Az rbaycan Respublikas t hsil Nazirliyinin


“Epidemiologiya” anlayışının məzmunu



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə7/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   2   3   4   5   6   7   8   9   10   ...   234

22

“Epidemiologiya” anlayışının məzmunu

“Epidemiologiya”  sözü  yunanca  “epi”  (üzərində),  “demos” 

(əhali) və “loqos” (elm) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

“Epidemiologiya”  termininin  bir  çox  tərifləri  verilmişdir.  Ən 

yax şısı Last J.M. (1988) tərəfindən verilmişdir: “Epidemiologiya 

cəmiyyətdə xəstəliklərin baş verməsinin səbəblərinin və yayılma-

sı nın  xüsusiyyətlərini  öyrənən  elm  olub,  alınmış  bilikləri  səhiy-

yənin  problemlərinin  həll  edilməsi  üçün  tətbiq  edir”.  O,  özündə 

bu fən nin vacib prinsiplərini əks etdirən bir neçə əsas anlayışları 

birləş dirir:

–  Elm  kimi  “Epidemiologiya”  –  sərbəst  elmi  fənn  olub, 

bəzən icti mai səhiyyənin (İS) başlıca elmi adlandırılır və özünə-

məx sus elmi müayinə metodlarına malikdir;

–  “Epidemiologiya”  konkret  əhali  qruplarında  infeksion  və 

qeyri-infeksion xəstəliklərin yayılmasının xüsusiyyətlərinin və tez-

liyinin öyrənməsi ilə məşğuldur.

Xəstəliklərin yayılma tezliyi təkcə bu hadisələrin mütləq sa -

yı nı deyil, həm də konkret əhali qrupunda xəstələnmə riskini əks 

et  dirən göstəriciləri özündə birləşdirir.

Xəstəliklərin baş verməsinin zaman, məkan və s. xüsusiy yət-

lə  rinə görə aparılan təhlili təsviri epidemiologiya adlandırılır ki, 

o da aşa ğı dakı suallara cavab verməlidir: hansı xəstəlik baş ver-

mişdir (profi laktika problemi); kim, harada və nə zaman xəs tə-

lən mişdir.

Analitik epidemiologiya səbəbləri öyrənir və xəstəlik niyə və 

ne cə baş vermişdir suallarına cavab axtarmağa, yəni xəstəliklərin 

baş  verməsinin  səbəblərini  (etiologiyasını),  həmçinin  xəstəliyin 

y a  ran  masının  risk  amillərini  (RA)  aşkar  etməyə  çalışır.  Bu  z a-

man aşağıdakılar müqayisə edilir:

–  Müxtəlif  xəstələnmə  göstəricilərinə  malik  əhali  qrupları 

bir-birilə;

– Demoqrafik, immunoloji, genetik, davranış, sənəti və digər 

xüsusiyyətlərində (bunlar risk amilləri adlandırılır) fərqlərə malik 

olan şəxslər arasında xəstələnmə;

–  Təhlil  epidemioloji  proseslərə  sürətli  və  effektiv  sosial 

müdaxilələrin edilməsi üçün geniş zəmin yaradır;



23

– Aparılan müşahidələrin nəticələrinin izah olunması üçün for-

malaşdırılan hipotezlərin retrospektiv və prospektiv təhlili metod-

larının tətbiq edilməsi ilə müayinələr həyata keçirilir.

Ətraf mühitin zərərli amillərinin ekspozisiyası və insanların 

sağ lamlığında  baş  verən  bioloji  effektlər  arasında  səbəb  əlaqə-

lərinin  öyrənilməsinə  yönəldilmiş  müayinələr  aparılır  ki,  o  da 

el mi  hipotezlərin  yoxlanılması  yolu  ilə,  yəni  ekoloji-epidemio-

loji ana litik müayinələrin aparılması ilə təsdiq edilir.

Epidemiologiya fənni və üsulları

Epidemiologiya epidemik prosesin inkişaf qanunauyğun luq-

larını öyrənən elmdir; bu elm insanlar arasında yoluxucu xəs tə-

liklərin  yayılma  prosesini  (infeksiya  mənbəyi,  yoluxma  mexa-

nizmi  və  həssas  orqanizm),  sosial  şəraitdən  asılı  olaraq  yeni 

yolux manın əmələ gəlməsini öyrənir.

Epidemiologiyanın müasir tərifi ilk dəfə 1927-ci ildə D.K.Za -

bolotnı tərəfindən verilmişdir. D.K.Zabolotnıya görə, “Epi de mi o-

logiyası epidemiyalar haqqında elmdir, epidemiyaların baş ver-

məsinin və inkişafının, epidemiyaların yayılmasına kömək edən 

şəraitlərin  öyrənilməsi  ilə  məşğul  olur,  onlara  qarşı  m ü ba rizə 

üsullarını təklif edir”.

Bu  anlayış  son  illərə  qədər  epidemiologiyanın  mahiyyətini 

tam  əks  etdirirdi.  Lakin  müasir  dövrdə  buna  münasibət  dəyiş-

mişdir. Belə ki, əvvəllər çoxlu epidemiyalar törədən, külli miq-

dar da insan tələfatına səbəb olan vəba, taun, səpgili yatalaq və s. 

yoluxucu  xəstəliklər  artıq  epidemiya  törətmir,  təbii  çiçək  xəs-

təliyi  isə  tamamilə  ləğv  edilmişdir.  Ona  görə  də  müasir  epi de-

miologiyanın  vəzifəsi  epidemik  prosesin  intensivliyindən  asılı 

ol mayaraq  insanlar  arasında  yoluxucu  xəstəliklərin  baş  ver mə-

sinin və yayılmasının səbəblərini öyrənməkdən ibarətdir.

Başqa sözlə desək, “Yoluxucu xəs təliklərin epidemiologiyası 

–  epidemik  prosesin  qanunauy ğun luq ları  və  onların  öyrənilmə 

üsulları  haqqında  biliklər  sistemidir”  (Belyakov  V.D.,  1989), 

e  lə    cə də “Epidemiya əleyhinə tədbirlər və onların həyata keçiril-

mə si, ayrı-ayrı əhali qrupları arasında yoluxucu xəstəliklərin ya -




24

yılmasının qarşısının alınması, əhali arasında xəstəlik göstə ri ci lə ri-

nin aşağı salınması və bəzi yoluxucu xəstəliklərin ləğv e dil  mə sinə 

yönəldilmiş elmdir”.

1960-cı ildə epidemioloqların Praqa şəhərində keçirilən bey-

nəlxalq simpoziumunda epidemiologiyanın müasir tərifi veril miş-

dir: “Epidemiologiya tibb elminin insan cəmiyyətində yolu xu cu 

xəstəliklərin baş verməsi və yayılmasının tədqiqi ilə məşğul olan 

və  alınmış  məlumatlara  əsasən  bu  xəstəliklərin  qarşısının  alın-

ması, mübarizə və profilaktika tədbirlərini hazırlayan sərbəst elm 

sahəsidir”.

Epidemiologiyanın tarixinə dair qısa məlumatlar

Epidemiologiyanın  epidemiya  haqqında  elm  kimi  for ma-

laşması qədim təbabətin yaranması dövrü ilə eyni vaxta təsadüf 

edir. Epidemiya termini (“Epi” üzərində+ “demos” xalq) müəy-

yən ərazidə əvvəllər qeyd olunmayan yoluxucu xəstəliyin yaran-

ması və artması kimi başa düşülür. Yoluxucu xəstəliklər haq qın da 

dəqiq  məlumata  bizim  eradan  4000-3000  il  əvvəl  rast  gəlirik, 

ancaq  yoluxucu  xəstəliklərin  əksəriyyətinin  törədicilərinin  insan 

bədəninə  uyğunlaşması  insanın  şüurlu  növ  kimi  (Homosapiens) 

ya ran ması  vaxtına  düşür.  Qədim  Misirdən  qalmış  papiruslarda 

b.e.ə. 3700-3710-cu illərdə təbii çiçəyə oxşar xəstəliyin olması 

haq   qın da qeydlər vardır; cüzam xəstəliyi haqqında ilk məlu mat-

lar orada b.e.ə. 3000-2500-cü illərdə verilmişdir. Yoluxucu xəs-

tə liklərin yaranma səbəbi ilkin olaraq bir çox qədim dövlətlərdə 

din ilə əlaqələndirilirdi. Epidemiya allahın qəzəbi kimi şərh edi-

lirdi  və  onun  qarşısının  alınmasının  qeyri-mümkün  olmasına 

inam ya ra dılırdı. Bizim eradan əvvəl 1120-ci ildə Misirdən k ö-

çürülmüş  yəhudilər  arasında  taun  epidemiyası  haqqında  q ə dim 

dini  sə nəd lər də  qeydlər  vardır.  Taun  xəstəliyinin  siçovullarla 

əlaqəsi haq qında qədim hindlilərin müqəddəs kitabında m ə lumat 

verilərək  göstərilir  ki,  əgər  “damdan  siçovul  düşüb  ölürsə,  bu, 

t a unun yaxında olmasını göstərir”. Bir çox yoluxucu xəs tə liklər 

haqqında ilk məlumatlara Hippokratın əsərlərində (b.e.ə. 460–377-

ci illər) (“Hava, su, yer”, “Epidemiyalar”, I-VII kitablar və s.) rast 

gəlirik.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə