Az ərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 369,39 Kb.

səhifə2/14
tarix13.11.2017
ölçüsü369,39 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

 

d



ə  artıq  formalaşan  bilik  sahələrinin termin sistemlərinin 

sistemli t

ədqiqini  zəruri  etmişdir.  Biliyin  müxtəlif 

sahələrinin  termin  sistemlərinin  sərbəst  tədqiqat obyekti 

kimi  ayrılması  hazırkı  dövrdə  inkişaf  edən  və  tədqiqat 

metodları  təkmilləşən  terminoqrafiya  və  terminşünaslıq 

kimi  sərbəst  elmi  predmetlərin  meydana  gəlməsinə  səbəb 

oldu [2]. 

Terminşünaslıq 

(terminologiya) 

tipologiyası, 

mənşəyi, forması,  məzmunu  və  fəaliyyəti,  həmçinin 

istifadəsi,  nizama  salınması  və  yaradılması  nöqteyi-

nəzərindən xüsusi leksikanı öyrənən elmdir [3]. 

Terminologiya bir-

biri  ilə  əlaqəli  bir  neçə  fənnin 

tədqiqat  obyektidir.  Linqvistikada  o,  nəzəriyyə  obyekti, 

tətbiqi  terminşünaslıqda  unifikasiya,  standartlaşma  və 

nizamlama 

obyekti, informatikada informasiya 

sistemlərinin süni dillərinin yaradılması vasitəsidir. Xüsusi 

bilik  sahələrinin  anlayışlarının  ifadə  edilməsinə  xidmət 

edən  dil  işarələrinin  məcmusu  kimi  terminologiya  xüsusi 

fənndir [4]. 

Hazırkı  dövrdə  terminşünaslıqda  bir  sıra  sərbəst 

istiqamətlər  fərqlənir  ki,  onlardan  ilk  növbədə  nəzəri 

terminşünaslığı ayırmaq olar. Nəzəri terminşünaslıq xüsusi 



 

leksikanın  inkişaf  qanunauyğunluqlarını  öyrənir.  Hal-



hazırda  terminşünaslığın  nəzəri  problemlərinin  tədqiqi  ilə 

məşğul olan bir sıra milli  məktəblər mövcuddur. Belə ki, 

avstriya-alman, fransa-

kanada,  rus,  çex  milli  məktəbləri 

fəaliyyət göstərir ki, bu məktəblər xüsusi leksikaya baxışın 

aspektləri və yanaşma nöqteyi-nəzərindən fəqlənirlər [5]. 

Terminşünaslığın  ikinci  əsas  istiqaməti  olan  tətbiqi 

terminşünaslıqda  terminologiya  və  terminlərin  izahı, 

qiymətləndirilməsi,  redaktəsi,  nizamlanması,  yaradılması, 

tərcüməsi  və  istifadəsi,  çatışmazlıqlarının  aradan 

qaldırılması üzrə praktiki prinsip və tövsiyələr işlənir. 

Ümumi  terminologiya  xüsusi  leksikanın  ümumi 

xüsusiyyətlərini, 

problemlərini 

öyrənir, 

sahə 


terminşünaslığı  isə  konkret  dillərdə  ayrı-ayrı  bilik 

sahələrinin xüsusi leksikasını öyrənir.  

Terminşünaslığın  tipoloji,  semasioloji,  onomasioloji, 

tarixi, 


funksional 

və 


digər 

istiqamətlərində 

terminologiyanın 

ümumi 


xüsusiyyətlərinin 

müəyyənləşdirilməsi  məqsədilə  ayrı-ayrı  əlamətləri 

müqayisəli tədqiq olunur, xüsusi leksikanın semantikası ilə 

əlaqəli problemləri, struktur fopmaları araşdırılır və s.  

Son  dövrlərdə  terminşünaslığın  bir  sıra  yeni 



 

is



tiqamətləri  yaranıb,  onlardan  koqnitiv  terminşünaslığı 

ayırmaq olar ki, bu istiqamətdə elmi təfəkkürdə terminlərin 

rolu araşdırılır. 

Terminoqrafiya  xüsusi  leksik  lüğətlərin  tərtibatı 

haqqında elmdir və terminşünaslıqla sıx əlaqəlidir. Bir sıra 

mütəxəssislər  terminoqrafiyaya  terminşünaslığın  bir 

bölməsi  kimi  baxırlar.  Terminşünaslar  tərəfindən  tədqiq 

olunan  bir  sıra  problemlər  xüsusi  lüğətlərin  işlənməsi 

zamanı praktikada meydana çıxdı və bu problemlərin həlli 

lüğətlərin qurulması metodlarına təsir edir. Eyni zamanda, 

xüsusi  leksikanın  istənilən  sahəsinin  öyrənilməsi 

terminoqrafiya  ilə  sıx  bağlıdır,  belə  ki,  terminologiyanın 

aşkarlanması,  tədqiqi  və  nizamlanması  üzrə  işin  nəticəsi 

adətən lüğət şəklində tərtib edilir. 

Termin  – 

ümumi  anlayışların  adlandırılması  üçün 

qəbul edilən söz və ya söz birləşməsidir. 

Xüsusi  leksikanın  müxtəlif  sahələrinin  öyrənilməsi 

nəticəsində  müəyyən  olunmuşdur  ki,  terminlərlə  yanaşı 

digər  xüsusi  leksik  vahidlər  də  mövcuddur:  nomenlər, 

predterminlər, professional alqotizmlər və ya professional 

jarqonlar, kvaziterminlər, terminoidlər, prototerminlər və s.  

Xüsusi  leksemlərlə  terminlərin  ümumi  və  fərqli 



 

cəhətləri  var.  Belə  ki,  nomenlər  -  tək-tək  anlayışları, 



terminlər  isə  ümumi  anlayışları  ifadə  edir.  Predterminlər 

yeni  fopmalaşan  anlayışların  adlandırılması  üçün  termin 

kimi 

istifadə olunan xüsusi leksemlərdir, amma terminlərə 



qoyulan  əsas  tələblərə  cavab  vermirlər.  Predterminlərin 

müvəqqəti,  keçici  xarakteri,  forma  dəyişkənliyi,  ümumi 

qəbul  olunan  tələblərin  və  müxtəsərlik  tələbinin  yerinə 

yetirilməməsi,  stilistik  neytrallığın  olmaması  və  s.  kimi 

xüsusiyyətləri  onları  terminlərdən  fərqləndirir.  Bir çox 

hallarda terminlər predterminləri sıxışdırıb çıxarırlar.  

Pred

terminlər  xüsusi  leksikada  möhkəmlənirlər, 



dayanıqlı xarakter alırlar və kvaziterminə çevrilirlər. 

Terminoidlər  dəqiq  sərhəddi  və  tərifi  olmayan 

anlayışlardır. 

Prototerminlər  elmin  yaranmasına  qədər  (30-40 min 

il əvvəl) meydana çıxan xüsusi leksemlərdir, bu səbəbdən 

onlar anlayış deyil, xüsusi anlayış, təsəvvür adlanırlar. 

Terminlərin aşağıdakı tipləri var:  

 



Kateqoriya  terminləri  (məs:  materiya, zaman, 

məkan) 


 

Ümumelmi və ümumtexniki terminlər (məs: metod) 



 

Sahələrarası terminlər (məs: analitik metod) 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə