Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə9/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   5   6   7   8   9   10   11   12   ...   234

28

quruluşunu  və  hərəkətini  öyrənmişdir.  Alim  epide mio lo giyanı 

yalnız yoluxucu xəstəliklərlə məhdudlaşdırmırdı.

Y.N.Pavlovski epidemiologiya ilə parazitologiyanın kəsişdiyi 

sahədə epidemioloji müayinəni inkişaf etdirdi. O, əsas diqqətini 

mənbəyi  vəhşi  heyvanlar,  keçiricisi  buğumayaqlılar  olan  yolu-

xucu xəstəliklərə cəlb etmişdir.

Epidemiologiyanın  inkişafına  Q.F.Voqralik,  M.N.Solov yov, 

T.Y.Boldıryov, İ.İ.Roqozin və bir çox məşhur epidemio loqların 

elmi, tədris, təşkilati fəaliyyətləri də kömək etmişdir.

Epidemiologiya  digər  tibb  elmləri  ilə  sıx  əlaqədə  inkişaf 

edirdi.  Ona  görə  də  yanaşı  tibb  elmlərində  çalışan  gör kəmli 

alimlərdən  Q.N.Qabriçevski,  L.A.Taraseviç,  Z.V.Yermol yeva, 

V.D. Timakov (mikrobiologiya),Y.N.Marsinovski, V.N .Beklemi-

şev,  P.Q.Ser qiyev,  Ş.D.Maşkovski,  K.İ.Skryabin  (parazitolo-

giya), L.A.Zil ber, A.A.Smorodinsev, M.P.Çumakov, V.M.Jdanov 

(virusologiya)  və  başqalarının  elmi  axtarışları  epidemiologiya-

nın da inkişafına öz töh fəsini vermişdir.

Son  onillikdə  bir  çox  tibb  elmlərində  populyasion  ya naş ma 

məfhumu  qəbul  edilmişdir.  Bunun  nəticəsində  qeyri-yoluxucu 

xəs  təliklərin  epidemiologiyası  anlayışı  meydana  gəldi.  Bu,  bir 

çox elmi mübahisələrə səbəb oldu. Lakin həyat özü bu məsələni 

həll etdi və epidemiologiya termini yeni, daha geniş mənada tibb 

elmi  və  təcrübəsinə  daxil  oldu.  Epidemiologiyanın  ümumtibb 

elm olması bir daha təsdiq edildi.

Epidemiologiyanın inkişaf dövrləri

Idövr.Bakteriologiyayaqədərkidövr(XIXəsrinsonrübünə

qədər)

1)  Hippokratın məkan və zaman epidemik konstitusiyası haq-

qında konsepsiyası;

2) Hippokrat və Saydenhamın miazmatik hipotezası;

3)  Qədim  dünyada  yaranmış  və  Frakastro  və  Samoyloviç 

tərəfindən inkişaf etdirilən kontagioz hipoteza;

4)  Bir sıra infeksion xəstəliklərin epidemiyalarının öyrənilməsi 

(E.Cenner, L.Paster, R.Kox, İ.İ.Meçnikov və s.);




29

5)  Bir sıra qeyri-infeksion xəstəliklərin epidemiyalarının ö y-

rə nil məsi.

IIdövr.Bakteriologiyadövrününilkonilliyi(XIXəsrinsonu

vəXXəsrinəvvəli)

Epidemiologiyanın inkişafının tənəzzülü. Mikrobiologi yanın 

formalaşması və inkişafı.

IIIdövr.İntibahdövrüvəepidemiologiyanınyenielmiəsaslar

üzərində inkişafı (XX əsrin ikinci rübünün əvvəli – hazırkı

vaxtaqədər)

1)  Epidemiologiyanın  epidemik  proses  haqqında  elm  kimi 

nəzəri  cəhətdən  əsaslandırılması.  D.K.Zabolotnı  –  sovet 

epide mi o lo giyasının banisidir;

2)  20-30-cu  illərdə  epidemiologiya  kafedralarının  yaradıl-

ması (D. K.Zabolotnı, L.V.Qromaşevski);

3)  L.V.Qromaşevski,  V.A.Başenin,  E.N.Pavlovskinin  epide-

mioloji məktəbləri.



IVdövr.Müasirdövr

1) Epidemiologiyanın ümumtibb elmi kimi inkişafı;

2)  Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda epide mio lo gi-

yanın epidemik proses haqqında elm kimi inkişafı (özü nü-

tən zimləmə mexanizmlərinin aşkarlanması əsa sında);

3)  Tibb  ali  təhsil  müəssisələrində  epidemiologiya  kafed-

ralarının ya ra dılması.

Müasir epidemiologiyanın istiqaməti. 

İnfeksion epidemiologiyanın 3 başlıca məqsədi vardır:

1)  xəstəliklərlə (sağlamlıqla) bağlı problemlərin ölçüsünü və 

ya yıl masını təyin etmək yolu ilə səhiyyə xidmətinin inki-

şafını isti qamətləndirmək;

2)  bu  xəstəliklərlə  mübarizə  aparmağa  imkan  verən  və  ya 

onlara təsir göstərən etioloji (səbəbiyyət) və digər amilləri 

aşkar etmək;

 3)  xəstəliklərlə mübarizə və cəmiyyətin sağlamlığının yax şı-

laş  dırıl ması məqsədilə həyata keçirilən tədbirlərin effek-

tivliyinin təyin edilməsi metodunu işləyib hazırlamaq.



30

Epidemiologiyanın metodları

Epidemik proses elə mürəkkəb hadisədir ki, onu tək bir m e-

tod la  öyrənmək  qeyri-mümkündür.  Epidemik  prosesin  inkişaf 

s ə bəblərini təhlil edərkən bəzən eyni vaxtda bir neçə metoddan, 

məsələn, epidemioloji müayinə (müşahidə) tarixi, statistik, mik-

robioloji, immunoloji, eksperimental metoddan istifadə etmək l a-

zım  gəlir.  Bundan  başqa,  epidemiologiya  ilə  yanaşı,  digər  elm 

sahə lərində də (biologiya, parazitologiya, coğrafiya və s.) işlə di-

lən metodlar tətbiq olunur.

Bu müayinə metodlarının ən başlıcası epidemiolojimüayinə 

metodudur. Bu metod onunla qiymətlidir ki, yoluxucu xəs tə lik-

lərin əmələ gəlməsini və inkişafını hərtərəfli öyrənməyə imkan 

verir. Yoluxucu xəstəliklərə qarşı mübarizədə tətbiq olunan epi-

demioloji  müayinə  metodunun  yüksək  effektivliyi  sayə sində 

on dan  son  zamanlar  geniş  yayılmış  somatik  xəstəliklərin  təh li-

lində də istifadə olunur. Epidemioloji müayinə (müşahidə) m e-

todu – epidemiologiyanın əsas metodudur. O, əha li arasında həm 

yoluxucu  xəstəliklərin  tək-tək  xəstələnmə  hadi sələrinin  (ocaqlar), 

həm  də  çoxlu  əhali  qruplarının  xəstələnməsinin  (epidemiyalar) 

müayinəsində istifadə edilir. Epidemioloji müayinə yoluxucu xəs-

tə liklərin  başvermə  səbəblərini  öyrənməyə  imkan  verir,  xarici 

mühitin  müxtəlif  amillərinin  rolunu,  xəstəliyin  yayılmasında  bu 

və ya başqa şərtlərin təsirini, epidemik prosesin inkişafında onla-

rın əhəmiyyətini açıqlamağa kömək edir. Bu üsulun başlıca əhə-

miy yəti ondadır ki, epidemioloji müayinə zamanı konkret müəy-

yən məlumatlar alınır və onun əsasında ocağı məhv etmək üçün 

əksepidemik tədbirlər planı işlənib hazırlanır. Beləliklə, epidemi-

oloji müayinə metodu nəinki yoluxucu xəstəliklərin epi de mio lo-

gi yasının, həm də qeyri-infeksion xəstəliklərin əsas meto dudur.

Tariximetod (tarixi təsviri, tarixi fərqləndirmə). Epide mio lo-

gi yada  qədimdən  istifadə  olunur.  O,  bu  və  ya  başqa  yoluxucu 

xəs təliklərin vaxtı, olduğu yeri və müxtəlif tarixi dövrlərdə y a-

yıl ması haqqında fikir yürütməyə imkan verir. Bizim eramızdan 

əvvəl  XII  əsrdə  Şərqdə  təbii  çiçək,  bizim  eranın  XI  yüzilliyində 

Qədim  Romada  taun  xəstəliyinin  olması  haqqında  məlumatlar 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə