Az ərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 369,39 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix13.11.2017
ölçüsü369,39 Kb.
#10071
1   2   3   4   5   6   7   8   9   10   ...   14

28 

 

hazırda İnfotermin kitabxanası kimi fəaliyyət göstərir. 



2002-ci il

də  İnfoterm  YUNESKO  ilə  müqavilə 

əsasında  bir  neçə  dildə  olan  kontentlə  idarə  olunan 

platforma  yaratdı.  Platforma  lokal  kompüter  və  ya  lokal 

şəbəkədə  avtonom  və  yaxud  bütövlükdə  proqramların 

kombinasiyası  şəklində  istifadə  olunan  bir  sıra  tətbiqi 

proqramlar  və  vasitələri  özündə  toplayır.  Həmin  il 

İnfoterm  Polşa  İnformasiya  Emalı  Mərkəzi  ilə 

TERMinPOL  (

Terminoloji  informasiya  və  sənədlər 

mərkəzi) yaradılmasını və onun TDCnet-ə (İT-xidməti, İT-

konsaltinq  və  İT-dəstək  idarəsi,  Toronto)  qoşulmasını 

təmin etmək məqsədilə Varşavada müqavilə  imzaladı.  

2009-cu il

də 

Yaponiya Terminologiya 



Assosiasiyasının  təşkilatçılığı  ilə  XXII  Yaponiya 

Terminologiya Simpoziumu keçirildi.  

Qeyd edək ki, Yaponiya Terminologiya Assosiasiyası 

Yaponiya  İnformasiya  və  Bilik  Cəmiyyətinin  (YİBC)  bir 

bölməsidir, 1988-ci ildə yaradılıb. 

YİBC  10  ildən  çoxdur  ki,  öz  davamlı  tədqiqat 

fəaliyyəti  ilə  informasiya  və  biliklə  bağlı  problemlərin 

həllində  aparıcı  mövqe  tutur.  YİBC-in  fəaliyyətinin  əsas 

məqsədi 

informasiya 

texnologiyalarının 

inkişafı, 




29 

 

informasiya və bilik haqqında elm, informasiyanın effektiv 



istifadəsi  üçün  metodologiya,  sosial  normaların 

yara


dılması  və  s.  kimi problemlərdə  yeni  istiqamətləri 

müəyyənləşdirməkdir.  Eyçi  Universitetində  keçirilən  bu 

simpoziumda  standartlara  əsaslanan  kontent  və  kontent-

əlaqəli  xidmətlər  sertifikatı  haqqında  məlumat  verilmiş, 

ISO Content DataBase-in 

(ISO/CDB) təqdimatı edilmişdir.  

2010-cu  ilin  may

ında  TermNet  və  Tərcümə  Tədrisi 

Mərkəzinin  (The  Center  for  Translation  Studies) 

təşkilatçılığı  ilə  Vyana  Universitetində  Beynəlxalq 

Terminologiya  Yay  Məktəbi  təşkil  edilmişdir. 

Terminologiya  nəzəriyyəsi  və  praktikasına  giriş  üzrə 

keçirilən  bir  həftəlik  praktika  kursu  tələbələr, 

mütəxəssislər  və  alimlər  üçün  nəzərdə  tutulmuşdur. Yay 

məktəbində  terminoloji  işin  tətbiqi  prinsirləri,  İnternetdə 

terminoloji informasiyanın əldə edilməsi və yoxlanılması, 

t

erminoloji 



verilənlər 

bazasının 

yaradılması, 

terminologiyadan 

ontologiyaya, t

ərcüməçilər, 

terminoloqlar 

üçün 


layihələrin 

idarə 


edilməsi, 

terminologiyada 

müəlliflik 

hüquqları 

məsələləri, 

terminologiya  üzrə  standartlar, terminologiya  və  proqram 

təminatının  lokallaşdırılması, terminologiya  və  texniki 



30 

 

sənədlər, terminoloji  fəaliyyətdə  iqtisadi  məsələlər  və  s. 



mövzular tədris edilirdi. 

2010-cu il 

iyun  ayında  Fransanın  Enersi  şəhərində 

keçirilən  “Terminologiya  və  Ontologiya:  Nəzəriyyə  və 

tətbiqlər”  mövzusunda  beynəlxalq  konfransda  bilik 

mühəndisliyinin  və  xüsusən  ontologiyanın  işlənməsinin 

terminologiyaya 

təsiri  və  terminologiyanı  rəqəmsal  əsrdə 

mühüm olan bir çox 

tətbiqlər üçün əsas elementə çevirməsi 

kimi  məsələlər  müzakirə  olunmuşdur.  Terminologiya, 

müstəqil tədqiqat sahəsi kimi, linqvistika, süni intellekt və 

informasiyaya 

əsaslanaraq daha çox sahəni əhatə etdi. 

2012-

ci  ilin  yanvar  ayından  Fin  Terminologiyası 



layihəsi” həyata keçirilməyə başladı. Finlandiya hökuməti 

elm və incəsənətdə fin terminologiyası layihəsinin həyata 

keçirilməsi üçün vəsait ayırıb, bu layihə çoxdilli elektron 

termin 


bankının yaradılmasına istiqamətlənmişdir. 2011-ci 

ildən  başlayaraq  5  il  müddətinə  nəzərdə  tutulan  layihə 

bütün 

tədris 


fənlərinin 

terminologiya

sı 

üçün 


infrastrukturdur.  

2012-


ci  ilin  sentyabrında  Kastelloda  (İspaniya) 

keçirilən  “3-cü  dilin  əldə  edilməsi  və  çoxdillilik” 

mövzusunda VIII beynəlxalq konfrans 3 və daha çox dilin 



31 

 

əldə  edilməsi  və  istifadəsinə  istiqamətlənib,  çoxdilliliyin 



mobilliyi 

və  sosial-linqvistik  tədqiqi,    çoxdillilikdə  nitqin 

emalı və s. məsələlər müzakirə olunmuşdur. 

İnfotermin  bütün  fəaliyyətinin  nəticələri  onun  dövri 

nəşrlərində  öz  əksini  tapır.  Belə  ki,  Mərkəz  tərəfindən 

İnfotermin informasiya bülleteni (INL)”, terminologiya 



sahəsində  biblioqrafik  məlumatları  əks  etdirən 

“BiblioTerm (BIT)”, terminoloji 

standartlaşdırma 

fəaliyyəti  haqqında  informasiya bülleteni olan 

“Terminologiya  s

tandarlaşdırılması  və  harmonikləşdirmə 

(TSH)”  və  terminologiya  standartlaşdırılması  sahəsində 

biblioqrafik informasiya bülleteni olan “STandardTerm 

(STT)” nəşr olunur. 

Qeyd etmək lazımdır ki, keçmiş sovet alimi Dmitriy 

Semyonov

iç  Lotte  də  terminşünaslığın  ilk  banilərindən 

hesab  olunur.  O,  XX  əsrin  30-cu  illərində  terminologiya 

sahəsində  ilk  məqalələrini  çap  etdirmişdir.  Rusiya 

terminşünaslarını  “RossTerm”  Rusiya  Terminologiya 

Cəmiyyəti birləşdirir. 

H

azırda dünyanın müxtəlif ölkələrində terminologiya 



fəaliyyəti  ilə  məşğul  olan  beynəlxalq  təşkilatlar  fəaliyyət 

göstərir,  terminologiyanın  müxtəlif  problemlərinə  həsr 




Yüklə 369,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə