Az ərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 369,39 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix13.11.2017
ölçüsü369,39 Kb.
#10071
1   2   3   4   5   6   7   8   9   ...   14

10 

 



 

Xüsusi terminlər (məs: Zeydel metodu) 

Terminlər  məzmuna,    sahələrə  (elmi,  texniki), 

semantikaya,  formal  struktura,  məntiqi    kateqoriya, 

semantik  struktura,  əsaslandırılmasına,  dil    mənbəyinə,  

dövrə,  sıxlığa,  nitq  hissəsinə,  müəllifliyə,  istifadə    sahəsi 

üzrə, normativliyə və s. görə təsnif olunur [6]. 

Terminologiyanın 

mənbələri 

əsasən 

müəllif  

terminologiyası,  qəbul  edilmiş  (təsdiq  edilmiş) 

terminologiya, standartlar, qanunlar, 

nəşrlərdən ibarətdir. 

Terminologiya 

lüğətlər  (ing-az, az-rus  və  s.),  

ensiklopediyalar (

genişləndirilmiş  tərif),  qlossarilər  (əsas 

təriflər ardıcıllığı ilə verilmiş anlayışlar),  xarici sözlərdən 

ibarət lüğət və s.  formalarda mövcud olur. 

Terminşünaslıqda 

nizamlanma 

obyekti 

terminologiya,  başqa  sözlə  müəyyən  bilik  sahəsinin 

terminlər  məcmusudur.  Terminologiya  sistemləşdirilir, 

sonra  çatışmazlıqlarının  və  onların  aradan  qaldırılması 

metodlarının aşkar edilməsi üçün analiz edilir və nəhayət, 

qaydaya  salınır,  normallaşdırılır.  Bu  işin  nəticəsi  termin 

sistemləri  şəklində  təqdim  olunur.  Termin  sistemləri 

aralarında aşkarlanmış münasibət olan nizamlanmış termin 

ço

xluqlarıdır.  




11 

 

Terminologiyanın qaydaya salınmasının iki tərəfi var 



– 

terminlərin  məzmununun  qaydaya  salınmasına 

istiqamətlənən    unifikasiyası  və  terminlərin  optimal 

formasının  seçilməsi  məqsədilə  optimallaşdırılması. 

Unifikasiya terminlər sistemi ilə anlayışlar sistemi arasında 

birqiymətli uyğunluğu təmin edir. Hər bir anlayışa verilən 

terminlər  sistemindən  yalnız  bir  termin  uyğundur  və 

əksinə.  Burada  düzgün  qurulmuş  terminlər  sistemi  elmi 

anlayışlar  sistemini  onların  əlaqələri  ilə  birlikdə  əks 

etdirməlidir. Ona görə də optimallaşdırmanın əsas məsələsi 

terminlərin  istifadə  üçün  rahat  olan  yığcam  formalarının 

axtarışıdır.  

Nizama salınmanın son mərhələsində alınan terminlər 

sisteminin k

odlaşdırılması,  başqa  sözlə  onun  normativ 

lüğət şəklində tərtib olunması həyata keçirilir. 

Terminlərin  dəqiq  birqiymətli  istifadəsi  vacib olan 

sahələrdə  (əsasən  istehsalat  sahəsində)  kodlaşdırma 

terminlərin  standartlaşdırılması  formasını  alır.  Nəticəsi 

termin


lərə  standartların  işlənməsi  olur,  bu  isə 

sənədləşmədə  vacibdir.  Əgər  əlavə  sərt  normalar  elm 

sahəsində  yaradıcı  fikirlərə  mane  olursa,  kodlaşdırma 

t

övsiyə xarakteri alır. 




12 

 

Terminlərin 



dillərarası 

nizamlanması 

– 

harmonikləşdirilməsi  işinin  yerinə  yetirilməsi  terminoloji 



fəaliyyətin  əsas  istiqamətlərindən  biridir.  Terminlərin 

harmonikləşdirilməsi  uyğun  anlayışlar  sistemi  (milli 

anlayışlardan  ibarət)  əsasında  iki  və  ya  daha  çox  dilin 

terminologiyasının  sistemli  qarşılaşdırılmasını  həyata 

keçirir.



13 

 

 



2.

 

TERMİNOLOGİYA  SAHƏSİNDƏ  XARİCİ 

TƏCRÜBƏ 

T

erminşünaslıq  bir  elm  sahəsi  kimi  XX  əsrin  30-cu 



illərində  yaranmışdır.  40  il  ərzində  müəyyən  inkişaf 

mərhələsində    olan  terminologiya  sahəsində  aparılan 

tədqiqatlar və görülən işlər 70-ci illərdə sistemləşdirilməyə 

başlamış və məqalələr dərc olunmuşdur [7]. 

Terminşünaslığın  başlanğıcı  avstriyalı  alim  Eygen 

Vyusterin  adı  ilə  bağlıdır.  Belə  ki,  E.Vyusterin 

terminologiyaya  aid  ilk  məqalələri  keçən  əsrin  30-cu 

illərində nəşr olunmuşdur. O, terminologiyanı linqvistika, 

məntiq,  ontologiya,  informatikanın  konkret  bilik  sahələri 

ilə kəsişməsində xüsusi fənn adlandırmışdır. 

Dünyada ilk Termin

ologiya  Mərkəzi,  məhz 

E.Vyusterin 

rəhbərliyi  ilə,  1930-cu  ildə  Viezelburqda 

(Avstriya) yaradılmışdır. Mərkəz tərəfindən YUNESKO və 

digər  beynəlxalq  təşkilatların  layihələri  həyata  keçirilmiş 

və  dünyanın  bir  çox  ekspertləri  bu  işə  cəlb  olunmuşdur. 

E.Vyuster

in  rəhbərliyi  ilə  1951-ci  ildə  Avstriya 

Standartları  İnstitutunun (Austrian Standards Institute) 

nəzdində  Beynəlxalq  Standartlaşdırma  Təşkilatının 



14 

 

"Terminologiya (prinsiplər və koordinasiya)" katibliyi təsis 



olunmuşdur.  

Hal-


hazırda  bu  mərkəz  Vyana  Universitetinin Elmi 

Nəzəriyyə  Arxivinin  bir  hissəsi  kimi  fəaliyyətini  davam 

etdirir. 

1971-


ci  ildə  YUNESKO  dünya  elmi  informasiya 

sisteminin (World Science Informational System) 

yaradılması layihəsinin həyata keçirilməsində iştirak edən 

ölkələrlə  birlikdə  konfrans  keçirdi.  Qeyd  edək  ki, 

E.Vyusterin  rəhbərliyi  altında  həyata  keçirilən  bu  layihə 

standartlaşmış  terminlərdən  ibarət  çoxdilli terminoloji 

sistemdir.  Həmin  il  YUNESKO  və  Avstriya  Standartları 

İnstitutunun  birgə  təşkilatçılığı  ilə  Terminologiya  üzrə 

Beynəlxalq İnformasiya Mərkəzi – İnfoterm (International 

Information Cеntre for Terminology) yaradıldı [8]. 

Bütün 

dünyada 


terminologiya 

sahəsində 

əməkdaşlığın  dəstəklənməsi  və  koordinasiyası  məqsədilə 

yaradılan  İnfotermin  üzvləri  terminologiya  fəaliyyəti  ilə 

məşğul olan beynəlxalq, regional və ya milli müəssisə və 

şəbəkələr, ixtisaslaşmış dövlət və ya qeyri-dövlət, eləcə də 

qeyri-

kommersiya  təşkilatlarıdır.  İnfotermin  üzvləri 



terminologiya  sahəsində  əməkdaşlığın    genişləndirilməsi 


Yüklə 369,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə