Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi



Yüklə 367,97 Kb.

səhifə8/13
tarix12.10.2018
ölçüsü367,97 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

16 

və  valyuta  siyasəti  sahələrində  maraqlarının  qorunması,  ictimai  qaydanın,  sağlamlığın  və  mənəviyyatın 



mühafizəsi,  digər  şəxslərin  hüquq  və  azadlıqlarının,  kommersiya  və  digər  iqtisadi  maraqlarının 

qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 

Hesabat  dövründə  informasiyanın  əldə  olunması  və  hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  haqqında 

qanunlara  da  dəyişikliklər  edilmişdir.  Bu  dəyişikliklər  “İnsan  hüquqları  və  azadlıqlarının  tətbiqinin 

tənzimlənməsi”  haqqında  Azərbaycan  Respublikasının  Konstitusiya  Qanununun  3-cü  maddəsində 

nəzərdə tutulmuş legitim ictimai maraqların dairəsini qeyri-müəyyən formada genişləndirir.  

“Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında”  qanuna  edilmiş  dəyişikliyə  görə 

kommersiya  hüquqi  şəxslər  barədə  informasiya,  yəni  hüquqi  şəxslərin təsisçiləri  və  onların  nizamnamə 

kapitalındakı  payları  haqqında  məlumatlar  sirr  hesab  olunur.  Bu  informasiya  yalnız  sorğu  əsasında 

məhkəmələrə,  istintaq  orqanlarına  və  əməliyyat-axtarış  fəaliyyətinin  subyektlərinə  “Cinayət  yolu  ilə  və 

terrorizmin  maliyyələşdirilməsi  ilə  əldə  olunmuş  pul  və  əmlakın  qanuniləşdirilməsinə  qarşı  mübarizə 

haqqında”  Azərbaycan  Respublikası  Qanununa  uyğun  olaraq  açıqlana  bilər.  Qanun  layihəsinə  görə  bu 

informasiya müvafiq orqanlara, vəkillərə və üçüncü şəxsə yalnız informasiya sahibinin razılığı əsasında 

verilə bilər.    

Bu  cür  mürtəce  dəyişiklik  Azərbaycanın  qoşulduğu  “İnsan  Hüquq  və  Əsas  Azadlıqlarının  Müdafiəsi 

Haqqında”  Avropa  Konvensiyasının  10-cu  maddəsinin  2-ci  bəndi  (Bu  azadlıqların  həyata  keçirilməsi 

milli  təhlükəsizlik,  ərazi  bütövlüyü  və  ya  ictimai  asayiş  maraqları  naminə,  iğtişaşın  və  ya  cinayətin 

qarşısını  almaq  üçün,  sağlamlığın,  yaxud  mənəviyyatın  mühafizəsi  üçün,  digər  şəxslərin  nüfuzu  və 

hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya 

ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik 

cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala 

bilər)  ilə  ziddiyyət  təşkil  edir.   Bu  dəyişikliklər  həm  də  BMT-nin  “Korrupsiyaya  Qarşı  Mübarizə” 

Konvensiyasına  və   həmçinin  də  “BMT-nin  terrorçuluğa  qarşı  mübarizəyə  dair”  Konvensiyasındakı 

müddəalarla ziddiyyət təşkil edir.  

Bu dəyişikliklər Azərbaycan hökumətinin həm öz xalqı, həm beynəlxalq ictimaiyyət qarşısında üzərinə 

götürdüyü  korrupsiyaya  qarşı  mübarizə  öhdəliyini  yerinə  yetirməməsi  kimi  də  hesab  oluna  bilər.  Bu 

qanun dəyişiklikləri ilə, Azərbaycanda  informasiya azadlığı daha da məhdudlaşdırılırdı, hüquqi şəxslərin 

fəaliyyəti üzərində tələb olunan ictimai nəzarət və şəffaflıq prinsipi pozuldu. Bundan sonra jurnalistlərin 

korrupsiya  halları  ilə  bağlı  araşdırmalar  aparmaları  daha  da  çətin  olacaq  və  istənilən  korrupsiya  halını 

araşdıran jurnalist qanunvericiliyə edilmiş  bu dəyişikliyə görə cəzalandırıla bilər. 



“Sərbəst toplaşma haqqında” qanuna məhdudlaşdırıcı dəyişikliklər 

 

Noyabrda  Milli  Məclis  “Sərbəst  toplaşma  haqqında”  qanuna  “icazəsiz  aksiyaların  təşkilinə  və  belə 



aksiyalarda iştiraka görə cərimələrin artırılması”nı nəzərdə tutan dəyişiklikləri qəbul etdi

4

. Dəyişikliklərə 



görə, icazəsiz aksiya iştirakçıları 500 manatdan 1000 manata qədər (dəyişikliklərdən əvvəl bu cərimə 7 

manatdan  13  manata  qədər  idi),  aksiyanı  təşkil  edənlər  isə  fiziki  şəxs  olduqda  1500  manatdan  3000 

manata qədər, vəzifəli şəxs olduqda isə 3000 manatdan 6000 manata qədər cərimə olunacaq. Təşkilatçı 

hüquqi  şəxsdirsə  (məsələn,  siyasi  partiya  və  ya  QHT),  cərimə  15  min  manatdan  30  min  manata  qədər 

təşkil edəcək.

5

 Fəal şəxslərin və QHT-lərin ciddi maliyyə çətinliklərini və tənqidçi şəxslərə mitinq üçün 



icazənin  çox  nadir  hallarda  verildiyini  nəzərə  alsaq,  bu  dəyişikliklər  qüvvəyə  mindiyi  təqdirdə  ölkədə 

ifadə  azadlığına  “çəkindirici  effekt”  təsiri  göstərəcək.  Bu,  2013-cü  il  prezident  seçkiləri  ərəfəsində 

hökumətin əl atdığı xüsusilə qorxuducu metoddur.   

 

Diffamasiya  

 

Azərbaycan  qanunvericiliyində  ifadə  azadlığı  üçün  ən  çox  problem  yaradan  müddəalar  Cinayət 



Məcəlləsində  diffamasiya  ilə  bağlı  olan  müddəalardır.  “Azərbaycan  Respublikasında  insan  hüquq  və 

                                                 

4

http://bit.ly/102EEP6



    

5

http://bit.ly/11V3F2I



  


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

17 

azadlıqlarının  müdafiəsinin  səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramı”



6

  2012-ci  ildə 

diffamasiyaya  görə  cinayət  məsuliyyətinin  aradan  qaldırılmasını  nəzərdə  tutsa  da,  diffamasiya  hələ  də 

cinayət  hesab  olunur  və  diffamasiyaya  görə  3  ilə  qədər  həbs  cəzası  nəzərdə  tutulur.  Jurnalistlərin  həbs 

olunmasında  cinayət  məcəlləsinin  diffamasiya  haqqında  müddəalarından  əvvəlki  illərdəki  kimi  intensiv 

istifadə olunmasa da, bu maddələr hələ də hüquqi qüvvəyə malikdir. 

 

Müxalif  meylli  və  müstəqil  qəzetlərin  fəaliyyətini  məhdudlaşdırmaq  üçün  mülki  diffamasiya 



müddəalarından  intensiv  istifadə  olunması  da  ifadə  azadlığı  üçün  ciddi  problemlər  yaradır.  “Azadlıq”, 

“Yeni  Müsavat”  və  “Xural”  kimi  tənqidçi  qəzetlər  diffamasiya  ittihamları  ilə  daha  çox  üzləşir,  və  bu 

ittihamların  da  əksəriyyəti  deputatların  və  digər  dövlət  məmurlarının  şikayəti  əsasında  irəli  sürülür. 

Məhkəmə  qərarları  ilə  təyin  olunan  yüksək  məbləğli  cərimələr  isə  bu  qəzetlərin  onsuz  da  ağır  olan 

maliyyə  durumunu  daha  da  ağırlaşdırır,  bununla  da  qəzetlərin  öz  fəaliyyətlərini  davam  etməsi  daha  da 

çətinləşir.  2012-ci  ildə  tənqidçi  media  qurumlarına  qarşı  çoxsaylı  mülki  diffamasiya  ittihamları  irəli 

sürülüb. 

 

Yanvarın 23-də Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Nəqliyyat naziri Ziya 



Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı şərəf 

və  ləyaqətin,  işgüzar  nüfuzun  müdafiəsi  və  dəymiş  mənəvi  ziyanın  ödənilməsi  ilə  bağlı  iddiası  üzrə 

məhkəmə prosesi iddianın qismən təmin edildiyini, iddiaya səbəb olmuş məqalələrə görə cavabdehlərin 

üzr istəməklə təkzib verməsini və onların müştərək olaraq 4 min manat təzminat ödəmələri ilə bağlı qərar 

çıxartdı.  Anar  Məmmədov  “Azadlıq”  qəzetinin  01  iyul  2010-cu  il  tarixli  sayında  “Kəmaləddin 

Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə 

eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu 

Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna 

xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) 

manat məbləğində pul tələb edirdi. Noyabrın 5-də Yasamal Rayon Məhkəməsinin Məhkəmə Qərarlarını 

İcra Şöbəsi bu cəriməni ödəyə bilmədiyi üçün “Azadlıq” qəzetinin bank hesabının üzərinə həbs qoydurdu. 

Yanvarın 23-də Nərimanov rayon  məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə “Baltika-Bakı” 

MMC-nin  baş  direktoru  Adam  Tlexurayın  “Xural”  qəzetinin  baş  redaktoru  Əvəz  Zeynallıya  qarşı 

qaldırdığı  iddiaya  əsasən  keçirilən  məhkəmə  prosesində  iddianın  qismən  təmin  edilməsi  ilə  bağlı  qərar 

çıxarılıb.  Əvəz Zeynallının və “Xural” qəzetinin ümumilikdə  50 min manat cərimə olunması, həmçinin 

təkzib verməklə üzr verməsi barədə qərar qəbul olunub.  

Mayın 17-də Lənkəran rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekonun (Cəbrayılzadə) 

3 000  (min)  manat   cərimələnməsi  barədə  qərar  çıxarıb.  Bu  barədə  cavabdehə  mayın  29-da  məlumat 

verilib.   Qərarda  “Məqalədə  yazılan  ifadənin  həqiqətə  uyğun  olmamağı  ilə  bağlı  Aslanov  Novruzəli 

Davud  oğlundan  üzr  istəyirəm.  Ramin  Deko”  məzmunda  təkzib  verilməsi  və  vurulmuş  mənəvi  zərərə 

görə 3000 manatın alınaraq Bakı şəhəri Xətai rayonu Binə qəsəbəsi, M. Ə. Sabir küçəsi ev 88 ünvanda 

yerləşən “Ümid Yeri” Xeyriyyə cəmiyyətinin hesabına köçürülməsi, iş üzrə ekspertiza tədqiqatının 200 

manatın  Novruzəli  Aslanovdan,  89  manatın  Ramin  Cəbrayılzadədən  tutulması  müəyyən  edilib.  

Xatırladaq  ki,  iddiaçı  deputat  Novruzəli  Aslanov  cavabdeh   “Azadlıq”  qəzetinin  reportyoru  Ramin 

Dekoya (Cəbrayılzadə) qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair ərizə ilə Lənkəran 

rayon məhkəməsinə müraciət edərək “Azadlıq” qəzetinin 26 oktyabr 2011-ci il tarixli № 249(4700) saylı 

buraxılışının  12-ci  səhifəsində  “Fizuli  Ələkbərov  İvanovkada  evləri  80  min  manatdan  alır”  başlıqlı 

yazıda   işgüzar  nüfuzuna  zərbə  vurmaq,  deputatlıq  fəaliyyətinə  ləkə  salmaq  məqsədi  daşıyan  ifadələrin 

yer  aldığını  bildirərək,  jurnalistin  ondan  rəsmən  üzr  istəməsi,  Cinayət  Məcəlləsinin  147-ci  maddəsinə 

(böhtan)   əsasən  böhtan  cinayəti  barədə  xüsusi  qərardad  çıxararaq  prokurora  xəbər  verilməsi,  həmçinin 

vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat təzminat ödənilməsi və həmin vəsaitin Bakı şəhərində 

yerləşən uşaq internat evlərinin birinin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını istəmişdi. 

İyunun 14-də Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Bakı Metropoliteninin 

rəisi Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş mənəvi ziyanın 

                                                 

6

http://bit.ly/PxH3Tw



 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə