Az ərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 369,39 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix13.11.2017
ölçüsü369,39 Kb.
#10071
1   ...   6   7   8   9   10   11   12   13   14

42 

 

yardımçı  olan  metod  və  vasitələrin  təklif  edilməsi  üçün 



kifayət  qədər  təkmilləşib.  NLP süni intellekt və  riyazi 

linqvistikanın  ümumi  istiqamətidir, təbii dilin kompüter 

analizi v

ə sintezinin problemlərini öyrənir. 

Hazırkı  dövrdə  yeni elmi sahələrə  (məs.,  biotibb və 

s.) olan elmi t

ələbatın  artması,  digər tərəfdən də  bu 

sah


ələrə aid çap materiallarının günbəgün çoxalması artıq 

terminologiyanın  sistemli  şəkildə  və  avtomatik  əldə 

olunmasının əhəmiyyətinə əlavə maraq oyadır. 

Son zamanlar terminoloji informatika sahəsinə xüsusi 

diqqət yetirilir, bu sahədə mühüm tədqiqatlar aparılır. 

Terminoloji informatika 

text mining, informasiyanın 

axtarılması,  əldə  edilməsi,  ontologiyanın  qurulması  və  s. 

sah

ələrdə mühüm əhəmiyyət kəsb edir.  



Bu m

əsələlərlə  bağlı  “Computational terminology 

(CompuTerm)”  (Terminoloji informatika) 

adı  altında 

beyn

əlxalq elmi seminarlar keçirilir. 



İlk  Beynəlxalq seminar 1998-ci ildə  Kanadanın 

Monreal Universitetind

ə  “CompuTerm’98”  adı  altında 

terminoloji informatika sah

əsinin  tanınmış  alimləri Didye 

Buriqu (Didier Bourigault, Fransa), Kristyan Jakmo 

(Christian Jacquemin, Fransa) v

ə Monreal Universitetinin 




43 

 

professoru Mari-Klod Lomun (Marie-Claude L'Homme) 



t

əşkilatçılığı ilə keçirilmişdir. 

Seminarda  terminologiyanın  tətbiqi aspektləri (əldə 

edilm


əsi,  aşkarlanması,  lüğətlərin  yaradılması  və  s.) üzrə 

maraqlarını  bölüşən tədqiqatçılar  bir  araya  gəlmişlər. 

Seminarın  məqsədi bu sahələr  arasında  böşluğu  aradan 

qaldırmaq  üçün innovativ ideyalarla və  terminlərin 

avtomatik  emalının  ayrı-ayrı  aspektlərinin nəticələri ilə 

mübadil


əyə təkan vermək olmuşdur.   

Seminarın 

keçirilməsinin 

əhəmiyyəti və 

müv

əffəqiyyəti 



son 

zamanlar 

terminologiyanın 

avtomatlaşdırılması  ilə  əlaqəli elmdə  baş  verən müxtəlif 

prosesl

ərə  marağın  artması  qənaətinə  gəlinməsi  olmuşdur 



[15]. 

Terminoloji informatika üzr

ə  “CompuTerm'02"  II 

beyn


əlxalq seminar 2002-ci ildə 

Pensilvaniya 

Universitetind

ə  (ABŞ)  keçirilmişdir.  Seminarda,  əsasən, 

maşın  tərcüməsi, mətnin intellektual analizi və  biliyin 

avtomatik 

əldə edilməsi və s. məsələlərdə terminlərin rolu 

v

ə  terminoloji informatika sahəsində  digər tədqiqatlar 



müzakir

ə olunmuşdur [16]. 

2004-cü ild

ə  Cenevrədə  (İsveçrə) keçirilən 




44 

 

“CompuTerm'04” III beyn



əlxalq  seminarın  məqsədi NLP 

üzr


ə  tədqiqatçıların  terminologiyada  birləşməsi  və 

terminoloji  informatika  sah

əsində  son nailiyyətlərin və 

NLP-nin t

ətbiq  olunduğu  bir  çox  sahələrə  təsirinin 

müzakir


əsi  olmuşdur.  Seminarda  terminoloji  resursların 

standartlaşdırılması,  xüsusi  ünsiyyət  lüğətlərinin və 

tezaurusların  yaradılması  və  s. kimi məsələlərə 

baxılmışdır.  Seminarda,  həmçinin  terminologiyanın  əldə 

edilm

əsi (mining terminology),  strukturlaşdırılması  və 



idar

ə 

olunması 



(terminl

ərin 


klasterizasiyası, 

klassifikasiyası  məsələləri), terminoloji  resursların 

inteqrasiya

sı 


v

ə 

yenil



əndirilməsi, terminoloji 

informasiyanın  tətbiqi, terminologiyanın  təqdimat 

formatının  ümumi  qiymətləndirilməsi  və  s. məsələlər 

müzakir


ə olunmuşdur [17]. 

Qeyd etm


ək  lazımdır  ki,  linqvistik  informatika  üzrə 

“Coling”  (Computational Lingvistics) adl

ı  Beynəlxalq 

konfranslar keçirilir. Bu konfransın tarixi ötən əsrin 60-cı 

ill

ərindən  başlayır. Belə  ki, iki ildən bir keçirilən 



beyn

əlxalq konfransa mütəmadi olaraq 700 nümayəndə 

c

əlb edilir. İlk konfrans 1965-ci ildə Nyu-Yorkda keçirilib. 



H

əmin vaxtdan etibarən keçirilən bu konfrans NLP üzrə 




45 

 

dünyada  aparıcı  mövqe  tutur.  Son  beş  konfrans:  Coling 



2004 Cenevr

ədə, Coling -  ACL 2006 Sidneydə, Coling 

2008  Mançesterd

ə, Coling 2010 Pekində  və  Coling 2012 

Mumbaid

ə keçirilmişdir. Coling təbii dil və hesablamalarla 



əlaqəli olan texniki sahələrin böyük spektrini əhatə edir.  

XXV “Coling” Beyn

əlxalq konfransı  2014-cü ildə 

Dublind


ə keçiriləcək [18]. 

2000-ci ild

ən  başlayaraq  hər il mətnin intellektual 

işlənməsi və  linqvistik informatika  üzrə  “CICLing” 

(Conference on Intelligent text processing and 

Computational Lingistics) ad

lı  Beynəlxalq konfranslar 

keçirilir.  Bu  konfransların  keçirilməsi mətnin intellektual 

işlənməsi və  linqvistik  informatikanın  inkişaf  etdiyi 

müxt


əlif sahələrdən olan alimlər  arasında  fikir 

mübadil


əsini genişləndirmək məqsədini daşıyır. Əsas ideya 

t

ətbiqi linqvistikada incəsənətin vəziyyəti haqqında ümumi 



t

əsəvvür  əldə  etməkdir. 2012-ci ildə  Nyu-Dehlidə 

Hindistan Texnologiya İnstitutu tərəfindən “CICLing” XIII 

Beyn


əlxalq  konfransı  keçirilmiş  və  konfrans  materialları 

Springer Lecture Notes (kompüter elml

əri üzrə) jurnalının 

xüsusi bura

xılışında dərc olunmuşdur [19]. 

Terminoloji  informatika üzr

ə  keçirilən beynəlxalq 



Yüklə 369,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə