Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   7   8   9   10   11   12   13   14   ...   68

23 
 
olan  məhəbbətində  və  sevgisində  bir  dəyişiklik  olmamışdı,  lakin  şah  sarayda  da 
nifaq və qarşıdurma istəmirdi. 
Qacar sarayının özəl bir süfrə mədəniyyəti var idi. Gözəl qadınlar Padşahın 
yemək  işləri  ilə  məşğul  olurdular.  Bu  qadınlar  böyük  yemək  sarayının  özəl 
xidmətçiləri  idilər.  Burada Padşah,  şahzadələr,  digər  şah  ailəsinə  mənsub  insanlar 
və bəzi məhrəm adamlar yemək yeyirdilər. Şahdan bir istəyi olan şahzadələr daima 
bu anı bəklərdilər ki, arzularını atalarına bildirsinlər
15

Bu şam yeməyinin birində Şah, Abbas Mirzənin çox dalğın və ruhən düşgün 
göründüyünü  hiss  etdi.  1805-ci  ilin  sevimli  bahar  günlərində  Abbas  Mirzənin 
ruhunu  saran  və  onu  yorğun  göstərən  bir  şey  var  idi.  Bu  durumu  həftələr  öncə 
sezmiş  olan  Şah,  sanki  bunun  səbəbini  bilirmiş  kimi  Abbas  Mirzənin  dalğınlığı 
haqda heç nə sormurdu. Lakin o gecə ən çox sevdiyi oğlunun bu qədər dalğınlığı 
onu bir ata olaraq etkiləməyə başlamışdı və nədən bu qədər dalğın olduğunu sordu. 
Abbas  Mirzə  sonsuz  bir  ədəb  və  ehtiramla  atasının  hüzurunda  göz  yaşları  ilə  bu 
sözləri söylədi: “Ata, məni Azərbaycandan ayırmayın lütfən. Məni Azərbaycandan 
ayıracaqsanızsa,  o  zaman  fərman  verin  məni  öldürsünlər.  Çünkü  mənim  üçün 
Azərbaycanla  ayrı  qalmaqla  ölümün  heç  bir  fərqi  yoxdur.  Lütfən  məni 
Azərbaycandan ayırmayın”
16
. 
Abbas  Mirzənin  bu  sədaqəti  atasını  çox  etkilədi.  Atasının  da  gözləri 
dolmuşdu. Fətəli Şah; “Səni Azərbaycandan ayırmayacağam” dedi. İlk kəz olaraq 
bu  anda  Abbas  Mirzə  atasından  bir  istəkdə  bulundu  və  “Ata,  mənə  Azərbaycanın 
hakimliyini də verin lütfən” - dedi. Şah bütün saray dedi-qodularına rəğmən Abbas 
Mirzənin  sədaqəti  qarşısında  yenik  düşdü  və  onun  bu  istəyi  ilə  də  razılaşdı. 
Beləliklə, Abbas Mirzə həm də Azərbaycanın elbayı oldu. 
Bu dönəmdən etibarən Abbas Mirzənin əsl həyatı başladı. Azərbaycan onun 
evinə  dönüşdü.  Azərbaycanın  onun  düşüncələrini,  istəklərini  uyqulamaq  (tətbiq 
etmək)  istədiyi  mərkəzə  dönüşmüşdü.  Ömrünün  sonlarında  tale  onu  başqa  yerə, 
Xorasana  apardığında  qürbət  hissi  canını  sıxmağa  başlayacaqdı.  Abbas  Mirzə 
Azərbaycanda ilk öncə hərbi islahatlara başladı. 
Şah, baharın sonlarında təkrar Sultaniyyəyə, Abbas Mirzə isə yeni görəvləri 
ilə  Qarabağa  gəldi.  Bu  dəfəki  səfərində  Azərbaycanın  digər  yerlərini  də  görsün 
deyə  yolunu  Qarabağdan  saldı.  Xudafərin  körpüsündən  keçərək  Qarabağa  vardı. 
Abbas  Mirzə  hər  şeydən  öncə  əski  İrəvan  xanı  kimi  onu  rahatsız  edən  bir  xanla 
hesablaşmaq  fikrində  idi.  Ruslarla  iş  birliyi  içində  olan  İbrahim  Xəlil  Cavanşirin 
rəftarı  onu  rahatsız  etməkdi  idi.  İbrahim  Xan  Qarabağda  əsgəri  birlik  toplayaraq 
kiçik  bir  ordu  düzəltmiş  və  ruslardan  da  yardım  istəmişdi.  Amma  ruslar  ona  tam 
dəstək  verməmiş,  sadəcə,  neçə  yüz  eyitilmiş,  ancaq  qazaq  olmayan  süvarilərlə 
onun  istəyinə  cavab  vermişdi.  Rusların  eyitilmiş  əsgəri  birliklərinə  qazaq 
                                                           
15
 Tariz-e Əzodi. 
16
 Eyni qaynaq. 


24 
 
deyirdilər.  Ancaq  rusların  qazaqlardan  başqa  qazaqlar  qədər  tam  eyitilməmiş 
birlikləri də var idi. İbrahim Xəlil Xan Cavanşirin oğlu bu birliklərin başını çəkirdi. 
O,  Abbas  Mirzənin  yolunu  Xudafərindən  keçərkən  kəsib  və  onunla  savaşmaq 
istəyirdi. Abbas Mirzə Xudafərin körpüsündən keçər-keçməz savaş başladı. Ancaq 
Abbas Mirzə bu zəif ordunu həmən məğlub edib dağıtdı. Bu zəif birlik dağıldıqdan 
sonra  Abbas  Mirzə  öz  ordusunu  iki  sütun  şəklində  Şuşaya  doğru  yönləndirdi.  Bu 
on  il  sürən  savaş  sürəsincə  və  sonralar  da  bütün  savaş  yolları  Şuşadan  keçir  və 
bəzən də Gəncəyə yönəlirdi. Bu savaş da bir irəliləyiş olmadan davam edirdi. Yəni 
ormanlığın içində pusuya durub və uyğun zamanlarda qarşı tərəfə zərbə endirilirdi. 
Gəncliyinin  ilk  çağlarında  hər  kəsə  rahatca  və  çox  tez  inanan  Şahzadə 
yavaş-yavaş  etimadsızlıq  dərsi  öyrənmiş  və  siyasiləşmişdi.  Dərbənd,  Quba  və 
Lənkəran  xanlıqları  vəfadarlıq  peymanlarını  yeniləyirdilər.  Lakin  nə  zamana 
qədər?  Mustafa  Xan  Şirvani  yenidən  ruslara  üz  tutmuşdu.  Baqratiyon 
şahzadələrinin  vəfadarlıqlarına  rəğmən  Gürcüstanda  Rusiya  yanlıları  güclənməyə 
başlamışdı.  İrəvanın  hakimi  Məhəmməd  Xan  təkrar  düşmənlə  gizlin  irtibata 
girmişdi.  Açıqcasına  rusların müttəfiqi olan Cəfər Xan Dənbəli vasitəçilik rolunu 
oynayırdı. 
Gəncədə  bulunan  işğalçı  rus  ordusunun  komandanı  Kutlerovski  rus 
ordusunun  məğlubiyyətini  eşitdikdən  və  Abbas  Mirzənin  Qarabağın  kilid  nöqtəsi 
olan  Şuşanı  mühasirəyə  etməyə  hazırlaşdığını  bildikdən  sonra  Qarabağdakı  rus 
ordusunun  və  müttəfiqlərinin  yardımına  gəldi.  Altı  gün  şiddətlə  davam  edən  bir 
savaş  başladı.  Ruslar  bir  qəbiristanlıqda  səngər  tutmuşdular.  Bu  savaşda  Abbas 
Mirzənin  önəmli  komutanlarından  biri  olan  Sadiq  Xan  Qacar  ağır  yaralandı.  Bir 
çox Azərbaycan ordusuna mənsub insanlar öldülər, ya da yaralandılar. Hər iki tərəf 
yorulmuş  və  savaş  yavaşımışdı.  Bu  fürsətdən  istifadə  edən  Kutlerovski  ordusunu 
Tərtərə  tərəf  çəkməyə  başladı.  Bu  an  Gəncəni  geri  almaq  üçün  önəmli  bir  fürsət 
yaranmışdı. İki il öncə Gəncəni işğal edən ruslar bölgəni yağmalamış və insanları 
bezdirmişdilər.  Bu  arada  Abbas  Mirzənin  şöhrəti  bütün  Azərbaycana  yayılmışdı. 
Gəncəlilər  də  onun  gəlişini  bəkləyir,  Abbas  Mirzəyə  yardımçı  olmaq  üçün  hazır 
idilər.  Abbas  Mirzəyə  bütün  Azərbaycan  məzlumlarının  hamisi  və  işğalçılardan 
intiqam  alan  bir  şəxsiyyət  kimi  baxılırdı.  O,  bu  fürsəti  dəyərləndirmək  amacı  ilə 
Şuşanın mühasirəsini yarımçıq buraxıb Gəncəni ələ keçirmək üçün bu şəhərə tərəf 
hərəkət  etdi.  Gəncəyə  yaxınlaşdıqca  minlərcə  rus  zülmündən  bezmiş  kəndlilər 
Abbas Mirzənin ordusuna qatılmaq üçün can atır, başvuruda bulunurdular. Ancaq 
Fətəli  şah  Şuşanın  alınmasında  israrlı  idi.  Şahzadə  və  Şah  arasındakı  bilgi  alış-
verişi  zamanın  itirilməsinə  səbəb  oldu.  Bu  fürsətdən  yararlanan  Kutlerovski 
yardımçı güc gətirib və güclü topxana oluşdurmağa nail oldu. Fürsət qaçırılmışdı. 
Abbas  Mirzə  anladı  ki,  geri  çəkilməkdən  başqa  çarə  yoxdur.  Çünkü  hərbi  sursat 
olaraq özündən daha güclü olan bir ordu ilə savaşa girmək məğlubiyyətindən başqa 
bir  nəticə  verməzdi.  Bu  da  xalqın  Abbas  Mirzəyə  olan  güvənini  zədələdi. 
Baxmayaraq ki, Abbas Mirzə ordunun səssizcə geri çəkilməsini əmr etmişdi, ancaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə