Az ərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 369,39 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix13.11.2017
ölçüsü369,39 Kb.
#10071
1   2   3   4   5   6   7   8   9   ...   14

23 

 

planlaşdırılması həm elm və texnologiya planlaşdırılması, 



həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə dil 

planlaşdırılmasında  terminologiyanın  inkişafı  üçün 

həlledici    rol  oynadı.  Həmin  il  Kuala-Lumpurda bu 

məsələlərə  həsr  olunan  “TermPlan  90”  adlı  konfrans 

keçirildi. 

1991-ci il

də  İnfoterm  tərəfindən  Vyanada  “Predmet 

sahələrində terminoloji iş” adlı üçüncü sipozium keçirildi. 

Təxminən  30  ölkədən  200  iştirakçı  biologiya, 

maşınqayırma,  hüquq,  iqtisadiyyat,  tibb  və  informasiya 

texnologiyaları sahələrində terminoloji fəaliyyətin inkişafı 

haqqında  məruzələrlə  çıxış  etdilər.  Əlavə  olaraq,  bank 

sahəsində  terminoloji  verilənləri  testdən  keçirmək  üçün 

böyük İsveçrə bankının proqram təminatı müzakirə edildi 

və qiymətləndirildi. İnfoterm qeyri-hökumət təşkilatı kimi 

Birləşmiş  Millətlər  Təşkilatının  Nyu-Yorkdakı  İctimai 

İnformasiya  üzrə  Departamentinə  qoşuldu.  Bu  rəsmi 

tanınma İnfotermin nailiyyəti idi və onun 20 illik yubileyi 

ilə üst-üstə düşdü. 

1992-ci il

də  paylanmış  heterogen  verilənlər  bazası 

üç

ün  çoxdilli  istifadəçi  interfeysinin  konsepsiyası 



müzakirə  edildi.  İnterfeysin  əsas  elementlərindən  biri 


24 

 

çoxdilli 



lüğətlər, 

bir-birilə 

əlaqəsi 

olmayan 


təsnifatlaşdırılmış  sxemlər  və  ya  digər  dil  sənədləri 

sistemidir.  Bu sistem 

Birləşmiş  Milllətlər Sənaye İnkişafı 

Təşkilatı  (UNIDO)  üçün  işlənmiş,  əsasən  ekspertlərin 

Rusiya və Çin iqtisadi, elmi və texniki verilənlər bazalarını 

anlaması  üçün  nəzərdə  tutulub.  1992-ci  ildən  etibarən 

İnfoterm  Sənaye  Standartlarının  Lokallaşdırılması 

Assosiasiyasına  informasiya  texnologiyaları  məhsulları 

üçün terminologiya 

sahəsində  beynəlxalq  standartları 

reallaşdırmaqda  kömək  etdi. 

1993-cü il

də  İnfotermin  Məşvərət  Komitəsi  illik 

hesabat  yığıncağında  Mərkəzin  müstəqil  hüquqi  status 

alması  ideyasını  irəli  sürdü.  Nəticə  etibarilə  beynəlxalq 

təşkilat və xarici dövlətlərə İnfotermin fəaliyyətində iştirak 

etmək  imkanı  yaradıldı.  Həmin  ilin  avqustunda  Kölndə 

terminol


ogiyada  müəlliflik  hüququ  üzrə  beynəlxalq 

seminar keçirildi.   

 1994-cü il

də  YUNESKO-nun  dəstəyilə  İnfotermin 

çoxdilli  xüsusi 

informasiyanın  idarə  edilməsinə  həsr 

olunmuş  I  “MikroISIS”  beynəlxalq  konfransı  keçirildi. 

İnfoterm  Pekində  təşkil  olunan  “Elektron  Nəşr”  (EP  94) 

adlı  konfransa dəstək verdi. Həmin ildə “Pointer” layihəsi 



25 

 

üzrə başlanan iş 1995-ci ilin sonuna kimi davam etdi. Bu 



layihə  ilə  əlaqəli  İnfotermin  gələcək  rolu  Avropanın 

terminologiya  infrastrukturu  çərçivəsində  Avstriya 

İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olundu. 

1995-ci il

də  İnfotermin  dəstəyilə  Vyanada 

“Verilənlərin  mənbələrinin  kataloqları”  adlı  birinci 

beynəlxalq  simpozium  və  “Xüsusi  informasiya,  bilik  və 

yeni texnologiyalar üçün intellektual 

mülkiyyət hüquqları” 

beynəlxalq konqresi keçirildi. 

1996-

cı ildə “Terminologiya və Bilik Mühəndisliyi” 



adlı dördüncü beynəlxalq konfrans təşkil olundu. Nəhayət, 

İnfoterm  beynəlxalq  qeyri-kommersiya  Assosiasiyasına 

çevrildi 

və  Vyanadakı  “SIG”  Texnologiya Mərkəzinə 

köçürüldü.  

Bu  dövrdə  İnfoterm  Avstriya Standartları 

İnstitutunun  adından  ISO/TC37 Katibliyi (prinsip  və 

koordinasiya) 

və 

Beynəlxalq 



Standartlaşdırma 

Assosiasiyası ISA37 “Terminologiya” adlı texniki komitə 

də daxil olmaqla müvafiq standartlaşdırma fəaliyyətini də 

yerinə yetirirdi. 

Dördüncü dövr –  1997-2002-

ci  illəri  əhatə  edir  və

 



Təşkilatın və fəaliyyətin yeni istiqamətləri” dövrü adlanır. 




26 

 

Bu dö



vr  ərzində  əsas  məqsəd  çoxdilli informasiya 

cəmiyyətinin  tələblərinə  uyğun  güclü informasiya 

sistemlərinin  yaradılması  üçün  nəzəri  və  metodoloji 

prinsiplərin işlənməsi olmuşdur. Beləliklə, İnfoterm BMT 

və onun xüsusi təşkilatları ilə əlaqələr qurmağa qadir idi, 

eyni zamanda Avropa Komissiyası və onun üzvləri ilə sıx 

əlaqələr yaradırdı.  

Bu  dövrdə  müəssisə  və  təşkilatların  İnfotermə  üzv 

yazılması qaydalarını müəyyənləşdirmək üçün İnfoterm və 

onun  üzvləri  arasında  əməkdaşlıq  məqsədilə  dəqiq 

müqavilə  modelləri  işlənildi.  İnfoterm  artıq  müxtəlif 

yarmar


kalar və sərgilərdə iştirak edirdi. Məhz bu məqsədlə 

də onun fəaliyyətinə aid alman və ingilis dillərində qovluq 

və videofilmlər hazırlandı.  

1997-


ci  ildə  Vyanada  “Professional kommunikasiya 

və  biliyin  ötürülməsi”  adlı  beynəlxalq  konfrans  təşkil 

olundu. Bu  konfrans “Professional kommunikasiya

terminologiya və  planlaşdırılmış dillər” adlı elmi konfrans 

ilə İnfotermin dördüncü simpoziumu olan “Terminoloji  iş 

və  biliyin  ötürülməsi”ni  birləşdirdi.  Qeyd  edək  ki,  bu 

hadisə  terminologiya  nəzəriyyəsinin  banisi  Eygen 

Vyusterin 100 illik yubileyinə təsadüf etmişdi. 




27 

 

1998-ci il



də 

Almaniya 

Terminologiya 

Assosiasiyasının Avstriya sektoru yaradıldı. 

1999-cu il

dən  İnfoterm”  adı  artıq  qeydiyyatdan 

keçmiş  əmtəə  markası  kimi  mühafizə  olunmağa  başladı. 

Həmin  ildə  kitabxana  və  sənədlər  kolleksiyalarının 

yeniləndirilməsi İnfotermin əsas məsələlərindən biri oldu. 

Bu  iş  İnfotermin  verilənlər  bazasının  yeni  CD-ROM 

versiyasının hazırlanması ilə yanaşı aparılırdı. Qeyd etmək 

lazımdır  ki,  bu  dövrdə  Eygen Vyusterin arxivi Vyana 

Universitetinə köçürüldü.  

2000-ci il

də  iki  layihə  -  “Mərkəzi  və  Şərqi 

Terminologiya 

Şəbəkəsi” 

(CETnet) 

və 

“Şərqi 


Terminolo

giya  Təminatı”  (ETPpro)  layihələri  təqdim 

olundu.  

2001-ci il

də İnfoterm idarəsini Vyanadakı Eykolqaza 

(Aichholzgasse) köçürtdü. 

Bununla  əlaqədar  İnfotermin 

sənədlər  toplusu,  arxivi Vyana Universtitetində 

E.

Vyusterin  arxivinə  daxil  edildi.  Əlavə  olaraq  İnfoterm 



Afrika  ölkələri  ilə  əməkdaşlığı  gücləndirdi  (əsasən 

Tanzaniya  və  Nigeriya  müəssisələri  ilə).  2001-ci ilin 

sonunda 

İnfotermin  qollarından  biri  Almaniyanın  Köln 

şəhərində  Tətbiqi  Elmlər  Universitetində  yaradıldı  və 



Yüklə 369,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə