Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə14/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   10   11   12   13   14   15   16   17   ...   175

50

B İ R İ N C İ   G Ü N

G Ü N O R T A ,

Adso kilsənin qapısına heyran olur,

Vilhelm isə uzun ayrılıqdan sonra

Kazallı Ubertino ilə görüşür

Abbatlığın kilsəsi daha sonralar Strasburq, Şartr, Bamberq və Parisdə gördüyüm kilsələr kimi gözəl

deyildi. Bura İtaliyada əvvəllər də gördüyüm, möhkəm bünövrəsi olan, göy üzünə başgicəlləndirici şəkildə

ucalmayan, genişliyi hündürlüyündən daha artıq olan məbədlərə bənzəyirdi. Amma kilsənin birinci mər-

təbəsi belə idi. Onun qaya kimi möhkəm divarları üstündə kvadratşəkilli mazğallar vardı; birinci

mərtəbənin üstündə sivriuclu çardaqla örtülmüş, sadə pəncərələri olan və qüllədən daha çox, ikinci bir

kilsəyə bənzəyən tikili ucalırdı. Əcdadlarımızın Provansda və Langedokda inşa etdiyi etibarlı monastır

kilsələri kimi, gözəllikdən və müasir üsluba xas olan bəzəklərdən uzaq bir kilsə; ancaq yaxın zamanlarda

xor yerinin üstünə bərkidilmiş uzun mil göy qübbəsinə doğru ucalırdı.

Uzaqdan nəhəng tağ kimi görünən kilsə qapısının önündə iki düz və bəzəksiz sütun vardı; amma

üstündə bir çox başqa tağın da olduğu maili qanadlar sütunlardan ayrılaraq, baxışları sanki bir uçurumun

mərkəzinə olduğu kimi, yarıqaranlıqda gözə çarpmayan əsl qapıya tərəf yönəldirdi. Darvazanın üstündə

yanlardan iki möhkəm tirin saxladığı, ortada isə dəmirlə bərkidilmiş palıd qapıların örtdüyü, girişi iki yerə

bölən oymalı sütunun dayaq verdiyi böyük bir timpan

48

 vardı. Günün o vaxtında solğun günəş  şüaları



çardağa dikinə düşürdü; fasadın üzərinə maili olaraq düşən işıq timpanı aydınlatmırdı; buna görə də iki

sütunu keçdikdən sonra, özümüzü qanadları saxlayan kiçik sütunlardan

48

timpan - binanın heykəllərlə bəzədilmiş ön hissəsi, alınlıq



51

ayrılmış tağların yaratdığı qübbənin altında gördük. Gözlərimiz alaqaranlığa alışınca, oyma daşların

insanın gözlərinə və düz qəlbinin dərinliklərinə yönəlmiş (zira rəsm ruhani insanların deyil, dünyagir

insanların ədəbiyyatıdır) lal söhbəti birdən-birə gözlərimi qamaşdırdı və məni bu gün də dilimin çətinliklə

söylədiyi xəyalların içinə çəkdi.

Göy üzündə qurulu bir taxt və taxtda Oturan birini gördüm. Oturanın üzü sərt və kədərli idi, geniş

açılmış gözləri dünyəvi mövcudluğunun sonuna gəlmiş bəşəriyyətə baxırdı; uzun saqqalı və saçları bir

bulağın suları kimi bərabər ölçüdə ikiyə ayrılaraq üzünə və sinəsinin üstünə tökülürdü. Başındakı çələng

rəngbərəng lələklərlə və qiymətli daş-qaşla bəzədilmişdi; qızılı və gümüşü saplarla işlənmiş al-qırmızı

xirqəsi böyük qıvrımlarla dizlərinin üstünə düşmüşdü. Dizlərinin üstünə qoyduğu sol əlində möhürlü bir

kitab tutmuş, sağ əlini isə müjdə verirmiş kimi, ya da təhdid edirmiş kimi yuxarı qaldırmışdı. Üzü xaç

şəklində və qeyri-adi gözəllikdə çiçəkli nur haləsinə bürünmüşdü; çələngin ətrafında və Oturanın başının

üstündə zümrüdə bənzər göy qurşağının parıldadığını gördüm. Taxtın önündə, Oturanın ayaqlarının

altında büllur kimi dəniz axırdı; taxtın ətrafında və üstündə isə dörd qorxunc heyvan gördüm. Məftunluqla

baxdığıma görə bu heyvanlar mənim üçün qorxunc idi; amma Oturan üçün mehriban və doğma olan bu

heyvanlar daim onu mədh edirdilər.

Daha doğrusu, onların hamısı mənim üçün də qorxunc deyildi; zira mənim solumda, Oturanın sağında

əlində kitab tutmuş adam mənə sevimli və gözəl göründü. Amma əks tərəfdəki sivri dimdikli, zireh kimi

tükləri tikan-tikan, əyri caynaqlı, geniş qanadları açıq olan qartal qorxunc idi. Oturanın ayaqları yanında,

iki heykəlin altında daha iki heyvan vardı: bir buğa və bir aslan; iki yırtıcı da - biri pəncələri, biri dırnaqları

arasında bir kitab tutmuşdu; gövdələri taxtın kənarına, başları isə taxta tərəf yönəlmişdi; gövdələrinin

yuxarısı və boyunlan vəhşi bir çırpıntı içərisində idi; pəncələrini yığmış, cəhənglərini geniş açmış,

ilanaoxşar quyruqları halqa-halqa qıvrılan bu heyvanlar getdikcə



yüksələn alov dilləri ilə  əhatə olunmuşdu. İkisi də qanadlı, ikisi də halə ilə taçlanmış idi; qorxunc

görkəmlərinə baxmayaraq, bunlar cəhənnəmin deyil, cənnətin məxluqları idilər; qorxunc görünmələrinin

səbəbi bir gün diriləri və ölüləri mühakimə etmək üçün Gələcək olanın gəlişini əvvəlcədən duyduqlarına

görə nərildəmələri idi.

Taxtın ətrafında, dörd heyvanın yanında və Oturanın ayaqları altında, görüntü sahəsini, demək olar ki,

tamamilə dolduran büllur dənizinin şəffaf suları arasından görünürmüş kimi timpanın üçbucaq cizgilərinə

uyğun olaraq aşağıda yeddi-yeddi, sonra üç-üç, lap yuxarıda iki-iki yerləşmiş iyirmi dörd kiçik taxtda

iyirmi dörd ağ libaslı və qızılı çələngli qoca oturmuşdu. Onlardan bəziləri əlində lira

49

, bəziləri isə



buxurdan tutmuşdu. Amma yalnız bir nəfər musiqi çalırdı; qalanların hamısı coşqunluq içərisində idilər;

üzlərini mədh etdikləri Oturana tərəf çevirmişdilər; qolları və ayaqları dörd heyvanınkı kimi, amma yabanı

şəkildə deyil, müqəddəs bir rəqsin hərəkətləri olaraq bükülmüşdü - güman ki, içərisində on buyuruğun

olduğu sandığın önündə Davud da belə rəqs etmişdi, - gövdələri hansı vəziyyətdə olursa olsun, insan

bədəninin müvazinət qaydalarına zidd olaraq, eyni işıqlı nöqtəyə baxırdı. İlahi, cismani ağırlıqdan ecazkar

şəkildə qurtulmuş, qol və ayaqların qeyri-təbii, amma qəribə və gözəl olan mistik dilində bədən hərəkətləri

çox incə və ahəngə uyğun idi; sanki çəki qanunları yeni görkəm almışdı, sanki müqəddəs rəqs şiddətli

rüzgarın təsiri altına düşmüşdü; sanki həyat nəfəsi, sevinc coşğusu möcüzənin gücüylə səsdən müqəddəs

görüntüyə çevrilmişdi.

Müqəddəs ruhla dolmuş və bir bəyanla aydınlanmış bədənlər, əl və ayaqlar, çaşqınlıqdan dəyişmiş

üzlər, coşqunluqdan parıldayan gözlər, eşqdən qızarmış yanaqlar, sevincdən böyümüş bəbəklər; kimi

əzablı bir sevinclə külə dönmüş, kimi müqəddəs musiqiyə qapılmış, kimi çaşqınlıqdan dəyişmiş, kimi

xoşbəxtlikdən gəncləşmiş...Budur, onların hamısı mütəəssir üz-

49

lira - barmaqla çalınan qədim musiqi aləti

52



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə