Azad Nəbiyev (Bakı Dövlət Univesitəsi)



Yüklə 237,46 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix01.11.2017
ölçüsü237,46 Kb.
#7808
  1   2   3   4   5   6   7   8


126 

 

Journal of Azerbaijani Studies 



  

 

AZƏRBAYCANDA AŞIQ SƏNƏTİ 



 

Azad Nəbiyev 

(Bakı Dövlət Univesitəsi) 

 

Oğuz  türklərinin  tarixi  yüksəliş  mərhələsində  ozan  institutu 

üzərinə  götürdüyü  başlıca  funksiyalardan  birini  –  yeni  superetnosun 

(azərbaycanlıların)  müstəqil  şəkildə  formalaşıb  əsaslı  təkamül  mər-

hələsi keçirməsi üçün lazım olan ən kiçik milli-etnik dəyərdən tutmuş, 

ən  böyük  epik-cəngavərlik  və  alplıq  hadisəsinə  qədər  zəruri  mənəvi-

estetik  dəyərləri  formalaşdırıb  başa  çatdırdı.  Bu  yaradıcılıq  ənənəsini 

geniş  əraziyə  yaydığı  kimi,  çoxsaylı,  müxtəlif  tərkibli,  eləcə  də 

yaddilli etnoslar arasında ona nüfuz qazandırdı. Həmin etnosların onu 

bu  və  ya  digər  şəkildə  qəbul  və  ya  təbdil  etməsinə  nail  oldu.  Geniş 

zaman  hüdudunu  əhatə  etməklə  milli  düşüncədə  hökmran  mövqe 

qazandı. 

Bu  ifaçılıq  institutu  uzun  zaman  hüdüdünda  formalaşmış  zəngin 

ənənələr  və  mənəvi-əxlaqi  dəyərlər  üzərində  meydana  gəlmişdi.  Mə-

lumdur ki, xalqımızın tarixən məskunlaşdığı ərazilərdə əski çağlardan 

sivil  ölçülər  qəlibində  bir  estetik  düşüncə  yaranıb  inkişaf  mərhələsi 

keçirmişdir.  Özünün  törəmə  və  tərəqqi  modelinin  formalaşmasında 

yerli  etnosların  təkamülündəki  estetik  dəyərlərə  söykənən,  onların 

ilkin  formulalarını  –  adət-ənənə,  başqa  əxlaqi  dəyərlərini  qəbul  edib 

nəsildən-nəslə ötürən bu düşüncə Şərq və Qərb mədəniyyətinin aparıcı 

meyl və istiqamətləri qovşağında bəşəri dəyərlərlə yanaşı, özünəməx-

sus yeni çalarlarla, - milli həyat detalları, süjet, motiv, obrazlar sistemi 

və yaradıcılıq ənənələri ilə də zənginləşdi. 

Ozan institutu öz repertuarında oğuz eposçuluğunun bütün sonrakı 

mərhələlərində  öncül  mövqeyini  –  süjetin  kompozisiya  quruluşundan 

tutmuş,  buradakı  sinkretizmi,bəşəri  dəyərlərin  ifadə  tərzini,  türkün 

tarixi taleyini, bədii mətnin poetik siqləti və s. kimi eposşünaslıq üçün 

zəruri  ölçüləri  qoruyub  saxladı.  Eyni  zamanda  oğuz  eposu  sonradan 

yaranıb  formalaşan,  bəzən  daha  qüdrətli  improvizatorçuluq  ənənələri 

üçün  ilkin  ədəbi  bir  zəmin,  qaynaq  oldu.  Bunun  mühüm  və  başlıca 

başqa bir cəhəti də oğuz eposunun yarandığı ərazidə onun ozan sənə-

tinin  estetik  dəyərlərini  əhatə  edən,  türk  düşüncəsi  ilə  qaynayıb-qarı-




Azərbaycanda aşiq sənəti 

 

127 



 

şan, heç bir asmilliyasiyaya uğradıla bilməyən qüdrətli estetik düşün-

cəyə – azərbaycançılığa söykənməsi idi. 

Azərbaycançılıq  b.e.  əvvəl  IV  əsrdə  yaranıb  Cənubi  Azərbaycan, 

İran Kürdüstanı, Şimali Azərbaycanın böyük bir hissəsini əhatə edən, 

zəngin  mədəniyyətə  və  iqtisadiyyata  malik,  üç  əsr  yarımdan  artıq  bir 

müddət  ərzində  ümumdünya  mədəniyyətinin  inkişafına  özünəməxsus 

töhfələr verən, müstəqil Azərbaycan dövlətinin ən qədim sələfi Atro-

paten dövləti ərazisində meydana gəlmişdir (1, s.5). 

Atropaten  ərazisində  gəlmə  və  yerli  etnosların  qarşılıqlı  diffe-

rensiyası  maraqlı  yaradıcılıq  prosesini  formalaşdırmışdır.  Türklərin 

özü ilə gətirdikləri prototürk düşüncəsi - məsələn, yarımçıq türk pan-

teonu,  qədim  türk  mifoloji  sistemi,  tanrıçılıq  görüşləri  və  s.  burada 

qədim  türk,  türk-Atorpaten  daxili  etnoslar  sinkretizmində  yeni  supe-

retnosu  (azərbaycanlıları)  formalaşdırmışdır.  Bu  superetnos  öz  erkən 

soykökünü  böyük  mühafizəkarlıqla  davam  etdirməklə  türk  və  İran 

mənşəli etnosların mədəni düşüncəsindən – dilindən və mənəvi dəyər-

lərindən fərqli dil və mədəni dəyərlər yaratmışdır. Yeni superetnosun 

formalaşdırdığı mədəni-kulturoloji vahidlər heç bir assimilyasiya pro-

sesinə  uğramadan  tarixən  özlərinə  məxsus  məskunda  (ərazidə)  azər-

baycanlıları və onlara məxsus yüksək estetik düşüncəni – azərbaycan-

çılığı bərqərar etmişdir. Elə buna görə də bu gün Azərbaycan danışıq 

dilinin tarixi bizim eranın II-III yüzilliklərinə gedib çıxır. Erkən azər-

baycançılıq qaynaqlarına əsaslanan Azərbaycan mifologiyası qarşılıqlı 

təmas  prosesində  prototürk  və  türk  mifoloji  sistemindən  bir  sıra 

mühüm elementlər - obrazlar, süjetlər və s.  qəbul etsə də  onu bütöv-

lükdə  təkrar  etməmiş,  ondan  xeyli  fərqli  çalarlar  yaratmış,  İran 

mifologiyasından  isə  əsaslı  şəkildə  fərqlənmişdir.  Bu  fərqləri  isə  mə-

sələn,  Altay  mifologiyası  ilə  türkmən  mifologiyasındakı  fərqlər  kimi 

qəbul etmək olar. 

Özünməxsusluğu bütün çalarlarda davam etdirib yaşadan azərbay-

canlılar  superetnos  kimi  şifahi  danışıq  dilini  də  daim  qoruyub  sax-

lamışlar.  Hətta  bir  sıra  yüzilliklər  ərzində  Midiya  dövləti  tərkibində 

yaşasalar  belə  azərbaycançılıq  ənənələrini  və  dilini  itirməmişlər.  Elə 

buradaca tarixşünaslıqda bu günə qədər diskussiya obyekti olan azər-

baycançılığın  mənşə  xüsusiyyətinin  dürüstləşdirilməsinə  aydınlıq 

gətirə biləcək işartılar görünməkdədir: yerli müxtəlif dilli (qafqazdilli) 

etnoslar  qədim  türk,  qıpçaq  və  oğuz  türkləri  ilə  qarşılıqlı  təmasda 




128 

Azad Nəbiyev 

 

superetnos  kimi  formalaşan  azərbaycanlılar  sonralar  hansı  dövlətin 



ərazisində  və  tabeliyində  yaşamalarından,  hansı  tayfa,  xalq,  millətlə 

daha sıx mədəni-iqtisadi və siyasi əlaqələrdə olmalarından asılı olma-

yaraq  azərbaycançılıq  ənənələrini  böyük  mühafizəkarlıqla  qoruyub 

saxlamış, nə türkçülüyün, nə də irançılığın ifrat nüfuz çevrəsinə düşüb 

assimilliyasiya olunmamışdır. 

Azərbaycan  dili  və  estetik  düşüncəsi  zaman-zaman  inkişaf  edib 

yüksəlmiş,  zəngin  şifahi  və  yazılı  mədəniyyət  yaratmışdır.  Bu  mədə-

niyyət bünövrə daşını b.e. əvvəl sonuncu  yüzillikdən başlayaraq ozan 

institutunu yaratmaqla III-V əsrlərdə oğuz eposçuluq ənənəsini forma-

laşdırmış VII-VIII əsrlərdən «Kitabi-Dədə Qorqud»la özünün  yüksək 

inkişaf mərhələsinə qədəm qoymuşdur. 

Ozan institutu yeni superetnosun epik və estetik düşüncə modelini 

yaratmış, dünyanı dərk etmə təcrübəsindəki tarixi uğurlarını yekunlaş-

dırmış,  erkən  mifoloji  baxışlarının  formalaşması  üçün  münbit  zəmini 

– superetnosun güclü epik və poetik təfəkkürünü formalaşdırmışdır.  

Superetnosun  qıpçaq  hunları  və  oğuzlarla  yeni  tarixi  differensa-

siyası onun güclü təkamülünə səbəb olmuş, bütün qarşılaşmalar qov-

şağında  öz  müvazinətini  saxlayıaraq  assimilliyasiya  edilməmişdir. 

Eyni  zamanda  o,  yaşadığı  ərazidə  superetnos  kimi  başqadilli  etnoslar 

üzərində  türkçülük  ənənələrinin  daha  əsaslı  nüfuzunu  bərqərar 

etmişdir.  

Superetnosun öncül mövqeyinə əsaslanan ozan institutu yeni tarixi 

şəraitdə  mifoloji düşüncədən daha ciddi həyat faktına əsaslanan epos 

düşüncəsinə keçidin əsasını qoydu. Ozan institutu etnosların qarşılıqlı 

diferensiasiyasında erkən  milli  zəmində  yaratdığı və topladığı ənənə-

ləri qıpçaq və oğuz türkləri ilə qarşılıqlı çarpazlaşma prosesində daha 

kamil mərhələyə yüksəldə bildi ki, bu da ona sonradan qüdrətli qıpçaq 

və oğuz eposçuluğunu yaratmaq iqtidarı verdi. Əslində bu, ozan insti-

tutunun  eyni  yaradıcılıq  ənənəsinə  əsaslanan  professional  improviza-

torçuluğu  idi.  Bu,  zaman  keçdikcə  qıpçaq-oğuz  estetik  düşüncəsini, 

məişətini, milli, mənəvi-əxlaqi dəyərlərini və mentalitetini əks etdirən 

fərqlər əsasında bir-birindən seçilməyə və ayrılmağa başladı. İlk mər-

hələdə qıpçaq və oğuzların epik təfəkküründə vahid sinkretizm yaran-

dı. Hun-qıpçaqların və oğuzların birgə həyatı, qonşuluq münasibətləri, 

qarşıdurmaları,  bir-birinə  qənim  kəsilmələri  epik  təfəkkürdə  öz  bədii 

əksini  tapdı.  Əbu-Bəkr  ət  Dəvadarinin  haqqında  məlumat  verdiyi 




Yüklə 237,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə