda saxlamaq üçün həmin adama

suallar verin – familiya necə yazılır və s. O adamın xarici görkəmini diqqətlə

öyrənin. O adamın familiyasını onun sifəti ilə əlaqələndirməyə çalışın. Onun nə

ilə məşğul olduğunu öyrənin və Pensilvaniya atletik klubuna toplaşan qrupla

edildiyi kimi, onun adını onun məşğul olduğu işlə bağlayan mnemonik cümlə

qurmağa çalışın.

8. Tarixləri yadda saxlamaq üçün onları sizin bildiyiniz əlamətdar tarixlərlə

assosiasiyalaşdırın. Məsələn, Şekspirin doğulmasının üç yüz illiyi ABŞ-da

Vətəndaş müharibəsi tarixi ilə üst-üstə düşmüşdür.

9. Öz çıxışınızın abzaslarının ardıcıllığını yadda saxlamaq üçün onları belə

yerləşdirin ki, bir mövzu məntiqi olaraq özündən əvvəlkindən çıxsın. Bundan

başqa, siz əsas məqamları özündə cəmləşdirən mnemonik cümlə fikirləşib tapa

bilərsiniz, məsələn, belə: “İnək siqar çəkirdi və Napoleona şıllaq atdı, ev isə dini

kultlarla birlikdə yandı”.

10. Əgər bütün ehtiyat tədbirlərinə baxmayaraq, deməyə hazırlaşdığınızı

qəflətən unudursunuzsa, onda siz sonuncu cümlənin axırıncı sözlərini təzə cümlə

üçün birinci sözlər kimi istifadə etməklə tam iflasdan canınızı qurtara bilərsiniz.

Bu minvalla nitqi siz öz çıxışınızın növbəti bəndini yadınıza salana qədər

davam etdirmək mümkündür.

Beşinci fəsil

İctimaiyyət qarşısında

uğurlu çıxışın ilkin şərtləri

Bu sətirlərin yazıldığı gün, yanvarın 5-də cənab Ernest Şekltonun vəfatının

ildönümü qeyd olunur. O, əla gəmi olan “Kvest”də (“Axtarış”) Antarktikanı tədqiq

etmək üçün cənuba üzərkən vəfat etmişdi. “Kvest”in göyərtəsinə qalxanların

diqqətini ilk cəlb edən mis lövhədə həkk olunmuş aşağıdakı sətirlər idi:

Əgər sən arzu edə və arzularını

öz sahibinə çevirməməyi bacarırsansa,

Əgər sən fikirləşə və fikirlərini

öz-özlüyündə məqsədə çevirməməyi bacarırsansa,

Əgər sən triumfla və bəla ilə qarşılaşmağı

və bu iki yalançı ilə eyni cür davranmağı bacarırsansa,

Əgər sən ürəyini, əsəbini, əzələlərini onlar artıq olmayanda da

öz işini görməyə məcbur etməyi bacarırsansa,

Və beləliklə, onlara: “Möhkəm durun!” deyən iradədən başqa, səndən

daha heç nə qalmayanda da özünü yaşatmağı bacarırsansa,

Əgər sən bir göz qırpımında əldən çıxan dəqiqəni

altmış saniyəlik yürüşlə doldurmağı bacarırsansa –

Yer və onda olan hər şey sənə məxsus olacaq,

Və hələ bundan da çox, sən insan olacaqsan, oğlum mənim!

downloaded from KitabYurdu.org



Şeklton bu şeiri “Kvesta”nın ruhu adlandırırdı. Və həqiqətən də, Cənub

qütbünə yola düşən adamın – ictimaiyyət qarşısında çıxış edərkən özünəinam

hissini qazanmağı arzulayan adamın da – özünə hopdurmalı olduğu ruh əks

olunmuşdur bu şeirdə.

Lakin təəssüflə deməliyəm ki, natiqlik sənətini öyrənmək istəyənlərin heç də

hamısı bu işə həmin ruhu özünə hopduraraq girişmir. Çox-çox il bundan əvvəl,

mən öz müəllimlik fəaliyyətimi yenicə başladığım vaxtlarda axşam tədris

müəssisələrinə daxil olan tələbələrin xeyli hissəsinin öz məqsədlərinə

çatmayaraq yorulub məşğələləri atdıqlarına heyrətlənirdim. Onların sayı o qədər

çoxdur ki, bu eyni zamanda həm heyrət, həm də kədər doğurur, insan təbiətini

xoşagəlməz şəkildə qiymətləndirməyə sövq edir.

Mən öz kitabımın ortasına yaxınlaşıram və təcrübəmdən bilirəm ki,

oxucuların bəzisi ruhdan düşüb, çünki auditoriya qarşısında qorxularını adlaya

və özlərinə inam hissini qazana bilməyiblər.

Çox qüssəlidir, çünki:

“Dözümü olmayan necə də miskindir!

Yaranı ani olaraq müalicə etmək məgər mümkündür?”

Şekspir.


İnadkarlıq zəruridir

Biz hansısa bir işi, məsələn: fransız dilini, qolf oynamağı, yaxud natiqlik

sənətini öyrənəndə heç vaxt aramsız irəliləmirik. Biz uğurları tədricən

qazanmırıq. Biz onları gözlənilməz sıçrayışlar, kəskin irəliləmələrlə edirik. Biz

hərdən müəyyən müddətə dayanırıq və ya hətta geri diyirlənib əvvəllər

qazandıqlarımızdan nələri isə itirə də bilərik. Staqnasiyanın və ya reqresin bu

mərhələləri psixoloqların hamısına yaxşı məlumdur və “hazırlıq əyrisində plato”

adını almışdır. Natiqlik sənətini öyrənənlər bəzən həmin “platoların” birində

həftələrlə durub ləngiyəcəklər. Onlar nə qədər sürətlə işləsələr də, irəliləməyə

müyəssər olmayacaqlar. Zəiflər naümidliyə qapanır və bu işi atırlar, möhkəm

xarakterli adamlar isə davam edir və bunda əmin olurlar ki, birdən, qəfildən,

bunun necə və niyə baş verdiyini heç özləri də anlamadan böyük uğur

qazanmağa başlayırlar. Onlar platodan təyyarə kimi qalxırlar. Qəfildən onlar

tələb olunan vərdişləri əldə edirlər. Onlar qəfildən özlərini sərbəst hiss edirlər,

çıxış edən zaman təbii olmaq və özünə inam, eləcə də auditoriyaya təsir etmək

bacarığı əldə edirlər.

Bu kitabda artıq deyildiyi kimi, ictimaiyyət qarşısında çıxışınızın ilk

məqamlarında siz hansısa ötəri qorxu, təlatüm, əsəbi həyəcan, ola bilsin, həmişə

hiss edəcəksiniz. Lakin əgər siz inadkarlıq nümayiş etdirmiş olarsınızsa, tezliklə

bütün qorxulardan yaxa qurtaracaqsınız, bircə başlanğıc qorxusu istisna olmaqla,

başlanğıc qorxusu da çox qısamüddətli olacaqdır. İlk bir neçə cümlədən sonra siz

özünüzü ələ alacaqsınız. Çıxış sizə şübhəyə yer qoymayan həzz verəcəkdir.

Qətiyyətli olun

Hüququ öyrənmək istəyən bir cavan oğlan bir dəfə Linkolndan məsləhət

almaq xahişi ilə ona məktub yazmışdı. Və Linkoln ona cavab vermişdi:

“Əgər siz hüquqşünas olmağı möhkəm qət etmisinizsə, işin yarısından çoxu

artıq edilmişdir... Həmişə yadda saxlayın ki, sizin uğur qazanmaq qətiyyətiniz

qalan hər şeydən vacibdir”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə