49
nizm lərdən qorunmağa yönəldilmişdir. Praktiki olaraq, bütün
mik ro orqanizmlər faqositoza uğrayırlar, əksər hallarda bu prose-
sin nəticəsində onlar məhv olurlar, yalnız az miqdar mikro orqa-
niz m lər faqositlərin da xilində yaşamaq qabiliyyəti qazanmışlar.
Faqositoz prosesi aşağıdakı yollarla baş verir: a) xemotaksis
(infeksion agentə doğru hərəkət), b) agentin tutulması və faqoso-
mun əmələ gəlməsi, c) faqolizosomun yaranması, d) bakterisid
tə sir (killinq), e) mikroorqanizmin həzm edilməsi. Son iki mər-
hə lə nin effektivliyi prosesin nəticəsini müəyyən edir, ona görə
başa çatmış (tam) və natamam faqositoz ayırd edilir.
Əksər hallarda yoluxucu xəstəliklərin törədiciləri mikroor qa-
nizmlərdir. 1822-ci ildə Robert Kox Berlin fizioloji cəmiyyətinin
ic la sında mikroorqanizmlə xəstəliyin əlaqəsini sübuta yetirən
müd dəaları səsləndirdi:
- Mikroorqanizm konkret xəstəliyin müxtəlif formala rında
mü va fiq patoloji dəyişikliklər və klinik mənzərə zamanı aşkar
edi lir;
- Mikroorqanizm digər xəstəliklər (qeyri-infeksion, so matik)
zama nı aşkar edilmir;
- Xəstədən ayırd edilən və təmiz kulturada alınan mikroorqa-
nizmi sağlam insana və ya heyvana yeritdikdə xəstəliyin tipik
mənzərəsi inkişaf edir.
Mikroorqanizmləri səciyyələndirmək üçün patogenlik, viru-
lentlik və toksigenlik anlayışları qəbul olunmuşdur. Koxun müd-
də a larından sonra aydın oldu ki, patogen və qeyri-patogen
mikro orqanizmlərdən başqa, sahib və parazit arasındakı qarşı lıqlı
əlaqəni səciyyələndirmək üçün əlavə kateqoriya – şərti-patogen
mikroorqanizmlər daxil edilməlidir. Toplanmış təcrübə mövcud
mikroorqanizmləri insanın patologiyasındakı roluna görə bir sıra
qruplara təsnif etməyə imkan verdi.
Birinci qrupu yüksək patogen mikroorqanizmlər (obliqat
patogenlər) təşkil edir. Onlar insan orqanizminə daxil olmağa,
müx təlif orqan və toxumalarda çoxalmağa qadirdirlər. Mikro or-
qa nizmlərin patogenliyi dedikdə onların xəstəlikləri törətmək
qabiliyyəti başa düşülür, virulentlik isə patogenliyin dərəcəsi
( k ə miyyət ölçüsü) sayılır. Bir çox hallarda patogenlik mikro-
50
orqa nizmin növ əlaməti deyildir. Patogen, şərti-patogen mikro-
or qanizmlər və kommensallar arasındakı sərhəd isə kifayət q ə-
dər silinmişdir.
İkinci qrupu insan orqanizminin qeyri-steril hissələrində
yaşamağa uyğunlaşmış, ətraf mühitlə bağlı olan (dəri örtüyü,
mədə-bağırsaq yolu, tənəffüs yollarının yuxarı şöbələri) mikro-
orqanizmlər təşkil edir. Onlar insanın normal (endogen) mikro-
florasını təşkil edir və virulentliyinə görə fərqlənirlər. Bəziləri
(m ə sələn, bifido- və laktobakteriyalar) praktik olaraq xəstəlik
törət mirlər, digərləri isə (Escherichia coli, Klebsiella pneumonia,
Hae mophilus influenzae və s.) infeksiyaların tez-tez rast gəlinən
eti oloji agentləridir və şərti-patogen mikroorqanizmlərə aid dir lər.
Üçüncü qrupa sərbəst yaşayan mikroorqanizmlər daxildir.
Onlar bəzən insanın daxili mühitinə və ya epitelial səthlərinə d ü-
şür və immunsupressiyalı şəxslərdə yoluxucu xəstəlik törə dir lər
(məsələn, Pseudomonas spp., Acinebacter spp.).
Nəhayət, dördüncü qrupu infeksion patologiyada elə bir əhə-
miy yət daşımayan mikroorqanizmlər təşkil edir, belə ki, insa nın
orqanizmində onların yaşaması üçün şərait yoxdur. Onlara tor-
paqda, havada və suda məskunlaşan əksər mikroorqanizmlər aid-
dir.
Patogenlik törədicinin təkamül prosesində parazitik xas sə-
lə ri ilə bağlı olan bioloji xüsusiyyəti hesab edilir. Bu xüsu siy yə-
tinə görə mikroorqanizmlər insan üçün patogen və qeyri-pato-
gen növlərə bölünür. Həmçinin şərti-patogen törə di ci lər də ayırd
edilir ki, onlar yalnız “müəyyən şəraitlərdə”, yəni mak ro orqa niz-
min təbii rezistentliyinin zəifləməsi zamanı, im mun defisitli insan-
larda xəstəlik törətməyə qabildirlər.
Törədicinin patogenliyinin səciyyələndirilməsi infeksion pro-
sesin ümumi qiymətləndirilməsindən kənarda mümkün de yildir.
Məsə lən, yüksəkpatogen təbii çiçək virusu qısa müddətdə xəs tə-
li yin yüksək letallığa malik ağır formalarını törədir. Lakin epide-
miya zamanı xəstələnənlərin yalnız 1/3-i ölür. İnsanın im mun-
defisit virusu (İİV) bu cəhətdən xeyli geridə qalır, 7-10 il ərzində
bu virusla yoluxmuş şəxslər zahirən sağlam olaraq qalırlar. Lakin
zaman keçdikcə xəstəlik bütün şəxslərdə 100% ölümlə nəti cə lə-
51
nən QİÇS mərhələsinə keçir. Xəstəliyin nəticəsinə əsasən qiy-
mət ləndirdikdə İİV patogenlik həddinə çatmışdır və bütün yolu-
xan şəxslərin ölməsinə baxmayaraq, epidemik proses inkubasiya
dövründən QİÇS mərhələsinə (illərlə sürən) qədər törədici tərə-
fin dən sahibin dəyişilməsi hesabına davam edir.
Virulentlik – mikroorqanizmlərin patogenliyinin kəmiyyət
öl çü sü və ya dərəcəsidir. Onun maddi daşıyıcısı mobil genetik
e le mentlərin (plazmidlər, transpozonlar, orta-bakteriofaqlar və s.)
tər ki binə daxil olan genlərdir. Bir qayda olaraq, virulentlik hər
han sı növün davamlı əlaməti sayılmır. Məsələn, korino bak te ri ya-
la rın, eşerixiyaların, stafilokokların, streptokokların və bir çox d i-
gər mikroorqanizmlərin toksin ifraz edən ştamları fenotipik və ya
praktiki olaraq həmin növün avirulent ştam larından fər q lən mir.
İnvazivlik (makroorqanizmin toxumalarında törədicinin ya -
yılma qabiliyyəti) və müxtəlif uyğunlaşma mexanizmləri (m ə sə lən,
kapsulə mələgətirmə, mimikriya və s.) virulentliyin, o cüm lədən
patogenliyin amilləri sayılır. Mikroorqanizmlərin v i ru lentliyi qeyri-
həssas or qa nizmlərdə passaj edildikdə artır, həssas orqanizmlərdə
isə tamamilə əks hal baş verir.
Toksigenlik – mikroorqanizmlərin toksin hasil etmək qabiliy-
yətidir. Toksigenlik və virulentlik çox vaxt paralel baş verən ha -
di sələrdir. Bu zaman virulentlik daha çox törədicinin o r qa niz mə
daxil olmasını, məskunlaşmasını və invaziyanı, toksigenlik isə
infeksiyanın manifestliyini və ağırlığını müəyyən edir.
Makroorqanizmin vəziyyətindən və mikroorqanizmin viru-
lent liyin dən asılı olaraq, parazitlə orqanizm arasındakı qarşılıqlı
əlaqə müxtəlif cür nəticələnə bilər.
Parazitizm. Makro- və mikroorqanizmin müxtəlif simbiotik
– bir-birinə faydalı (mutualizm) və antoqonist (parazitizm) m ü-
na sibətləri vardır. Parazit – digər canlı orqanizm lərdən yaşayış
mühiti və qidalanma mənbəyi kimi istifadə edən orqanizmdir,
parazitizm isə növarası münasibətlərin forması olub, bir can lı
orqanizmin digəri tərəfindən qidalanma mənbəyi və yaşayış m ü-
hiti kimi istifadə etməsi ilə səciyyələnir. “Parazit” anlayışına
eko loji baxımdan müxtəlif or qanizmlər daxildir. Parazitizmin
dərəcəsi onların mövcud olmasının parazitik və qeyri-parazitik
Dostları ilə paylaş: |