Az ərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 369,39 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix13.11.2017
ölçüsü369,39 Kb.
#10071
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

32 

 

olunan 



konfranslar təşkil edilir. 

XX  əsrin  70-ci  illərində  Polşanın  tanınmış  alimi 

Ziqmund 

Stoberski 

Terminoloji 

neologizmlərin 

unifikasiyası  üzrə  beynəlxal  təşkilat  (International 

Organization for Unification of Terminological 

Neologisms) 

yaratmışdır.  O,  20  dildə  (Avropa  ölkələri) 

terminləri  müxtəlif  jurnallardan  toplamış  və  çap 

etdirmişdir.  Z.Stoberski  bu  sahədə  bir  neçə  kitab  nəşr 

etdirmişdir.  O,  “Beynəlxalq  elmi  terminologiya: 

problemlər,  postulatlar,  gözləntilər”  (1982,  Varşava, 

polyak dilində) və “Yaşamaq və sağ qalmaq” (elm naminə) 

(1991,  Varşava,  polyak  və  ingilis  dillərində)  kitablarında 

əsasən  müəlliflik  hüquqlarının  qorunması  və  s.  haqqında 

əhəmiyyətli ideyalar söyləmişdir [11]. 

2002-

ci ildə Z.Stoberskinin yaratdığı təşkilat  Xüsusi 



terminologiya üzrə Beynəlxalq təşkilata çevrilmiş, onun 5 

kontinentdə  şöbələri  -  katiblikləri  açılmışdır.  Həmin  il 

təşkilatın  dəstəyi  ilə  Sloveniyanın  paytaxtı  Lyublyanada 

“Qloballaşma  əsrində  terminologiya”  adlı    Beynəlxalq 

konfrans keçiril

mişdir. 


30  ildən  artıqdır  ki,  Varşavada  Terminoloji 

neologizmlərin  unifikasiyası  üzrə  beynəlxalq  komitə, 




33 

 

Terminoloji  bank  üzrə    beynəlxalq  federasiya 



(International Federation of Terminology Banks) 

və  


Terminoloji 

neologizmlərin  unifikasiyası  üzrə  beynəlxalq 

təşkilat  (International Organization for Unification of 

Terminological Neologisms

)  tərəfindən  “Neoterm”  adlı 

jurnal nəşr olunur. 

Rusiyada 2002-

ci  ildən  başlayaraq  hər  il 

terminologiyanın  aktual  problemlərinə  həsr  olunan 

konfranslar keçirilir. 2003-

cü ildə  Ümumrusiya kompleks 

informasiya elmi-

tədqiqat  institutunun  təşkilatçılığı  ilə 

“Terminşünaslıq  və  standartlaşdırma:  nəzəriyyə  və 

praktikanın  qarşılıqlı  fəaliyyəti”  adlı  9-cu  Beynəlxalq 

konfrans keçiril

mişdir. 

Rusiyada 

30 ildən artıqdır ki, kompüter linqvistikası 

üzrə beynəlxalq “Dialoq” konfransı keçirilir. 

Qeyd edək ki, terminologiya sahəsində ən yeni işlər 

beynəlxalq  tədqiqat  mərkəzləri  olan  ISO,  İnfoterm, 

Beynəlxalq Terminoloji Tədqiqatlar İnstitutu (International 

Institute for Terminology Research), 

Avropa Dil Resursları 

Assosiasiyasında  (The European Language Resources 

Association)  yerinə  yetirilir.  Tədqiqatların  nəticələri 

Avropa 


Leksikoqrafiya 

Assosiasiyası 

(European 



34 

 

Associat



ion for Lexicography), Terminologiya və Qabaqcıl 

Mikrokompü

ter  Tətbiqləri  (Terminology and Advanced 

Microcomputer Applications), 

Terminologiya  və  Bilik 

Mühəndisliyi  (Terminology and Knowledge Engineering) 

və  s.  beynəlxalq  konfranslarda, dil  problemlərinə  həsr 

olunmuş konqreslərdə və beynəlxalq leksikoqrafik məktəb-

seminarlarda t

əqdim olunub [12]. 

Terminologiyanın  problemləri  müxtəlif  bilik  və 

fəaliyyət  sahəsinin  mütəxəssisləri  arasında  böyük  maraq 

doğurur.  Yalnız  sistemləşdirilmiş  və  yaxşı  inkişaf  etmiş 

terminologiya 

ilə  elmin  tərəqqisinə  nail  olmaq 

mümkündür

.  Bu  səbəbdən  terminoloji  fəaliyyətin,  onun 

əsasını  təşkil  edən  terminologiya  yaradıcılığı  və 

menecmenti işinin düzgün qurulması çox vacibdir. Dünya 

təcrübəsində 

terminologiya 

fəaliyyəti 

aşağıdakı 

mərhələlərə ayrılır:  

-

 

elm və texnikanın anlayışlarının terminləşdirilməsi. 



Bu zaman ayrı-ayrı bilik sahələrinin terminlərindən ibarət 

sistem  qurulur  və  onların  adlandırılması  üçün  daha 

məqsədəuyğun leksik vahidlər seçilir; 

-

 



müəyyən 

dildə 


terminlərin 

istifadəsinin 

nizamlanması;  hər  bir  bilik  sahəsində  yeni  terminlərin 



35 

 

yaradılması məqsədilə tövsiyə və rəyin tərtib edilməsi; 



-

 

müəyyən  sahəyə  aid  olan  terminoloji  lüğətlərin 



(

birdilli izahlı, ikidilli tərcümə) hazırlanması; 

-

 

terminoloji  sistemlərin  milli  və  beynəlxalq 



səviyyədə standartlaşdırılması. 


36 

 

3.



 

TERMİNOLOGİYA ÜZRƏ BEYNƏLXALQ 

STANDARTLAR 

Dünya  təcrübəsi  göstərir  ki,  terminoloji  sistemlərin 

milli  və  beynəlxalq  səviyyədə  standartlaşdırılması 

zəruridir,  çünki  eyni  sözlərlə  ifadə  edilən  anlayışlar 

müxtəlif dillərdə üst-üstə düşmür. Məsələn, ingilis dilində 

“technology”  sözünə  rus  dilində  “texnologiya”  deyil, 

“texnika” üyğundur və s. [13].  

Terminologiya  üzrə  beynəlxalq  standartın  qəbul 

edilməsi  ənənəvi  milli  sistemdən  imtina  etmək  anlamına 

gəlmir. Beynəlxalq standartlaşdırma hər şeydən əvvəl ana 

dili  və  xarici  dillərin  terminlərinin  dəqiq  şərhinin  və 

birmənalı uyğunluğunun müəyyən edilməsidir.  

Ümumiyyətlə,  standartlar  “sərt”  (yerinə  yetirilməsi 

məcburi olan) və “yumşaq” (tövsiyə xarakterli)  tipli olur. 

Terminoloji  standartlar  ikinci  tipə  aiddir.  Belə  ki,  bir 

terminin  yerinə  onun  professional  danışıq  dilinə  müvafiq 

düzgün seçilmiş sinonimi işlədilərsə, mənası dəyişməz. 

Elmi-


texniki terminologiyanın standartlaşdırılmasının 

əsas məsələləri aşağıdakılardır: 

-

 

terminlər üzrə standartın müəyyən edilməsi və elmi 



biliyin  və  texniki  inkişafın  müasir  səviyyəsinin  təyin 


Yüklə 369,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə