Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix12.10.2018
ölçüsü1,16 Mb.
#73714
1   ...   5   6   7   8   9   10   11   12   13

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

18 

ödənilməsi  tələbi  ilə  “Azadlıq”  qəzetinin  təkzib  verməsi  və  qəzetin  Tağı  Əhmədova  30  min  manat 



təzminat  ödəməsi  ilə  bağlı  qərar  qəbul  edib.    “Azadlıq”  qəzetinin  8  aprel  2012-ci  tarixli  buraxılışında 

“Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra, 

əvvəlcədən  yüklənilmiş  gedişlərdəki  əlavə  5  qəpiklərdən  istifadə  edilməsinin  mümkün  olmadığı 

göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab 

etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı 

qərar çıxarılmasını istəmişdi.     

İyulun  31-də  2  saylı  Bakı  İnzibati-İqtisadi  Məhkəməsində  hakim  Xaliq  İmanovun  sədrliyi  ilə  “Gilan 

Qəbələ  Konserv  Zavodu”  MMC-nin  “Yeni  Müsavat”  qəzetinə  qarşı  iddiası  üzrə  məhkəmə  prosesi 

keçirilib. Prosesdə hakim Xaliq İmanov  qəzetə qarşı iddianı qismən təmin edərək “Yeni Müsavat”ı 50 

min  manat  cərimələyib.  “Gilan  Qəbələ  Konserv  Zavodu”  MMC  “Yeni  Müsavat”  qəzetində  2009-2011 

illəri ərzində çıxan bir sıra məqalələrə görə, qəzetdən 1 milyon manat təzminat tələb edirdi. 

Sentyabrın 4-də Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə 

nəqliyyat  naziri  Ziya  Məmmədovun  oğlu  Anar  Məmmədovun  “Gündəm  xəbər”  qəzetinə  qarşı  CM-in 

147-ci maddəsi üzrə qaldırdığı iddia üzrə məhkəmə hökmü elan edilib. Məhkəmə "Gündəm xəbər” qəzeti 

barədə 10 000 (on min)  manat məbləğində ağır cərimə qərarı çıxarıb. Qəzetə qarşı şikayətə səbəb qəzetdə 

Yevlax  avtovağzalının  zəbt  olunması  barədə  dərc  olunmuş  yazı  olmuşdur.  Qəzet  bu  yazını  Olaylar 

İnformasiya  Agentliyinə  istinadən  dərc  etdiyini  bildirsə  də,  Baş  Prokuror  yanında  Korrupsiyaya    Qarşı 

Mübarizə  İdarəsi  qəzet  barəsində  CM-in  213.2.2  (vergi  ödəməkdən  yayınma)  və  308.1-ci  (vəzifə 

səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.     

Oktyabrın  22-də  Yasamal  rayon  məhkəməsi  “Binə”  ticarət  mərkəzinin  sahibi  Kəbirə  Məmmədovanın  

“Azadlıq” qəzetini və onun əməkdaşı Ramin Dekoya (Cəbrayılzadə) qarşı qaldırdığı iddianı qismən təmin 

edərək, qəzetin 30 000 (otuz min), R.Dekonun isə 2000 (iki min) manat cərimələnməsi və qəzetin təkzib 

verməsinə  dair  qərar  verib.  Kəbirə  Məmmədova  7  iyul  2012-ci  il  tarixində  “Azadlıq”  qəzetində  dərc 

olunmuş  “Kəbirə  Məmmədovanın  “Eurovizyon  əməliyyatı”  və  8-9  iyul  tarixində  “Kəbirə 

Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrin  onun işgüzar nüfuzunu ləkələdiyini hesab 

edərək,  Yasamal  rayon  Məhkəməsinə  müraciət  edib.  İddiaçı    təkzib  verilməsini  və  cavabdehlərin  hər 

birinin  50  000  manat  cərimələnməsini  və    bu  məbləğin  Xəzər  rayonu,  Buzovna  qəsəbəsində  yerləşən 

“Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş etmişdi. 

 

Tənqidçi jurnalistlərin məhkəmə iddiaları barədə qərəzli qərarlar 

 

Tənqidçi jurnalistlərə və media qurumlarına qarşı irəli sürülən iddiaların tam və ya qismən olaraq təmin 



olunmasına  baxmayaraq,  məhkəmələr  tənqidçi  jurnalistlər  tərəfindən  qaldırılmış  iddialara  münasibətdə 

qərəzli mövqe nümayiş etdirmişdirlər.  

Yanvarın  24-də   Nəsimi  rayon  Məhkəməsində  hakim  Elman  Əhmədovun  sədrliyi  ilə  “Demokrat” 

qəzetinin  baş  redaktoru  Mustafa  Hacıbəylinin  Nəsimi  rayon  Polis  İdarəsinin  rəis  müavini  Süleyman 

Nemətova  qarşı  cinayət  işi  açılması  ilə  bağlı  Nəsimi  rayon  prokurorluğuna  etdiyi  müraciətin  rədd 

edilməsindən  verdiyi şikayət üzrə qapalı keçirilən məhkəmə prosesində şikayəti təmin edilməyib.   2011-

ci  il  aprelin  2-də  İctimai  Palatanın  Bakıda  keçirdiyi  aksiyada   “Demokrat”  qəzetinin  baş  redaktoru 

Mustafa  Hacıbəyli  tutularaq  Nəsimi  Rayon  Polis  İdarəsinə  aparılıb  və  orada  idarənin  rəis  müavini 

Süleyman Nemətov tərəfindən  fiziki təzyiqə məruz qalıb. 

Fevralın  22-də   Ali  Məhkəmədə  hakim  İlham  Cəfərovun  sədrliyi  ilə  Reportyorların  Azadlıq  və 

Təhlükəsizlik  İnstitutunun  (RATİ)  Naxçıvan  müxbiri  Həkimeldostu  Mehdiyevin  Naxçıvan  Muxtar 

Respublikası Ali Məhkəməsinin 2011-ci il 10 noyabr tarixli qərarından verdiyi kasasiya şikayətinə təmin 

edilməməsinə  dair  qərar  verilib.   H.Mehdiyevə  qarşı  CM-nin   189-1.1-ci  maddəsi   ilə  (elektrik  enerjisi 

oğurlamaq) açılmış cinayət işinə əsasən Şərur rayon məhkəməsi onun 1000 manat cərimələnməsi barədə 

qərar çıxarmış, Naxçıvan Ali Məhkəməsi isə həmin qərarı qüvvədə saxlamışdı. 

Aprelin  10-da  Ali  Məhkəmədə  hakim  İmran  Hacıqayıbovun  sədrliyi  ilə  keçirilən  prosesdə   “Xural” 

qəzetinin bölgə müxbiri Aydın Canıyevin  Şirvan Apelyasiya Məhkəməsində prosesin məhkəmə istintaqı 



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

19 

qaydasında baxılmasına dair verdiyi və təmin edilməyən vəsatətinə dair verdiyi kasasiya şikayəti təmin 



edilməyib.  

Aprelin  11-də  Bakı  Apelyasiya  Məhkəməsində  hakim  Tofiq  Səmədovun  sədrliyi  ilə  “Yeni  Müsavat” 

qəzetinin  Müdafiə  Nazirliyinə  (MN)  qarşı  Səbail  rayon  Məhkəməsinin  18  noyabr  2011-ci  il  tarixli 

qərarından verilən apelyasiya şikayəti təmin edilməyib. İddiaya səbəb sentyabr ayının əvvəlində Müdafiə 

Nazirliyinin  Türkiyə  səfirliyi  və  “Anadolu”  agentliyinin  adından  “Yeni  Müsavat”  qəzetində   yazıldığı 

iddia  edilən  “Hərbi  məktəbdə  türk  müdavimlər  incidilir”  başlıqlı  bir  yazı  ilə  bağlı  bəyanat  yaymasıdır. 

Qəzet  belə başlıq altında heç bir yazının yazılmadığını, eləcə də apardığı  araşdırmalar zamanı Türkiyə 

səfirliyi  və  “Anadolu”  agentliyinin  belə  bir  bəyanat  vermədiyini   aydınlaşdırdığını  bildirir.  “Yeni 

Müsavat” qəzeti Müdafiə Nazirliyinin  saxtakarlıq etmək və təhqirlərə yol verdiyini iddia edərək, 50 000 

min  manatlıq  iddia  ilə  Səbail  rayon  Məhkəməsinə  müraciət  edib.  18  noyabr  2011-ci  il tarixində  Səbail 

rayon Məhkəməsi iddianın təmin edilmədiyi barədə qərar çıxarıb. 

Mayın  1-də  Yasamal  rayon  Məhkəməsində  hakim  Anar  Rzayevin  sədrliyi  ilə  “Azadlıq”  qəzetinin 

əməkdaşı, jurnalist Natiq Güləhmədoğlunun (Ədilov) “Lider” televiziyası və “Afra otel”ə qarşı qaldırdığı 

iddia  üzrə  məhkəmə  iclası  keçirilib.  Hakim  A.  Rzayev  jurnalistin  iddiasının  təmin  edilmədiyini,  onun 

üzərinə  150  manat    ekspertiza  xərclərinin  ödənilməsi  barədə  öhdəlik  qoyulduğunu  elan  edib.  Belə  ki, 

2011-ci  ilin  aprelində    jurnalistlər  Qan  Turalı  və    Natiq  Ədilovun  Oğuz  rayonunda  keçirilən  təlimdə 

iştirakları zamanı onların yaşadıqları otel otağında gizli çəkilmiş video görüntüləri “Lider” televiziyasında 

yayımlanıb. Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən 

üzr istənilməsi tələbinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsi iddiası ilə 

cavabdehlərin  hər  birindən  vurulan  mənəvi  ziyana  görə  100000  manat  təzminat  ödənilməsi    barədə  

tələblə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə