Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə8/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   4   5   6   7   8   9   10   11   ...   234

25

Epidemik konstitusiya”  (“miazmatik”)  nəzəriyyəsi  ilə  Hip-

pokrat b.e.ə. 460–377-ci ildə “Epidemiologiya” terminini təbabətə 

gətirmişdir. O, bu terminlə bu və ya digər ərazilərdə bir sıra epide-

miyaların inkişaf etməsini izah etmişdir. Alim epi de mi yaları iqlim, 

davranış, atmosfer və digər təsirlərlə əlaqələndirmiş, həmçinin o n-

ların müxtəlif təbii hadisələrdən: vulkan püskürməsi, daşqınlar və 

s. asılı olaraq baş verdiyini söyləmişdir.

Orta əsrlərdə yoluxucu xəstəliklərin geniş yayılmasına bax-

mayaraq, epidemiyaların öyrənilməsində yenilik qeydə alınmır. 

Dindarlar  bu  sahədə  yeni  fikirlərin  əmələ  gəlməsinin  qarşısını 

a la raq qədim dövrlərdə tətbiq olunan tədbirlərin həyata keçiril-

mə sinə maneçilik törədirdilər.

İntibah  dövründə  (XIV–XV  əsr)  görkəmli  İtalyan  həkimi, 

as tronomu Ciralamo Frakastro (1478–1553) öz kitabında (“kon-

ta giyalar,  kontagioz  xəstəliklər  və  onların  müalicəsi”)  ilk  dəfə 

epi demik xəstəliklərin yaranması və inkişafı haqqında nəzəriyyə 

yaratmağa cəhd göstərmişdir. 1546-cı ildə yazılmış bu kitabda o, 

dahi uzaqgörənliklə yoluxucu xəstəliklərdə (təbii çiçək, taun, q ı-

zıl ca,  quduzluq,  cüzam  və  s.)  canlı  törədicilərin  əhəmiyyətini 

gös   tə rərək qeyd edir ki, onlar artmaq qabiliyyətinə malikdirlər. 

Onlar xəstənin əşyaları ilə birbaşa təmasda olduqda, hətta hava 

vasi tə silə yayılırlar.

Sonralar, sənaye inqilabı dövründə (XVI–XVIII əsrdə) epi de-

mi ologiyanın  sərbəst  tibb  elminə  çevrilməsində  rol  oynayan  t ə-

biət elmində yerinə yetirilən elmi işlərin sayı artdı. Həmin dövr də 

yaranmış əlverişli şərait yeni bir elmin – bakteriologiyanın mey-

dana gəlməsinə, bu da öz növbəsində bütün tibb elminin, eləcə də 

yoluxucu xəstəliklərlə mübarizə sahəsində elmi və təc rübi fəaliy-

yət imkanına malik bir elmin – epidemiologiyanın t ə rəq qi sinə t ə-

kan verdi.

O  dövrün  alimləri  arasında  yoluxucu  xəstəliklərin  təbiə ti ni 

izah edən biri-birinə zidd iki fikir tərəfdarları mövcud idi: 

1) miazmatiklər, 2) kontagionistlər.

Birincilər  (miazmatiklər)  hesab  edirlər  ki,  epidemiyanın 

ə mələ gəlməsi iqlimdən asılı olan atmosferin “epidemik konsti tu-

si yalar”ının dəyişməsindən asılıdır. Müəyyən şəraitlərdə “zərərli 



26

başlanğıc” (miazmalar) torpaqda artır, havaya yayılaraq insan ları 

yoluxdurur  və  xəstəlik  əmələ  gətirir.  Təbabətdə  bu  isti qa mətin 

tərəf darı  məşhur  ingilis  həkimi Tomas  Saydenham  (1524–1689) 

idi. O, yoluxucu xəstəliklərin müalicəsi ilə məşğul olarkən qızılca, 

göyöskürək, təbii çiçək, vəba, skarlatina, malyariya və başqa yolu-

xucu xəstəliklərin geniş təsvirini vermişdir.

Saydenxam “Epidemik konstitusiya” və ya miazmatik-konta-

gioz nəzəriyyədə (1624–1639) göstərmişdir ki, epidemik xəs tə-

likləri törədən “başlanğıc” amil çürüyən maddələrdə əmələ gəlir. 

Bu  nəzəriyyə  “mikrobların  özbaşına  yaranması”  haqqında  olan 

baxışlarla  birlikdə  və  epidemiyaların  “konstitusional”  tə biətini 

e ti raf edən “epidemik konstitusiya” nəzəriyyəsini tamam la yaraq 

xəstəliklərin  yaranmasında,  yoluxmuş  şəxslər  və  çirkli  əş yalar 

v a si təsilə ötürülməsində onların rolunu təsdiq etmişdir. Miazma-

tik kontagioz nəzəriyyə XIX əsrin sonuna qədər hökm sürmüş-

dür.

İkincilərin (kontagionistlər) fikrincə, xəstəlik xəstənin bədə-



nin də  artan  “kontagiya”  və  xarici  mühitə  ifraz  olunan  can lılar 

(kon tagiyalar)  tərəfindən  törədilir.  Bu  fikrin  müəllifi  gör kəm li 

rus həkimi Danilo Samoyloviç idi (1744–1805).

Epidemiologiyanın inkişafında ingilis həkimi E.Cenner (1749–

1823) tərəfindən inək çiçəyi ilə insanların peyvənd edil məsi fak-

tının böyük köməyi oldu. Bununla yanaşı, XIX əsrin ikin ci yarı-

sında  L.Paster  (1822–1825),  İ.İ.Meçnikov  (1845–1916),  R.Kox 

(1843–1910), D.İ.İvanovskinin (1864–1920) apardığı elmi işlərin 

sayəsində mikrobiologiyanın sürətlə inkişaf etməsi yoluxucu xəs-

təliklərin epide miologiyasında hazırda mövcud olan müasir fi kir-

lər təsdiq edildi.

Epidemik xəstəliklərin səbəbi – canlı orqanizmlərdir (con ta-

gium virum) – onun tərəfdarları belə hesab edirdilər ki, həmin 

orqanizmlər xəstələrdən sağlam şəxslərə ötürülür. Bu məlu mat-

lara e.ə. 430-cu ildə baş vermiş “öldürücü xəstəliyin” təsvirində 

rast gəlmək olar.

Bioloji  amillər  nəzəriyyəsində  ilk  olaraq  toyuq  vəbasının, 

do ğuş dansonrakı  qızdırmanın,  irinli  abseslərin,  osteomielitlərin 

tö rədicilərini aşkar edən L.Paster yoluxucu xəstəliklərin: mə sə-



27

lən, qayıdan yatalağın (1873), cüzamın (1874), qarın yatalağının 

(1880), vərəmin, manqo (1882), vəbanın, difteriyanın, tetanusun 

(1883–1884),  bruselyozun  (1886),  taunun  (1894),  botulizmin, 

di  zen  teriyanın və s. mikrob təbiətli olmasını sübuta yetirən fakt-

lar gətirmişdir.

Bəzən belə hesab edirlər ki, bakteriologiyada baş vermiş kəşf-

lər epidemiologiyada da inqilaba səbəb olmuşdur. Ancaq bu, tək 

epidemiologiyanın deyil, bütünlüklə təbabətin nailiyyəti idi. İnki-

şaf edən yeni tibb elminin – bakteriologiyanın təsiri altında yo lu-

xucu xəstəliklər haqqında təlim işlənib hazırlandı. Həmçinin yeni 

tibb elmləri: immunologiya, yoluxucu xəstəliklərin klinikası mey -

dana gəldi.

Epidemiologiyanın canlanması yeni tibb elmlərinin müvəf fə-

qiy  yətləri  sayəsində  baş  verdi.  Bu  müvəffəqiyyətlər  XX  əsrin 

gör  kəmli  alimlərindən  olan  D.K.Zabolotnı  (1866-1929),  L.V  -

Qro   ma şevski (1887–1980), V.A.Başenin (1882-1978), Y.N. Pav    -

lovs kinin (1884-1969) apardığı işlərin nəticəsində qazanıl mışdır.  

D.K.Zabolotnı sovet epidemiologiyasının banisidir, ilk “Epi de m-

i  ologiyanın əsasları” (1927) kitabının müəllifidir. Epi  de mio lo gi-

ya nın sonrakı inkişafı bir neçə onilliklər ərzində 3 məktəbin rəh-

bər ləri L.V.Qromaşevski, V.A.Başenin və Y.N. Pavlovskinin a  d  ları 

ilə bağlıdır.

L.V.Qromaşevski epidemiologiyanın inkişafının qeyri-ənə nə vi 

yolunun  tərəfdarı  idi.  Onun  əsas  müayinə  üsulu  yoluxucu  xəs-

təlikləri öyrənən biliklərin sintezidir. Burada epidemiolo gi yanın 

sintetik rolu öz əksini tapmışdır. Müəllif epidemiya məf hu  munu 

yoluxucu xəstələnmə ilə məhdudlaşdırır və onu 2 his sə yə bölür:

a) dar mənada “epidemiya” məfhumu epidemiyanın əv vəlki 

təyinatına uyğundur, b) bununla yanaşı, epidemiyanı geniş m ə-

nada və ya epidemik proses anlayışı kimi izah edir. O, həmçinin 

epidemiologiyanı  nəinki  epidemiyalar  haqqında  elm  kimi  (dar 

mənada),  eləcə  də  epidemik  proses  və  onun  bütün  təzahürləri 

(yo  luxucu xəstəliklərin epidemiyalarından tutmuş tək-tək xəs tə-

lən mələrə qədər) haqqında elm kimi müəyyən edir.

V.A.Başenin  epidemiologiyaya  ənənəvi  baxımdan  yanaş mış-

dır: o, yoluxucu xəstəliklərin baş verməsinin və yayılmasının q a n-

u  nauyğunluqlarını aydınlaşdırmaq üçün xəstəliklərin səviy yəsini, 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə