Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə14/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   10   11   12   13   14   15   16   17   ...   234

43

zəhər lərinin,  iqlim-coğrafi  amillərinin  təsirinin  öyrənilməsi,  iq -

lim şəraiti dəyişdikdə orqanizmin uyğunlaşma mexanizm lə ri nin  

dərə cəsinin və təzahürünün qiymətləndirilməsi daxildir. Bun dan 

baş qa, irsi amillərin roluna, ayrı-ayrı əhali qruplarında müxtəlif 

xəstəliklərin  əmələ  gəlməsinin  sürətlənməsinə  şərait  yaradan 

hor  monal,  mübadilə  və  digər  funksiyaların  pozulmasına  diq qət 

ve rilir. 

Epidemioloji  müayinə  metodunun  iki  komponentini  müt ləq 

nə zərə almaq lazımdır. Birinci komponent əhalinin epidemioloji 

vəziyyətini xarakterizə edən faktiki materialların toplanması ilə, 

başqa sözlə, patologiyanı və risk amillərini əks etdirən gös tə ri ci-

lərlə  əlaqədardır.  İkinci  toplanmış  materialların  təhlilinə  aiddir. 

Bu tədqiqatlarda həkim-gigiyenistlər, klinisistlər, həmçinin mete o-

ro  loqlar, coğrafiyaşünaslar və digər mütəxəssislər iştirak edə bilər.

QİXE-nin epidemioloji təhlili üçün məlumatların əsas mən-

bəyi miqrasiyanın dərəcəsini xarakterizə edən demoqrafik gös tə-

ri cilər, həmçinin öyrənilən qrupların yaşadığı rayonların iqtisa-

diy  yatına dair məlumatlardır. Buraya ətraf mühitin çirk lən  mə sinə 

dair göstəricilər, məişət və istehsalat allergenlərinin olması, həm-

çinin  əhalinin  sağlamlığına  təsir  edən  sosial-gigiyenik  şərai tin 

xüsu siyyətləri daxildir. Beləliklə, həmin yerin geoloji-coğrafi x a-

rak   teristikasını öyrənmək, torpaq və suyun kimyəvi tərkibini, r a di-

asiyasının dərəcə sini, iqlim və meteoroloji amilləri, qidalan ma nın 

xüsusiyyətlərini (onun hazırlanması xarakterini) qiy mət lən dirmək 

lazımdır. Bu məlumatlar xüsusi seçmə müa yi nə lər z amanı alına 

bilər.

Xəstəliklərə meyllilik əlamətinə görə populyasiyanın quru  lu-



şunu müəyyən edən genotipik amil və bu xüsusiyyətlərin onto ge-

nez prosesində və fərdin həyat fəaliyyətində dəyişilməsi ilə ə l a qə-

dar  olan  fenotipik  amil  təsir  göstərir.  Əhalinin  xəstə lən mə si ni 

m ü əy yən edən üçüncü amil isə ətraf mühitdir.

Epidemioloji tədqiqatın gedişində hər üç amilə dinamiki vəh   -

dətdə baxılır. Fenotipik xüsusiyyətlər mühitlə qarşılıqlı təsir n ə ti-

cəsində formalaşır, bu və ya digər fonda baş verir. Bununla ya  na şı, 

x a rici mühit genotip və fenotiplərə seçici təsir göstərir. E pi de mi o-




44

lo giyada  qəbul  edilmiş  risk  amili  anlayışını  amillərin  gös tərilən 

qruplarına uyğun tərzdə diferensiasiya etmək lazım gəlir.

Ürək  və  damar  xəstəliklərinin  epidemiologiyasını  öyrənən 

za man qidalanmanın xarakterinin və psixikanın vəziyyətinin mio -

kard  infarktının  inkişafında,  aterosklerozda,  ürəyin  işemik  xəs-

təliklərində rolunu göstərən bəzi mühüm məlumatlar alın mışdır. 

Əhalinin  bir  kontingentində  göstərilən  xəstəliklər  az,  digər  hal-

larda tez-tez rast gəlir.

Bədxassəli şişlərin epidemiologiyasını öyrənən zaman xarici 

mü hitin  müxtəlif  amilləri  və  onkoloji  xəstəliklərin  aşkar  edil-

məsi  tezliyi  arasında  düz  və  dolayı  əlaqə  aşkar  edilir.  Belə  ki, 

ağciyər xərçənginin etiologiyasında atmosfer çirklənməsinin və 

siqaret çəkmənin əhəmiyyətli rol oynadığı müəyyən edilmişdir. 

Ağciyərin  başqa  xəstəliklərinin  epidemioloji  tədqiqatı  zamanı 

selikli  qişaların  xəstəlikönü  vəziyyətinin  və  xərçəngin  inkişa-

fında  ayrı-ayrı  xalqların  istifadə  etdikləri  müxtəlif  qarışıqların 

rolu aydınlaşdırılmışdır. Bu nəticələr eksperimental yolla sübut 

olu n muşdur.  Dəri  xəstəliklərinin  aşkar  edilməsi  tezliyinin  gü nə-

şin, həmçinin dərinin açıq sahələrinin profilaktiki müdafiəsi olma -

dıqda  ultrabənövşəyi  spektrin  aktivli yindən  asılılığı  müəyyən 

edil mişdir. Bundan başqa, süd vəzilərinin xərçənginin əmələ gəl-

mə sinin qadının cinsi həyatının xüsusiy yətlərindən, uşağın südlə 

əmizdirilmə  müddətindən  asılı  olması  aşkar  edilmişdir.  Bəd-

xassəli şişlərin bəzi formalarının, ürək-damar, sinir xəs tə lik lə ri-

nin inkişafında bir çox istehsalat zərərlərinin əhəmiyyəti gös tə-

ril miş,  onların  qarşısının  alınması  yolları  müəyyən  edil mişdir. 

E pi demioloji  metodun  köməyi  ilə  əhalinin  müxtəlif  sosial-iqti-

sadi  qrupunda  mədə  xəstəliklərinin  müxtəlif  tezlikdə  olması 

aşkar edilmişdir. Bu da hər iki xəstəliyi müxtəlif nozoloji vahid 

kimi qiymətləndirməyə və onların əmələ gəlməsinə şərait yara-

dan amilləri dəqiqləşdirməyə əsas verir. Statistika və diaqnostika 

me todlarından istifadə etməklə revmatizm xəstəliyinin epi de mi o -

lo giyasının öyrənilməsi xəstəliyin təbiətinin dəqiqləş diril mə si nə 

kömək  etmiş,  diaqnostika  və  profilaktikanın  imkanlarını  g e niş-

ləndirmişdir.




45

QİXЕ-nin  ayrı-ayrı  nozoloji  formalarının  inkişafında  qeyri-

əlverişli  amillərin  təsirinin  aradan  qaldırılmasına  və  ya  maksi-

mal  zəiflədilməsinə  dair  tövsiyələr  işlənib  hazırlanmışdır.  Hal-

ha zırda QİXE tibb və biologiya elmlərinin inkişafı sayəsində tam 

bir konsepsiyaya əsaslanır. Bu konsepsiya sosial qarşılıqlı müna-

si bətləri və bio-ekoloji qanunauyğunluqları nəzərə almaqla, p o-

pul yasiya  səviyyəsində  nəzəri  və  ümumi  tədqiqatlar  aparmağa 

imkan verir.

Xalqın sağlamlığı uğrunda mübarizədə aparılan tədbir lərdən 

biri də tibbi-profilaktiki istiqamətin gələcəkdə aktiv şəkildə inki-

şaf  etdirilməsidir.  O,  fundamental  və  populyasion  epidemioloji 

təd qi qat larda  alınan  məlumatlara  əsaslanır.  Epidemioloji  təd qi-

qat ların po pul yasion xarakteri onları digər tədqi qatlardan əsaslı 

s u rətdə fərq ləndirir. G.A.Rose və əməkdaşları (1984) populyasion 

tədqiqatların aşağıdakı əsas vəziyyətlərini ayırd edir: 1. po pul ya si-

yada xəstəliklərin miqdarca qiymət lən di ril məsi; 2. populyasiyada 

xəstəliklərin  yayılma  intensivliyinin  öy rənilməsi;  3.  xəs tə li yin 

təbii inkişafının öyrənilməsi; 4. po pul ya  siyanın sağlam şəxs lə ri-

nin xarakteristikasının verilməsi; 5. eti o loji hipotez lə rin for m a-

laş dırılması və onların yoxlanması.

Bu məsələlərin aydınlaşdırılması kütləvi QİX-nin etiolo gi ya-

sı nın,  patogenezinin,  həmçinin  profilaktikasının  öyrənil mə sinin 

yeni perspektivlərini açır.



QİXE tədqiqatının metodiki prinsipləri

30  ildən  artıqdır  ki,  dünyanın  bir  çox  ölkələrində  QİXE-nin 

sis tematik öyrənilməsi davam edir. Bu müddətdə tədqiqatın me -

to diki əsasları işlənib hazırlanmışdır. Tədqiqatın predmetini təş kil 

edən hadisələrin miqyası müxtəlif QİX-nin mahiyyətinin, o n ların 

tezlik  dərəcəsinin,  inkişaf  xarakterinin,  nəticələrinin  o x  şar lığı, 

həmçinin diaqnostika metodlarının fərqliliyi epidemioloji müa yi-

nə nin müxtəlif üsullarının yaranmasını sürət lən dir miş dir.  Xəs tə-

lik lərin  müxtəlif  qrup larının  sosial  əhəmiyyətinin  ox şar  olma-

ması  təbabətin  müxtəlif  sahələrində  epidemioloji  müayinənin 

i s ti fadə tempinin və toplanılan təc rübənin fərqli o l ma sına gətirib 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə