Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə9/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   5   6   7   8   9   10   11   12   ...   175

3 3

uyğunluğu ilə heyrət doğuran böyük bir heyvan kimi, tam bir dünya tərtibini çox cəsurca yaratmağa

çalışan  bir  sənətdir.  Avqustinin  dediyi  kimi,  hər  bir  şeyin  sayım,  ölçüsünü  və  ağırlığını  təyin  etmiş

Yaradana şükürlər olsun!




3 4

B İ R İ N C İ   G Ü N

S Ə H Ə R ,

Vilhelmlə abbat məzmunlu söhbət edirlər

Kelar şişman və sadədil, amma gülərüz, yaşlı, amma güclü, görkəmsiz, amma çevik idi. O, bizə zəvvar

müsafırxanasmdakı hücrələrimizi, daha doğrusu, ustadıma ayrılan hücrəni göstərdi; rahibliyə hazırlaşan

bir yeniyetmə olmağıma baxmayaraq, qonaq idim və bu səbəbdən hər cür ehtirama layiq olduğum üçün

ertəsi günədək mənə də bir hücrə veriləcəyini vəd etdi. Birinci gecə isə Vilhelmin hücrəsində, təzə samanla

döşənmiş dərin və geniş oyuqda yatmalıydım. “Bu yer, mühafizəçilərindən ayrılmadan yatmağa vərdiş

etmiş ağaların nökərləri üçün hazırlanmışdı”, - deyə kelar izah etdi.

Rahiblər şərab, keçi pendiri, zeytun, çörək və gözəl qum üzüm gətirdilər, sonra çıxıb getdilər. Ləzzətlə

yeyib-içdik. Ustadım benediktinlərin sərt qaydalarına əməl etmir və yemək yeyəndə susmağı xoşlamırdı.

Həm də elə gözəl və dəyərli şeylərdən söhbət edirdi ki, sanki bir rahib bizə övliyaların həyatını oxuyurdu.

Süfrə arxasında özümü saxlaya bilmədim və ondan at haqqında soruşdum.

“Amma, - dedim, - qardakı izləri və budaqlardakı  əlaməti oxuduğunuz zaman, Kəhərin özünü

görməmişdiniz. Bu mənada, izlər bütün atları, ya da ən azından o cins atları göstərirdi. Deməli, bir çox

məşhur ilahiyyatçının bizə öyrətdiyi kimi, təbiətin kitabı yalnız ümumi anlayışlardan söhbət açır?”

“Tam olaraq belə deyil, əziz Adso, - ustadım cavab verdi. - Əlbəttə, belə izlər, deyək ki, atı verbum

mentis

44

 olaraq anladırdı və o izlərə harada rast gəlsəydim, eyni şeyləri göstərəcəkdi. Lakin,

44

 Ümumi məfhum (latınca)




3 5

məhz o yerdə və günün o saatında gördüyüm izlər, mövcud olan bu cins atlardan yalnız birinin buradan

keçdiyini göstərirdi. Beləcə, mən at məfhumu ilə bir at haqqında olan məlumatın arasındaydım. Hər nə

olursa olsun, ümumi at haqqında məlumatı mənə bu izlər vermişdi; bu izlərsə tək idi. Mən, tək olan izlərlə

ümumi, həm də mütərəddid fikrin arasındakı məngənədə sıxılırdım. Bir şeyi uzaqdan görüb, onun nə

olduğunu bilmədiyin zaman bəlli bir ölçüdə olan “cisim” kimi tərif edərsən. Yaxınlaşdıqca onun at, ya

eşşək olduğunu ayıra bilməsən də, bir heyvan olduğunu demək imkanı qazanırsan; nəhayət, daha yaxına

gəlincə, onun Kəhər, yaxud Köhlən olduğunu bilməsən də, bir at olduğunu söyləyə biləcəksən. Yalnız

onunla yanaşı dayandıqda bu atın Kəhər (yəni, adı nə olursa olsun, hər hansı deyil, məhz həmin at)

olduğuna əmin olursan. Bax vahidi anladan tam və mükəmməl məlumat budur. Beləcə, bir saat öncə

istənilən at haqqında fərziyyə yürüdə bilərdim - amma ağlımın dərinliyindən deyil, bəsirətimin qıtlığından.

Zəkamın aclığı yalnız rahiblərin yüyənindən çəkib gətirdiyi tək atı görən zaman kəsildi. Yalnız bu anlarda

mühakimələrimin məni həqiqətə doğru apardığından əmin oldum. Beləcə, hələ görmədiyim bir atı

anlatmaq üçün istifatə etdiyim məfhumlar yalnızca əlamətlər idi; at dırnağının qar üstündəki izləri kimi;

əlamətlər və əlamətlərin əlamətləri yalnız əşyaların qıt olduğu zaman istifadə edilə bilər”.

Ustadımın ümumi məfhumlardan şübhə ilə, fərdi cisimlərdənsə hörmətlə danışdığını çox

görmüşdüm; mənə həmişə elə gəlirdi ki, bu, onun britaniyalı və fransiskan' olmasından doğur.

45

1



Fransiskan ordeni; Assizli Fransisk (1182-1226) tərəfindən yaradılmış, dilənçilik edən rahiblər ordeni. Fransisk ilkin

xaçpərəstlikdə mövcud olan yoxsulluq ideyasını dərinləşdirdi və mənfi əlamətdən (zahidlik) müsbət ideal (Məsihi təqlid kimi

yoxsulluq) çıxardı. Fransisk ənənəvi rahib zahidliyini həvari missionerliyi ilə əvəzlədi. Fransiskan dünyadan ol çəkməklə yanaşı,

dünyada qalmalı idi. Lakin XIII əsrin ortalarında fransiskanlar papa kuriyasının sadiq nökərləri oldular və dominikanlarla birlikdə

bidətçilər üzərində inkvizisiya məhkəməsi qurdular. Fransiskan monastırları meydana gəldi. İş o yerə gəlib çatdı ki, dilənçilik

edən ffansiskanlar Romanın xeyrinə olaraq kilsə vergiyı- ğanlarına çevrildilər. Bu zaman ordenin daxilində onun ruhundan və

nizamnaməsindən ayrılmaq istəməyən partiya yarandı. Florlu İoahimin təlimini rəhbər tutan bu partiya ordendən ayrılıb “Azad

Ruh qardaşları” (“ruh ərləri”, “spirituallar”) adını qəbul etdi. “Spiritallar”m başında Pyetro di Covanni Olivi dururdu. Ordenin

mötədil hissəsi də Uilyam Okkamın, Sezenalı Mikelenin və Berqamalı Bonaqrasiyanın rəhbərliyi altında papadan uzaqlaşdı.

Onlar papanın rəqibi imperator Bavarlı Lüdoviqlə ittifaq bağladılar




3 6

Lakin həmin gün ilahiyyata dair müzakirə aparmağa həvəsim yox idi; özümü zorla divardakı oyuğun

içinə atdım, adyala bürünüb dərin yuxuya getdim.

İçəriyə girən hər bir adam məni pambıq topası sanardı. Görünür, səhərəyaxm Vilhelmin yanma

gələn abbat da belə hesab etmişdi. Beləcə, diqqəti çəkmədən, onların ilk söhbətini dinlədim; əlbəttə

ki, bunu pis niyyətlə etmədim. Özümü qəfildən ziyarətçiyə göstərmək gizlənməkdən daha kobud

olacaqdı. Buna görə də nəfəsimi içimə çəkib, itaətlə gözlədim.

Beləliklə, abbat gəldi. Rahatsız etdiyi üçün Vilhelmdən üzr istədi; onu yenidən salamladı və

xoşagəlməz bir iş haqqında onunla üzbəüz danışmaq istədiyini dedi.

Sözlərinə Vilhelmin at əhvalatında göstərdiyi məharəti tərifləməklə başladı. Heç vaxt görmədiyi

bir heyvanı necə təsvir edə bilmişdi? Vilhelm qısaca bunun izahını dedikdə abbat heyrətə gəldi.

Müdrikliyi ilə məşhur olan bir insandan bundan başqa bir şey gözləmək olmazdı. İndi isə iş barədə.

Farf monastırının abbatından aldığı məktubda, Vilhelmin yalnız imperatorun göstərişi ilə (təbii ki, bu

barədə xüsusi olaraq danışmaq lazımdır) məxfi tapşırıq üçün gəldiyindən deyil, həm də onun İngiltərə

və İtaliyada inkvizitor kimi iştirak etdiyi məhkəmə işlərində iti ağlı və geniş ürəyi sayəsində şöhrət

tapdığından bəhs edilirdi.

“Xüsusən də, - deyə, baş rahib əlavə etdi, - bir çox hallarda bəraət hökmünü çıxarmağınız məni çox

sevindirdi. Bu acı günlərdə Şərin insanlann işinə qarışdığına hər zamankından daha




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə