Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə1/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
  1   2   3   4   5   6   7   8   9   ...   175



QIZILGÜLÜN ADI

Roman



“Qızılgülün adı” intellektual postmodernizmin və XX əsr romançılığının ən parlaq nümunələrindən biri,

Umbcrto Eko yaradıcılığının kulminasiyasıdır. Bu romanda müasir fəlsəfi fikrin bəşəriyyətə bəxş etdiyi

bir çox düşüncə nemətləri, - ikili qiymətləndirmədən, Mərkəzin kənar üzərində, Mütləqin nisbi qarşısında,

Həqiqətin həqiqətlər üzərində, əminliyin şübhə qarşısında, ehkamın təhlil üzərində ağalığından imtina,

patiş, intertekstuallıq, semiotika və s. kimi anlayışlar əyaniləşərək, “Biz buyuq!” dedi.

Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dünyagörüşün inkişafı naminə onu

oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mədə-

niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb,

yazılmasından 30 ildən artıq vaxt keçir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mərkəzindədir.

Azərbaycanda postmodern ədəbiyyat mövzusunda qızğın müzakirələr təxminən iyirmi ildir ki, gedir.

Postmodern ədəbiyyatın ağır artilleriyası olan “Qızılgülün adı” romanı isə azərbaycandilli oxuculara ana

dilimizdə yalnız indi təqdim olunur.




Qanun Nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9 Tel.: (+994 12) 431 -16-62; 431-38-18 Mob.: (+994 55)212 42

37 c-mail: info(a}qanun.az www.qanun.az

Umberto Eco QIZILGÜLÜN ADI Bakı, Qanun Nəşriyyatı, 2012

Rus dilindən tərcümə: Samir Bulut

Azərbaycan dilində müəllifin adı: Umberto Eko

© Qanun Nəşriyyatı, 2012 © R.C.S.Libri S.p.A. - Milan, Bompiani, 1980



6

T Ə B İ İ   K İ ,   Ə L Y A Z M A S I D I R

Mən 16 avqust 1968-ci ildə “J.Mabiyon atanın nəşr etdirdiyi, fransız dilinə tərcümə edilmiş, Melkli

Adso atanın qeydləri” adlı bir kitab əldə etdim (Paris, Lasur abbadığının mətbəəsi, 1842)

1

. Tərcüməçi



Balle adlı bir abbat idi. Olduqca yoxsul olan tarixi şərhdə deyilirdi ki, tərcüməçi, on yeddinci əsrdə

benedik- tin ordeninin

2

 tarixçəsini araşdıran məşhur alimin Melk monastırının kitabxanasında tapdığı XIV



əsrə aid olan əlyazmasını hərfbəhərf tərcümə etmişdir. Beləliklə, Praqada sevdiyim birini gözlədiyim

zaman əldə etdiyim nadir əsər (bu, xronoloji olaraq

1

  L e  manuscrit de Dom Adson de Melk, traduit en français d’apres l’edition de Dom J. Mabillon. Paris, Aux Presses de l’Abbaye



de la Source, 1842.

Rahib ordenləri kilsə tərəfindən təsdiq olunmuş nizamnaməsi olan, təntənəli şəkildə and içmiş rahiblərdən ibarət daimi dini

cəmiyyətdir. Rahiblər andiçmə mərasimindən sonra hər hansı əmlaka sahib olmaqdan, nikah bağlamaqdan məhrum edilir. Rahiblər

yalnız onlar üçün xüsusi olaraq ayrılmış yerlərdə - monastırlarda yaşayırlar. Rahib ordenləri həyat tərzinə, məqsədlərinə, fəaliyyət

istiqamətlərinə görə, zahiri cəhətdən isə hər ordeninin özünəməxsus rahib geyimləri olduğu üçün bir-birindən fərqlənir. Rahib

ordenləri dörd kateqoriyaya bölünür: 1. “Nizamnaməyə sadiq rahiblər” - buraya antonianlar, bazilian- lar, benediktinlər və onlardan

ayrılmış fırqələr: klyunilər, sistersianlar və kartezianlar daxildir. 2. “Nizamnaməyə sadiq kliriklər” - buraya avqustinlər,

premonstranlar, dominikanlar və yezuitlər daxildir. 3. “Dilənçi ordenlər” - buraya fransiskanlar, karmelitlər, minoritlər daxildir. 4.

“Cəngavər ordenləri” - buraya hospitalyerlər, tampliyerlər, gülxaç- lılar və s. daxildir.



7

üçüncü tapıntım idi) məni yad ölkədə darıxmaqdan qurtardı. Bir neçə gündən sonra, sovet qoşunları talesiz

şəhəri işğal etdi. Mən Lints civarmda Avstriya sərhədini keçə bildim; buradan isə asanlıqla Vyanaya

gəldim və nəhayət, Praqada gözlədiyim həmin qadınla görüşdüm. Biz birlikdə Dunay çayı boyunca, yuxarı

istiqamətdə səyahətə yollandıq.

Adsonun qorxunc hekayəsini zehni gərginlik içində acgözlüklə oxuyurdum və kitaba o qədər aludə

olmuşdum ki, yumşaq qələmlə üstünə yazı yazmaq çox xoş olan, “Jozef Jiber” firmasının gözəl və böyük

dəftərlərindən bir neçəsini dolduraraq, tərcümə etməyə nə zaman başladığımı özüm də hiss etmədim. Be-

ləcə biz Melk civarına gəlib çıxdıq; çay döngəsinin üstündəki bir təpədə yerləşən, yüz illər boyunca

dəfələrlə yenidən tikilmiş Stift' hələ də yerində dayanmışdı. Bir oxucu kimi, artıq anlamışdım ki, monastır

kitabxanasında Adso atanın əlyazmasının izlərinə rast gəlinməmişdir.

Zalsburqa az qalmış, Mondzeya sahillərindəki kiçik oteldə, lənətəgəlmiş bir gecədə bizim birliyimiz

pozuldu, səyahətimiz yarımçıq qaldı və mənim yoldaşım Ballenin kitabını da götürərək yoxa çıxdı; əlbəttə,

bu, bəd niyyətin nəticəsi deyildi, sadəcə bizim ayrılığımızın dəlicəsinə mənasız və qəfil olduğunun təza-

hürü idi. Beləcə, əlimdə yazılı dəftərlər, ürəyimdəsə böyük bir boşluq qaldı.

Bir neçə aydan sonra Parisdə axtarışlarıma davam etdim. Fransızca orijinaldan götürdüyüm qeydlərdə,

hər şeydən əlavə, ilkin mənbədən olan sitatlar da vardı. Həm də təəccüblü dərəcədə dəqiq və ətraflı:

Vetera analecta, sive collectio veteram aliquot operum & opusculorum omnis generis, carminum,

epistolarum, diplomaton, epitaphiorum, &, cum itinere germanico, adnotationibus aliquot

disquisitionibus R. P. D. Joannis Mabillon, Presbiteri ac Monachi Ord. Sancti Benedicti e Congregatione

S. Mauri. — Nova Editio cui accessere Mabilonii vita & aliquot opuscula,

3

3

 Monastır - (latınca)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə