bunları ilhamla danışırdı. O, nəhayət, cənab Kubelisi iş təcrübəsi ilə bağlı qısaca
sorğu-sual etdi, sonra öz vitse-prezidentlərindən birini yanına çağırtdırdı və
dedi: “Düşünürəm ki, o məhz elə bizim axtardığımız adamdır”.
Cənab Kubelis öz ehtimal olunan işəgötürəninin nailiyyətləri barədə
əvvəlcədən bacardıqca çox öyrənmək üçün əziyyətə qatlaşdı. O, işəgötürəninə və
onun problemlərinə maraq büruzə verdi. Özü haqqında danışmağa ona imkan
verdi və bunun sayəsində özü haqqında əlverişli təəssürat doğurdu.
Həqiqət bundan ibarətdir ki, hətta bizim dostlarımız da bizim etdiklərimizlə
necə öyündüyümüzü dinləməkdən qat-qat çox, özləri və öz nailiyyətləri barədə
danışmağı sevirlər.
Fransız filosofu Laroşfuko demişdir: “Əgər siz özünüzə düşmən qazanmaq
istəyirsinizsə, dostlarınızdan üstün olduğunuzu onlara hiss etdirin, lakin əgər siz
dostlara malik olmaq istəyirsinizsə, onda dostlarınıza özünüzdən üstün
olduqlarını hiss eləməyə imkan verin”. Bu müddəa niyə doğrudur? Çünki
dostlarınız sizdən üstün olduqlarını hiss edəndə – bu, onlarda özlərinin
əhəmiyyət kəsb etmələri təəssüratını doğurur, lakin biz onlardan üstün olanda –
bu, onlarda fərdi natamamlıq hissini doğurur və bu, paxıllıq və qısqanclığa
gətirir.
Almanlarda bir məsəl vardır və tərcümədə o, təqribən bu cür səslənir:
“Ən böyük sevinc – bu, paxıllıq etdiklərimizin bədbəxtliyini görəndə hiss
elədiyimiz bədxah şadyanalıqdır” və ya başqa sözlə:
“Bizə ən böyük sevinc gətirən başqalarının dərdləridir”.
Bəli, bizim dostlarımızdan bəziləri bizim bədbəxtliklərimizə uğurlarımızdan
çox sevinirlər.
Odur ki, öz nailiyyətlərimizi kiçiltmək yaxşı olardı. Təvazökar olaq. Bu özünü
həmişə doğruldur. İrvin Obb necə hərəkət etmək lazım olduğunu bilirdi. Bir dəfə
Obb məhkəmədə şahid qismində çıxış edərkən vəkil ondan soruşdu: “Cənab Obb,
mənə məlum olduğu qədər, siz ən tanınmış yazıçılardan birisiniz. Bu, doğrudur?”
“Mənim bəxtim, çox güman, buna layiq olduğumdan çox gətirib”, – deyə Obb
cavab vermişdi.
Biz təvazökar olmalıyıq, çünki nə mən, nə də siz böyük dəyər kəsb etmirik.
Biz ikimiz də öləcəyik və yüzilliklər sonra unudulacağıq. Həyat çox qısadır ki,
başqalarını öz nailiyyətlərimizlə təngə gətirək. Bunun yerinə qoy bizim
həmsöhbətlərimiz danışsın. Bir qədər dərindən fikirləşsək, bizim öyünə
biləcəyimiz məgər belə çoxdur? Bizi havalanmadan xilas edənin nə olduğunu
bilirsinizmi? Çox az şey. Sizin mədəaltı vəzinizdəki qiyməti beş sentdən baha
olmayan yodun miqdarı. Əgər cərrah sizin mədəaltı vəzinizi açarsa və həmin bir
damla yodu çıxararsa, onda siz idiota çevriləcəksiniz. Tindəki aptekdən beş sentə
ala biləcəyiniz yodun cılız damlası – sizinlə və psixi xəstələr üçün sığınacaq
arasında duran vur-tut budur. Beş sentlik yod! Öyünməyə elə də güclü əsas
yoxdur. Doğru deyilmi?
Beləliklə, əgər siz kimi isə öz nöqteyi-nəzərinizə inandırmaq istəyirsinizsə, 6-
cı qaydanı tətbiq edin:
Həmsöhbətinizə ürəyini boşaltmağa imkan verin.
Yeddinci fəsil
Əməkdaşlığa necə nail olmalı
downloaded from KitabYurdu.org
Doğru deyilmi ki, sizə gümüş məcməyidə təqdim olunan ideyalardan çox, öz
şəxsi ideyalarınıza etibar edirsiniz? İndi ki bu, belədir, öz rəyinizi başqalarına
sırımaq ağıllı hərəkətdirmi? Fikri, sadəcə olaraq, ortaya atmaq və qalanına isə
həmsöhbətinizin öz düşüncələri sayəsində çatmasına imkan vermək daha
ağlabatan deyilmi?
İllüstrasiya qismində: mənim keçmiş tələbəm, Filadelfiyadan olan cənab
Adolf Zelts bir dəfə avtomobillərin satışı üzrə agentlər qrupunu ruhi düşkünlük
vəziyyətindən çıxarmaq, onları ruhlandırmaq zərurəti ilə üzləşmişdi – onlar
başlarını itirmişdilər. O, agentlərlə görüş təşkil edərək onlardan şəxsən onun
özündən nə gözlədiklərini dəqiq danışmağı xahiş etdi.
O, çıxışları dinləyə-dinləyə irəli sürülən təklifləri yazı taxtasında qeyd edirdi.
Çıxışlar qurtarandan sonra o dedi: “Sizin məndən gözlədiklərinizin hamısını mən
yerinə yetirəcəyəm. İndi isə mənə deyin görüm, mən öz növbəmdə siz tərəfdən
nəyə ümid edə bilərəm. Cavablar tez, dəqiq səsləndi: vicdanla işləmək,
düzgünlük, təşəbbüskarlıq, kollektiv iş, gündə səkkiz saat ərzində can-başla
işləmək. Görüş ruh yüksəkliyi və ilhamla başa çatdı və cənab Zeltsin sonralar
mənə danışdığı kimi, satılan maşınların sayının fenomenal artımına gətirdi.
“Adamlar mənimlə nə isə mənəvi sövdəyə bənzər bir şey bağladılar, – deyirdi
cənab Zelts, – və nə qədər ki mən öz vəzifələrimi yerinə yetirirdim, onlar öz
üzərilərinə düşənləri yerinə yetirməkdə qərarlı idilər. Onların tələbatlarının və
istəklərinin aydınlaşdırılması elə onların möhtac olduqları stimul idi”.
Bunu dərk etmək heç kəsin xoşuna gəlmir ki, onu nəyi isə etməyə və ya
almağa məcbur ediblər. Biz belə hiss etməyə üstünlük veririk ki, öz istəyimizə
uyğun olaraq almışıq və ya öz istəklərimiz, tələbatımız, ehtiyacımız, düşüncəmizə
müvafiq olaraq hərəkət etmişik.
Gəlin Yucin Vessonla bağlı hadisəni nəzərdən keçirək. O, həqiqətə çatmazdan
əvvəl saysız-hesabsız ziyan çəkmişdi. Cənab Vesson parça dekoratorları və
fabrikantlarına şəkillər təqdim edən studiyalar üçün eskizlər edir. Cənab Vesson
üç il ərzində hər həftə (həftədə bir dəfə) Nyu-Yorkun aparıcı modelyerlərindən
birinin qəbuluna gəlirdi. “O, məni qəbul etməkdən heç vaxt imtina etmirdi, –
deyə cənab Vesson danışırdı, – lakin mənim sifarişlərimi heç vaxt almırdı. O,
eskizləri həmişə diqqətlə gözdən keçirir və sonra da deyirdi: “Yox, Vesson, mənə
belə gəlir ki, bu gün bizdə heç nə alınmayacaqdır”.
Vesson 150 uğursuz cəhddən sonra başa düşdü ki, tapdanmış cığırdan
çıxmaq lazımdır. Buna görə də o, həftədə bir günü insanlara təsir etmək və yeni
ideyaların işlənib hazırlanması metodlarının öyrənilməsinə həsr etməyi qərara
aldı.
O, əvvəl-axır yeni metoda əl qatmağı qət etdi. O, rəssamların üzərində
işlədikləri yarım düjünə qədər tamamlanmamış eskizi özü ilə götürərək
modelyerinin kontoruna yollandı. “Siz mənə kiçicik bir minnət etməyə razı
olmazdınızmı, – dedi o, – baxın, bunlar bir neçə tamamlanmamış eskizdir. Deyə
bilməzdinizmi, onları necə tamamlamaq lazımdır ki, sizin işinizə yarasın?”
Sifarişçi heç bir söz demədən müəyyən müddət eskizləri gözdən keçirdi,
sonra isə bildirdi: “Onları bir neçə günlük qoyun burada qalsın, Vesson, sonra isə
gələrsiniz danışarıq”.
downloaded from KitabYurdu.org