Azad ticarət zonalarının pl üzrə həsaslığı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü1,37 Mb.
#68324


“Azad ticarət zonalarının PL üzrə həsaslığı”na dair  

Metodoloji Rəhbərlik 

 

Anlayış

 

Azad  Ticarət  Zonalarının  (bundan  sonra  –  ATZ)  müxtəlif  dövlət  və  ya  ərazilərdə 

yaradılmasının  səbəbləri  ticarətin  təşviqi,  sahibkarlığın  inkişafı  və  birbaşa  xarici 

investisiyanın cəlb edilməsindən ibarətdir. Bu zonalar əsasən ixracla əlaqədar olan mal və 

xidmətlər  üçün  əlverişli  mühit  formalaşdırır,  habelə  bu  zonalarda  orada  işləmək  icazəsi 

olan şirkətlərə münasibətdə tənzimləmə mexanizmi minimal səviyyədə tətbiq edilir. ATZ-

lərin  əlavə  faydalarına  rüsum  və  tariflərdən  azad  edilmə,  sadələşdirilmiş  inzibati 

prosedurlar,  o  cümlədən  xammal,  maşınqayırma  avadanlıqları,  ehtiyat  hissələr  və 

avadanlıqların  gömrük  rüsumlarından  azad  edilməklə  idxalını  aid  etmək  olar.  Gömrük 

Prosedurlarının  Sadələşdirilməsi  və  Uzlaşdırılması  üzrə  Beynəlxalq  Konvensiyada  (Kioto 

Konvensiyası)  belə  ərazilər  “azad  zonalar”  adı  altında  tanınır.  Eyni  zamanda,  ATZ-nin 

fəaliyyəti  yalnız  işgüzar  fəaliyyətlə  məhdudlaşmır,  orada    pərakəndə  satış  müəssisələrinə, 

yaşayış  məntəqələrinə,  maliyyə  xidmətlərinə,  hətta  turizm  və  kazino  sektorlarına  rast 

gəlmək mümkündür. 



Beləliklə,  ATZ  dövlətin  ərazisi  daxilində  gömrük  və/və  ya  vergi  nəzarəti  baxımından 

xüsusi  statusa  malik  olan,  müəssisələrə  onların  inkişafının  stimullaşdırılması  üçün 

xüsusi  imtiyazlar  verilməklə  onların  ixrac  və  ya  idxal  məqsədləri  ilə  sahibkarlıq 

fəaliyyəti həyata keçirdiyi, yaxud xidmətlər təmin etdiyi ərazi və ya rejimdir.      

 

 

ATZ-lərin inkişaf mərhələləri və növləri 

ATZ-nin  təxminən  300  illik  bir  tarixə  malik  olmasına  baxmayaraq,  ilk  müasir  zona 

İrlandiyada  1959-cu  ildə  yaradılmış  Şennon  Azad  zonasıdır.  Bu  zona  yerli  iqtisadiyyatın 

inkişafına öz töhfəsini verərək sonradan bütün dünyada yaradılmış  ticarət və iqtisadiyyatın 



inkişafı məqsədi daşıyan müxtəlif adlar altında mövcud olan zonalar üçün model kimi çıxış 

etmişdir. Hazırda belə zonalarını ümumilikdə bir neçə kateqoriyaya bölmək mümkündür:  

1.Azad  Ticarət  Zonaları  –  ticarət,  daşınma  və  ixrac  məqsədləri  üçün  anbar  və  paylama 

xidmətləri təklif edən gömrük tariflərindən azad edilmiş ümumi  məqsədli zonadır. Əsasən 

liman ərazisində yerləşir. Nümunələr: Kolon Azad zonası (Panama), Sinqapur. 

2.  İxracın  Emalı  Zonaları  -  bir  çox  dövlətlər  tərəfindən  sənaye  və  ticarət  xarakterli 

ixracatın  yüksəldilməsi  məqsədilə  yaradılan  sənaye  zonalarıdır.  Belə  sənaye  zonalarında 

əsasən  əmək  tutumlu  yüngül  sənaye  müəssisələri  cəmləşirlər  (məsələn:  elektron 

avadanlıqların yığılması və geyim istehsalı). 2003-cü il üçün statistikaya əsasən, dünyanın 

116  dövlətində  fəaliyyət  göstərən  ixrac  emalı  zonalarında  43  milyon  şəxs  işlə  təmin 

olunmuşdur. Nümunə: Kəraçi (Pakistan). 

3. Müəssisə zonaları – Yerləşdiyi ərazidə  vergi  imtiyazları  və  maliyyə qrantları  vasitəsilə 

məxsusi  şəhər  və  kənd  ərazisində  inkişafa  nail  olmaq  məqsədilə  yaradılan  iqtisadi  inkişaf 

zonalarıdır.  Daha  çox  inkişaf  etmiş  ölkələrdə  rast  gəlinən  bir  zona  növüdür.  Nümunə: 

Docklands, London (Böyük Britaniya və Şimali İrlandiya Krallığı). 

4.  Azad limanlar – Zonaların sahə axımından ən böyüyü hesab edilir və turizm, pərakəndə 

satış və s. fəaliyyətləri özündə cəmləşdirir. Kifayət qədər çoxsaylı imtiyazlar və güzəştlər 

təmin edən azad  limanlar ənənəvi azad ticarət zonalarından  fərqi  ondan  ibarətdir  ki, onlar 

ixracın  təşviqi  mexanizmi  deyil,  ölkə  iqtisadiyyatını  bu  zonalarla  əlaqələndirərək  ümumi 

iqtisadi artıma öz töhfəsini verən bir zona olaraq qəbul edilir. Nümunə: Honqkonq (Çin). 

5. Bir fabrikdən ibarət ixracın emalı zonaları – Bəzi tədqiqatçılar bu tip zonanı azad ticarət 

zonalarına aid etmirlər. Belə zonalar ölkənin istənilən hissəsində yerləşən və digər zonalar 

kimi  xüsusi  gömrük  rüsumlarından  azad  edilmə  imtiyazı  ilə  təmin  edilmiş  yeganə  bir 

fabrikdən ibarət olur. Mavriki və Madaqaskarda belə zonalara rast gəlmək mümkündür. 

6.  Xarici  Ticarət  Zonaları    Bu  termindən  adətən  ABŞ-da  istifadə  edilir.  Bu  zonalar   

ABŞ-ın  gömrük  rüsumları  tətbiq  olunmadan  bütün  növ  ticarət  mallarının  saxlanılması 

mümkün olan limanlarda və ya onların yaxınlığında yaradılır.  



7. Xüsusi İqtisadi Zonalar – Bu tip zonalarda azad ticarət zonalarının vergi və inzibatçılıq 

baxımından imtiyazları investisiya, əmək qanunları, idarəetmə, əməkhaqqı normaları kimi 

məsələləri  də  əhatə  edir.  İlk  olaraq  Çində  tətbiq  edilməsinə  baxmayaraq,  belə  zonalara 

Hindistanda və digər dövlətlərdə də rast gəlmək mümkündür 

8.  Xüsusi  anbarlar  –  Gömrük  orqanlarının  nəzarətində  olan  xüsusi  müəyyən  edilmiş 

anbarlardır.    

Qeyd  edilən  zonalara  əlavə  olaraq,  bir  sıra  digər  zona  növlərinə  rast  gəlinir.  Belə  zonalar 

adətən  müəyyən  bir  sahədə  ixtisaslaşır.  Məsələn:  Dubay  İnternet  Şəhəri  (BƏƏ),  Labuan 

Ofşor Maliyyə Mərkəzi (Malayziya).   

 

 



Azad Ticarət Zonalarının zəiflikləri 

Azad  ərazilər  və  zonalar  hər  bir  ərazidən-əraziyə,  dövlətdən-dövlətə  fərqlənir.  Hətta  bir 

yurisdiksiya  daxilində  azad  zonalar  əməliyyat,  nəzarət  və  tələblərə  görə  bir-birindən 

fərqlənə  bilər.  Hər  bir  zona  daxilində  standart  yanaşma  mövcud  deyildir  və  bu  ərazinin 

qlobal  mənzərəsindən  irəli  gəlir.  ATZ-lər  ticarət  və  birbaşa  investisiyanı  həvəsləndirmək 

məqsədilə,  ayrıca  gömrük  zonası  olduğu  üçün  həmin  zonalar  fəaliyyət  növünə  və  iqtisadi 

inkişafına  uyğun  olaraq  xüsusi  qanun  və  nəzarət  mexanizmlərinə  malik  olurlar.  Bu 

xarakterik  cəhətlər  biznesin  inkişafına  şərait  yaratdığı  kimi,  eləcədə  cinayətkarların 

sistemin  zəif  cəhətlərindən  istifadəsinə  imkan  yaradır.  Sistemdə  boşluqlar  onun  cinayət 

yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində 

sui-istifadə  edilməsi  üçün  münbit  şəraitdir.  Baxmayaraq  ki,  ATZ-lər  xarakterinə  görə     

bir-birilərindən fərqlənirlər, çox vaxt onlar eyni zəiflikləri özlərində birləşdirirlər.   

 

PL/TMM tədbirlərinin ATZ-da tətbiqi.  

PL/TMM-in  ATZ-yə  yönəlik  tələblərinin  tətbiqi  yeni  bir  tendensiyadır.  Adətən  PL/TMM 

tələbləri maliyyə sektoruna geniş şəkildə tətbiq olunur, biznes və investisiya sektoru isə bir 

çox  hallarda  kənarda  qalır.  ATZ-lərin  inkişafı  həmin  ərazilərdə  tətbiq  edilən  qayda  və 

prosedurların inkişafından daha sürətlə getdiyindən indiki zamanda bir çox ATZ-də tətbiq 



edilmiş  qayda  və  prosedurlar  artıq  köhnəlmişdir.  Əvvəlki  dövrdə  qəbul edilmiş  qayda  və 

prosedurlar PL/TMM tələblərini özündə əks etdirməmişdir.  Bu  ATZ-nın biznes  mühitinin 

inkişafına  dəstək  versə  də,  cinayətkarların  belə  sistemdən  əlverişli  istifadə  edə  bilməsinə 

şərait yaratmışdır. Bir çox dövlətlər öz yurisdiksiyalarına tətbiq etdiyi PL/TMM tələblərini 

ATZ-na  tətbiq  etmirlər.  Məsələn,  PL/TMM  üzrə  preventiv  tələblər  –  böyük  valyuta 

əməliyyatlarına və şübhəli əməliyyatlara dair məlumat vermək öhdəliyi ATZ-lərə çox vaxt 

tətbiq  edilmir.    Buna  səbəb  ATZ-də  yerləşən  sahibkarlıq  subyektlərinin  ənənəvi  maliyyə 

sektorundan  kənarda  qalmasıdır.  Burada  nağd  dövriyyədən  istifadə  ticarət  əməliyyatlarını 

asanlaşdırır.  Nağd  dövriyyənin  mövcudluğu  maliyyə  institutundan  aslılığı  istisna  edir  və 

anonimlik  və  audit  mexanizminin  olmaması  PL/TMM  riskinin  yüksək  olmasına  gətirib 

çıxarır.  

 

Nəzarət tədbirlərinin zəif tətbiq edilməsi və şəffaflığın mövcud olmaması 

ATZ-lərdə  mallar  üzərində  gömrük  nəzarətinin  dairəsi  və  dərəcəsi,  ATZ-lərdə  aparılan 

iqtisadi  əməliyyatlar  yurisdiksiyadan  asılı  olaraq  fərqlənir.  ATZ-nın  yaradılması 

məqsədinə  uyğun  olaraq,  ATZ-də  gömrük  nəzarəti  bir  çox  hallarda  mövcud  olmur.  Bu 

ATZ-lərdən  ticarət  əsaslı  dələduzluq  əməllərində  sui-istifadəyə  imkan  verir.  ATZ-lərə 

gətirilmiş  mallar  müxtəlif  məqsədli  iqtisadi  əməliyyatlar  (tranzit  çatdırılma,  çeşidləmə, 

istehsal,  emal,  anbara  yerləşdirmə,  yenidən  paketləmə,  yenidən  nişanlama,  zamana 

əsaslanan  ticarət  üçün  saxlanılma,  çatdırılma)  üçün  istifadə  edilir.  Çatdırılmanın 

izlənilməsi  və  yenidən  paketləmə  ATZ-lərə  nəzarət  sistemində  əsas  xarakterik 

əməliyyatlardır.  Eyni  adla  müxtəlif  çatdırılma  əməliyyatları  qlobal  səviyyədə  pulların 

leqallaşdırılması  üçün  yaxşı  əsas  ola  bilər.  Baxmayaraq  ki,  ATZ  üçün  şərait  çox  zaman 

gömrük  nəzarətinin  səviyyəsindən  və  aidiyyəti  idarə  etmə  orqanlarından  asılı  edilir  və 

istənilən  əməliyyat  bu  orqanların  icazəsi  ilə  aparılır,  əməliyyatlara  gömrük  müdaxiləsi 

bəzən  lazımi  səviyyədə,  bəzən  isə  heç  olmur.  Bu  tipli  əməliyyatlarda  nəzarətsizlik  

malların  beynəlxalq  çatdırılmasına  dair  izlərin  itirilməsinə,  “zəncir”in  qırılmasına  səbəb 

olur. 



ATZ-lərdə  lisenziyaların  verilməsi  və  nəzarət  tədbirləri  bir  çox  hallarda  mürəkkəb  və 

bürokratik  olur  və  nəzarətin  həyata  keçirilməsinə  mane  olur.  Tənzimetmə  qaydalarında 

boşluqlar nəzarət tədbirlərini zəiflədir. Bəzi hallarda hökumətin və ya gömrük orqanlarının 

nəzarət  səlahiyyətləri  tam  əks  edilmir.  Bu  tipli  ərazilərdə  aparılmış  sorğu  əsasında 

müəyyən  olunmuşdur  ki,  nəzarət  tədbirləri  təsadüfi  seçimlər  vasitəsi  ilə  aparılır,  belə 

tədbirlərin  risk  qiymətləndirilməsi  ilə  konkret  prosedurlar  əsasında  aparılmasına  yol 

verilmir  və  nəzarət  tədbirlərinin  təşkilinə  və  aparılmasına  dair  heç  bir  sənədləşmə 

aparılmır. ATZ-lərdə mövcud olan potensial kommersiya dələduzluqlarından qorunmaq və 

ya  belə  əməlləri  aşkar  etmək  iki  müxtəlif  yöndə  aparıla  bilər:  I)  qəbul  edilən  malların  və 

biznes  əməliyyatlarının  üzərində  gömrük  nəzarətinin  səviyyəsinin  müəyyən  edilməsi:  II) 

ATZ-lərdən idxal olunan malların daşıdığı risk səviyyəsinin müəyyən edilməsi.  

ATZ-lərdə  əsas  hökumətdən  ayrı  fəaliyyət  göstərən  lokal  hökumət  hüquqi  şəxslərin 

qeydiyyatını və digər bu tipli məsələləri asanlaşdırmaqla bizneslərin cəlb edilməsi məqsədi 

güdür. Əksər  ATZ-lər  həmin ərazidə  hüquqi şəxslərin qeydiyyatı zamanı benefisiar sahib 

haqqında  informasiyanın  əldə  olunmasında  az  maraqlıdırlar.  Nəticədə,  hüquqi  şəxslər 

ATZ-lərdə  qeydiyyatdan  keçməklə  öz  fayda  sahibləri  haqqında  informasiyanı  gizlədə 

bilərlər.  Bundan  əlavə  ATZ-lərdə  tətbiq  olunan  PL/TMM  tələblərindən  yan  keçməklə 

hüquqi  şəxsin  təsis  prosesini  aparmaq  mümkündür.  Bu  həmin  və  yaxud  digər  ofşor 

zonalarda maliyyə sisteminə daxil olmaq üçün bir vasitə hesab edilir.  

ATZ-də aparılmış sorğunun təhlili, ATZ-lərdə biznesin təşkili üçün yurisdiksiyalar bir çox 

hallarda  hüquqi şəxslərə  məxsus  olan  benefisiar  sahibin  müəyyən  edilib  yoxlanılmasında 

zəifliklərin  olduğunu  göstərir.  Bundan  əlavə  sorğuya  görə  ATZ-lərdə  hüquqi  şəxslərin 

fiziki mövcudluğu həmişə tələb edilmir.  

 

Sistematik koordinasiyanın olmaması 

Gömrük  sənədləşməsi  və  inzibati  idarəetmə  regionlardan,  dövlətlərdən,  gömrük 

zonalarından asılı olaraq fərqlənirlər. Əksər hallarda sistematik inteqrasiyanın olmamasına 

baxmayaraq,  teoritik  olaraq  ATZ-də  aparılan  əməliyyatlar  haqqında  məlumat  inzibati  və 



gömrük  orqanlarına  ötürülməlidir.  Bundan  əlavə,  ATZ-lərdə  gömrük  orqanları,  lokal 

hökumət, federal və ya dövlət tənzimləmə orqanları və hüquq mühafizə orqanları arasında 

koordinasiya sistemi zəif qurulmuşdur.  

 

ATZ-lərdə PL/TM əməliyyatlarına dair tipologiyalar 



 

Tipologiya 1: 

Azad Ticarət Zonalara vəsaitlərin nağd gətirilməsi 

Ümumi dəyəri 14 mln AZN təşkil edən narkotik ticarəti və uşaq oğurluğundan əldə edilmiş 

pul  vəsaitləri  4  ay  ərzində  3  ölkənin  ərazisində  3  qrup  tərəfindən  toplanılır.  Toplanılan 

vəsaitlər  nağd  və  digər  köçürmə  əməliyyatları  vasitəsilə  2  qrupda  cəmlənir.  Sonuncu  2 

qrup  vəsaitləri  nağd  şəkildə  Azad  Ticarət  Zonalara  keçirirlər.  Burada  hər  hansı  nəzarət 

mexanizmi olmadığı üçün nağd vəsaitlər yaradılan saxta 2 hüquqi şəxsin (A və B şirkəti) 

bank hesablarına mədaxil edilir.  

Son əməliyyatlardan sonra 6 ay ərzində hər hansı maliyyə əməliyyatı icra olunmur. Lakin 6 

ay  sonra,  A  və  B  şirkətlərinin  hesablarından  X  ölkəsində  qeydiyyatdan  keçmiş  müvafiq 

olaraq  ABC  company  və  Alpha  company-nin  hesablarına  vəsaitlər  4  ayda  3  dəfə  hissə-

hissə  (  6  ay  əvvəl  bank  hesabına  mədaxil  olunan  vəsaitlər  nəzərdə  tutulur)  köçürülür. 

Köçürülmənin təyinatı ABC company üçün “mal-material alınması”, Alpha company üçün 

“xidmət göstərilməsi” təyinatı olur.  

İşin  araşdırılması  zamanı  hər  2  şirkətin  (ABC  və  Alpha  company)  təsisçilərinin  eyni 

şəxslər olduğu müəyyən edilir. 

İşə  nəzarət Azad Ticarət Zonasından X ölkəsində qeydiyyatdan keçən  2  hüquqi şəxsə ilk 

köçürmə zamanı başlamışdır. Ümumi araşdırma müddəti 1 il 2 ay təşkil etmişdir.  



 

 

 



Tipologiya 2: 

Qara Bazarda valyuta mübadiləsi (həvalə-alternativ bankçılıq) 

Mərhələ 1: 

ATZ  şirkəti  Asiyada  istehsalçılardan  əldə  olunan  malların  topdansatışını  həyata  keçirir. 

Mallar  Curacaoya  dəniz  yolu  ilə  gətirilir.  Azad  Zonaların  anbarlarında  toplanan  mallar 

vergidən azaddır. 

Ödəniş valyutası ABŞ dollarıdır. 

Mərhələ 2: 

Malların  70%-i  Venezuelada  pərakəndə  satış  məntəqələrində  satılmışdır.  Venezuelada 

ciddi  valyuta  qadağaları  səbəbi  ilə,  satıcılar  ABŞ  dollarının  əldə  olunmasında  çətinliklə 




qarşılaşırlar.  Bu  səbəbdən  əlaqəli  müəssisələr  alternativ  ödəniş  üsulları  axtarmaq 

məcburiyyətində qalırlar. 



Mərhələ 3: 

ATZ  şirkəti  malların  topdansatışı  ilə  bağlı  Caracas-da  olan  bank  hesabına  ödənişlərin 

bolivar (Venezuelada valyuta) ilə həyata keçirilməsini qəbul edir. Bu məqsədlə ATZ şirkəti 

vəzifəsi  mühasib olan 3 əməkdaşının hər birinin adına Caracasda olan bankda  hesab açır. 

Sözügedən  əməkdaşlar  bu  məqsədlə  Venezuela  vətəndaşlığını  asanlıqla  əldə  ediblər. 

Hesablar Curacaodan online idarə olunur.  



Mərhələ 4: 

ATZ  şirkətinin  Curacaodakı  bank  hesablarına  milyonlarla  ABŞ  dolları  və  Avro  nağd 

şəkildə  mədaxil  edilmişdir.  Şirkət  Venezuelada  malların  satışından  əldə  edilən  vəsaitləri 

tələb  edir.  ATZ  şirkətinin  mühasibləri  başqa  şirkətlərə  nağd  vəsaitlər  satmaqla  valyuta 

mübadiləsi  ilə  də  məşğul  idilər.  Mühasiblər  valyuta  mübadiləsindən  faiz  gəlirləri  əldə 

edirdilər.  ATZ  şirkəti  bolivarın  ABŞ  dollarına  mübadiləsini  həyata  keçirir  və  beləliklə, 

narkotik ticarətindən əldə olunan gəlirlər də bu vasitə ilə leqallaşır.  

İşin nəticəsində 11 həbs, 3 500 000 Niderland Antill Guilder ( Niderland Antilldə valyuta), 

1  milyard  Bolivar  (  təqribən  500 000  ABŞ  dolları)  məbləğində  vəsaitlə  bərabər  əmlak  və 

lüks maşınlar müsadirə edilmişdir.  

 



 

 

 



Tipologiya 3: 

Karusel  fırıldaqçılıq/Dubay  əlaqəsi/  Dövlət  büdcəsindən  sui-istifadə/Ticarət  əsaslı 

pulların yuyulması 

Belçika  şirkəti  beynəlxalq  dairəvi  (karusel)  Əlavə  Dəyər  Vergisi  (ƏDV)  cinayəti  ilə 

əlaqədardır.  Şirkət  Dubayda  malların  satışı  ilə  bağlı  idxal-ixrac  əməliyyatlarında  iştirak 

edir və Britaniyadakı müştərilər ilə sənədləşməni həyata keçirir. Əlaqələndirmədə əsas rolu 

itən  sifarişçi

1

  oynayır.  Böyük  Britaniyada  hesab-faktura  sxemində  vasitəçi  şəxslər  malları 



itən  sifarişçidən  alırlar  və  nəticədə  yenidən  Dubaya  ixrac  edirlər.  Beləliklə,  Böyük 

Britaniya  Xəzinədarlığından  ƏDV  vergisini  əldə  edirlər.  Hesab-faktura  sxeminin  hər 

mərhələsində ödəniş tapşırığı imzalanır və müqabilində, əlaqəli şəxslər “gəlir” əldə edirlər. 

                                                             

1

 İtən sifarişçi/biznesmen –  dövlət büdcəsindən ƏDV üzrə vergi cinayətində iştirak  edən tərəfə  deyilir. Adətən bu 



növ vergi qaçaqçılığı dairəvi dövr edir. Bu səbəbdən “karusel fırıldaqçılıq” da adlanır. 

 



Dairəvi hesab-faktura sxemində dövriyyədə olan mallar üçün Dubaydakı ilkin təchizatçıya 

son  ödəniş  Böyük  Britaniyada  həyata  keçirilir.  Sonuncu  məbləğə  Böyük  Britaniyanın 

ƏDV-si də daxildir. Vergidən yayınılan məbləğ Dubaydakı bank hesabına köçürülür. 

 

  



Fırıldaqçılıq dövriyyəsi  Avropada tamamlanmadan, Dubaydakı şirkətə ödəniş edilmir. Bu 

sxem ATZ-lərdə yaradılan hüquqi şəxslərin fəaliyyətinə nəzarət mexanizminin olmamasını 

göstərir.  

 

Tipologiya 4: 



Ticarət  əsaslı  pulların  yuyulması/  Qara  Bazarda  valyuta  mübadiləsi  (həvalə-

alternativ bankçılıq)/Terrorçuluğun maliyyələşdirilməsi 

Bu  iş  Kolumbiya,  Mərkəzi  və  Cənubi  Amerika,  Avropa,  Asiya,  Orta  Şərq  və  ABŞ-nın 

cinayətkar  dəstələrini  özündə  birləşdirir.  Araşdırma  dünyanın  müxtəlif  yerlərinə  tonlarla 

kokain  daşınması  yollarını,  Kolumbiya/Liviya  narkotik  marşrutunu  və  Liviyada  İslam 




ekstremist təşkilatı Hizbullahla əlaqəli geniş pulların yuyulması şəbəkəsini aşkar etmişdir. 

Qaçaqmalçıların  Yaxın  Şərqdə  fəaliyyətini  təmin  etmək  məqsədilə,  müvafiq  regionda 

satılan  narkotik  vasitələrin  bir  hissəsi  Liviyada  fəaliyyət  göstərən  Hizbullah  liderlərinə 

yönəldilmişdir.  

Şəbəkənin Asiyanın ticarət əsaslı I ölkəsində mərkəzi pulların yuyulması məntəqəsi var idi. 

Şəbəkə Qara Bazarda Peso Mübadiləsi (Black Market Peso Exchange – BMPE) vasitəsilə 

narkotik  ticarətindən  əldə  olunan  vəsaitləri  Asiya  maliyyə  institutları  və  ticarət 

şirkətlərində mübadilə edərək  aylıq 15 milyon ABŞ dollarını Kolumbiyaya göndərirdilər. 

Narkotik  ticarətindən  əldə  olunan  gəlir  I  ölkəsindəki  Kolumbiya  biznesmenləri  tərəfindən 

idarə  olunan  bank  hesablarına  köçürülürdü.  Kolumbiya  biznesmenləri  Cənubi  Amerikaya 

malların  daşınmasını  və  peso  brokerləri  ilə  valyuta  mübadiləsini  həyata  keçirirdilər. 

Qaçaqmalçılar  əvvəlki  və  ya  sonrakı  mal  satışı  dövriyyəsi  üçün  pullarını  alırdılar. 

Şəbəkənin  narkotik  ticarəti  fəaliyyətində  I  ölkə  vasitəsilə  narkotikin  mənbəyi  olan 

Kolumbiyaya    qayıtmaq  imkanı  vardı.  Panamada  Kolon  Azad  Ticarət Zonasında  (  Colon 

Free Trade Zone – CFTZ) bir  neçə  müəssisə narkotik ticarətindən əldə olunan toplu  nağd 

vəsaitlərin cəmləndiyi məntəqə kimi iştirak edirdi. 

Mayami  ilə  əlaqədar  olan  BMPE  sxemi  də  mövcuddur.  Mayamida  elektronik  mallar 

təchizatçısı  olan  şirkət  Kolumbiyaya  malların  daşınması  qarşılığında,  ABŞ  bank 

hesablarından narkotik ticarətindən qazanılan vəsaitləri əldə edirdi.  

Panama CFTZ-də malların idxal-ixrac əməliyyatları üçün şirkətlər arasında əməliyyatlar və 

buna  müvafiq  olaraq  sənədləşmələr  CFTZ  rəhbərliyində  və  Panama  Gömrük  sistemində 

saxlanılırdı.  

Müxtəlif qitələrdə eyni  mərkəz tərəfindən idarə olunan şəbəkə ATZ-nın zəifliklərindən və 

qanunvericilikdəki boşluqlarından faydalanaraq fəaliyyət göstərirdi.  

 



 

 

 



 

PL/TM risk indikatorları 

Sorğular və praktiki çalışmalar vasitəsilə azad ticarət zonalarında qeyri-leqal fəaliyyət üzrə 

xüsusi  indikatorlar  toplanmışdır.  Monitorinq  subyektləri  öz  fəaliyyətlərində  sadalanan 

indikatorları üstün tutmalı, şübhəlilik əsaslarını müəyyən etməlidirlər.  



Maliyyə institutları ilə əlaqəli xüsusi indikatorlar: 

 



Müştəri  tərəfindən  tələb  olunan  ödəniş  üsulu  əməliyyatın  risk  faktorlarına  uyğun 

deyildir. 

 

Əməliyyat  prosesində  əməliyyatla  əlaqəli  olmayan  üçüncü  tərəfə  nağd  və  ya  digər 



üsulla ödənişin olunması tələb olunur. 

 



Əməliyyat prosesində tez-tez dəyişdirilən ödəniş tapşırıqlarından istifadə olunur. 

 



Məcmu  kapitalı  az  məbləğdə  olan  hüquqi  şəxs  tərəfindən  gündəlik  olaraq  onun 

məcmu kapitalına uyğun olmayan çox sayda iri məbləğli əməliyyatların aparması 

 

Hüquqi  şəxs  daimi  şəkildə  iri  məbləğdə  vəsaiti  hesaba  mədaxil  edəndən  sonra 



müvafiq vəsait dərhal məxaric olunur. 


 

 Azad  ticarət  zonalarında  yaradılmış  fidusiar  (trast  və  s.)  şirkətlərdən  istifadə 



olunması. 

Qeyri-adi biznes fəaliyyəti ilə əlaqəli xüsusi indikatorlar: 

 



Mallar heç bir əsas olmadan bir neçə ölkənin sərhəddindən keçmək şərti ilə daşınır. 

 



Daşınma yolunun və / və ya maliyyə əməliyyatının istiqamətinin dövrü olması. 

 



Ticarət fəaliyyəti zamanı coğrafi mövqeyə uyğun olmayan malların daşınması. 

Ticarət əsaslı pulların leqallaşdırılması üzrə xüsusi indikatorlar:  

 



Malların  təsviri  və  faktiki  olaraq  daşınan  mallar  arasında  böyük  uyğunsuzluqların 

aşkar edilməsi. 

 

İnvoysda  əks  olunan  malların  qiyməti  ilə  orta  bazar  qiyməti  arasında  iri  fərqin 



olması. 

 



İdxalçı  və  ya  ixracatçının  normal  biznes  fəaliyyətinə  uyğun  olmayan  daşınan 

malların həcmi. 

 

İdxalçı  və  ya  ixracatçının  normal  biznes  fəaliyyətinə  uyğun  olmayan  daşınan 



malların növü. 

 



Ticarət  və  mühasibat  sənədlərində  malların  siyahısı,  şirkətlərin  adı  və  s.  bölümlər 

üzrə məlumatların düzgün verilməməsi. 

 

Daşınan malların həcminin qiymətinə uyğun olmaması. 



 

Eyni  mallar  ilə  dolu  olan  konteynerlər  dəfələrlə  idxal  və  ixrac  olunur.  Bu  eyni 



malların dövriyyə edilməsinə misal kimi göstərilə bilər. 

 



Ölkənin texniki səviyyəsinə uyğun olmayan malların idxal edilməsi. 

 



Mallar üçün sifarişlər göndəriş ölkəsindən fərqli ölkədə yerləşən fiziki və ya hüquqi 

şəxslər tərəfindən olunur. 

 

Daşınma şirkətinin ünvanının malların son çatdırılma nöqtəsi kimi qeyd olunması. 



 

Ticarət mallarının sərhədlərə yaxın mövqelərdə yerləşən ünvanlara çatdırılması. 



 

Sərhədlərə  yaxın  bölgələrdə  yerləşən  ticarətçilərə  satılan  asan  barter  oluna  bilən 



mallar (siqaretlər, təkərlər, benzin).  

 



PL sahəsində istifadə oluna biləcək  mallar (incəsənət əsərləri, qiymətli daşlar, tütün 

məmulatları və s.) daha yüksək nəzarətə cəlb olunmalıdır. 



 Şel firmalar (fiziki mövcud olmayan) üzrə üzrə risk indikatorları: 

 



Əməliyyat zamanı şel şirkətlərdən istifadə olunur. 

 



Vergidən  azad  olan  ərazilərin  iştirakı  ilə  invoyslar  düzgün  tərtib  edilməmiş  ixrac 

əməliyyatları. 




 

Qeyri-adi  əməliyyatlar  aparan  və  ofşor  mərkəzdə  yerləşən  şirkətlərdən  istifadə 



olunması  (məsələn  Dubayda  mövcud  olan  şirkətə  Belçikada  yerli  kommersiya 

fəaliyyətinin aparılması üçün kreditin verilməsi). 

 

Üçüncü tərəfdən istifadə olunması.  



 

«Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının 14 aprel 2009-cu il tarixli, 

791-IIIQ  nömrəli  Qanunu  ölkəmizdə  ATZ-lər  üçün  hüquqi  tənzimetmə  əsasıdır.  Qeyd 

edilən  Qanunun  qəbul  edilməsinə  baxmayaraq,  Azərbaycan  Respublikası  sərhədləri 

daxilində  ATZ-lərin  fəaliyyətinə  rast  gəlinmir.  ATZ-lərin  mövcud  olmaması  ATZ-lərdən 

istifadə  etməklə  PL/TM  əməllərinin  törədilmə  riskini  azaldır.  Lakin  bu  Azərbaycan 

Respublikasının  sərhədlərindən  kənarda  mövcud  olan  ATZ-lərlə  biznes  əməliyyatlarının 

aparılması  ilə  törədilən  PL/TM  risklərini  istisna  etmir.  Bu  səbəbdən  maliyyə  institutları 

transsərhəd  biznes  əməliyyatlarında  sayıqlıq  göstərməli,  əməliyyatlarda  sadalanan  risk 

indikatorlarının  formal  tələblərinin  olduğunu  təhlil  etməlidirlər.  Məqsəd  Azərbaycan 

sərhədləri  daxilində  qeyri-leqal  yolla  qazanılmış  pul  vəsaitlərinin  biznes  əməliyyatları 

altında nəzarətin zəif olduğu ATZ-də leqal əmlak kimi təqdim etməyin qarşısını almaqdır. 

Bu  həmçinin  ATZ-lərdən  leqallaşdırılmış  vəsaitlərin  Azərbaycan  maliyyə  institutlarına 

leqal vəsait adı altında daxil olmasının qarşısını alar.  



 

 

 



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə