Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə5/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   2   3   4   5   6   7   8   9   ...   175

1 6

və onların generalı Sezena Mikele

23

 “ruh adamlarının” -“spiritual-



tarixində mühüm rol oynamış xadim. Əvvəlcə fransiskanlığın ortodoksal qanadına - konventuallara mənsub idi, buna görə do

spiritualların fəaliyyət və təlimlərinə mənfi münasibət bəsləyirdi. XIV əsrin əvvəllərində ordenə rəhbərlik edən konventuallar

Mikeleni baş nazir vəzifəsinə irəli sürdülər. O zaman yeni papa XXII İohann fransiskanlar arasındakı liberal cərəyanlarla mübarizəyə

qalxdı, Ad condilorem canonum (8 dekabr 1322-ci il) və Cum inter nonnulus (12 noyabr 1322-ci il) adlı iki bulla (bulla - Roma

papasının fərmanı ) imzalayaraq, fransiskan rahiblərinin xüsusi mülkiyyət hüquqlarına malik olmasını təkid etdi; bu, ordenin əsaslarını

sarsıtdı. Uilyam Okkam, onun ardınca Sezenalı Mikele Berqamalı Bonaqrasio ilə birlikdə  ənənəvi təlimin müdafiəsinə qalxdılar.

Beləliklə, Mikele papaya olan doqmatik müxalifətin başında durdu. 1327-ci ildə o, papa tərəfindən Avinyona çağırıldı və istintaqa

cəlb edildi. Hökmü gözləməyən Mikele Bavariyalı Lüdoviqin sarayına qaçdı və papa ilə mübarizəni

buradan davam etdirdi. O, 1329-cu ildə qiyabi olaraq mühakimə edildi və rütbələrdən məhrum olundu. Mikele ömrünün sonuna yaxın

Lüdoviq tərəfindən ələ verildi. Sonrakı papalar fransiskan ordeninin əvvəlki fikirlərindən əl çəkib, kuriyaya tabe olmasına asanlıqla

nail oldular



1 7

ların” (bunların haqqında hələ danışacağam) tələblərini dinləyərək Məsihin yoxsul olmasını dini ehkam

kimi elan etdi və onun həvarilərlə birlikdə yalnız usus fakti' olaraq nəyəsə malik olduqlarını irəli sürdü.

Ordenin saflığını və ləyaqətini qorumaq üçün bu dəyərli bir qərardır. Papa isə bundan narazı idi, ehtimal

ki, iddialarının təhlükəyə düşəcəyini hiss etmişdi. Zira kilsənin vahid rəhbəri kimi, yepiskopların

seçilməsində dövlətin iştirakını qadağan etməyi və bununla yanaşı imperatorların tacqoyma mərasimində

imtiyazlannı saxlamağı düşünürdü. Bu və ya başqa səbəblər üzündən 1323-cü ildə o, özünün Cam inter

nonnulus dekretaliyalannda

24 25


 fransiskanlann doktrinasına qarşı çıxmışdı.

Görünür, Lüdoviq də papa ilə düşmən olmuş fransiskanlara öz silahdaşları kimi baxırdı. Onlar

Məsihin yoxsulluğunu elan edərək imperiya ilahiyyatçıları - Padualı Marsilionun

26

 və Yandunlu İohannın



mövqelərini möhkəmlətdilər. Təsvir edəcəyim hadisələrə bir neçə ay qalmış Lüdoviq məğlub Frederiklə

ittifaq bağlayaraq, İtaliyaya girdi, Milanda tac qoydu, Viskontidəki narazılıqları yatırdı, Pizanı mühasirəyə

aldı, Lukka və Pistoy hersoqu Kastruççonu imperiya canişini təyin etdi (məncə əbəs yerə, çünki Facolalı

Uquççondan başqa, onun kimi qəddar adama rast gəlməmişəm) və yerli ağa Şarr Kolonnun çağırışı ilə

Romaya tərəf sürətlə hərəkət etdi.

Lüdoviqin yanında döyüşən, onun baronları arasında heç də əhəmiyyətsiz biri olmayan atam məni -

Melk abbatlığmdakı

24

 Müvəqqəti (latınca)



25

Dekretaliyalar (epistollar, dekretal epistollar) - papaya xüsusi olaraq sorulmuş, lakin icazə verildikdə ümumi qaydaya çevrilən suala

onun cavab məktubu



26

Padualı Marsilio (1275-1343) - “Sülh müdafiəçisi” adlı traktatında ictimai saziş ideyasını irəli sürən, papanın dünyəvi hakimiyyətə

olan iddialarına qarşı çıxan siyasi mütəfəkkir. 1327-ci ildə kilsədən uzaqlaşdırılıb




1 8

gənc bencdiktin' rahibini - monastırın sükutundan uzaqlaşdıranda vəziyyət belə idi. O, İtaliyanın

fövqəladə gözəlliklərini görməyim və imperatorun Romada tacqoyma mərasimində iştirak

etməyim üçün özü ilə məni də aparmağı düşünürdü. Amma Piza mühasirəsi atamın bütün diqqətini

hərbi qayğılara yönəltdi. Mənsə bundan yararlanaraq, bir az vaxtımı keçirmək, bir az da öyrənmək

istəyindən Toskananın şəhərlərini gəzib dolaşdım. Lakin atamla anam bu başıboş və bikar həyatın

özünü düşüncə aləminə həsr etmiş bir yeniyetmə üçün uyğun olmadığını düşünürdülər. Beləcə,

məndən xoşu gələn Marsilionun məsləhəti ilə məni məşhur şəhərlərə və  İtaliyadakı qədim

abbatlıqlara səfir kimi yollanan, fransiskan ordeninin alimi Baskervilli Vilhelmin yanına qoydular.

Onun həm mirzəsi, həm də müridi oldum; bundan ötrü də heç zaman peşmanlıq duymadım; zira

onunla birlikdə, indi etdiyim kimi, gələcək nəsillərə çatdırılmağa layiq vaqeələrə şahid oldum.

Rahib Vilhelmin o zaman nə axtardığını bilmirdim, düzünə qalsa, bunu indi də bilmirəm. Hesab

edirəm ki, özü də bilmirdi, çünki onun davranışları yalnız həqiqəti tapmaq istəyindən doğmuşdu

və bu həqiqətin bəlli bir anda ona görünən şey olmadığından hər zaman əndişələnirdi. Bəlkə də çox

sevdiyi əsas məşğuliyyətindən o dövrün dindənkənar qayğıları naminə uzaqlaşmışdı. Ona verilən

tapşırıq səfərimizin sonuna qədər mənim üçün gizli qaldı; daha doğrusu, Vilhelm bundan söz

açmadı. Ancaq yol boyunca dayandığımız monastırların abbatları ilə söhbətdən qulağıma

çatanlardan bu tapşırığın nəyə aid olduğu-

27

27

 Benediktin ordeni - orta əsrlərin ən zəngin və parlaq rahib ordeni. Əsası Pursiyalı Müqəddəs Benedikt tərəfindən 529-cu



ildə Montekassinoda qoyulmuşdur. Nizamnaməyə (“Qaydalara”) görə benediktinlər həm fiziki (əkinçilik), həm də birinci

növbədə zehni əməklə: yeniyetmələrin (rahibliyə hazırlaşanların) tərbiyəsi, tərcümə, kitabların hazırlanması və təfsiri,

kitabxanaların təşkili ilə məşğul olmalı idilər. Ordenin daxilində bir neçə güclü cərəyan vardı (klyuniylilər, sistersianlılar və

s.). XII-XIV əsrlərdə benediktin monastırlarının sayı 15 mini ötmüşdü. Məhz benediktinçi-alimlərin sayəsində qədim yunan,

qədim Roma və orta əsrlər ədəbiyyatının şedevr əsərləri günümüzə qədər gəlib çatmışdır



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə