Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi



Yüklə 367,97 Kb.

səhifə13/13
tarix12.10.2018
ölçüsü367,97 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

26 

yaratmaqla və onlara qarşı diffamasiya ittihamları irəli sürməklə onları susdurmağa çalışır. Bunun nəticəsi 



olaraq ictimai tənqid və mühüm ictimai məsələlərin müzakirəsi getdikcə daha da azalır. Hökumətə-meylli 

nəşrlərin yüksək satış imkanlarına malik olması və tərəfsizliyi təmin edən standartların mövcud olmaması 

Azərbaycanda çap mediası üçün qeyri-bərabər rəqabət mühiti yaradır. 

 

Dövlət çap mediasına iqtisadi təzyiq yolu ilə nəzarət edir. Dövlətə məxsus və hakimiyyətə yaxın media 



orqanları  həm  dövlət  idarələrinin  bu  nəşrlərə  icbari  abunəsindən,  həm  də  dövlət  şirkətlərinin  üstünlük 

təşkil  etdiyi  reklam  bazarından  əldə  etdikləri  gəlirlər  hesabına  maliyyələşir.  “Azadlıq”  qəzetinin  baş 

redaktor müavini Rahim Hacıyevin sözlərinə görə, şirkətlərin tənqidçi mediada reklam yerləşdirməsinin 

qarşısı hədə-qorxu ilə alınır.

10

 

 



Mətbuat yayımı şirkətlərinə nəzarət tənqidçi mətbu orqanları üçün bazarı daha da məhdudlaşdırır. 2012-ci 

ildə Bakı şəhəri ərazisində, xüsusilə şəhərin mərkəzində üzərində Press-Köşk yazılmış və içində qəzetdən 

başqa hər cür ərzaq və məişət mallarının satıldığı yaraşıqlı köşklər yerləşdirilib. Bu köşklərin yanında isə 

kiçik  stellajda   bir  neçə  nüsxə  qəzetə  rast  gəlmək  olar.  Kimə  məxsus  olması  barədə  məlumatın  gizli 

saxlandığı  bu  köşklər  “Qaya”  və  “Qasid”  mətbuat  yayımı  şirkətlərinə  məxsus  köşklərin  əvvəllər 

yerləşdiyi ərazilərdə qurulub.  

 

“Qaya”  və  “Qasid”  şirkətləri  abunədən  əldə  olunan  gəlir  baxımından  da  ağır  zərbə  alıblar.  “Qaya” 



Mətbuat  Yayımının  direktoru  Xanhüseyn  Əliyevin  verdiyi  məluma  görə,  bütün  dövlət  müəssisə  və 

təşkilatlarına  yalnız  “Kaspi”  Mətbuat  Yayımı  şirkətinə  abunə  olmaları  ilə  bağlı şifahi tapşırıq  verilib.

11

 

Mətbuat  yayımın  məhdudlaşdırılması  “Yeni  Müsavat”  və  “Azadlıq”  kimi  iri  tirajlı  qəzetlərin  satışdan 



gələn  gəlirlərinə  ciddi  şəkildə  təsir  göstərib.  Mətbuat  yayımın  bütün  istiqamətlərdə  (səyyar,  köşklər  və 

abunə)  inhisara  alınması  gələcəkdə  istənilən  qəzet  və  jurnalın  hökumət  tərəfindən  asanlıqla  satışdan 

çıxarılmasına şərait yarada bilər.  

  

 



                                                 

10

http://bit.ly/13UuBn6



  

11

Azərbaycan Redaktorlar Birliyinin 2012-ci ilin iyununda keçirilmiş konfransında qeyd olunub: 



http://bit.ly/ZaN73d

 



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

27 

 

Fəsil 5: Onlayn ifadə azadlığı



12

 

Ötən  bir  neçə  il  ərzində  texnikanın  inkişafı  və  artan  istehlakçı  tələbi  daha  çox  insanın  internetə 

çatımlılığını  mümkün  etmişdir  ki,  bunun  da  nəticəsində  həm  Azərbaycanda,  həm  də  dünya  miqyasında 

internetdən istifadə edənlərin sayında artım  müşahidə olunmuşdur. Hazırda Azərbaycan əhalisinin üçdə 

bir hissəsinin internetə çıxışı var ki

13

, bu da interneti informasiya mübadiləsi platformasına çevirmişdir. 



İnternetdən  istifadənin  yüksəlməsinə  paralel  olaraq  insanların  internetə  çatımlılığını  və  onların  onlayn 

fəaliyyətini məhdudlaşdırma hallarında da artım müşahidə olunmuşdur.   

 

Bu ilin 6-9 noyabrında İnternet İdarəçilik Forumunun keçirildiyi ölkə olan Azərbaycanda internet azadlığı 



həm  yerli,  həm  də  beynəlxalq  mütəxəssislərin  maraq və  tədqiqat  obyektinə  çevrilmişdir.  Azərbaycanda 

internet  qismən  azad  hesab  olunur.  Ölkədə  internetin  tam  azad  olmasını  təmin  etmək  üçün  müəyyən 

maneələr aradan qaldırılmalıdır. Bu maneələrdən bir qismi texniki senzuradır (məzmunun filtrasiyası və 

bloklanması)  ki,  bu  tip  tədbirlərin  də  gələcəkdə  ifadə  azadlığının  məhdudlaşdırılması  üçün  daha  çox 

istifadə olunacağı ilə bağlı narahatlıqlar vardır.     

 

2012-ci  ildə  onlayn  ifadə  azadlığına  ən  böyük  təhlükə  internetdə  tənqidi  fikirlər  səsləndirmiş  şəxslərin 



hökumət  tərəfindən  təqib  olunması  olmuşdur.  Texniki  cəhətdən  Azərbaycanlılar  internetdə  istədiklərini 

edə bilirlər, amma bunun arzuolunmaz nəticələrə aparıb çıxarmayacağına heç bir zəmanət verilə bilməz. 

Əksinə, əgər kimsə internetdə öz fikirlərini bildirərkən "müəyyən hədd"i keçirsə, məsələn, etiraza çağırış 

edirsə,  korrupsiya  faktlarının  üstünü  açırsa  yaxud  da  prezidenti  və  onun  ailəsini  tənqid  edirsə,  özünü 

böyük təhlükə ilə üz-üzə qoyur.  

 

Azərbaycan  hakimiyyəti  internetə  getdikcə  daha  çox  nəzarət  etməyə  cəhd  etsə  də,  internet  əksər 



vətəndaşlar üçün xəbərin əsas mənbəyi olan çap və yayım mediasına nisbətən daha az məhdudlaşdırılmış 

hesab  oluna  bilər.  1999-cu  ildə  qəbul  olunmuş  “KİV  haqqında  qanun”  interneti  kütləvi  informasiya 

vasitəsi  hesab  edir.  Bu  səbəbdən,  qanunla  KİV-lərə  şamil  olunan  bütün  problematik  qaydalar  eynilə 

internetin  tənzimlənməsi  üçün  də  tətbiq  oluna  bilər.  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyi 

(RİTN) ölkədə internetin tənzimlənməsi ilə məşğul olan əsas qurumdur. Lakin ekspertlər bu funksiyanın 

həm də dövlət nəzarətində olmayan digər bir quruma da verilməsinin vacibliyini vurğulayırlar. Nazirlik 

milli “.AZ” domeninin verilməsinə də məhdudiyyətlər tətbiq edir. 

 

2012-ci  ilin  fevralında  Azərbaycanın  Ədliyyə  Nazirliyi 



www.nakhchivan.org.az

  internet  saytında 

“qərəzli”  informasiya  yaydığına  görə  RATİ-yə  yazılı  xəbərdarlıq  etdi.  Bir  ay  sonra,  internet  saytlarını 

“.az” domenində qeydiyyatından keçirən “Şəbəkə Texnologiyaları” (“Network Technologies”) şirkətinin 

direktoru RATİ sədrinə elektron məktub yazaraq, hökumət tərəfindən təzyiqlər edildiyini qeyd etmiş və 

RATİ-dən “nakhchivan.az” domenindən istifadəni dayandırmağı xahiş etmişdi.   

 

Onlayn  media  Azərbaycanda  senzuradan  azad  olsa  da,  hakimiyyət  bu  mediaya da  nəzarət etməyə  cəhd 



göstərmişdir.

14

  Hökumət  rəsmilərinin  çıxışlarından belə  başa düşmək  olar  ki,  internetə  nəzarətin  hüquqi 



mexanizmləri  (məsələn  onlayn  televiziyaların  lisenziyalaşdırılması)  yaxınlarda  tətbiq  oluna  bilər.

15

 



Əsasən onlayn video və audio məzmunlarla bağlı verilən bu cür narahatedici çıxışlar göstərir ki, hökumət 

yerli  teleradio  kanallarında  yayımlanmayan  məlumatların  və  hökumətin  mövqeyindən  fərqli  olan 

fikirlərin yayılmasına müdaxilə etmək niyyətindədir.

16

 



 

                                                 

12

Azərbaycanda internet azadlığının durumu ilə bağlı daha ətraflı məlumatı Onlayn İfadə Təşəbbüsü kampaniyasının 



2012-ci  ilin  noyabrında  dərc  etdiyi  “Azadlıq  axtarışında:  Azərbaycanda    onlayn  ifadə”  adlı  hesabatından  əldə  edə 

bilərsiniz. Hesabat bu linkdədir: 

http://bit.ly/102EIyc

  

13



http://bit.ly/KsXwTl

 

14



http://bit.ly/aJTzXs

 

 



15

http://bit.ly/12ZvrMA

  

16

  Rəşid  Hacılı,  ‘Azərbaycanda  media  azadlığı,’  Azərbaycan  diqqət  mərkəzində,  Xarici  Siyasət  Mərkəzi,  2012-ci  il 



aprel. Burada: 

http://bit.ly/KVkaRl

  



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

28 

Hökumət zaman-zaman onlayn ifadə azadlığına nəzarət və müdaxilə etmiş, bəzən senzura tətbiq etməklə 



müxalif meylli və tənqidçi saytları bloklamış, bəzən isə şəxsləri sosial şəbəkələrdə səsləndirdiyi fikirlərə 

görə  təqib  etmişdir.  Çoxları  belə  hesab  edir  ki,  müəyyən  hallarda  tənqidçi  jurnalistlərin,  hüquq 

müdafiəçilərinin  və  siyasi  fəalların  elektron  poçtlarının  və  Facebook  hesablarının  dağıdılmasının  və  ya 

onlara  müdaxilə  olunmasının  arxasında  məhz  hökumət  durur.

17

  Bir  çox  jurnalist  və  fəallar  internetdə 



yazdıqları tənqidi yazılara görə həbs olunublar.  

 

2012-ci  ilin  sonunda  internetdə  səsləndirdikləri  tənqidi  fikirlərə  görə  həbsdə  saxlanan jurnalistlərin  sayı 



dörd olmuşdur:  Nicat ƏliyevVüqar QonaqovZaur Quliyev, və  Fərəməz Novruzoğlu. 2012-ci ildə 

onlayn fəaliyyətlərinə görə Bəxtiyar Hacıyev və Taleh Xasməmmədov da müəyyən müddət həbs cəzası 

çəkiblər.

18

 Xaricdə mühacirətdə yaşayan bloqçu Elnur Məcidlinin də Azərbaycana geri döndüyü təqdirdə 



həbs olunma təhlükəsi var- belə ki, blogger Facebook vasitəsilə etiraza çağırış etməkdə ittiham olunur.   

 

Etiraz  aksiyalarının  təşkilində  iştirak  edən  gənclərin  təqibi  və  həbsi  ilə  yanaşı  polis  bir  çox  internet 



fəallarını  onların  Facebook  sosial  şəbəkəsindəki  fəaliyyətləri  ilə  bağlı  sorğu-sual  etmişdir.  Bu  isə 

Azərbaycan  hakimiyyətinin  yeni  təhlükəli strategiyasının  başlanması deməkdir.  Hökumətin  təzyiqlərinə 

əlavə  olaraq  dövlət  nəzarətində  olan  televiziya  kanalları  da  sosial  şəbəkələrə  qarşı  kampaniya  aparır: 

psixoloqlarla və internet ekspertləri ilə müsahibələrdə onlayn fəallığın Azərbaycanın beynəlxalq imicinə 

və təklüləsizliyinə necə böyük zərər vuracağından danışılır.   

Bu hadisələr internetin Bakıda və qismən də regionlarda vətəndaş cəmiyyətinin fəaliyyətində əhəmiyyətli 

rolunun olduğunu bir daha sübut edir. Ucuz smartfonların və 4G texnologiyasının ixtirası ilə internetin 

rolu  əhəmiyyətli  dərəcədə  artmışdır.  Ölkə  mediasında  plüralizmin  yoxluğunda,  internet  vətəndaş 

cəmiyyəti  fəalları  arasında  ünsiyyətin  çox  mühüm  bir  vasitəsinə  və  əhəmiyyətli  xəbər  mənbəyinə 

çevrilməkdədir

19



 



Digər  problem  isə  kibercinayətkarlıqla  bağlıdır.  Bir  vaxtlar   ölkədə   tənqidçi  və  müstəqil  media 

qurumlarının  internet  səhifələri  haker  hücumlarına  məruz  qalırdılarsa,  artıq  hakerlər  dövlət  nəzarətində 

olan media qurumlarını da hədəfə almağa başlayıb.  

Yanvarın  16-da  hakerlər  rəsmi  dövlət  qurumlarının  saytları  başda  olmaqla  Azərbaycanın  15  internet 

saytına hücum edib. Hücuma  məruz qalmış saytların sırasında Konstitusiya Məhkəməsinin, Daxili İşlər 

Nazirliyinin,  Təhsil  Nazirliyinin,  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyinin,  Dövlət 

Təhlükəsizlik Xidmətinin, hakim Yeni Azərbaycan Partiyasının və hökumətə meylli media qurumlarının 

saytları  olub.  Saytı  zədələdikdən  sonra  hakerlər  bu  saytlarda  hicab  geyinməyə  təşviq  edən(2011-ci  ildə 

Təhsil  Nazirliyinin  məktəblərdə  hicab  geyinməyi  qadağan  etməsinə  etiraz  olaraq),  korrupsiyanı  və 

hökumətin İsraillə əməkdaşlığını pisləyən mesajlar yerləşdirib. Hücumu təşkil edənlər özlərini “Azerian 

Kyber  Army”  adlı  haker  qrupunun  üzvləri  kimi  təqdim  edərək  Azərbaycan  hakimiyyətinin  də  Ərəb 

diktatorlarının taleyini yaşayacağını bildiriblər. 

“Trend” İnformasiya Agentliyinin saytı Azərbaycan-İsrail münasibətlərinə dair tənqidi məqalə yazdıqdan 

sonra da  haker  hücumuna  məruz  qalıb.  Hakerlər  həmçinin  Prezident  yanında  QHT-lərə  Dövlət  Dəstəyi 

Şurasının (cssn.gov.az), habelə Abşeron Rayon İcra Hakimiyyətinin (absheron.gov.az) saytını dağıdıb. 

Təhsil  Nazirliyinin  edu.gov.az  və  vet.edu.gov.az  saytını sıradan  çıxaran  hakerlər  ora  İslam  Partiyasının 

həbsdə olan keçmiş sədri Mövsüm Səmədovun hicabın qadağasına qarşı fikirlərini yerləşdirib.   

Yanvarın 17-də Pirat Qrupu adlı bir qrup azərbaycanlı hakerlər Azerian CyberArmy hücumlarına cavab 

olaraq bu hücumu həyata keçirdiyini iddia etdikləri İran saytlarının siyahısını dərc etdilər (Azərbaycan və 

azərbaycanlıların  kütləvi  şəkildə  yaşadığı  İran  arasında  əlaqələr rəsmi  Bakının məscidləri  bağlaması  və 

hicabı qadağa etməsi üzündən gərginləşmişdir).  

                                                 

17

http://bbc.in/11BFfJN



  

18

Bu barədə daha ətraflı məlumat Hesabatın 3-cü fəslində verilmişdir 



19

“Qorxu içində qaçış, Azərbaycanın susdurulmuş səsləri” hesabatı, səh.34: 

http://bit.ly/14LTlyu

  



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

29 

“İranlı  hakerlər”  22  və  23 fevralda  AZTV  və  AZAL-ın  saytlarını dağıdaraq  AZTV-nin  ana  səhifəsində 



belə bir  mesaj  qoymuşdular    “Həyat  oyundur.  Oyun  bitdi!”.  Hakerlər  AZAL-ın  saytında  ingilis  dilində 

mesaj  qoymuşdular-  “Persiyanın  kokain  döyüşçüləri  tərəfindən  dağıdılıb”.  Eyni  gecədə  İdman-

Azərbaycan və Mədəniyyət kanalları da haker hücumuna məruz qalıb. Azərbaycan hakimiyyəti hesab edir 

ki, hücumlar İran tərəfindən təşkil olunur.  

İyul  ayında  ölkənin  ən  çox  ziyarət  olunan  saytlarından  olan  musavat.com,  qafqazinfo.az,  publika.az  və 

trend.az  saytlarının  açılmasında  və  yenilənməsində  problem  yaranıb. Musavat.com-un   redaktoru  Xalid 

Kazımlının  modern.az  saytına  bildirdiyinə  görə,  musavat.com  Türkiyədə  fəaliyyət  göstərən 

telekommunikasiya şirkətinə məxsus IP-lərdən haker hücumuna məruz qalıb. “Saytımıza xidmət göstərən 

provayder şirkəti portala daha artıq ziyan dəyməməsi üçün onun fəaliyyətini məhdudlaşdırıb. Hücumun 

nəyə görə başlaması barədə əlimizdə mötəbər informasiya yoxdur, yalnız müəyyən gümanlar var. Hesab 

edirik ki, bu, saytımızda gedən “Böyük Kürdüstan” dövlətinin yaranması ehtimalı barədə yazıdan narazı 

qalan qüvvələrin sifarişi ola bilər” deyə Kazımlı bildirib. 

Bundan  başqa,  Azadlıq  qəzetinin  internet  saytına  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazırliyində 

qeydiyyatdan keçmiş “188.72.183.50” IP ünvanı üzərindən bir neçə dəfə haker hücumu təşkil olunduğu 

ilə  bağlı  məlumat  verilmişdi.  Hostinq  şirkəti  hücumla  bağlı  məlumat  verərək  saytın  axtarış  sistemində 

(axtarış  mühərrikində)  müvəqqəti  blok  qoyulduğunu  bildirən  aşağıdakı  mesajı  yerləşdirdi:  “Biz  öz 

qoruyucu  divarımızda  (“firewall”da)  hakerin  “188.72.183.0/24”  saylı  şəbəkəsini  blokladıq.  Hücumu 

həyata  keçirən  şəxs  saytın  məlumat  bazasına  girişi  zəiflətmək  üçün  axtarış  sistemində  eyni  zamanda 

çoxsaylı axtarış həyata keçirib. Axtarış sistemi saytın ən “ağır” hissələrindən biridir, çünki o keş yaddaşda 

qalmır. Bu cür haker hücumlarının qarşısını almaq üçün biz sizin saytınızda axtarış sistemini müvəqqəti 

olaraq bloklamışıq”. 

31 avqust 2012-ci ildə erməni hakerləri Azərbaycanın bir sıra mühüm internet portallarına (www.day.az; 

www.1news.az;  www.apa.az;  www.news.az;  www.vesti.az;  www.aztv;  və  Azərbaycan  prezidentinin 

internet  resursu  olan  www.president.az)  “xidmətdən  imtina”  (DDOS)  hücumu  həyata  keçirdilər.  Bu 

hücum NATO-nun Macarıstanda keçirdiyi təlimlər zamanı erməni zabiti öldürdüyünə görə ömürlük həbs 

cəzasına  məhkum  olunmuş  Azərbaycanlı  zabit  Ramil  Səfərovun  Azərbaycana  ekstradisiyasına  və 

ardından Azərbaycan prezidentinin fərmanı ilə əfv olunmasına cavab olaraq həyata keçirilmişdi. DDOS 

hücumları Ermənistan, İran və Rusiyaya məxsus IP-lər üzərindən edilmişdi.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

30 

 

 



Nəticə  

 

2012-ci  ildə  ifadə  azadlığı  ilə  bağlı  baş  vermiş  yeganə  nisbi  müsbət  hal  hökumətin  Açıq  Hökumət 



Tərəfdaşlığı  üzrə  milli  fəaliyyət  planının  qəbul  olunması  olmuşdur

20

.  Açıq  Hökumət  Tərəfdaşlığı 



hökumətlərin  şəffaflığı  artırmaq,  vətəndaşların  hüquq  və  imkanlarını  genişləndirmək,  korrupsiya  ilə 

mübarizə və idarəçiliyin təkmilləşdirilməsi üçün yeni texnologiyalardan istifadə ilə bağlı öhdəliklərə əməl 

etməsini təmin etmək məqsədi daşıyan çoxtərəfli təşəbbüsdür

21

.   



 

Dünya  təcrübəsi  göstərir  ki,  hər  hansı  dövlətin  korrupsiya  ilə  mübarizə  öhdəliyi  həmin  ölkənin  xəbər 

mediasının  müstəqilliyi  və  azadlığı  ilə  sıx  əlaqəlidir.  Azərbaycan  dövləti  bu  cür  əhəmiyyətli  bir 

razılaşmaya qoşulsa da, hökuməti cəmiyyət qarşısında cavabdeh tuta bilən əhəmiyyətli resurs - nəzarətçi 

funksiyası daşıyan mətbuat - hakimiyyət tərəfindən susdurulur.   

 

İfadə və mətbuat azadlıqları demokratiya və insan haqlarının mühüm komponentidir. Mədəni amillər və 



inkişaf  faktoru  ölkə  daxilində  informasiya  axınının  səviyyəsinə  təsir  göstərə  biləcək  amil  olsa  da, 

medianın aşkar repressiyaya məruz qalması insan haqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycanda 

dövlətin informasiya yayımına nəzarətinin arxasında “siyasi dəyişiklik” qorxusunun durduğu hiss olunur.  

 

Ölkədə  bütün  çətinliklərə  baxmayaraq  fəaliyyətlərini  davam  etdirən  azsaylı  müstəqil  jurnalistlər  isə 



mütləq  cəzasızlıq  mühitindən  yararlanan  dövlət  məmurlarının  sərt  təzyiqləri  ilə  üzləşirlər.    Hüquqları 

ciddi şəkildə pozulan jurnalistlər və media nümayəndələri üçün demək olar ki heç bir halda ədalət təmin 

olunmayıb.     

 

Jurnalist təhlükəsizliyi ilə bağlı lazımi tədbirlərin görülməsi QHT-lər və media icması üçün əhəmiyyətli 



məsələ  olsa  da, bu  sahədə daha  davamlı  müsbət  nəticələrin  əldə olunması    üçün  siyasi  iradənin  olması 

həlledici məqamdır.  

 

Ölkədə ifadə azadlığının ümumi durumuna gəldikdə, RATİ əvvəlki hesabatlarda olduğu kimi qeyd edir 



ki, ölkədə ictimai həyatda vətəndaşların fəal iştirakını və cəmiyyətin müxtəlif sektorları arasında açıq fikir 

mübadiləsini təşviq edən tolerantlıq mühiti yoxdur.  

 

  

 



                                                 

20

http://bit.ly/SG9l97



 

21

http://bit.ly/qW85Np



 



Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə