Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə175/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   167   168   169   170   171   172   173   174   175

608

dumanlanmış gözlərim önündə xarabalıq və ölüm səhnəsi açıldı.

Bir zamanlar o yerlərin bəzəyi olan nəhəng və gözəl tikililərdən, Roma çöllərindəki qədim

bütpərəstlərin abidələri kimi, dağınıq xarabalıqlar qalmışdı. Divar qalıqlarını, sütunlan, yanğının

toxunmadığı bir neçə tiri sarmaşıqlar bürümüşdü. Hər tərəfi alaq otları basmışdı, hətta bostan və bağçanın

yeri də bəlli deyildi. Hələ torpağın üstündə yüksələn qəbirlərə görə, yalnız məzarlığın yerini tanımaq

mümkün idi. Yeganə həyat əlaməti olaraq, yüksəklərdə uçan vəhşi quşlar şahmaranlar kimi daşların

arasında yuva salmış və divarların üstündə sürünən kərtənkələ və ilanları ovlayırdı. Kilsə qapısından

kiflənmiş qırıntılar qalmışdı. Timpanın yansı salamat idi, buna görə də, taxtda oturmuş Məsihin təbii

rütubət nəticəsində yayılmış və məşum şibyələr üzündən dartılmış sol gözü ilə bir aslan üzünün parçasını

görə bildim.

Bina, dağılmış cənub qülləsindən başqa, demək olar ki, salamat qalmışdı. Sanki zamanın axınına

meydan oxuyaraq, hələ



ayaqda qalmağı bacarmışdı. Uçurumun üzərində yüksələn iki qüllə də tamamilə olduğu kimi idi, amma

bütün pəncərələr boş göz çuxurlarına bənzəyirdi, irin qoxulu sarmaşıqlar, yapışqan göz yaşları kimi

sallanmışdı. İçəridə sənət əsərlərinin qalıqları təbiətin əsərinə qarışmışdı; yarısı sağ qalmış mətbəx

meydançasından baxınca, üst mərtəbələrin döşəməsi və tavanı cənnətdən qovulmuş mələklər kimi aşağı

düşdüyü üçün açıq qalmış yerdən göy üzü görünürdü. Mamırlarla yaşıllanmamış hər şey on illər əvvəlin

hisi ilə hələ də qapqara idi.

Dağıntıları eşələyərkən ara-sıra yazı zalı və kitabxanadan uçub düşmüş, torpağa gömülmüş xəzinə

kimi, bütün bu illər ərzində salamat qalmış perqament parçalarına rast gəlirdim; cırılmış səhifələrdən kitab

düzəldəcəkmiş kimi, onları toplamağa başladım. Sonra qüllələrin birində yazı zalına qalxan, aşacaqmış

kimi görünən, amma hələ dağılmamış dolama nərdivan diqqətimi çəkdi; oradan isə,töküntülərin üstünə

dırmaşıb, kitabxananın səviyyəsinə qalxmaq olardı. Amma kitabxana indi xarici divarlara bitişik olan və

hər birinin sonu boşluğa baxan dəhlizlərdən başqa bir şey deyildi.

Birdən dağılmamış divarın yanında, bir möcüzə ilə hələ də salamat qalmış kitab dolabı gördüm.

Alovun, suyun və böcəklərin hücumuna necə tab gətirmişdi, bilmirəm. İçində hələ bir neçə səhifə vardı.

Aşağıdakı dağıntılar arasından başqa parçaları da topladım. Qismətimə düşən bərəkətsiz məhsul olsa da,

bütün günümü onu toplamaqla keçirdim, sanki kitabxananın bu disjecia membra



226

-sı mənə nəyisə xəbər

verəcəkdi. Bəzi perqament parçaları solmuşdu; bəzilərinin üstündə bir neçə xəttin kölgəsini, ya da bir-iki

sözün xəyalını görmək olurdu. Çox az da olsa, bütöv bir cümlənin oxuna bildiyi səhifələr də tapırdım;

bəzən dəmir çərçivələrlə qorunduğu üçün salamat qalmış cildlərə də rast gəlirdim... Xarici görkəmindən

kitaba oxşasalar da, içərisi boş olan kitab kabusları... Amma bəzi hallarda səhifənin ortasına, yarım

səhifəyə də rast gəlir, fəsil başlıqlarını oxuya bilirdim...

Tapa bildiyim bütün təbərrükləri topladım, bu yoxsul xəzinəni yerləşdirmək üçün lazımlı əşyalarımı

tullayaraq, iki yol dağarcığını ağzına qədər doldurdum.

Geri qayıdan zaman yolda və sonra Melkdə bu kağız qırıntılarını oxuya bilmək üçün saatlar sərf etdim.

Bəzən bir söz, ya da bir rəsmdən hansı  əsərin olduğunu anlayırdım. Zaman-zaman o kitabların başqa

nüsxələri əlimə keçincə, onları xüsusi məhəbbətlə oxuyurdum; sanki tale qəsdən bu hədiyyəni mənə

göndərmişdi və məhv olmuş kitabı tanımağa kömək edən bu qalıqlar səmavi əlamətlər kimi mənə deyirdi:

“Götür və oxu”. Parçaları səbirlə birləşdirdikdən sonra, qarşımda bir növ “kiçik kitabxana” - o böyük,

itkin kitabxananın zəif əlaməti yarandı: parçalardan, iqtibaslardan, yarımçıq cümlələrdən, budanmış

cildlərdən ibarət bir kitabxana.

Bu siyahını daha tez-tez oxuyunca, onun bir təsadüfılik nəticəsi olduğuna və heç bir əlamət

saxlamadığına getdikcə daha çox inandım. Amma bu yarımçıq səhifələr, o zamandan bəri yaşamalı

olacağım qalan bütün ömrüm ərzində mənimlə yoldaş oldu; məsləhət üçün bir fal kitabı kimi tez-tez onlara

üz tutdum; nə qədər qəribə də olsa, bu səhifələrə yazdığım, indi, naməlum oxucum, sənin oxuduğun hər

226

Bir-birindən qopmuş üzvlər (lat.)




şeyin müxtəlif yazarların əsərlərindən götürülmüş bir topludan, bir rəsmli şeirdən, yalnız o köhnə

perqament parçalarının dedikləri şeyləri təkrarlayan nəhəng akrostixdən

227

 başqa bir şey olmadığını hiss



edirəm; bilmirəm, bu vaxta qədər mənmi onlar barədə danışmışam, yoxsa onlarmı mənim ağzımla danışıb.

Amma bu iki ehtimalın hansı doğru olursa olsun, bunlardan yaranmış hekayəmi öz-özümə nə qədər çox

təkrarlayıramsa, bu hekayədə hadisələrin təbii ardıcıllığını və onları bir-birinə bağlayan zamanı aşan bir

məzmunun olub-olmadığını o qədər az anlayıram. Və ölümün astanasında olan bu qoca rahib üçün yazdığı

sətirlərin gizli bir mənası, ya da bir

227


 Sətirlərinin baş hərfləri bir söz və ya cümlə əmələ gətirən şeir


611

neçə, ya da bir çox, ya da heç bir mənası olub-olmadığını bilməmək çox ağırdır.

Bəlkə də görmə bacarıqsızlığım - yaxınlaşmaqda olan böyük qaranlığın qocalmış dünyanın üstünə

saldığı kölgənin nəticəsidir.



Est ubi gloria nunc Babylonia?

228

 Keçən ilki qarlar hanı? Yer üzü Makabra rəqsini rəqs edir indi, bəzən

mənə elə gəlir ki, dəlilərlə dolu gəmilər Dunay çayı ilə qaranlıq yerə doğru gedir.

Mənə yalnız susmaq qalır. O quanı salubre, quam iucundum et suave est sedere in solitudine et tacere



et loqui cum Deo

229

Tezliklə öz başlanğıcıma qayıdacağam. Tannnın, mənsub olduğum ordenin

abbatlarının mənə dedikləri Ucalıq Tanrısı, ya da köhnə minoritlərin inandıqları kimi Sevinc Tanrısı, bəlkə

də, hətta Mərhəmət Tanrısı olduğuna artıq inanmıram. Gott ist ein /auter Nichts, ihn rührt kein Nun noch

Hier...

230

 Çox keçmədən həqiqi mömin ürəklərin xoşbəxtlik içində üzəcəkləri o dümdüz, ucsuz-bucaqsız

səhraya girəcəyəm. İlahi alaqaranlığın, lal sükutun və anladılmaz ahəngin içinə dalacağam. Və bu dalmada

bütün bənzərliklər və bənzərsizliklər itib gedəcək; və bu girdabda ruhum özünü itirəcək, nə bənzərlikləri,

nə bənzərsizlikləri, nə də başqa bir şeyi biləcək; və bütün fərqliliklər unudulacaq; sadə başlanğıcın içinə

düşəcəyəm, heç bir fərqliliyin görünmədiyi lal səhraya, heç kəsin öz yerini tapa bilməyəcəyi dərinliyə. Nə

işin, nə də xəyalın olmadığı insansız bir yerə, səssiz kamilliyə dalacağam.

Yazı zalı soyuqdur, barmaqlarım sızıldayır. Bu yazıları kimə qoyub getdiyimi bilmirəm; artıq nə

haqqında olduğunu da bilmirəm. Stat rosa pristina nomine, nomina nuda tenemus

231

.

228


 Hanı indi Babilin şöhrəti? (lat.)

:

 Səssizlik içində oturub susmaq və Allahla danışmaq nə faydalı, nə sevindirici, nə xoş (lat.)



230

 Tanrı tam bir Heçlikdir, nə “indi”, nə də “burada” ona aid deyil, (almanca)

231

 Adı qalıb əvvəllər qızılgül olanın - irəlidə də sırf adlarımızla qalacağıq (lat.)




612

M Ü N D Ə R İ C A T

TƏBİİ Kİ, ƏLYAZMASIDIR

[5]


MÜƏLLİFİN QEYDLƏRİ

[ 12]


P

ROLOQ


[i4]

B İ R İ N C İ   G Ü N

S Ü B H   Ç A Ğ I , Monastırın kənarına gəlib çatırıq; Vilhelm öz fərasətini göstərir [28]

S Ə H Ə R , Vilhelmlə abbat məzmunlu söhbət edirlər [35]

GÜNORTA, Adso kilsənin qapışma heyran olur, Vilhelm isə uzun ayrılıqdan sonra Kazallı Ubertino

ilə görüşür

[50]


İ K İ N D İ   V A X T I , Vilhelm nəbatatçı Severinlə elmi

söhbət edir

[ 8 1   ]

İ K İ N D İ D Ə N   S O N R A , Vilhelm və Adso yazı zalını ziyarət edir, bir çox araşdırmaçt, nüsxəçi

və başlıq yazıçısı ilə, həmçinin Dəccalın gəlişini gözləyən qoca bir korla tanış olurlar [88]

G Ü N B A T A N   Ç A Ğ I , Vilhelmlə Adso monastırın başqa tikililərinə baxırlar; Vilhelm



Adelmonun ölümünə aid ehtimallar irəli sürür, oxumaq üçün olan şüşələr və oxumağı həddən artıq

sevənlərin gördükləri həyulalar haqqındaşiişə ustası ilə söhbət edir [103]

A X Ş A M , Vilhelm və Adsonu baş rahibin səxavətli qonaqlığı və Xorxenin kəskin cavabı gözləyir

[113]

İ K İ N C İ   G Ü N



G E C Ə   Y A R I S I , Qısa sürən, bir neçə saatlıq mistik sevinc qanlı bir hadisəylə sona çatır [  120]


613

S Ü B H   Ç A Ğ I , Upsallı Bensio bəzi gizlinləri açıqlayır,



Arundelli Berenqar da bəzi şeylər danışır. Adso isə əsl tövbənin necə olduğunu öyrənir

[  130]


S Ə H Ə R , Cahillər dava salır, İskəndəriyyəli Aymaro nəyəsə eyham edir, Adso müqəddəsliyin

təbiəti və şeytanın nəcisi haqqında düşünür. Sonra Vilhelm və Adso yazı zalına qalxırlar, Vilhelm

maraqlı bir şeyə rast gəlir, gülüşün caiz olduğu haqqında üçüncü dəfə müzakirə açır, amma axırda

istədiyi yerə baxa bilmir

[  143]


G Ü N O R T A , Bensio monastırın həyalı haqqında

çox da xoşagəlimli olmayan qəribə sözlər danışır [  162]

İ K İ N D İ   V A X T I , Abbat monastırın sərvəti ilə öyiinür və bidətçilərin şərindən təşvişə düşür;



nəhayət, Adso dünyanı gəzib-dolaşmağı qərara aldığı üçün təəssüflənir [ 169]

G Ü N B A T A N   Ç A Ğ I N D A N   S O N R A , Bu qısa fəsildə qoca Alinardo labirintə dair və



oraya necə girmək barədə çox maraqlı məlumatlar danışır

[   1 8 7

A X Ş A M , Vilhelmlə Adso Binaya girirlər; müəmmalı casusla qarşılaşırlar; üzərində gizli hərflərlə

tilsim yazılmış kağız tapırlar və bir anlığa görünüb, qeyb olan kitaba rast gəlirlər; qarşıdakı

fəsillərdə bu kitabın axtarışı sürəcəkdir; xoşagəlməz hadisələrin sonunda Vilhelmin eynəkləri

oğurlanır

[  192]


G E C Ə , Vilhelm və Adso, nəhayət, labirintə girirlər; qəribə görüntülər görür və hər bir labirintdə

olduğu kimi yolu itirirlər [202]

Ü C Ü N C Ü   G Ü N

A L A Q A R A N L I Q D A N   S Ü B H   Ç A Ğ I N A   Q Ə D Ə R , Yoxa çıxmış Berenqarın

hücrəsində qanlı qətfə tapılır - vəssalam [21 6 ]

S Ə H Ə R , Adso mənsub olduğu ordenin tarixi və müxtəlif kitabların taleyi haqqında düşünür

[217]

G Ü N O R T A , Ads, Salvatorun bir neçə sözlə ifadə edilməyəcək etiraflarını dinləyir və həyəcanlı



düşüncələrə qərq olur

[222]



614

İ K İ N D İ   V A X T I , Vilhelm Adsoya böyük bidətçilik cərəyanından, avam insanların kilsə işinə



faydasından, varlıq qanunlarının dərk edilməsinə dair duyduğu şübhələrdən danışır və sözarası

Venansionun tilsiməbənzər yazısını oxuya bildiyini də söyləyir [234]

G Ü N B A T A N   Ç A Ğ I , Abballa yeni söhbət baş verir, Vilhelm labirintin sirrinə bələd olmaq



üçün ağıllı mühakimələr irəli sürür və axırda bu iş məntiqi üsullara həvalə edilir. Sonra Vilhelmlə

Adso qızartma pendir yeyirlər

[254]


A X Ş A M   D U A S I N D A N   S O N R A , Ubertino rahib Dolçinonun əhvalatım Adsoya danışır.

Adso buna bənzər hadisələri xatırlayır və kitabdan oxuyur. Sonra döyüşə hazır nizami ordu kimi

gözəl və qorxunc bir qıza rast gəlir

[268]


GECƏ, Sarsılmış Adso Vilhelmin qarşısında günahlarını etiraf edir və qadının yaradılışdakı yerini

düşünür. Sonra kişi meyitinə rast gəlir

[307


D

Ö R D Ü N C Ü   G Ü N

A L A Q A R A N L I Q , Vilhelm və Severin Berenqarın cəsədinə baxır, dilinin qara olduğunu

görürlər, bu da boğulmuş bir adamda rast gəlinməyən haldır; sonra şiddətli zəhərlərdən və çoxdan

baş vermiş oğurluqdan söhbət gedir

[316]


S Ü B H   Ç A Ğ I , Vilhelm əvvəlcə Salvatoru, sonra keları keçmişi xatırlamağa məcbur edir; Severin

oğurlanmış eynəkləri tapır, Nikola da yenilərini gətirir; beləcə, altı gözlü Vilhelm Venansionun

əlyazmasını araşdırmağa gedir

[325]


S Ə H Ə R , Adso eşq əzabları içində üzülür; sonra Vilhelm əlində Venansionun oxunduqdan sonra

belə anlaşılmaz qalan əlyazması ilə galir

[338]


G Ü N O R T A , Adso yerdombalanı toplamağa gedir, ıninoritlərlə birlikdə geri qayıdır; onlar

Vilhelm və Ubertino ilə uzun söhbət edirlər, XXII Iohann haqqında çox acıqlı sözlər danışılır [351]


615

6 1 5


İ K İ N D İ   V A X T I , Pocetto kardinalı, BernardoGui və digər avinyonlular gəlirlər, sonra 

isə hər kəsistədiyini edir [368]


616

G ÜNBATAN ÇAĞI, Alinardo, deyəsən, miihiim məlumatlar



verir, Vilhelm isə bir-birinin ardınca gələn aşkar səhvlərin məntiqiliyinə

əsaslanaraq, təxmin edilən həqiqətə çatmaq üçün öz üsulunu açıqlayır [371]

A X Ş A M , Salvator eşq cadusundan söhbət açır [376]

A X Ş A M   D U A S I N D A N   S O N R A , Vilhelmlə Adso yenə də kitabxanaya girirlər və

Afrikanın astanasına varırlar, amma içəri girmək mümkün olmur, çünki dördün birincisinin və

yeddincisinin nə olduğunu bilmirlər; axırda mübtəla olduğu eşq azarı Adsonu yenə - bu dəfə olduqca

elmi - vəlvələyə salır

[380]


G E C Ə , Salvator acınacaqlı şəkildə Bernardo Guinin əlinə düşür, Adsonun sevdiyi qız

cadugəriikdə günahlandırılaraq yaxalanır və hamı əvvəlkindən daha bədbəxt və qorxmuş halda

yatmağa gedir [401 ]

B E Ş İ N C t   G Ü N

S Ü B H   Ç A Ğ I , Məsihin yoxsultuğu haqqında qardaşca müzakirələr başlayır

[410]


S Ə H Ə R , Severin Vilhelmə qəribə bir kitab haqqında danışır,

Vilhelm isə elçilərə dünyəvi hakimiyyət məsələsinə aid

qəribə fikirlər söyləyir

[428]


G Ü N O R T A , Qətlə yetirilmiş Severini tapırlar, lakin onun tapdığı kitabı tapa bilmirlər [440]

İ K İ N D İ   V A X T I , Ədalət bərqərar olur və hər kəsin haqsız olduğuna dair pis təəssürat yaranır

[454]

G Ü N B A T A N   Ç A Ğ I , Ubertino qaçmağa məcbur olur,



Bensio qanunlara əməl etməyə başlayır, Vilhelm isə o gün qarşılaşdığı müxtəlif ehtiras növləri

haqqında bəzi düşüncələrini bölüşür

[481 ]


A X Ş A M , Dəccalın gəlişi haqqında moizə oxunur və

Adso xüsusi adların mənasını anlayır

[489]


A L T I N C I   G Ü N

G E C Ə   Y A R I S I , Şahzadələr əyləşirlər, Malaxia isə



yerə yıxılır

[504]



A L A Q A R A N L I Q , Yeni kelar təyin edilir, amma yeni kitabxanaçı seçilmir

[510]


S Ü B H   Ç A Ğ I , Nikola qonaqlara yeraltı xəzinəni göstərərək, müxtəlif şeylərdən danışır [513]

S Ə H Ə R , Adso "Dies irae dinlərkən yoxu,ya da xəyal görür [522]

G Ü N O R T A Y A   D O Ğ R U , Vilhelm Adsonıtn yuxusunu yozur [ 535]

GÜNORTA, Kitabxananın tarixi araşdırılır və sirli kitab haqqında bəzi məlumatlar əldə edilir

[ 539]

İ K İ N D İ   V A X T I , Abbat Vilhelm i dinləmək istəmir, bahalı daş-qaşların dili haqqında



danışmağı üstün tutur və monastırda baş vermiş qəmli hadisələrlə bağlı təhqiqatın dayandırılmasını

tələb edir [546]

G Ü N B A T A N   Ç A Ğ I N D A N   A X Ş A M A   Q Ə D Ə R , Saatlarca sürən çaşqınlıq haqqında



qısacadanışılır [557]

A X Ş A M   D U A S I N D A N   S O N R A , Vilhelm.



demək olar ki, təsadüfən Afrikanın sərhədinə girməyin sirrini tapır [560]

Y E D D İ N C İ   G Ü N

G E C Ə , Əgər burada səslənən sarsıdıcı açıqlamaların hamısı sadalansa, başlıq fəslin özündən

uzun olar, bu da qaydalara ziddir [568]

G E C Ə , Yanğın olur və fəzilətlərin artıqlığı üzündən



cəhənnəm qüvvələri qalib gəlir

[588]


S

ON V Ə R Ə Q



[605]

616

Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə