Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə2/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   2   3   4   5   6   7   8   9   ...   234

6

sayı da getdikcə artmaqdadır. Bəşəriyyət üçün ən təhlükəli h e sab 

olunan İİV infeksiyası üzrə vəziyyət xüsusilə həyəcan d o ğurur. 

Bu infeksiya ilə əlaqədar bir sıra Afrika ölkələrində ağır siyasi 

və iqtisadi problemlər yaranmışdır.

Əlbəttə, yoluxucu xəstəliklərlə mübarizədə nəzərəçarpacaq 

müvəffəqiyyətlər çoxdur. Məsələn, qızılcaya qarşı peyvəndin a lın     -

masından əvvəl dünyada hər il 135 mln xəstələnmiş uşaqdan 7-8 

mln-u, hal-hazırda isə ildə 42 mln-dan yalnız 1 mln-u məhv olur. 

Planlı şəkildə aparılan profilaktik tədbirlərin sayəsində polio mie-

lit,  drakunkulyoz  (rişta)  xəstəliklərinin  tam  ləğv  olun ması  və 

artıq  ciddi  problem  yaratmayan  cüzam  ilə  mübarizə  m ə sə   lələri 

real  laşmışdır. Keçmişdə geniş yayılan taun, vəba, təbii çiçək, səp-

gili  və  qarın  yatalağı,  difteriya,  malyariya,  qrip  və  digər  xəs tə-

liklərin pandemiya və epidemiyası keçən minillikdə yüz milyon-

larla  in san ın  ölümünə  səbəb  olmuşdur.  XX  əsrin  əvvəlində 

yük sək xəstələnmə səviyyəsində ölüm halları taunda – 65-100%, 

vəbada – 45%, səpgili və qarın yatalağında – 25-40% təşkil et-

miş dir.

Lakin xəstəliklərin diaqnostikası və müalicəsində əldə olu-

nan müvəffəqiyyətlərə baxmayaraq, infeksion xəstəliklər insanın 

mü hüm patologiyası olaraq qalmaqdadır: həkimə müraciət edən 

hər ikinci pasiyent yoluxucu xəstəliklərə yoluxmuş şəxslərdir, sa-

hə  pediatrlarının  pasiyentlərinin  70%-i  yoluxucu  xəstəliklərdən 

əziy  yət çəkən uşaqlardır.

Yoluxucu xəstəliklərin mənfi təsiri xüsusən müharibə döv-

rün də,  təbii  fəlakət  və  iqtisadi  böhranlar  zamanı  daha  qabarıq 

təzahür edir. Belə ki, 1980–1988-ci illərdə Əfqanıstanda olan so-

vet ordusunun əsgərlərinin infeksion xəstəliklərdən itkiləri sani-

tar  itkilərin  tam  yarısını  təşkil  etmişdir.  XX  əsrdə  80-ci  illərin 

sonu  90-cı  illərin  əvvəlində  Rusiyada  məlum  hadisələrlə  bağlı 

sosial-iqtisadi  sarsıntı lardan  sonra  daha  bir  epidemioloji  prob-

lem – difteriyanın yenidən alovlanması baş verdi ki, bu da A v ro-

pada qeydə alınan difteriyanın 80%-ni təşkil etmişdir.

Son illər həm yeni aşkar edilən, həm köhnə yaxşı öyrənilmiş 

infeksion patologiyaların misli görünməyən fəallaşması müşahidə 

edilir. Belə ki, infeksion xəstəliklərin siyahısı əvvəllər məlum ol-



7

mayan xəstəliklər (Lass, Ebol, Marburg virus qızdırmaları, ente-

rotoksik və enterohemorragik eşerixozlar, yersinyoz, İİV-in fek-

siya, kampilobak terioz, bir sıra virus bağırsaq xəstəlikləri, C, D, 

E,  F  və  G  virus  hepatitləri,  legionelyoz,  borrelioz,  in san ların 

prionla törənən və heyvanların sinir sisteminin xəstəlikləri, xan-

ta vi rus  ağciyər  sindromu  və  s.),  eyni  zamanda  qeyri-infeksion 

etio  lo giyalı xəstəliklərin (xroniki hepatit, xora xəstəliyi, Berket 

lim  foması, Kapoşi sarkoması, T-hüceyrəli leykoz və digər şişlər) 

he sa bına daima artmaqdadır. Həmçinin son illər immun çat ış maz-

lığına məruz qalan və xəstə xa nadaxili şəraitdə yoluxan pasi yent-

lərdə şərti-patogen törədicilərin rolu artır: bunlardan her petik və 

si tomeqalovirus infeksiyaları, pnev mosistozu, m i kop laz mo zu, xla-

midiozu, toksoplazmozu, kandidozu misal göstərmək olar.

Hazırda  infeksion  xəstəliklərin  səviyyəsinin  sürətlə  art-

ması mü şahidə olunur, onun inkişaf templəri artıq minil lik lər lə 

deyil,  onilliklərlə  ölçülür.  Bu  isə  V.İ.Pokrovski  və  başqaları 

(1993) tərə findən “Epidemik prosesin müasir inkişaf anlayışını” 

irəli sür mə yə əsas vermişdir. Onilliklər ərzində bir çox infek si-

ya ların kliniki və epidemioloji aşkarlanması bu xəstəliklər üzrə 

əvvəllər  mövcud  olan  təsəvvürləri  xeyli  dəyişmişdir.  Belə  ki, 

müx təlif  etiologiyalı  xroniki  xəstəliklərin  yayılması  sürətlə  baş 

verir. İnfeksion mənşəli və ilk növbədə prion ensefalopatiya xü-

susi aktuallıq kəsb edir.

Yeni  minilliyə  bəşəriyyət  İİV  infeksiyasının  davam  edən 

pan  demiyası, vərəm, malyariya və cinsi yolla yayılan xəstə lik lə-

rin artması şəraitində daxil olmuşdur. Həmçinin kəskin respira-

tor virus infeksiyaları əsas problem olaraq qalır, belə ki, infeksi-

on xəstəliklərin 90%-i bunların payına düşür, ikinci yerdə isə hər 

il  planetin  milyarddan  çox  sakininin  düçar  olduğu  kəskin  ba-

ğırsaq infeksiyaları durur. Beləliklə, infeksion xəstəliklər əv vəl-

ki kimi insan patolo giyasında əsas yerlərdən birini tutur.




8

Epidemiologiya kafedrasının tarixindən

ATU-nun  epidemiologiya kafedrası 1943-cü  ildə sanitariya-

gigiyena  fakültəsinin  nəzdində  məşhur  epidemioloq,  professor 

İ.Ə.Axundov tərəfindən təşkil olunmuşdur. Kafedra bir müddət 

Malyariya və tibbi parazitologiya institutunun bazasında yerləş-

miş dir.


Yarandığı ilk illərdə kafedranın ştatı 2 nəfər akademik işçidən 

ibarət olmuşdur ki, onlar da sanitariya-gigiyena fakültəsində həm 

Azərbaycan, həm də rus dillərində epidemiologiya fənnini tədris 

edirdilər. Onlardan biri professor İsmayıl Əbdülxalıq oğlu Axun-

dov, digəri isə assistent Məmmədhəsən Məmədhüseyn oğlu A x un -

dov idi.


İ.Axundov  Almaniyada  Münhen  tibb  institutunda  təhsilini 

başa vurduqdan sonra orada doktorluq müdafiəsi edərək vətənə 

q a yı tmış, görkəmli alim-epidemioloq, malyarioloq və entomoloq 

kimi Azərbaycanda o zamanlar geniş yayılmış malyariya ilə m ü-

barizə işində fəal iştirak etmişdir. Professor İ.Axundovun 40-dan 

artıq elmi işinin əksəriyyəti, o cümlədən monoqrafiyası məhz mal-

yariya probleminə həsr olunmuşdur. O, elmi-pedaqoji fəa liyyətlə 

məşğul olaraq, zəngin bilik və bacarığını respublikada tibbi kadr-

ların  hazırlanması  işinə  sərf  etmişdir.  Belə  ki,  1931-ci  ildən 

1942-ci ilə qədər Azərbaycan Tibb İnstitutunun ölkə patologiyası 

kafedrasının  dosenti  vəzifəsində  iş lə miş,  eyni  zamanda  1939–

1940 -cı illərdə Azərbaycan Həkimləri Tək millə  şdirmə İnsti  tu tu-

nun tropik xəstəlikləri kafedrasına rəhbərlik e t mişdir.

N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda epidemio-

lo gi ya  kafedrasının  təşkilatçısı  olan  İ.Axundov  kafedra  yaran-

dığı vaxt dan – 1943-cü ildən ömrünün sonuna – 1952-ci ilə q ə-

dər ona rəhbərlik etmişdir.

Professor Axundovla  birlikdə  1943-cü  ildən  1948-ci  ilə  qədər 

ka fed rada assistent vəzifəsində işləyən M.Axundov və 1945-ci i l dən 

1948-ci ilə qədər işləyən Salar Ağarəfi oğlu İmaməliyev sonralar 

tibb elmləri doktoru, qabaqcıl səhiyyə təşkilatçıları, A zər bay can 

T a un əley hinə stansiyanın və Epidemiologiya, mikrobilogiya və 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə