Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə6/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   2   3   4   5   6   7   8   9   ...   234

19

Epidemiologiyanın  inkişafına  digər  alimlər  də  böyük  töhfə 

ver mişlər. Məsələn, E.N.Pavlovski (1884-1965) – transmissiv in  fek-

si yaların təbii-ocaqlılığı nəzəriyyəsini, V.D.Belyakov (1921-1996) – 

parazitar sistemlərin özünütənzimləmə nəzəriyyəsini işlə yib hazırla-

mışlar.


Qeyri-infeksion xəstəliklərin epidemiologiyası ilkin olaraq sər-

bəst  elm  kimi  bir  çox  alimlər  tərəfindən  (İ.İ.Yolkin,  İ.İ. Ro qo zin, 

V.D.Belyakov  və  s.)  mənfi  qarşılanmışdır.  Onlar  belə  hesab 

edirdilər ki, qeyri-infeksion xəstəliklərin etioloji amili – törədicisi 

yox dur.  Digər  müəlliflər  (V.A.Başenin,  V.M.Jdanov)  isə  başqa 

möv qedə idilər. Həyat sübut etdi ki, qeyri-infeksion xəstəliklərin 

epide miologiyası nəinki sərbəst yaşamağa, həmçinin əhalinin sağ -

lamlığının bir çox problemlərini müvəffəqiyyətlə həll etməyə q a-

dirdir.

Yoluxucu  xəstəliklərin  epidemiologiyası  ümumi  və  xüsusi 



hissə dən ibarətdir. Ümumi epidemiologiya yoluxucu xəstə lik lə-

rin  profi lak tikasının  ümumilikdə  nəzəri,  metodik,  təşkilati  və 

prak tik əsasları, xüsusi epidemiologiya isə ayrı-ayrı nozoloji for-

malar haq qında biliklərin məcmusudur. Lakin həm ümumi (epi-

demik  prosesin  ümumi  və  xüsusi  qanunauyğunluqlarının  öyrə-

nil məsi),  həm  də  xüsusi  epide miologiya  (konkret  yoluxucu 

xəs təliklərin  yayıl masının  qarşısının  alınması  və  onlarla  m ü ba-

rizə) nəzəri və praktik məsələləri həll edir.

Epidemiologiya bioloji, tibbi və digər elmlərlə sıx əlaqədədir. 

O, xüsusilə mikrobiologiya, virusologiya, parazitologiya, helmin-

to lo giya,  immunologiya,  yoluxucu  xəstəliklərin  klinikası,  gigi-

ye na,  tibbi  zoologiya,  baytarlıq,  mikroorqanizmlərin  və  insanın 

ge netikası, tibbi coğrafiya, biotibbi statistika ilə sıx bağlıdır. M ü-

asir epidemioloji xidmətin fəaliyyətində ərazinin bitki örtüyünün 

kom pyuter analizi ilə birgə kosmik müşahidə vasitələri, su mən-

bələrinin spektral analizi və s. geniş işlədilir.

Yoluxucu  xəstəliklərin  epidemiologiyasının  öz  əsas  metodu 

vardır. Epidemioloji metod – infeksiyanın məkan və zaman daxi-

lin də yayılmasının xüsusiyyətlərinin təhlilinə əsaslanmış, xəstə-

lən mənin əmələ gəlməsi səbəblərinin, şərtlərinin və formalaşması 

me  xa  nizmlərinin  aşkarlanması  və  xəstəliklərin  profilaktikasına 



20

dair  tədbirlərin  əsaslandırılması  üçün  nəzərdə  tutulan  metodik 

üsul  la rın  cəmidir.  Epidemioloji  metodun  təcrübədə  tətbiq  edil-

məsi epidemioloji diaqnostika adlanır. Epidemioloji metod aşa-

ğı dakı me to dik üsulları özündə birləşdirir:

Təsviri – faktiki materialın toplanması və hipotezlərin ha zır-

lanması;

Analitik – hipotezlərin qiymətləndirilməsi;

 Eksperimental – hipotezlərin sübut edilməsi;

Riyazi modelləşdirmə – epidemioloji proqnozun verilməsi.

Dövlət sanitar-epidemioloji nəzarət sisteminin strukturu ida rə-

lərin  məqsəd  və  vəzifələrinə  müvafiq  təşkil  edilmişdir.  Yerinə 

yetirilən fəaliyyət növlərindən asılı olaraq orqan və idarələr 3 qru -

pa (idarəçilik səviyyəsinə) bölünmüşdür.

Birinci səviyyə – kənd rayonlarında, rayonlararası, su və ha va 

nəq  liyyatında  ərazi,  rayonlarda  (dairə,  mahal),  rayon  bölgüsü 

olan rayonlararası şəhərlərdə, şəhərlərdə, o cümlədən ra yon böl-

güsü olan şəhərlərdə təşkil olunmuşdur.

İkinci səviyyə – respublika üzrə sanitar-epidemioloji nəzarət 

mərkəzlərinin fəaliyyəti ilə bağlıdır.

Üçüncü səviyyə – Səhiyyə Nazirliyi ilə təmsil olunur.

Epidemiologiyanın müasir tibb elmləri arasında yeri 

Epidemiologiya anlayışı birmənalı deyildir. Çoxəsrlik inkişaf 

dövrü ərzində bakterioloji kəşflərdən sonra o, epidemik prosesin 

profilaktikasının qanunauyğunluqlarını öyrənən elm kimi forma-

laş mışdır.

Son  illər  bütün  xəstəliklərin  (infeksion  və  qeyri-infeksion) 

po pulyasiya  səviyyəsində  öyrənilməsinin  metodik  əsasları  və 

üm umi prin sipləri formalaşmışdır ki, bunları adlandırmaq üçün 

“epide mi ologiya” terminindən istifadə edilir.

Hazırda elm tarixində belə bir situasiya alınmışdır ki, elmin 

ənə nəvi başlanğıcı onun qəbul edilməsinin daha ümumi hissəsi 

ol muşdur. Bunun üçün də hazırda ayırd edilir:

1) Epidemiologiya ümumi tibb elmi kimi;

2) Epidemiologiya epidemik proses haqqında elm kimi.




21

Epidemiologiya  ümumi  tibb  elmi  kimi  əhalinin  xəs tə lən-

məsinin aydınlaşdırılmasının səbəblərini, şərtlərini və me xa niz-

mini, onun ərazi üzrə, müxtəlif əhali qrupları arasında və məkan 

daxilində  yayılmasını  analiz  yolu  ilə  öyrənir.  Bu  sahədə  əldə 

etdiyi  nəti cələri  xəstəliklərin  profilaktikası  üsullarının  hazır lan-

ma sında istifadə edir.



Yoluxucu xəstəliklərin epidemiologiyası – epidemik prose-

sin qanunauyğunluqları və onun öyrənilmə metodları haqqında, 

həm  çinin əhali qruplarında yoluxucu xəstəliklərlə xəstələnmənin 

qar  şısını  almaq,  əhalinin  xəstələnmə  göstəricilərinin  aşağı  s a-

lınması və ayrı-ayrı infeksiyaların ləğv edilməsi məqsədi ilə apa-

rılan  əks epidemik  tədbirlər  və  onların  yerinə  yetirilməsi  haq-

qın da biliklər sistemidir.

Epidemiologiyanın metodunun və predmetinin öyrənilmə sin-

 də məqsəd onun tibb fənləri arasındakı yerini müəyyən e t mək-

dir. Yoluxucu  xəstəliklərin  epidemiologiyası  2  bölməyə  a y rılır: 

ü mu  mi və xüsusi.

Ümumi epidemiologiya  yoluxucu  (parazitar)  xəstəliklərdə 

epi demik prosesin yaranmasının, inkişafının və sönməsinin ü mu-

mi qanunauyğunluqları sistemini və bu xəstəliklərin pro filak  tika-

sı nın əsas prinsiplərini və onlarla mübarizə təd birlərini nəzərdə 

tu tur.  Ümumi  epidemiologiyanın  bölmələrinə  aşağı da kı lar  aid-

dir: epi demiologiyanın predmeti və metodları, epidemik proses 

haq  qında təlim, epidemioloji nəzarət, epidemioloji təhlil, epi de-

mi oloji diaq nostika, yoluxucu (parazitar) xəstəliklərlə m ü ba rizə 

və on la rın pro filaktikasının elmi və təşkilati prinsipləri.

Xüsusi epidemiologiya yoluxucu (parazitar) xəstəliklərin ay rı-

ayrı nozoloji formalarında epidemik prosesin yaranmasının, inki -

şafının və sönməsinin xüsusiyyətləri, onların hər birinə dair a pa -

rılan profilaktika və mübarizə vasitələrinin və metodlarının k o n       k ret 

for maları haqqında biliklər sistemidir.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə