Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə4/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   2   3   4   5   6   7   8   9   ...   175

1 3

M ə d h i y y ə l ə r

(qədim adı - Alaqaranlıq) - səhər saat 5-don 6-ya qədər; dan yeri

ağaranda sona çatır.

B   i r i n c i   s a a t

saat 7.30-a yaxın, sübh şəfəqinə az qalmış (sübh çağı).

Ü ç ü n c ü   s a a t

səhər saat 9.00-a yaxın (səhər).

A l t ı n c ı   s a a t

günorta (rahiblərin tarlada çalışmadığı monastırlarda qışda bu, həm də

günorta yeməyi vaxtıdır).

D o q q u z u n c u   s a a t

gündüz saat 2-dən 3-ə qədər (ikindi vaxtı).

G ü n b a t a n   ç a ğ ı

günortadan sonra, saat 4.30-a yaxın, günəş batmamışdan qabaq

(qaydaya görə qaranlıq düşənə qədər şam yeməyini yemək lazımdır).

A x ş a m

saat 6-ya yaxın. Təxminən saat 7-do rahiblər yatırlar.

Saatların hesablanması zamanı, Şimali İtaliyada noyabrın sonlarında günəşin təxminən saat 7.30-da

çıxması və günortadan sonra - 4.40-da batması nəzərə alınmışdır.




1 4

P

R O L O Q



Başlanğıcda Söz vardı və Söz Tanrı dərgahındaydı və Söz Tanrıydı. Başlanğıcda Tanrı dərgahındaydı

Söz və Tanrıya bağlı hər mömin rahibin vəzifəsi nəğmələr oxuya-oxuya heç dəyişməyən həqiqəti

doğrulayacaq bir vaqeoni gecobəgündüz itaətlə vird etməkdir. Amma o özünü, onunla üz-üzə gəlməzdən

öncə, per speculum et in aenigmate', dünyanın azğınlığı içində parça-parça göstərir (əfsus! çox

fərqedilməz parçalarla!); bu səbəblə, bizə qaranlıq və pisliyə can atan bir iradə kimi göründüyü za-

manlarda belə, onun həqiqi əlamətlərini dilə gətirməliyik.

Zavallı bir günahkar kimi ömrümün sonuna az qalmış, saçlarım ağarmış, sanki dünyanın özü kimi

qocalaraq, səssiz və izsiz müqəddəsliyinin dibsiz quyusunda yox olub getməyi gözləyə-gözləyə, mələklərə

yaraşan həmrəyliyin təkrarsız şüalarına qərq olaraq, ağır və xəstə cismimlə sevimli Melk monastırının

hücrəsinə qapanıb, gəncliyimdə gördüyüm fövqəladə və qorxunc vaqeələr barədəki xatirələrimi

perqamentlərə etibar etməyə hazırlaşıram. Yalnız gördüklərimi və eşitdiklərimi, verbatinf nəql edərək,

hadisələrin gizli mənasına nüfuz etmədən, gələcək nəsillərə (Tanrının rəhmi ilə Dəccal onlardan əvvəl

gəlməyəcəkcə) o əlamətləri çatdırmaq istəyirəm ki, bunların sayəsində hadisələri yoza bilsinlər.

Uca Tanrının lütfü sayəsində Məsihin mövludunun 1347-ci ilində, Tanrının bəsirətinə uyğun olaraq

imperator Lüdoviqin,

18 19


18

Güzgüdə və müəmmada; əksolunmada və eyhamda (latınca)

19

 Horfbəhərf, sözbosöz (latınca)




1 5

Avinyonda müqəddəs həvarinin adına ləkə yaxan, taxtı zorla ələ keçirən, dini rütbələri alıb-satan bidətçi

bir qəsbkarı (kafirlərin XXII İohann deyə ehtiram göstərdikləri Kahoıiu İakovun günahkar ruhundan söz

edirəm) cəzalandırmaq üçün İtaliyaya gəldiyi zaman faydalı və yerində olacağına görə adını çəkmədiyim

abbadıqda baş berən vaqeələrin aşkar şahidi oldum.

İçində olduğum hadisələri daha yaxşı anlatmaq üçün o illərdə nələr baş verdiyini - onları o dövrdə

yaşayıb necə anladığımı və sonralar eşitdiyim başqa məlumatlarla dərinləşdirərək indi necə gördüyümü -

xatırlamalıyam, əlbəttə ki, yaddaşım qarışıq hadisələrin dolaşıq düşmüş ipuclannı bir-birindən ayırmağı

bacaracaqsa.

O yüz ilin ilk illərində papa V Klement Romanı yerli ağaların qarətinə buraxaraq, papalıq taxtını

Avinyona köçürdü; xristianlığın müqəddəs şəhəri tədricən bir sirkə, ya da lupanariyaya

1

 çevrildi; qaliblər



onu bölüb-parçalayırdılar; adına respublika desələr do, belə deyildi; silahlı quldurların öhdəsinə bura-

xılmışdı, talanıb yağmalanırdı. Din adamları dünyəvi hakimiyyətin mühakiməsindən kənarda

qaldıqlarından quldur dəstələrinin başında durur, əldə qılınc soyğunçuluq edir, günah işlədir, haram və

haqsız qazancla varlanırdılar. Nə etmək olardı? Təbii ki, dünyanın paytaxtı Müqəddəs Roma

İmperatorluğunun tacını geymək və bir zamanlar qeysərlərə aid olan dünyəvi dövlətin nüfuzunu bərpa

etmək istəyənlər üçün arzuolunan bir qənimət idi.

Buna görə də 1314-cü ildə Frankfurtda beş alman şahzadəsi Bavariyalı Lüdoviqi imperatorluğun ali

hökmdarı seçmişdi. Lakin elə həmin gün Mayn çayının əks sahilində hökmdarlıq səlahiyyətlərinə sahib

olan Reyn qrafı və Köln şəhərinin baş yepiskopu Avstriyalı Frederiki eyni yüksək vəzifəyə seçmişdilər.

Bir taxt üçün iki imperator və ikisi üçün do bir papa - budur, böyük qarışıqlıqlara səbəb olacaq bir halət.

İki il sonra Avinyonda yetmiş iki yaşlı Kahorlu İakov XXII İohann adıyla yeni papa seçildi, allah etsin

ki, düz adamların

20

 xoşuna gəlməyən bu adı daha heç bir pontifik



21

 daşımasın. Fransız olub Fransa kralına

bağlı olan bu adam (bu fəsadlı torpağın insanları həmişə öz mənfəətlərini düşünür və dünyanın ümumi

dini yurd olduğunu anlamaq istəmirlər), bu sərsəri papa kralla əlbir olub Tampl cəngavərlərinin sərvətini

ələ keçirməkdən ötrü onları rüsvayçı günahlarda (hesab edirəm ki, haqsız olaraq) ittiham edən Fransa kralı

Gözəl Filippi dəstəkləmişdi. Bu zaman Neapollu Robert işə qanşaraq, İtaliya yarımadasının hakimliyini

əlində saxlamaq üçün alman impcratorlanndan heç birini tanımamaq məsələsində papanı inandırmış və

beləcə, kilsə dövlətinin hərbi rəisi vəzifəsində qalmışdı.

1322-ci ildə Bavariyalı Lüdoviq öz rəqibi Frederiki məğlubiyyətə uğratdı. İki imperatora nisbətən bir

imperatordan daha çox qorxan İohann qalibi qanundan kənar elan etdi; Lüdoviq isə buna cavab olaraq

papanı kafir və bidətçi adlandırdı. Məhz həmin ildə Perucada fransiskan rahiblərinin kapitulu

22

 toplandı



20

Lupanariy;, Lupanar (latınca) - fahişoxana deməkdir“lupa ” (“dişi canavar”) - pozğun, fahişə sözündəndir.

21

Pontifik (latınca) - Qədim Romada kahinlər kollegiyasının üzvü; xristian kilsəsində yepiskop, prelat, sonra isə - papa

(yepiskopun möhtərəm adı); roma papası

22

Kapitul - yepiskopun yanında ruhanilər kollegiyası

1

Sezenalı Mikele (Sezenada doğulub, təx. 1270-1342) - fransiskan ordeninin




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə