Azərbaycan Mədəniyyətində Ata Babalar Sözləri



Yüklə 1,1 Mb.
səhifə1/46
tarix25.06.2018
ölçüsü1,1 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   46


 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

1

 

A



ZƏRBAYCAN 

M

ƏDƏNIYYƏTINDƏ 



A

TA-


B

ABALAR 


S

ÖZLƏRI  


 

 

 



Bir yerǝ yiğan: Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli  

 

Mǝnbǝ’: 



http://azeribooks.aznet.org

 

Tarix: Avgust 2002 



 

 

 



 

http://www.cst.uwaterloo.ca/~garousi

garusi@yahoo.com

Elaqe Adresleri:




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

2

Abırlı abrından qorxar, abırsız nǝdǝn qorxar? 



Abırsızdan abrını saxla. 

Avazın yaxşı gǝlir oxuduğun Quran olsa? 

Ağ divara hansı rǝngi yaxsan, tutar. 

Ağ köpǝk, qara köpǝk, ikisi dǝ köpǝkdir. 

Ağ gün (adamı) ağardar, qara gün qaraldar. 

Ağ gün qara günü yaddan çıxardar. 

Ağac bar verǝndǝ başını aşağı dikǝr. 

Ağac kökündǝn su içǝr. 

Ağac yaş ikǝn ǝyilǝr. 

Ağac kölgǝsiz olmaz, insan sevgisiz. 

Ağac öz kökü üstǝ bitǝr. 

Ağac tutan baş yarandan çoxdur. 

Ağacı qurd içindǝn yeyǝr. 

Ağacı meyvǝsindǝn tanıyarlar. 

Ağzına söz atıblar. 

Ağzına su alıb. 

Ağzını qoyub allah yoluna. 

Ağzını xeyirliyǝ aç! 

Ağzının qaytanı yoxdur. 

Ağız deyǝni qulaq eşitmir. 

Ağıl ağıldan üstündür. 

Ağıl bazarda satılmaz. 

Ağıl başın böyüklüyündǝ deyil. 

Ağıl insana sǝrmayǝdir. 

Ağıl yaşda deyil, başdadır. 

Ağıl gücdǝn üstündür. 

Ağıla paxıllıq olmaz. 

Ağıllı bizi tapmaz, dǝli bacadan düşǝr. 

Ağıllı bildiyini söylǝmǝz, dǝli söylǝdiyini bilmǝz. 

Ağıllı bir dǝfǝ aldanar. 

Ağıllı dostunu hǝr zaman xatırlar, ağılsız isǝ işi düşǝndǝ. 

Ağıllı düşmǝndǝn qorxma, dǝli dostdan qorx. 

Ağıllı kişi qışın qeydinǝ yayda qalar. 

Ağıllı olub dǝrd çǝkincǝ, dǝli ol – dǝrdini çǝksinlǝr. 

Ağıllı uşaq bǝlǝkdǝ özünü göstǝrǝr. 

Ağıllı fikirlǝşincǝ dǝli çayı keçdi. 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

3

Ağıllıya işarǝ, dǝliyǝ kötǝk. 



Ağıllının ağzı qǝlbindǝ olur, axmağın qǝlbi – ağzında. 

Ağlamaq fayda vermǝz. 

Ağlamayan uşaqa süd vermǝzlǝr. 

Ağlınla gör, qǝlbinlǝ eşit. 

Ağrımaz baş qǝbirdǝ olar.  

Ad adamı bǝzǝmǝz, adam adı bǝzǝyǝr. 

Adı var, özü yox. 

Adı qulağına bitişib. 

Adı dillǝr ǝzbǝridir. 

Adı it dǝftǝrindǝ dǝ yoxdur. 

Adın tut, qulağın bur. 

Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu. 

Adam başından böyük danışmaz. 

Adam var ki, adamların naxşıdır, 

Adam var ki, heyvan ondan yaxşıdır, 

Adam var ki, dindirǝrsǝn «can» deyǝr, 

Adam var ki, dindirmǝsǝn yaxşıdır. 

Adam var ki, yemǝk üçün yaşayır, adam var yaşamaq üçün yeyir. 

Adam var ki, rǝhmǝt aparar, 

Adam var ki, lǝnǝt aparar. 

Adam qabağına çıxartmalı deyil. 

Adam qocalanda ikinci dǝfǝ uşaq olur. 

Adam yanıla-yanıla adam olar. 

Adam yıxıldığı yerdǝn qalxar. 

Adam gedǝr, adı qalar. 

Adam gǝrǝk arxasız olmasın. 

Adam gǝrǝk özü öz hǝkimi olsun. 

Adam odur, «Dur get»i «Buyur, ǝylǝş»dǝn tez başa düşsün. 

Adam öz tayını-tuşunu tapmasa günü ahvayla keçǝr. 

Adam paltar ilǝ tanınmaz. 

Adam soruşub öyrǝnmǝklǝ alim olar. 

Adam sözünü adama deyǝr. 

Adam hǝr düşmǝndǝn bir ağıl öyrǝnǝr. 

Adam hǝr işıq gǝlǝn yerǝ pambıq tıxmaz. 

Adama adamlıq lazımdır. 

Adama sözü bir dǝfǝ deyǝrlǝr. 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

4

Adamı adam elǝyǝn paradır, parasız adamın üzü qaradır. 



Adamı dindir, sonra qiymǝtini ver. 

Adamı işi ilǝ tanıyarlar. 

Adamı sözündǝn tutarlar, heyvanı buynuzundan. 

Adamın adı pisliyǝ çıxınca canı çıxsa yaxşıdır. 

Adamın ayağından çǝkǝn çox olar. 

Adamın axır günü xoş olsun. 

Adamın başına nǝ gǝlsǝ dilindǝndir. 

Adamın dili ilǝ ürǝyi bir olsun gǝrǝk. 

Adamın dinmǝzindǝn qorx. 

Adamın dostu dar gündǝ bǝlli olar. 

Adamın ǝvvǝli olunca, axırı olsa yaxşıdır. 

Adamın malı gözünün qabağında gǝrǝk. 

Adamın öz yavan çörǝyi özgǝnin plovundan yaxşıdır. 

Adamın ölümü – mollanın bayramı. 

Adamın üzünǝ baxarlar, halından xǝbǝr tutarlar. 

Adamın ürǝyindǝkini bilmǝk olmaz. 

Adamın hüsnünǝ baxma, ağlına bax. 

Adamların qorxusundan doğrunu demǝk olmur, allahın qorxusundan – 

yalanı. 

Adamlığı adamdan istǝ, xoş ǝtri – qızılgüldǝn! 

Adǝt qanun deyil, amma qanun qǝdǝr hökmü var. 

Az-az ye, hǝmişǝ ye. 

Az danış, yaxşı danış. 

Az danış, çox qulaq as. 

Az ye, öz çörǝyini ye. 

Az olsun, yaxşı olsun. 

Aza qane ol, çoxu allahdan istǝ. 

Azın qǝdrini bilmǝyǝn çoxun da qǝdrini bilmǝz. 

Ailǝ xoşbǝxtliyin açarıdır. 

Ailǝsinin qǝdrini bilmǝyǝn el-obasının da qǝdrini bilmǝz. 

Ay aydın, onun da üzündǝ lǝkǝ var. 

Ayağını yorğanına görǝ uzat. 

Ayda-ildǝ bir namaz, onu da şeytan qoymaz. 

Ayaq islanmayınca balıq tutulmaz. 

Ayaq üstǝ ölmǝk diz üstǝ yaşamaqdan yaxşıdır. 

Ayaqqabı dar olanda dünya başa zindan olar. 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

5

Ayı meşǝdǝn küsüb, meşǝnin xǝbǝri yox. 



Ayının boğazına su çıxanda balasını ayağının altına alar. 

«Al ver» deyiblǝr, «al vermǝ» demǝyiblǝr. 

Alan olmasa, satan da olmaz. 

Alanda yaxşıdır, verǝndǝ pis? 

Alacağını yadında saxladığın kimi verǝcǝyini dǝ yadında saxla. 

Alim olmaq asandır, adam olmaq çǝtin. 

Allah ağzından eşitsin! 

Allah ağıl paylayanda harada idin? 

Allah adamın ömründǝn  kǝsib bǝxtinǝ calasın. 

Allah bacadan tökmǝz, gǝrǝk özün çalışasan. 

Allah bilǝn yaxşıdır, mǝslǝhǝt onundur. 

Allah bir yandan bağlasa, bir yandan açar. 

Allah bir kǝsǝ qǝzǝb elǝmǝk istǝsǝ ǝvvǝlcǝ onun ağlını başından alar. 

Allah var, rǝhmi dǝ var. 

Allah verǝndǝ yox yerdǝn verǝr. 

Allah verib, allah da aparıb. 

Allah vermǝyǝndǝ bǝndǝ neylǝsin? 

Allah qardaşı qardaş yaradıb, kisǝlǝrini ayrı. 

Allah dǝvǝyǝ qanad versǝydi, uçurmadığı dam-daş qalmazdı. 

Allah dǝrdi çǝkǝnǝ verǝr. 

Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söylǝmǝk, iki 

eşitmǝk üçündür. 

Allah  kimǝ pay vermǝyi yaxşı bilir. 

Allah kora nejǝ baxsa, kor da allaha elǝ baxar. 

Allah sağ ǝli sol ǝlǝ möhtac elǝmǝsin. 

Allah tǝnbǝli sevmǝz. 

Allah heç kimi arxasız qoymasın. 

Allaha da özünü plov yeyǝn tanıtdır. 

Allaha inanmayan bǝndǝyǝ dǝ inanmaz. 

Allahın işini bilmǝk olmaz. 

Allahın yarası da var, çarǝsi da. 

Alma öz ağajından uzağa düşmǝz. 

Alnına nǝ yazılıb, onu görǝcǝk. 

Altmışında at minmǝk öyrǝnǝn qiyamǝt meydanında çapar. 

Altmışında zurna çalmaq öyrǝnǝn axirǝtdǝ çalar. 

Aman deyǝni öldürmǝzlǝr. 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə