Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix12.10.2018
ölçüsü1,16 Mb.
#73714
1   2   3   4   5   6   7   8   9   ...   13

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

12 

uzunsürən problemlər yaranmışdır. Hal şahidlərini sözlərinə görə polis Abbasovun döyülməsinə heç bir 



müdaxilə etməmişdi.   

Eyni  hadisə  zamanı  “Yeni  Müsavat”  qəzetlərinin  əməkdaşı  Günay  Musayeva  və  RATİ-nin  iki  video 

operatoru  da  təzyiqə  məruz  qalmışdılar.  Musayeva  hücuma  məruz  qalsa  da  ciddi  xəsarət  almamış,  və 

RATİ  operatorlarını  hadisə  yerinə  gətirən  taksinin  isə  ön  şüşəsi  sındırılmış  lakin  operatorlar  xəsarətsiz 

ötüşmüşdülər.  

ARDNŞ hadisə ilə bağlı araşdırma aparmış və belə nəticəyə gəlmişdir ki, hücuma məruz qaldığı zaman 

İdrak  Abbasov  jurnalist  jiletində  olmamış  və  bu  davaya  həmkəndliləri  tərəfindən  müdafiə  olunmaqla 

jurnalist özü səbəb olmuşdur. Lakin hadisə yerində çəkilmiş fotolar və şahid ifadələri bu fikirləri təkzib 

edir. 

Mayın 10-da ənənəvi “Gül bayramı”na etiraz aksiyası zamanı peşə fəaliyyətini yerinə yetirən “Azadlıq” 



radiosunun əməkdaşı Cavanşir Ağamalıyev mülki geyimli şəxslərin fiziki təzyiqinə məruz qalıb. Onlar 

jurnalistin kamerasını alaraq apardığı çəkilişi pozublar. 

Mayın  12-də  jurnalist  Təhminə  Tağızadə  Gəncə  şəhər  Polis  İdarəsinə  çağırılıb.  Təhminə  Tağızadə 

Nizami küçəsində sökülən evlərin sakinlərindən müsahibə alarkən  polisə aparılıb. Onu həbs edəcəkləri 

ilə hədələyiblər.   

Mayın  21-də  İctimai  Palatanın  (İP)   Bakı  şəhərində  keçirdiyi  aksiya  zamanı  bir  qrup  jurnalist  peşə 

fəaliyyətlərini  yerinə  yetirən  zaman  polislərin  və  mülki  geyimli  şəxslərin  fiziki   təzyiqlərinə  məruz 

qalıblar.  Belə  ki,  RATİ  əməkdaşları  MirRəhim  Həsənov  və  Mehman  Hüseynov  peşə  fəaliyyətlərini 

yerinə  yetirərkən  polislərin  fiziki  hücumuna  məruz  qalıblar.  M.  Həsənovun  kamerası  əlindən  alınaraq, 

yerə  atılıb.  M.  Hüseynovun  isə fotoaparatının  obyektivi  zədələnib.  Bundan  başqa  aksiyada  iştirak  edən 

xarici  media  nümayəndələri  də  polislərin  kobudluğu  ilə  qarşılaşıb.  Mülki  geyimli  polis  “Eurovision” 

müsabiqəsini işıqlandırmaq üçün Bakıya gələn Almaniyalı fotomüxbir Steffen Haufenin əlindəki kartları 

alaraq cırıb, daha sonra isə ona zərbə endirib. 

May  ayının  23-də  Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutunun  (Obyektiv.tv)  əməkdaşı  Vəfa 



Nağı (Nağıyeva)  axşam  saat 21:30 radələrində ingilis dili kursundan Bakının Yasamal rayonu ərazisində 

kirayə qaldığı mənzilə gedərkən, məhəllədə  Samir kimi tanınan şəxs tərəfindən nalayiq təhqirlərə məruz 

qalıb.  V.  Nağı   ona  qarşı  ünvanlanmış  bu  təhqirlərin  səbəbini  soruşmağa  çalışıb  və  gözləmədiyi  anda 

həmin  şəxsin  fiziki  hücumuna,  təzyiqinə   məruz  qalıb.  Özünü  qəfil  zərbələrdən  qorumağa  çalışarkən 

mobil telefonu və dəftər-kitab olan sellofan torbası  ayaq altında qalaraq dağılıb. V.Nağı  bildirir ki, bu 

cür münasibətin səbəbini hələ də anlaya bilmir. Şillə-təpik hücumlarından çətinliklə qurtardıqdan sonra 

evə tələsən V.Nağı telefonunu hadisə yerində unutduğunun fərqində olaraq geri qayıtmalı olub. Bu zaman 

o yenidən Samir adlı adamın hücumu ilə üzləşib. Hadisə ilə bağlı 28-ci Polis İdarəsində araşdırma davam 

edir. 

Mayın 24-də İctimai Palata İctimai Televiziyanın (İTV) qarşısında keçirdiyi piket zamanı polis və mülki 



geyimli şəxslər jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik yaradıblar.  Bu zaman da peşə 

fəaliyyətini yerinə yetirən “Gündəlik Teleqraf” qəzetinin fotoqrafı Bayram İsgəndərli polislər tərəfindən 

saxlanılıb, daha sonra sərbəst buraxılıb. Habelə aksiya zamanı “Turan” informasiya agentliyinin əməkdaşı 

Etimad  Budaqov,  eləcə  də   “Obyektiv  TV”-nin  əməkdaşlarının  və  digər  media  qurumlarının  peşə 

fəaliyyətinə maneələr yaradılıb.  Hadisələri izləyənlər arasında  beynəlxalq media qurumların təmsilçiləri 

də  olub.  Piket  İctimai  TV-nin  siyasi  plüralizm  və  ifadə  azadlığı  prinsiplərini  pozmasına  etiraz  olaraq 

keçirilib.  

Mayın 25-də “Gunxeber.com” saytının əməkdaşı Anar Gəraylı 10 sutka həbs cəzası alıb. Anar Gəraylı 

mayın 22-si də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Jurnalist Nəsimi rayon 

Məhkəməsinə  aparılıb ictimai asayişi pozmaq və polisə tabe olmamaq ittihamı (306-cı maddə) ilə ona 10 

sutka  həbs  verilib. İki  gün  sonra  isə  Apellyasiya  Məhkəməsi  jurnalisti  sərbəst  buraxıb.    Qeyd  edək  ki, 

jurnalist əynində  “Sing for Democracy” (demokratiya naminə oxu) yazılmış köynəyi geydiyinə görə həbs 

olunub. 



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

13 

İyulun  14-də  saat  23:00  radələrində  Qəbələ  rayon  mərkəzində  sakinlərə  məxsus  evlərin  zorakılıqla 



sökülməsi zamanı gozetci.az portalın və  Helsinki Vətəndaş Assembleyası Azərbaycan Milli Komitəsinin  

Qəbələ rayon üzrə nümayəndəsi, müstəqil jurnalist Nazlı Ağayeva fiziki təzyiqə məruz qalıb. Jurnalistin 

dediyinə görə, o, prosesi kənardan müşahidə edərkən polislər onu təhqir etməklə bərabər sürüdə-sürüdə 

aparıb  polis  maşınına  mindiriblər  və  bu  zorakılıq  nəticəsində  jurnalistin  bir  neçə  il  bundan  əvvəl 

avtomobil qəzasında sınmış ayağı əzilib. 

 

İyulun  16-da  “Ataxan  Dəmir  Sənaye”  Türkiyə-Azərbaycan  birgə  müəssisəsinə  mülki  geyimli  bir  qrup 



şəxsin hücumu ilə bağlı araşdırma aparan “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayeva hücuma 

məruz  qalıb.  Jurnalist  bildirib  ki,  naməlum  şəxslər  yuxarıda  adı  çəkilən  müəssisənin  texnikasını  və 

istehsal etdiyi məhsulları zəbt edir, daşıyırlar. Bununla bağlı çəkiliş aparmaq istəyən jurnalist zorakılıqla 

üzləşib.  “Azadlıq”  radiosunun  məlumatına  görə,  hadisə  yerində  olan  jurnalist  Nüşabə  Fətullayevanın 

kamerası  və  telefonunu  zorla  bir  qrup  mülki  geyimli  tərəfindən  əlindən  alınıb.  Yalnız  polisə  müraciət 

edildikdən sonra avadanlıq geri qaytarılıb. Amma kameranın yaddaş kartı cihazın içində olmayıb. 

 

“Qasid”  mətbuat  yayımı  firmasının  sökülən  köşkləri  ilə  bağlı  həmin  köşklərin  işçiləri  iyulun  17-də 



Prezident  Administrasiyasının  qarşısında  aksiya  keçirməyə  cəhd  ediblər.  Aksiya  zamanı  polisin  şəklini 

çəkdiyinə görə “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva təzyiqə məruz qalıb. Polislər xanım 

jurnalistin  qollarından  tutaraq  zorakılıqla  maşına  mindiriblər.  R.Rəfiyeva  təxminən  20  dəqiqə  polis 

maşınında saxlanıldıqdan sonra sərbəst buraxılıb. 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan Muxtar  Respublikası üzrə bölgə 



müxbiri  Elman  Abbasov  Sədərək  gömrük-buraxılış    məntəqəsinin  əməkdaşları  tərəfindən  təzyiqlərə 

məruz qalıb. Bu barədə jurnalistin özü məlumat verib. Avqustun 14-də o, Amerikanın İREX təşkilatının 

layihəsi çərçivəsində regionda miqrasiya proseslərinin jurnalist araşdırması ilə bağlı Türkiyəyə gedib. O, 

gömrükçülərin  əsassız  iradları  ilə  bağlı  əvvəlki  vəziyyəti  nəzərə  alaraq  sərhədi  keçərkən  üzərində  olan 

əşyaları  qeyd  etdirmək  üçün  blank  istəyib.  Lakin  ona  blank  verilməyib  və  bildirilib  ki,  geri  qayıdanda 

onsuz  da  yoxlanılacaq.  Avqustun  15-də  qayıdarkən  E.Abbasov  saxlanılıb.  Sədərək  gömrük-buraxılış 

məntəqəsinin qaçaqmalçılıq şöbəsinin rəisi Vüsal Həsənovun iştirakı ilə onun əşyalarına baxış keçirilib. 

E.Abbasovun sözlərinə görə, gömrükçülər fleş-kartda və fotoaparatda olanları yoxlayıblar, halbuki, orada 

şəxsi  xarakterli  informasiya  olub.  E.Abbasov  hesab  edir  ki,  o  özü  və  həmkarları  təzyiqə    gömrük 

orqanının ünvanına tənqidi yazılar yazmaları ilə əlaqədar məruz qalıblar. 

 

Sentyabrın  8-də  səhər  saatlarında  İnternational  Media  Support  təşkilatının  Proqram  rəhbəri  Gülnarə 



Axundova  və  onun  sürücüsü  Səlim  İsgəndərov  polis  təzyiqi  ilə  üzləşiblər.  Obyektiv  TV-yə 

müsahibəsində  Gülnarə  Axundova  deyib  ki,  “Toyota  FJ  Crusier”  markalı,  90  RB  700  dövlət  nömrə 

nişanlı  maşında  olan  iki  şəxs  çox  kobud  şəkildə  onlara  maşını  saxlamağı  və  onların  arxasınca  polis 

idarəsinə getməyi tələb ediblər. Sürücü etiraz etdikdə isə onlar yol polisinə, polis idarəsinə zəng ediblər. 

Təxminən 10 nəfər şahidin gözləri qarşısında əraziyə gələn polislər sürücünü təhqir ediblər. Bundan əlavə 

onlar  hadisənin  fotoşəkilini  çəkməyə  çalışan  Gülnarə  Axundovaya  kobud  şəkildə  mane  olub,  onun 

qolundan  tutaraq  polis  idarəsinə  aparacaqları  ilə  hədələyiblər.  Polislər  Axundovaya  şəkil  çəkməklə 

qanunu  pozduğunu  bildiriblər.  Polis  G.  Axundova  ilə  yanaşı  hadisəni  çəkməyə  çalışan  onun  6  yaşlı 

qızının  da  telefonunu  almağa  cəhd  ediblər.  Axundova  buna  cavab  olaraq  DİN-in  102  nömrəli  qaynar 

xəttinə məlumat vermişdir.   

 

Sentyabrın 14-də Prezident Aparatı qarşısında evlərinin sökülməsinə etiraz edən bir qrup sakinin keçirdiyi 



etiraz  aksiyası  zamanı  çəkiliş  aparan  RATİ-nin  jurnalisti  Mehman  Hüseynov  saxlanılaraq  Prezident 

Aparatına  aparılıb.  Təxminən  iki  saat  müddətinə  qanunsuz  olaraq  azadlığı  məhdudlaşdırılan  jurnalistin 

apardığı  çəkiliş silindikdən  sonra o  sərbəst  buraxılıb. Habelə  polis  əməkdaşları RATİ  əməkdaşı  Fəridə 

Alıyevanın  videokamerasını  əlindən  alıblar  və  aksiya  boyu  onun  çəkiliş  aparmasını  bu  yolla 

neytrallaşdırıblar. Yalnız aksiya bitdikdən sonra videokamera jurnalistə qaytarılıb. 

 

Sentyabrın  18-də  Yol  Polisi    ilə  təhlükəsizlik  kəmərini  taxmamağını  irad  tutulan    foto  müxbir  Əhməd 



Muxtar arasında münaqişə yaranıb. “Azadlıq” radiosunun məlumatına görə, jurnalist  avtomobili hələ işə 

salmadığı  üçün  təhlükəsizlik  kəmərini  taxmadığını  desə  də,  polis  bu  izahatla  razılaşmayıb  və  protokol 

tərtib etməyə başlayıb. Daha sonra protokol yazan polisin fotosunu çəkib. Bundan son  Əhməd Muxtarı 

Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə aparıblar. Təxminən 10-15 dəqiqə sonra o, sərbəst buraxılıb. 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə