Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə2/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   2   3   4   5   6   7   8   9   ...   175

8

scilicet Dissertatio de Pane Eucharistico, Azimo et Fermentatio, ad Eminentiss. Cardinalem Bona.

Subjungitur opusculum Eldefonsi Hispaniensis Episcopi de eodem argumento Et Eusebii Romani ad

Theophilwn Gallum epistola, De cultu sanctorum ignotorum, Parisiis, apud Levesque, ad Pontem S.

Michaelis, MDCCXXI, cum privilegio Regis'.

Scnt-Jenevyev kitabxanasında dərhal “Vetera Analecta”nı sifariş etdim. Lakin titul vərəqində Ballenin

təsvirindən fərqli olan ən azı iki cəhəti görüb, çox təəccübləndim. Birincisi, naşirin adı başqa idi: burada

- Montalant, ad Ripam P.P.Augustianorum (prope Pontem S.Michaelis)

4 5

. İkincisi, burada nəşrin tarixi



iki il gec göstərilmişdi. Topluda nə Adsonun qeydlərinə, nə də onun adı keçən hər hansı mətnə rast

gəlmədiyimi demək, məncə artıqdır. Ümumiyyətlə, bu nəşrin orta və kiçik həcmli materiallardan ibarət

olduğunu görmək çətin deyildi. Ballenin mətni isə bir neçə yüz səhifədən ibarət olmalıydı. Mən ən məşhur

mediyevistlərə

6

, xüsusən gözəl şəxsiyyət, unudulmaz alim Etyen Jilsona müraciət etdim. Lakin onların



hamısı dedilər ki, mənim Sent-Jenevyevdə istifadə etdiyim Vetera Analecta mövcud olan yeganə nəşrdir.

Passi rayonunda yerləşən Lasur abbatlığına gedib, dostum Ame Laaneştedt atayla söhbət etdikdən sonra

yüz faiz əmin oldum ki, Balle adlı abbat Lasur abbatlığı-

4

  Qədim antologiya, yaxud müxtəlif növ qədim əsərlərin Toplusu. Məktublar, qeydlər, epitafıyalar - Müqəddəs Mavr ittifaqının və



Müqəddəs Benedikt rahib ordeninin pastoru, teologiya doktoru, müqəddəs ata Jan Mabiyonun tədqiqatları və qeydləri, alman dilində

olan şərhi ilə birlikdə. Mabiyonun həyatını və onun Ali Müqəddəs ata kardinal Bona yazdığı “Priçastiye ayinindoki şirin və turş Çörək

haqqında” yazısını da əhatə edən yeni nəşr. Bu mövzuda, İspaniya yepiskopu İldefonsun əsərləri və Yevsebiy Romanskinin Teofıl

Qalla yazdığı “Naməlum müqəddəslərə ehtiram barədə” məktubu da bura daxil edilmişdir; Paris, Müqəddəs Mixail körpüsü yanındakı

Levek mətbəəsi, 1721, kralın icazəsi ilə (latınca).

5

  Montalen, Sent-Ogüsten sahil küçəsi (Sen-Mişel körpüsünün yanında) - (latınca).



6

 Qərbi Avropanın orta əsrlər tarixini öyrənən alimlər




9

nın mətbəəsində heç zaman kitab nəşr etdirməmişdir. Fransız alimlərinin tərcümeyi-hallara aid

izahatlarının səliqəsizliyi hamıya məlumdur. Lakin bu hal ən pis gözləntiləri də üstələmişdi. Aydın olurdu

ki, mənim Praqada əldə etdiyim kitab uydurma imiş. Üstəlik, Ballenin həmin kitabı indi məndə deyildi

(ümumiyyətlə, onu geri almağın yolunu görmürdüm). Əlimdə yalnız öz qeydlərim vardı, buna isə, çox az

etibar etmək olardı.

Böyük fiziki yorğunluğun gətirdiyi bəzi həyəcanlı anlar vardır. Belə anlarda keçmişdə tanıdığımız

adamların ruhları gözümüzə görünür («en me retraçant ces details, j’en suis a me demander s’ils sont reels,

ou bien si je les al reves»)

7

.



Sonralar abbat Byukuanın gözəl əsərlərindən öyrəndim ki, yazılmamış kitabların da ruhları vardır.

Yeni bir təsadüf baş verməsəydi, şübhəsiz ki, Melkli Adsonun hekayəsi üstündə hələ də baş

sındırırdım. Lakin Tanrıya şükürlər olsun ki, 1970-ci ildə Buenos-Ayresdə, Korryentcsdə, bu böyük

küçənin məşhur Patio del Tanqosunun yaxınlığında kiçik bir kitab dükanına göz gəzdirərkən Milo

Temeşvarın ispancaya tərcümə edilmiş “Şahmat oyununda güzgülərdən istifadə edilməsinə dair” adlı

kitabına rast gəldim. “Apokaliptiklər və inteqrə olunmuşlar” kitabımda bu müəllifin daha sonralar yazdığı

“Apokalipsis satanlar” əsərini araşdırarkən, artıq bu kitaba istinad etmişdim. (Düzdür, ikinci əldən olsa

da). Korryentesdəki dükandan aldığım kitab gürcü dilində yazılan itirilmiş orijinalın tərcüməsi idi (birinci

nəşr - Tbilisi, 1934). Və bu kitabda mən, tamamilə gözləmədiyim halda, Melkli Adsonun əlyazmasından

geniş hissələrə rast gəldim. Düzdür, qeyd etməliyəm ki, Temeşvar mənbə kimi nə abbat Balleni, nə də

Mabiyon atanı göstərmirdi. Kirher ataya istinad edirdi (amma kitabın adı dəqiqləşdirilmirdi). Bir alim

(onun adını burada çəkməyə lüzum görmürəm) qətiyyət və  əminliklə bildirdi ki, böyük yezuit Afanasi

Kirher ata heç bir əsərində (o, Kirherin bütün əsərlərindən

7

 Bu təfərrüatları xatırladığım zaman onların gerçək, yoxsa xəyal olduğunu öz-özümdən soruşmağa ehtiyac duyuram.




əzbər sitatlar gətirirdi) bir dəfə do olsun, Melkli Adsonun adını çəkmir. Amma Temcşvarın yazdığı

səhifələr gözlərimin önündəydi və burada sitat gətirilən epizodlar Ballcnin tərcümə etdiyi povestdəkilərlə

eyni idi (xüsusilə də, labirintin təsvirlərini müqayisə etdikdən sonra heç bir şübhə qalmır). Sonralar

Benyamino Plaçido

1

 nə yazmış olursa olsun, abbat Balle və deməli, Melkli Adso da bu dünyada



yaşamışdılar.

O zaman düşündüm ki, Adsonun yazılarının taleyi onun hekayəsinin xarakteri ilə necə də oxşardır; bu

hekayə başda müəllifin adı, ən sondasa hadisə yeri olmaqla, qaranlıq sirlərə bürünüb. Adso təsvir etdiyi

abbadığın yerini inadkarlıqla göstərmir, mətnin müxtəlif yerlərinə səpələnmiş  əlamətlər isə buranın

Pompozadan Konka qədər geniş bir ərazidə istənilən yer ola biləcəyini fərz etməyə imkan verir; ehtimal

ki, bura Apennin yüksəkliyində, Pyemonte, Liguriya və Fransa arasında bir yer idi (yəni Leriçi və Turbiya

arasında). Təsvir edilən hadisələrin baş verdiyi tarix dəqiq göstərilmişdi - 1327-ci il, noyabrın sonları;

amma müəllifin bunları nə zaman yazdığı məlum deyildi. Onun 1327-ci ildə rahibliyə hazırlaşdığını və

kitabı  yazan  zaman  ömrünün  sonuna  az  qaldığını  nəzərə  alsaq,  əlyazmasının  XIV  əsrin  son  on,  ya  da

iyirmi ili içində yazıldığını təxmin etmək olar.

Etiraf edim ki, on dördüncü yüz ilin sonlarında bir alman rahib tərəfindən latınca yazılmış əsərin on

yeddinci yüz il latıncasıyla olan nüsxəsinin, kifayət qədər aydın olmayan fransızca surətinin İtalyanca

tərcüməsini nəşr etdirməyə çox az səbəblər vardı.

Hər şeydən öncə, üslub məsələsini necə həll etməliydim? Tərcüməni o dövrün italyancasına

üslublaşdırmaq fikrindən əl çəkdim; birincisi, Adso qədim İtalyanca yox, latınca yazmışdı; ikincisi, onun

mənimsədiyi mədəniyyət (ya da ona təsir edən abbadığın mədəniyyəti) daha da arxaik idi. Bu mədəniyyət,

gec orta əsrlər latın ənənəsinin qəbul etdiyi yüz illər boyunca formalaşan üslub və biliklərin cəmi idi. Adso

yerli xalq danışığından fərqli olaraq, təsvir etdiyi kitabxanadakı dini və sxolastik

8 9

1

 La Repubblica, 22 sentyabr 1977-ci il



9


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə