Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə5/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   2   3   4   5   6   7   8   9   ...   234

15

Azərbaycan  Tibb  Universitetinin  epidemiologiya  kafed ra sın  da 

işləyir. ATU-nun nəzdində olan ixtisaslaşdırılmış şuranın, Azər-

baycan  epidemioloqlarının,  mikrobioloqlarının  və  parazito loq-

larının elmi cəmiyyətinin idarə heyətinin üzvüdür. Onun rəh bər-

liyi ilə 6 namizədlik dissertasiyası müdafiə edilmişdir. Elmi i ş  lə ri 

helmintozlar  probleminə  həsr  olunmuşdur.  70-dən  artıq  el mi 

əsərin, o cümlədən 5 tədris-metodik vəsaitin və 8 metodik göstə-

rişin müəllifidir.



16

EPİDEMİOLOGİYA ELM KİMİ

Epidemiologiyanın tərifi, predmeti və vəzifələri

Epidemiologiya insanın yoluxucu xəstəliklərinin yaranması, 

yayılması  və  profilaktikası  qanunauyğunluqlarını  öyrənən  elm-

dir. Onun maraq dairəsinə törədicinin təbiətdə saxlanması, kol-

lektiv im munitetin formalaşması, insanların fəaliyyətinin infek-

siyanın  yayıl masına  təsiri,  yoluxucu  xəstəliklərin  təkamülü  və 

yeni törə dicilərin yaranması kimi məsələlər daxildir.

Bəşəriyyət  tarix  boyu  kütləvi,  bəzən  isə  dağıdıcı  yoluxucu 

xəs təliklərlə qarşılaşmışdır. Müəyyən illərdə insanların yoluxucu 

xəstə liklərdən ölüm göstəricisi 70%-ə çatmışdır. Yoluxucu xəs-

tə  liklərin vurduğu zərəri təsəvvürə gətirmək üçün təkcə onu d e-

mək kifayətdir ki, 1918–1919-cu illərdə qrip pandemiyası döv-

ründə dünyada 20 mln insan məhv olmuşdur. İqtisadi c ə hət dən 

geri  qalmış,  inkişaf  etməkdə  olan  ölkələrdə  ölümün  səbəb ləri 

içə ri sində  əvvəlki  kimi  infeksiyaların  xüsusi  çəkisi  yük sək dir. 

H a  zırda  Afrikanın  bəzi  ekvatorial  ölkələrində  İİV  infeksiyası 

yaşlı əhalinin ölümünün səbəbləri arasında üçüncü yerdə durur.

İlkin  olaraq  epidemiologiya  yoluxucu  xəstəlikləri  öyrənən 

elm kimi təşəkkül tapmışdır. Lakin sonralar burada istifadə edi-

lən  metodlar  qeyri-infeksion  xəstəliklərin  öyrənilməsində  də 

tətbiq  olunmağa  başlandı.  Bunun  nəticəsində  “yoluxucu  xəstə-

lik  lə rin epidemiologiyası” və “qeyri-yoluxucu xəstəliklərin epi-

de mio logiyası”  anlayışı  formalaşdı  ki,  onların  hər  ikisinin 

məqsəd və vəzifələri eynidir.

XX  əsrin  aparıcı  epidemioloqlarından  sayılan  V.D.Belyakov 

yoluxucu xəstəliklərin epidemiologiyasını əhalinin ayrı-ayrı qrup -

larının xəstələnməsinin qarşısının alınması, ümumi əhalinin xəs-

tələnmə  göstəricilərinin  azaldılması  və  ayrı-ayrı  infeksiyaların 

ləğv edilməsi üzrə nəzəri, metodik, təşkilati və praktik biliklərin, 

metodların və vasitələrin sistemi kimi müəyyən etmişdir.

Xaricdə epidemiologiya – konkret populyasiyaların sağlam-

lı ğını və xəstələnmə vəziyyətlərinin paylanmasını, həmçinin o n-

ları şərtləndirən amilləri öyrənən və əldə olunmuş bilikləri pato-




17

loji  hal larla  mübarizədə  tətbiq  edən  elm  kimi  təyin  edilir. 

B   e   lə liklə, xa  ricdə epidemiologiya həm yoluxucu, həm də soma-

tik xəs tə lən məni öyrənən elm kimi nəzərdən keçirilir.

Yoluxucu xəstəliklərin epidemiologiyasının əsas vəzifələri bun -

lardır:


– yoluxucu xəstəliklərin tibbi və sosial-iqtisadi əhəmiyyə ti nin 

öy rə nilməsi, xəstəliklərin strukturunda onların yerinin müəyyən 

edilməsi;

– yoluxucu xəstəliklərin yayılmasının ilin fəslindən, xəstələrin 

cin sin dən, yaşından, sənəti, məişət və milli fərqlərindən asılı ola-

raq aşkar edilməsi;

– yoluxucu xəstəliklərin yayılmasında müxtəlif səbəb və şərt  -

lərin rolunun qiymətləndirilməsi;

–  yoluxucu  xəstəliklərlə  mübarizə  və  profilaktikanın  stra te-

gi ya və taktikasının işlənib hazırlanması;

– yoluxucu xəstəliklərin yayılmasının proqnozlaşdırılması.

Qarşıya  qoyulan  vəzifələrdən  asılı  olaraq,  epidemiologiyada 

aşa ğıdakı metodlar işlədilir:

– epidemioloji müayinə (müşahidə);

– tarixi;

statistik;

– mikrobioloji (bakterioloji, virusoloji, parazitoloji);

immunoloji;

eksperimental;

– bioloji;

– kompyuter.

Məsələn, yoluxucu-parazitar xəstəliklərlə xəstələnmənin orta 

illik  göstəricilərinin  kompyuter  qrafikası  vasitəsilə  kartoqrafik 

qiy mətləndirilməsi  metodu  statistik  məlumatın  ərazi  üzrə  pay-

lan ma sına və əyani olaraq təsvir edilməsinə imkan verir və b u-

nunla da adekvat idarəçilik qərarlarının qəbul edilməsinə ş ə rait 

yaradır.  Parazitar  invaziyaların  göstəricilərinin  qiy mət lən di ril-

məsi üçün kartoqrafik metodun işlədilməsi epidemik v ə ziy yətin 

sənəd ləş di ril məsinə və obyektiv səciy yə lən di ril mə si nə yol verir.

Epidemiologiyanın bir elm kimi yaranması tarixini Hip pok-

ratla bağlamaq lazımdır – o, 2000 il əvvəl yoluxucu xəstəliklərin 

əmələ gəlməsinə ətraf mühit amillərinin təsir etdiyini söyləmişdir. 




18

Təcrübəyə  arxalanaraq,  qədim  dünya  təbibləri  epidemiyalarla 

mü barizədə bir sıra tədbirlərdən istifadə etmişlər: xəstə şəxslərin 

şəhərdən  uzaqlaşdırılması,  xəstələrin  və  ölənlərin  əşyalarının 

yan dırılması,  xəstəlik  keçirmiş  şəxslərin  xəstələrə  qulluq  məq-

sədilə cəlb edilməsi. Avropada XIV əsrdə karantin tətbiq olundu, 

cü  zam lı  xəstələrin  ictimai  yerlərə  (kilsə,  çörəkxana)  getməsi, 

qu yulardan  yararlanması  qadağan  olunmuşdur.  Rusiyada  XVI 

əs rin əvvəlində “qorxulu xəstəliklərdən” ölənlərin dəfn məra si-

mi nin  yerinə  yetirilməsinə  qadağa  qoyulmuşdur:  onları  ayrıca 

qə bi ristanlıqda basdırırdılar.

Lakin əsrlər boyu yoluxucu xəstəliklərlə mübarizədə təsadüfi 

metodlardan  geniş  istifadə  olunurdu.  Epidemiologiyanın  elm 

kimi  ilkin  əsasları  XVI  əsrdə  İntibah  dövrünün  italyan  alimi 

cirolamo Frakastro (1478–1553) tərəfindən verilmişdir. Öz əsər-

lərində  o,  yoluxmanın  üç  yolunu  göstərmişdir:  vasitəsiz  (bir-

başa)  təmas  zamanı,  vasitəli  (əşyalarla)  və  məsafədən  (mütləq 

xır da və gözəgörünməyən “xəstəlik rüşeymləri”nin iştirakı ilə). 

C.Fra kastro ilk dəfə olaraq, tibbi mənada “infeksiya” terminini 

tət biq  etmiş  və  təbii  çiçək,  qızılca,  taun,  vərəm,  quduzluq,  c ü-

zam, səpgili yatalaq və s. kimi xəstəlikləri təsvir etmişdir. Belə-

liklə, o, bir elm kimi yoluxucu xəstəliklərin klinikasının və epide-

miologiyasının əsaslarını qoymuşdur.

Rusiyada  epidemiologiyasının  sərbəst  elm  kimi  formalaş-

ması  D.S.Samoyloviçin  (1724–1810)  adı  ilə  bağlıdır.  Bu  alim 

epi de mi ya ların kontagioz təbiətini müəyyən etmiş, onun əsərləri 

isə taunla mübarizəyə həsr olunmuşdur.

XIX əsrin sonu XX əsrin əvvəlində L.Paster, R.Kox, İ.İ.Meç-

nikov, D.İ.İvanovski və s. kimi görkəmli alimlərin tədqiqatları s  a -

yəsində epidemiyaların infeksion təbiəti sübuta yetirildi, bir çox 

yoluxucu xəstəliklərin törədiciləri aşkar edildi. Bütün bunlar epi-

demiologiyanın elmi fənn kimi formalaşmasına imkan y a rat dı.

Yoluxucu  xəstəliklərin  epidemiologiyasının  sonrakı  inkişafı 

D.K.Zabolotnının (1866–1929) fəaliyyəti ilə bağlıdır. Onun tələ-

bə si görkəmli rus epidemioloqu L.V.Qromaşevski (1887–1979) 

infeksiya nın yoluxma mexanizmi haqqında təlimi işləyib hazır-

lamışdır.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə