Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə6/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   2   3   4   5   6   7   8   9   ...   175

1 9

nu, təxmini də olsa, öyrənə bildim. Amma onun əsl məqsədini səfərimizin sonunda tam olaraq

anlaya bildim, bu barədə sonra danışacağam. Şimala doğru gedirdik, amma birbaşa deyil. Müxtəlif

monastırlara baş çəkirdik. Beləcə, gedəcəyimiz yer şərqdə ikən, qərbə döndük; Pizadan Müqəddəs

İakov aşırımına qədər uzanan sıra dağlar boyunca gedib, sonradan ortaya çıxan qorxunc hadisələr

üzündən adını çəkmədiyim yerə çatdıq. Amma bunu deyim ki, oranın yerli hakimləri imperiyaya

sadiq idilər və bizim ordenin yerli abbatları birləşərək, bidətçi və laməzhəb papaya qarşı

çıxmışdılar. Yolçuluğumuz iki həftə sürdü və bu müddət içində elə vaqeələr baş verdi ki, yeni

ustadımı yaxşı (amma kifayət qədər deyil) tanıya bildim.

Aşağıdakı səhifələrdə adamların görkəmini təsvir etmək niyyətində deyiləm - üz ifadəsinin,

yaxud əl hərəkətinin səssiz, amma aydın bir dilin əlamətləri kimi qarşıya çıxdığı hallardan başqa.

Zira Boesionun' dediyinə görə payızdan qabaq çəməngülü kimi solub gedən zahiri görkəm hər

şeydən fanidir. Bu gün baş rahib Abbonenin sərt baxışlı gözləri və solğun yanaqları olduğunu

deməyin nə mənası var: o və onunla birlikdə yaşayanlar çoxdan torpağa qarışmışlar. Yalnız ruh,

Allahın iradəsi ilə, əbədi yanan bir işıqda parıldayır. Amma Vilhelmi ilk və sonuncu dəfə təsvir

etmək istəyirəm, çünki onun özünəxas cizgiləri mənə çox təsir etdi. Üstəlik özündən daha yaşlı və

daha ağıllı bir adama bağlanmış gənclərə onun yalnız müdrik sözlərindən deyil, eyni zamanda

atamızın surəti kimi bizə  əziz olan surətindən də heyrətlənmək xasdır. Bundan biz onun

vərdişlərini, ədalarını, təbəssümünü mənimsəyirik. Amma cismani eşqin bu ən pak növünü

ləkələyəcək ən kiçik bir ehtiras kölgəsi belə yoxdur.

Bir zamanlar adamlar gözəl və ucaboy idilər, indisə cırtdan və uşaqdırlar, bu, qocalmaqda olan

dünyanın acınacaqlı halının əlamətlərindən

28

28

 Boesio Apitsiy Manliy Torkvat Severin (480-524-cü illər) - “Fəlsəfə ilə təsəlli tapmaq” kitabının və Aristotelin “Məntiq”



əsərinin latıncaya tərcüməsinin müəllifi, xristian filosofu və Roma dövlət xadimi. Boesio - yunan fəlsəfi ideyalarının

Avropadakı bələdçisidir. Aristotelin əsərlərinin onun tərəfindən neoplatonik ruhda şərhləri orta əsrlər düşüncəsinin

inkişafına müəyyən təsir göstərmişdir



2 0

biridir. Gənclər qocalardan heç nə öyrənmək istəmir, elm geriləyir, bütün dünya baş-ayaq olmuş, korlar

korlan idarə edir və onlan uçuruma sürükləyirlər, quşlar uçmağı öyrənmədən yuvadan aynlır, eşşəklər

çalır, öküzlər oynayır. Məryəm artıq zehni həyatı sevmir, Marfa artıq işgüzar həyatdan xoşlanmır, Liya

qısır, Rahil ehtiraslıdır, Katon

29

 lupanariyalara dadanmış, Lukretsi



30 31

 isə arvadxasiyyət olmuşdur. Hamı

yolunu azmışdır. Allaha şükürlər olsun ki, o günlərdə ustadımdan bilik yanğısını və yollar əngəlli də olsa,

doğru yol duyğusunu öyrənə bildim.

Rahib Vilhelmin görkəmi ən dalğın adamın da xatirəsində qalardı. Boyu adi adamın boyundan uzundu,

elə arıqdı ki, daha da uzun görünürdü. Baxışları kəskin və bəsirətli idi. İncə, azca dik bumu üzünə sayıqlıq

ifadəsi verirdi (irəlidə danışacağım süstlük anlarından başqa). Hibemiya

32

 və Nortumbriya



33

 arasında

doğulmuş insanlarda tez-tez rastlaşdığım çil-çil uzunsov üzü qərarsızlıq və çaşqınlıq ifadə etsə də, çənəsi

güclü iradəsini göstərirdi. Zaman keçdikcə mənə qərarsızlıq kimi görünən şeyin sadəcə maraq olduğunun

fərqinə vardım. Amma başlanğıcda ruhi pozğunluq saydığım bu istedadı dəyərləndirməyi bacarmadım.

Ağıllı ruhda marağa yer olmadığını və yalnız ilk baxışdan öyrəndiyi həqiqətlə bəsləndiyini düşünürdüm.

Hələ uşaq olduğumdan, onun qulaqlarından çıxan sarı tüklər və qalın qaşları məni dərhal heyrətə saldı.

O, əlli bahar yaşamışdı və deməli, çox qoca idi. Fəqət yorulmaq bilməyən bədəni bəzən mənim də

bacarmadığım bir qıvraqlıqla hərəkət edirdi. İşlə çox yükləndikdə gücü tükənməz kimi görünürdü. Amma

zaman-zaman, sanki içində nəsə qırılmış kimi dinib-danışmadan süst halda hücrəsinə çəkilib üzünün bircə

əzələsini də tərpətmədən saatlarla yatardı. Belə hallarda baxışları boş və mənasız

29

 Boesio Apitsiy Manliy Torkvat Severin (480-524-cü illər) - “Fəlsəfə ilə təsəlli tapmaq” kitabının və Aristotelin “Məntiq”



əsərinin latıncaya tərcüməsinin müəllifi, xristian filosofu və Roma dövlət xadimi. Boesio - yunan fəlsəfi ideyalarının

Avropadakı bələdçisidir. Aristotelin əsərlərinin onun tərəfindən neoplatonik ruhda şərhləri orta əsrlər düşüncəsinin

inkişafına müəyyən təsir göstərmişdir

30

Katon (Böyük Mark Porsiy K., beə. 234-149-cu illər) - Roma konsulu, yazıçı, ciddi patriarxal adətlərin qızğın

tərəfdarı

31

Lukretsi (SpLTritsipitin) - Roma senatoru və Tarkvini zamanında şəhər prefekti, e.ə. 509-cu ildə konsul,

qəhrəmanlıq və mərdlik simvolu

32

 İrlandiya



33

 İngiltərənin ən şimalda yerləşən qraflığı




2 1

olardı; onun məstedici otların təsirində olduğundan şübhələnirdim; amma pəhrizkarlıqla yaşaması bu

şübhələri beynimdən qovurdu. Bununla belə, onun bəzən bir çəmənliyin kənarında, ya da meşənin

ətəyində dayanaraq hansısa bitkini (məncə, həmişə eyni bir bitkini) axtarıb tapdığını, onu qoparıb

çeynədiyini gizlətməyəcəyəm. Gərgin anlarda (monastırda az gərginlik yaşamadıq!) çeynəmək üçün bu

otlardan özü ilə də götürərdi. Bir dəfə bunun hansı ot olduğunu soruşanda gülümsəyərək yaxşı bir

xristianın bəzən imansızlardan da bir şey öyrənə biləcəyini dedi; dadına baxmağa icazə verməsini

istəyəndə bəzi insanlar üçün söhbətlər paidikoi, ephebikoi və gynaikoi' olaraq ayrı-ayrı olduğu kimi,

otların da fərqli olduğunu, qoca fransiskan rahibinin xoşladığını gənc benediktinin bəyonməyocəyini

söylədi.


Birlikdə olduğumuz müddət içində gündəlik nizama əməl edə bilmədik. Hətta monastırda da gecələr

yatmır, gündüzlər isə ayağımızı zorla sürüyür və ibadətlərə vaxtında getmirdik. Amma yolda olarkən,

axşam duasından sonra o, çox nadir hallarda oyaq qalardı; vərdişləri də sadə idi. Monastırda vaxtını tez-

tez bağçada keçirir, otları xrizopraz və zümrüd daşlan kimi incələyirdi. Kriptdə

34 35

  isə  zümrüdlər  və



xrizoprazlar olan qutunu çöldə yabanı bitkiyə baxarmış kimi, gözdən keçirdiyini gördüm. Bəzən bütün

günü kitabxananın böyük zalında oturub, sanki əyləncə xatirinə (ətrafımızda qorxunc şəkildə öldürülən

rahiblərin cəsədləri günbəgün artarkən) əlyazmaları vərəqləyərək, vaxtını keçirirdi. Bir gün onun bağçada

məqsədsiz olaraq, gördüyü işlər üçün Tanrıya cavab verməyə borclu deyilmişcəsinə dolaşdığını gördüm.

Ordenimizdə vaxt keçirməyin başqa yollarını mənə öyrətmişdilər. Bu barədə ona dedim. O isə cavab verdi

ki, kainatın gözəlliyi yalnız müxtəlifliyin vahidliyindən deyil, həm də vahidin müxtəlifliyindən

qaynaqlanır. Bu, mənə kobud empirizmin cavabı kimi göründü. Yalnız sonralar dərk etdim ki, onun

həmvətənləri çox vaxt mühüm əşyaları sanki nizamlı dərrakənin aydınladın gücündən xəbərsiz kimi təsvir

etməyi xoşlayırlar.

Abbatlıqda yaşadığımız dövrdə daim onun əlləri kitabların tozuna, yeni çəkilmiş nəm miniatürlərin

qızılı rənginə, ya da Severinin xəstəxanasındakı sarımtıl maddələrə bulaşırdı. Sanki əlləri ilə düşünürdü

və mənim fikrimcə bu, yalnız mexaniklərə yaraşardı (mənə öyrətmişdilər ki, hər bir mexanik - moecus



36

-

dur, zehni həyata xəyanət edən zinakardır). Lakin onun əlləri kövrək şeylərə - təzə, nəm miniatürlərə,

yaxud mayasız çörək kimi ovulub tökülən, illərlə aşınmış vərəqlərə - qeyri-adi incəliklə toxunurdu. Öz

alətləri ilə də belə davranırdı. Zira o, heybəsində “əcaib alətlər” adlandırdığı xüsusi əşyalar gəzdirirdi.

Deyirdi ki, alətlər təbiətin meymunu olan sənətdən yaranmışdır; onlar təbiətin müxtəlif təsirlərinin yeni

formalarını yaradır. Beləcə, mənə saatın, üstürlabın və ahənrübanın yaratdığı möcüzələrdən danışdı.

Əvvəlcə bunun tilsim olmasından qorxurdum; bəzi aydın gecələrdə o, əlindəki müəmmalı üçbucaqla

ulduzları izləyərkən özümü yatmış kimi aparırdım. Daha öncə  İtaliyada və öz vətənimdə tanıdığım

34

 Uşaqlara, yeniyetmələrə və qadınlara müraciət (yunanca)



35

Kript - kilsə xəzinəsini yerləşdirmək üçün yeraltı sərdabə

36

 Pozğun (yunanca)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə