Az broshur indd



Yüklə 243,52 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix11.04.2018
ölçüsü243,52 Kb.
#37877
  1   2   3   4   5   6   7   8   9   10


®

©

Dair bələdçi



Azərbaycan Respublikası 

Standartlaşdırma, Metrologiya və 

Patent üzrə Dövlət Komitəsi 

Azərbaycan Respublikası Müəllif 

Hüquqları Agentliyi


3

Azərbaycanda əqli mülkiyyət hüquqlarına 

dair bələdçi

Müqəddimə

Əziz Oxucu!

Son bir neçə ildə Azərbaycan iqtisadiyyatının inkişafında 

əqli mülkiyyətin rolu əhəmiyyətli dərəcədə artmışdır və  əqli 

mülkiyyət hüquqlarının təminatının gücləndirilməsinə xüsusi 

diqqət yetirilir. Bu da səbəbsiz deyil: müəllifl ik hüququ, əlaqəli 

hüquqlar, patentlər, əmtəə nişanları hazırda texnologiyaların və 

cəmiyyətin inkişafında mühüm yer tutur. Bununla yanaşı,  əqli 

mülkiyyət hüquqlarının təminatında problemlər də mövcud-

dur. Bu problemlərlə mümkün qədər daha az rastlaşmaq üçün 

əqli mülkiyyət hüquqlarının müdafi ə sisteminə  bələd olmaq 

lazımdır.

İndi qarşınızda olan “Azərbaycanda əqli mülkiyyət hüquqları 

üzrə  bələdçi”  adlı broşürada  əqli mülkiyyət hüquqlarının 

qorunmasının bir neçə mühüm prinsiplərindən bəhs edilir. 

“Bələdçi”niz  mövzu üzrə bir çox məsələlərin aydın başa 

düşülməsinə, həmçinin təsəvvürlərdə olan bəzi yanlışlıqların 

aradan qaldırılmasına kömək edəcəkdir. 

QEYD:  Əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi və 

müdafi əsi üzrə İsveçrə-Azərbaycan Layihəsi tərəfi ndən ingilis, 

Azərbaycan və rus dillərində nəşr edilmiş “Azərbaycanda əqli 

mülkiyyət hüquqlarına dair bələdçi”  adlı broşüranı  pulsuz əldə 

etmək olar. 

Hazırkı  bələdçi Azərbaycan Respublikası Müəllif Hüquqları Agen-

tliyi və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Pat-

ent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq nəticəsində hazırlanmışdır 

Biz, həmçinin, hazırkı bröşüraya verdiyi dəyərli tövhəyə görə Bakı 

Dövlət Universitetinin müəllimi, Baker & McKenzie hüquq fi rmasının 

hüquqşünası  və Azərbaycan Respublikasının patent müvəkkili, hüquq 

elmləri namizədi cənab Gündüz Kərimova (gunduz.karimov@bakernet.

com) təşəkkürümüzü bildiririk.



4


5

Əqli mülkiyyət

Yaradıcılığa və yenilikçiliyə olan əqli mülkiyyət hüquqları 



Müəllifl ik hüququ və əlaqəli hüquqlar   

 

Elm, ədəbiyyat və incəsənət əsərlərinə olan hüquqlar

İfalara, fonoqramlara və yayım təşkilatlarının 

verilişlərinə olan hüquqlar



Müəllif-hüquq qanunvericiliyi çərçivəsində 

əqli mülkiyyət hüquqlarına baxış  

 

 

Sənaye mülkiyyəti hüquqları

Patentlər

İxtira müəllifl ərinə yardım 



Sənaye nümunələri

Obyektin xarici görünüşü



Faydalı modellər

Qurğunun təkmilləşdirilməsi

                                                              

Əmtəə nişanı, Texnologiya və Patent Axtarışları 

Əmtəə nişanları və coğrafi  göstəricilər



Əmtəə nişanları və coğrafi  göstəricilər

Məşhur ®


Şənaye mülkiyyəti hüquqlarına baxış

Qeyri-ənənəvi əqli mülkiyyət hüquqları

İnteqral sxem topologiyaları

Xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları

Folklor nümunələri



Əlaqə

6

11

18

24

28

30

32

33

36

42

46


6

 

Əqli Mülkiyyət (ƏM)

Öz yaradıcı ideyalarınıza həyat bəxş edin!

Hər bir yeni və parlaq ideyaya malik şəxs, bu ideyanı 

inkişaf etdirməkdə israrlıdırsa və onu praktik baxımdan 

gerçəkləşdirməyi öz üzərinə götürürsə, bu səmərələşdirici 

nailiyyəti əqli mülkiyyət kimi qorumağı bacarmalıdır.

Yaradıcı ideyaların və qeyri-maddi aktivlərin xüsusi təbiəti 

onları asanlıqla köçürmək, mənimsəmək və onlardan qanun-

suz istifadə etmək imkanı yaradır. 

Əqli mülkiyyət sahəsində qanunlar bu cür hallara qarşı ef-

fektiv hüquqi qorunmanı təmin edir.

 

Əqli mülkiyyət hüquqlarının spesifi k   xüsusiyyətləri

Bütün əmtəə və xidmətlər müvafi q əqli mülkiyyət hüququ ilə 

qoruna bilən müxtəlif xüsusiyyətlərə malikdir. Proqram təminatı, 

müxtəlif növ yaradıcılıq topluları, elmi və ədəbi əsərlər, musiqi 

və incəsənət əsərləri müəllifl ik hüququ ilə qorunur. İfalar, fono-

qramlar və yayım təşkilatlarının verilişləri əlaqəli hüquqlarla qo-

runur. Burada qorunan yaradıcılıq nailiyyəti ilə yanaşı texniki-

təşkilati xidmətlərin də hüquqi qorunması təmin edilir. 

Patentlər  əmtəənin  əsasında və ya istehsal prosesində 

olan ixtiranı mühafi zə edir. Obyektin unikal forması  və ya 

xarici görünüşü sənaye nümunəsi kimi qorunub saxlanıla 

bilər. Qeydiyyata alınmış əmtəə nişanı əmtəəni və ya xidməti 

identifi kasiya  və reklam edən loqotipi və adı mühafi zə edir. 

Bilavasitə müəllifl ik hüququ və  sənaye mülkiyyəti hüququ ilə 

qoruna bilməyən obyektlər qeyri-ənənəvi obyektlər kimi xüsusi 

qorunma hüququ ilə qorunurlar. Belə obyektlərə inteqral sxem 

topologiyaları, xüsusi mühafi zə  hüququ ilə qorunan məlumat 

topluları və ənənəvi mədəni nümunələr (folklor nümunələri) aid-

dir.

Bununla yanaşı, haqsız rəqabət və kommersiya sirri ilə qo-



runan obyektlər də əqli mülkiyyətə daxil edilir.


Yüklə 243,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə