Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   12   13   14   15   16   17   18   19   ...   68

33 
 
səlahiyyətlə  bu  xurafatla  mübarizə  aparmaq  lazım  idi.  Bu  qədər  geniş  miqyaslı 
reformlar üçün Şahzadə deyil, Şah olmaq gərəkirdi. Abbas Mirzə bu amac uğrunda 
Nadir  Şahın  yapdığı  işləri  və  məzhəbi  reformları  haqda  bilgi  əldə  etmişdi.  Bu 
səbəbdən də bu sahədə görmək istədiklərini ağlında gizli saxlayaraq padşah olacağı 
zamana ertələdi.
*
 
Jauber,  Ərdəbili  tərk  edib  Tehrana  yola  düşmədən  öncə  Abbas  Mirzənin 
ordusunun  paradını  izlədi.  Şahzadə  çılğın  bir  atın  üstündə  məğrurca  oturmuş  və 
çox  rahatca  heyvanı  kontrol  edə  bilirdi.  Parad  bitdikdən  sonra  Jauber  Abbas 
Mirzənin çadırına çağırıldı. Abbas Mirzə öz ordusunun durumu haqda  mütəxəssis 
bir  yabançıdan  gerçək  bilgi  öyrənmək  istəyirdi.  Jauber  süvarilərin  yaxşı 
hazırlandığı haqda fikirlərini söylədikdən sonra ordunun ümumi durumu haqqında 
da fikrini bildirərək bir intizamsızlığın var olduğunu qeyd etdi. Abbas Mirzə üçün 
Jauberin fikirləri çox önəmli idi, çünkü bu, sadəcə, bir parad nümayişindən ibarət 
deyildi. Abbas Mirzə savaşa hazırlaşırdı. 
Jauber,  Napoleonun  mesajını  Fətəli  Şaha  çatdırmaqla  yükümlü  idi.  Bu 
üzdən də Şahzadədən ayrılıb və başkəndə yola düşmək zorunda idi. Abbas Mirzə 
özü  qonağın  yola  salınma  işlərinə  nəzarət  etdi.  At  üstündə  oturan  Abbas  Mirzə 
Jauberi yola salıb və özü də savaşa getdi. Bu şahzadə ilə Jauberin ilk və son görüşü 
oldu.  Ancaq  aralarında  yaranan  dostluq  əlaqələri  hər  iki  şəxs  arasında  hörmətlə 
qorunub saxlanıldı. 
Jauber,  Xalxal  yolu  ilə  Tehrana  yola  düşdü.  Zəngana  girərkən,  bu  şəhərin 
bazarı onun diqqətini cəlb etdi. Zənganın qapalı bazarına müştərilər sel kimi axın 
edirdi. Avşar ellərinin köçəriləri öz keçələrini, yunlarını satıb qumaş, silah alırdılar. 
Zəngandan  keçdikdən  sonra  əski  Sultaniyyə  şəhərinin  qalıqları  ilə  rastlandı.  Bu 
əski şəhərin qalıqlarından birisi də Xudabəndəlunun məzarı idi. Fətəli Şah bu əski 
Moğul  şəhərini  yenidən  onarıb,  bərpa  edəcəyindən  danışırdı.  Bu  üzdən  də  əski 
divarların  sökülməsini  və  orada  dincəlməsi  üçün  təpələrin  başında  imarətlərin 
tikilməsini istəmişdi. Jauber Qəzvində Məhəmmədəli Mirzənin  vəziri Baba Xanın 
                                                           
*
Burada  belə  bir  sual  ortaya  çıxır  ki,  Abbas  Mirzə  vaxtından  əvvəl  ölməsə  idi,  şah  olsaydı  tarixin 
istiqaməti  dəyişə  bilərdimi?  Bütün  Qacariyyənin  adı  “İran”  deyil,  Azərbaycan  ola  bilərdimi?  Çünkü 
tarix daha çox böyük şəxsiyyətlərin iradəsinin nəticəsidir. Abbas Mirzə şah olsaydı, Azərbaycanda çox 
erkən bir zamanda sekular toplum və milli bir dövlət yarana bilərdimi? Abbas Mirzənin türk dilinə olan 
sayqısı  bütün  Qacar  uzmanları  batılı  tarixçilər,  səyyahlar  tərəfindən  etiraf  edilməkdədir.  Jauber  də 
xatirələrində etiraf edir ki, Abbas Mirzə ən möhtərəm və mötəbər qonaqları ilə, özəlliklə də yabancılarla 
fars dilində deyil, türk dilində danışmağı tərcih edirdi. Türkcəyə olan bu qədər sempatisi nədəni ilə bu 
gün türk dili  fars  dilinin  yerinə  dövlət dili  ola bilərdimi?  Bütün  Qacar  dövləti  Ağaməhəmməd  Xanın 
iradəsinin  məhsulu  olduğıı  kimi  Qacariyyənin  varisi  olacaq  Azərbaycan da  Abbas Mirzənin iradəsinin 
nəticəsi  ola  bilərdimi?  Abbas  Mirzənin  xarakterini,  dünyagörüşünü,  Azərbaycan  sevgisini, 
Azərbaycanda  gerçəkləşdirdiyi  reformları  öyrəndikcə  bu  sorular  istər-istəməz  oxucunun  ağlında 
canlanır. Əgər bu sualların cavabı müsbətdirsə o zaman bütün tarixi fürsətlərdə Azərbaycan şanssızlıqla, 
talesizliklə rastlanmışdır. (G.C.) 
 
 


34 
 
möhtəşəm  sarayında  bulunduğunu da  yazmaqdadır. O  zaman Şahzadə  Dövlətşahi 
Kirmanşahda  bulunmaqda  idi.  Haziran  ayının  əvvəllərində  Jauber  Tehrana 
vararkən, bu şəhər istidən sanki boğulmaqda idi. Başkəndin 3 ağaclığında yabançı 
qonaqların qarşılanması  üçün  özəl bir  yer nəzərdə  tutulmuşdu. Jauberi qarşılayan 
xanların  və  əyanlarm  paltarlarındakı  zinətlər  günəşin  şüaları  altında  par-par 
parıldayırdı.  Bunlar  Napoleonun  özəl  elçisini  bu  qədər  sadə  libas  içində 
gördüklərində  heyrət  edirdilər.  Onu  bu  şəkildə  təcəssüm  etməmişdilər.  Tehranda 
Jauberi gözəl bir sarayda yerləşdirdilər. 
Şahla  görüş  zamanı  gəlmişdi.  Fətəli  Şah  bir  neçə  pilləsi  olan  bir  taxtda 
oturmuşdu.  Jauberin  Şahla  məsafəsi  çox  olduğundan  onun  üzünü  görə  bilmirdi. 
Qəbul törəninin sədri ayaqqabısını çıxarıb başını əyərək Şahın hüzurunda dayanıb 
dedi:  “Ey  Şah  humayun,  ey  yer  üzünün  ən  böyük  şahı,  ey  zillüllah  (Tanrının 
kölgəsi),  Fransanın  elçisi,  Fransa  xalqının  ərbabını  təmsil  edən  şəxs  Sizinlə 
görüşmək  istəyir.  O  öz  ərbabı  tərəfindən  Sizə  bir  məktub  və  hədiyyə  olaraq  da 
cavahirat gətirmişdir.” 
Şah,  “xoş  gəlmişdir”  dedi.  Şahın  bu  ifadəsindən  sonra  vəzirlərdən  biri 
Jauberə  yaxınlaşdı.  Ona  pillələri  göstərib  və  irəli  doğru  yavaş-yavaş  yürüməsini 
istədi. Taxtın yanında Şahın üç gənc oğlu və bir neçə xidmətçi dayanmışdı. Jauber 
diz  çöküb  padşahı  salamladı.  Napoleonun  məktubunu  altunla  toxunmuş 
çantasından  çıxarıb,  altun  bir  tabağın  içinə  qoyaraq  Şaha  sundu.  Padşah  Jauberin 
türkcə  və  farsca  bilməsindən  məmnun  idi.  Çünkü  tərcüməçiyə  ehtiyac  olmadan 
danışa biləcəkdilər. Bu üzdən də rəsmi törənin sona ərməsindən sonra bağçada baş-
başa bərabərcə gəzindilər. Lakin bütün bu hərarətli qarşılanmaya rəğmən Tehranın 
isti  havası  Jauberin  zövqünə  uyğun  gəlmədi.  Jauber  çox  ağır  bir  xəstəliyə  və 
qızdırmaya  yaxalandı.  Şahın  özəl həkimləri onun  müalicəsinə  çalışırdılar. Padşah 
Jauberi Tehrandan uzaqlaşdırıb və dincəlməsi, müalicə olması üçün Sultaniyyədəki 
sarayına  göndərdi.  Xəstəlik  durumu  nisbətən  yaxşılaşan  Jauber  Sultaniyyədə 
Qacariyyə  ilə  Fransa  arasındakı  müttəfiqlik  anlaşmasına  imza  atdı.  Jauber  üçün 
vida mərasimi düzənlənirkən Şahın özəl həkiminə onunla sınıra qədər getməsi əmr 
edildi. Jauber sınırı keçdikdən sonra Şahın özəl həkimi rahat nəfəs aldı. Çünkü Şah 
ona “Jauberin sağlığından sən sorumlusan, o öləcək olursa, sən də öləcəksən, bunu 
bilmiş ol. Bu üzdən də çox diqqətli ol, diqqətlə davran” demişdi. 
Fətəli Şah sarayın önəmli adamlarından biri olan Mirzə Rzaquluxan adında 
bir  şəxsi  Qacar  dövlətini  təmsil  edən  diplomat  kimi  Fransa  imperatoru  ilə 
görüşmək  üçün  görəvləndirdi.  Mirzə  Rzaquluxan  Qəzvində  Məhəmmədəli 
Mirzənin  vəzirliyini  etmişdi.  Bu  elçi  yola  düşüb  Jauberə  çatdı.  Jauberlə  bərabər 
Napoleonun  bulunduğu  Finkinaştayna  qədər  getdilər.  Mirzə  Rzaquluxan 
Finkinaştaynda  qaldı.  Anlaşmanın  ayrıntılı  şəkildə  hazırlanıb  imzalanması  üçün 
gözlədi.  Bu  anlaşmaya  görə  Fransa,  Rusiyanın  işğal  etdiyi  torpaqları,  özəlliklə 
Gürcüstanı  geri  almaq  üçün  Qacariyyəyə  yardım  edəcəkdi.  Bu  görüşdə  bulunan 
ünlü rəssam Deyvid, Qacariyyə heyətinin imperatorla görüşünü rəsm etmişdir. Bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə