Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix12.10.2018
ölçüsü1,16 Mb.
#73714
1   ...   5   6   7   8   9   10   11   12   13

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

24 

Fəsil 4: Mediaya dövlət nəzarəti

8

 

 

Azərbaycanda KİV-lərin və vətəndaş jurnalistlərinin fəaliyyətinə düşmən siyasi mühit hökm sürməkdədir. 



Hökumət ya birbaşa olaraq, ya da təzyiq yolu ilə ənənəvi teleradio yayımçılarını ciddi nəzarətdə saxlayır.  

 

Azərbaycanda çox az sayda müstəqil media qurumu mövcuddur, belə ki, hətta ənənəvi müxalif səslər belə 



təzyiq  və  digər  təsir  üsullarından  istifadə  etməklə  susdurulmuşdur  (məsələn,  hazırda  tikilməkdə  olan 

mənzil kompleksində jurnalistlərə, o cümlədən müxalif medianın nümayəndələrinə ev verilməsi nəzərdə 

tutulur).  Bəzi  müxalif  media  qurumları  hökumətdən  qrant  əldə  etdikdən  sonra  tənqidlərini  azaldıblar. 

Müstəqil media qurumlarının sayında ötən il baş vermiş kəskin dəyişiklikdən sonra artıq Azərbaycanda 

müstəqil  hesab  olunacaq  çox  az  sayda  media  orqanı  qalıb.  Belə  bir  şəraitdə  senzura  ilə  yanaşı  özünü-

senzura da böyük problemə çevrilmişdir.  

 

Siyasi plüralizmi təmin etməyə çalışan dörd müstəqil və müxalif qəzet əhalinin yalnız 3 faizinə çatımlıdır 



və onların çap dövriyyəsi çox aşağıdır. Reklam bazarı oliqarxlar tərəfindən idarə olunur ki, bu da, ölkədə 

müstəqil medianın inkişafına əlavə maneə törədir. Hətta orta sahibkarlar belə hakimiyyətin qəzəbinə tuş 

gəlməkdən  ehtiyat  edərək  müstəqil  və  müxalif  qəzetlərə  reklam  verməkdən  çəkinir.  Məhdud  reklam 

gəlirləri,  çap  və  yayım  problemləri,  eləcə  də  özəl  investisiyaların  kəskin  azlığı  nisbətən    müstəqil  olan 

azsaylı nəşrləri maddi cəhətdən çıxılmaz vəziyyətə salır.  

 

Nisbətən  müstəqil  medianı  təcrid  etməyin  daha  bir  üsulu  onların  yüksək  vəzifəli  dövlət  məmurlarına 



çatımlığının məhdudlaşdırılmasıdır. Yüksək çinli məmurlar və onların mətbuat işçiləri bir qayda olaraq 

ictimaiyyət üçün açıq olan brifinqlər keçirmir. Prezident Administrasiyasının mətbuat xidməti bu quruma 

sadiq  olan  və  sifarişlə  iş  görən  jurnalistlərdən  ibarət  qapalı  birlikdir.  Yüksək  elitaya  çatımı  olan 

jurnalistlər  vəzifəli  şəxslərə  xoş  gəlməyəcək  suallar  vermir,  soruşmağa  daha  çox  sualları  olan 

jurnalistlərin isə rəhbər dövlət məmurları ilə görüşünə imkan yaradılmır. 

 

Yayım mediasına nəzarət 

Hazırda Azərbaycan mediasının ən çox nəzarətdə olan seqmenti teleradio yayımçılarıdır. Ölkədə doqquz 

milli, 14 regional və 13 kabel televiziyası, və 12 radio stansiyası fəaliyyət göstərir. Hökumətin 2009-cu 

ildə  xarici  radioların  (BBC,  Azadlıq/Azad  Avropa  Radiosu  və  Amerikanın  Səsi)  milli  tezliklərdə 

yayınlanmasına  qadağa  qoymasından  sonra  ölkənin  yayım  mediasında  fikir  müxtəlifliyinin  təmin 

olunması  da  başa  çatdı.  Bu  radiolar  Azərbaycanlı  dinləyicilər  üçün  alternativ  informasiyanın  yeganə 

mənbələri idi. Hazırda milli tezliklərdə yayımlanan 12 radionun heç biri plüralizmi təmin etmir. 

 

Ölkənin 9 milli telekanalının üçü (AZTV, İdman Azərbaycan və Mədəniyyət) dövlətə məxsusdur. Bütün 



dünyada  dövlət  mediasının  özəlləşdirilməsi  prosesi  getdiyi  bir  vaxtda,  bunun  ziddinə  olaraq, 

Azərbaycanda  demək  olar  ki,  hər  iki  ildən  bir  yeni  dövlət  televiziyası  açılır.  Regionlarda  fəaliyyət 

göstərən  telekanallar  ölkədə  baş  verən  cari  hadisələrə  aid  məlumat  yaymaqdan  daha  çox  musiqi  və 

əyləncə tipli verilişlərə üstünlük verir.  

 

Azərbaycanın ictimai yayımçısı olan “İctimai Televiziya” bu sahəyə aid beynəlxalq standartlarda nəzərdə 



tutulmuş  funksiyaları  yerinə  yetirmir.  İctimai  TV  Avropa  Yayım  Birliyinə  üzvlüyü  çərçivəsində  bu 

qurumun tələblərinə (ictimai marağa xidmət etmək, plüralizmi təmin etmək, cəmiyyətin bütün sektorları 

üçün balanslı və fərqli proqramlar yayımlamaq və s.) əməl etmir. İctimai TV yarandığı 2005-ci ildən bəri 

dövlətin maraqlarına və təbliğatına xidmət edir. Xəbər yayımında isə bu telekanal praktiki olaraq müstəqil 

fəaliyyət  göstərmir.  İctimai  TV  ölkədə  baş  verən  mühüm  hadisələr  (məs.,  siyasi  partiyaların  və  ictimai 

birliklərin fəaliyyəti) haqqında çox yığcam, bəzən hətta yanlış məlumat verir. İTV  hər hansı şəxs və ya 

təşkilat barədə səhv məlumat yayımladığı zaman isə qarşı tərəfin cavab vermə hüququnu tanımır- onlara 

cavab vermələri üçün efir vaxtı ayrılmır. 

 

                                                 



8

Azərbaycanın  yayım  mediası  mühiti  ilə  bağlı  daha  ətraflı  məlumatı  RATİ-nin  2013-cü  ilin  martında  hazırladığı 

“Media  Nəzarət  Altında”  adlı  hesabatdan  əldə  edə  bilərsiniz.  Hesabatın  elektron  versiyası  aşağıdakı  internet 

ünvanındadır: 

http://bit.ly/103nXEe

  



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

25 

Azərbaycanda dövlət-vətəndaş ünsiyyətini təmin edən 9 milli televiziya kanalı “yuxarıdan aşağı” prinsipi 



əsasında  birtərəfli  fəaliyyət  göstərir,  yəni  yalnız  dövlət  məlumatları  vətəndaşlara  çatdırılır.  Bu 

telekanalların  xəbər  yayımı  prezident  aparatı  tərəfindən  tənzimlənir  ki,  nəticədə  də  onların  xəbər 

reportajları  bir-birinə  oxşar  olur.  Bu  nəzarət  forması  məcburi  xarakterli  deyil,  belə  ki,  televiziya 

kanallarının  rəhbər  şəxsləri  ölkənin  hakim  rejimə  yaxın  olan  siyasi  elitasının  nümayəndələridir.  Siyasi 

xəbərlərin  işıqlandırılmasına  gəlincə  burada  yalnız  bir  fikir  hakimdir:  Azərbaycanda  hansı  problemin 

mövcud  olmasından  asılı  olmayaraq  prezident  Əliyevin  hakimiyyəti  sarsılmazdır  və  ona  heç  bir  siyasi 

alternativ  yoxdur.  Bu  telekanallar  dövlətin  siyasi  məqsədlərinə  qulluq  edərək  müəyyən  məsələlərə, 

şəxslərə və statistikaya daha çox, bəzilərinə isə daha az əhəmiyyət verməklə, bəzilərinə isə ümumiyyətlə 

əhəmiyyət verməməklə ictimai fikri formalaşdırır və xalqa hakim rejimin siyasi maraqlarının lehinə olan 

fikirləri təlqin edir.  

 

Azərbaycanda  siyasi  müstəvidə  rəqabətin  olmadığı  kimi,  siyasi  xəbərlərin  çatdırılmasında  da  altı  özəl 



telekanal arasında rəqabət yoxdur. Əyləncə proqramlarına gəldikdə isə bu sahədə gərgin rəqabət mühiti 

hökm sürür. Altı özəl telekanalın hər biri reklam gəlirləri hesabına fəaliyyət göstərən kommersiya hüquqi 

şəxslər olsalar da, onlara dövlət tərəfindən ciddi nəzarət olunur.  

 

Dövlətin  təbliğatını  gəlirli  biznes  fəaliyyəti  ilə  birləşdirmək  işə  yarayır,  çünki  bu,  telekanalların  daha 



əyləncəli  olmasına,  izləyicilərin  və  reklam  sifarişlərinin  artmasına  səbəb  olur.  Qlobal  maliyyə 

böhranından əvvəlki illərdə reklam bazarı daha gəlirli olsa da, hazırda da milli telekanallar bu sahədən 

gəlir əldə etməkdə davam edirlər. Azərbaycanda bir çoxları üçün – rayon yerlərində yaşayanlar, yaşlılar, 

daha aşağı səviyyəli təhsilə malik şəxslər və imkansızlar üçün xidmət haqqı tələb etməyən milli televiziya 

əyləncənin  yeganə  əlçatan  formasıdır.  Telekanalların  teleserial  və  digər  əyləncəli  şoular  vasitəsilə 

topladığı tamaşaçı auditoriyası ölkədə baş verən hadisələr barədə xəbərləri də elə bu kanallardan izləyir.  

 

Dövlət  “Milli  Televiziya  və  Radio  Şurası”  (MTRŞ)  vasitəsilə  yayım  lisenziyalarının  verilməsinə  tam 



nəzarət  etdiyi  üçün,  lisenziyalaşdırma  prosesi  qeyri-obyektiv  və  qərəzli  olaraq  qalır.  MTRŞ  birbaşa 

prezident tərəfindən təyin olunan yeddi üzvdən ibarət olub tamamilə dövlət büdcəsindən maliyyələşir. Bu 

qurumun  müstəqil  olmasına  heç  bir  hüquqi  zəmanət  yoxdur.  Dövlət  himayəsində  olmayan  müstəqil 

yayımçılar (məsələn, Obyektiv TV) dəfələrlə cəhd etsələr də, yayım üçün lisenziya əldə edə bilmirlər.  

 

Son  zamanlar  hökumət  yeni  potensial  yayımçıların  boş  tezlik  əldə  etmələri  üçün  keçirilən  tenderlərin 



sayını  minimuma  endirib.  2010-cu  ilə  qədər  yayımçılara  lisenziyaların  verilməməsi  boş  tezliklərin 

olmaması  ilə  əsaslandırılırdı.  Lakin  həmin  vaxt  MTRŞ  teleradioyayımı  haqqında  qanunun  tələblərini 

pozaraq  yayım  üçün  boş  tezliklərin  siyahısını  dərc  etməkdən  imtina  edirdi.  İndi  isə,  MTRŞ  bildirir  ki, 

tezliklər kifayət qədərdir, amma Azərbaycan kimi kiçik ölkədə çoxsaylı telekanalların olmasına ehtiyac 

yoxdur. Habelə  MTRŞ  rəsmiləri  bəyan  edirlər  ki,  yeni  telekanalların  açılacağı  təqdirdə  mövcud 

telekanalların  reklamdan  gələn  gəlirləri  azalacaq  ki,  bu  da  nəticə  etibarilə  telekanalların  işinin 

keyfiyyətinə pis təsir göstərəcək.

9

 MTRŞ-nın bu arqumenti bir daha onu göstərir ki, hakimiyyət teleradio 



yayımı bazarına yeni müstəqil iştirakçıların daxil olmasına imkan vermək istəmir və bununla da medianın 

inkişafına mane olur. 

 

Efirə lisenziyanın alınmasının mümkünsüzlüyü onlayn telekanalların yaranması zərurətini ortaya çıxarıb. 



Bu gün ölkədə dörd onlayn televiziya var ki, onların da üçünün hazırladığı məzmunlar alternativ fikirləri 

əks  etdirir.  Amma  iri  həcmli  video  məzmunların  sayta  yüklənməli  olduğunu  nəzərə  alsaq,  mobil  və 

stasionar  internetin  sürətinin  az,  qiymətinin  isə  baha  olması  mövcud  seqmentin  inkişafını  ləngidir. 

Yalnız ölkədə  hamı  üçün  çatımlı  və  qiymətcə  münasib  olan  optik  şəbəkə  qurulduğu  təqdirdə  onlayn 

telekanallar kifayət qədər populyarlıq qazanıb, ənənəvi telekanallarla rəqabət apara bilər. 

 

Çap mediasının məhdudlaşdırılması      

Birbaşa siyasi nəzarət və iqtisadi təzyiqin tətbiq olunması, habelə ədalətli qaydaların mövcud olmaması 

Azərbaycanda  peşəkar  jurnalistikanın  inkişafına  ciddi  zərər  vurur.  Bu  hal  xüsusilə  çap  mediası  üçün 

xarakterikdir.  

 

Hakim  rejim  tənqidçi  qəzetlərin  reklam  gəlirlərinə  təsir  etməklə,  bu  qəzetlərin  yayımına  problem 



                                                 

9

http://bit.ly/PaLcLA



 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə