Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   18   19   20   21   22   23   24   25   ...   68

45 
 
dışında Şahzadənin özəl həyatını yansıtacaq heç bir şey yoxdur. Ömrünü yurdunun 
qorunması üçün savaşlara həsr edən bir savaşçının ancaq bu qədər özəl həyatı ola 
bilər. Druvil, Abbas Mirzəni bir neçə dəfə Təbrizin küçələrində bir çocuqla bərabər 
at  çaparkən  gördüyünü  yazır.  Druvil  Şahzadəyə  “Bu  yaşda  çocuğa  bu  hərəkətləri 
öyrətmək  tez  deyilmi”,  -  deyə  sorar  və  Şahzadə  cavab  verər  ki,  bu  çocuğun  bir 
savaşçı olmasını istəyirəm. Bu üzdən də savaş fənnlərini nə qədər tez öyrənsə, bir o 
qədər yaxşıdır. Druvilə görə bu çocuq böyük ehtimalla Abbas Mirzənin çox sevdiyi 
qadını  bəzirgan  qızından  olmuşdur.  Lakin  sonralar  Abbas  Mirzənin  güvənini 
qazanan, gələcəyinə ümid bağladığı Cahangir Mirzə olmuşdur. Cahangir Mirzənin 
isə  ana  tərəfindən  soyu  bəllidir.  Cahangir  Mirzə  ana  tərəfindən  böyük  xanların 
birinə  bağlı  idi.  Druvil  onun  özəl  xüsusiyyətləri  haqda  bunu  da  yazmaqdadır  ki, 
güldüyü  zaman  çox  içdən  və  qəhqəhə  ilə  gülürdü.  Şahzadə,  Təbrizin  otuz 
ağaclığında olan  Ucan qəsəbəsində özünə bir saray tikdirmişdi. 
Daima  hərəkətdə  olan  Abbas  Mirzə  Arazın  iki  sahilində  də  imarətlər 
tikdirmişdi.  Bu  imarətlər  onun  ordusunu  yoxladığı  zaman  dincəldiyi  yerlər  idi. 
Onun həyatının bütününə çevrilmiş Azərbaycanın hər yerini zövqlə gəzib dolaşırdı. 
Özəlliklə  Urmunun  bərəkətli  torpaqlarında  dolaşmaqdan  ləzzət  alırdı.  Urmuda 
kürdlərin basqısından bezən kəndlilər Şahzadəni gördüklərində böyük bir güvənlə 
ona yaxınlaşmaq və ona olan sevgilərini bildirmək istəyirdilər. Abbas Mirzə də bu 
zəhmətkeş  insanların  ona  yaxınlaşmalarına  izn  verirdi.  Heç  bir  hadisə  onu 
Azərbaycan  insanları  ilə  bir  yerdə  olmaq  qədər  sevindirmirdi.  Bu  torpağa  elə 
bağlanmışdı  ki,  Tehrana  getməyi  heç  ağlına  gətirmir  və  Tehrandakı  Şah 
sarayındakı  intriqaları  vecinə  almırdı.  O,  Azərbaycana  mənsub  olmaqdan  qürur 
duyurdu.  Lakin  Abbas  Mirzənin  içini  gizlin  bir  dərd  sökməkdə  idi.  O,  rus 
ordusunun  daha  güclü  və  silah  baxımından  daha  üstün  olduğunu  bilirdi.  Bir  gün 
ruhu və qəlbi qədər sevdiyi bu torpağı,  Arazın o tayını rusların işğal edəcəyindən 
əndişələnirdi.  Bu  dərd  onu  için-için  içindən  yeyirdi.  Bu  üzdən  də  ruslara  qarşı 
qoymaq üçün alternativ yollar arayırdı. 
*** 
1811-ci ilin qışında yeni bir ingilis heyəti Tehrana gəldi. Ser Qor Ozli yeni 
bir  anlaşma  planı  gətirmişdi.  Bu  plan  1809-cu  ildəki  əksik  qalan  İngiltərə 
mənafeyini  tam  təmin  etməkdə  idi.  İngilis  səfiri  Rusiya  ilə  Qacariyyənin  savaşı 
tərk  etmələri  yönündə  anlaşmalarını  istəyirdi.  Şah  da  bu  təklifə  xoş  niyyətlə 
baxmaqda  idi.  Lakin  önəmli  olan  Abbas  Mirzəni  yola  gətirmək  idi.  Bu  amacla 
ingilis səfiri Təbrizə yola düşdü. Səfir Şahzadə haqqında öncədən bilgi əldə etmiş 
və onun xarakteri, zəkası haqda qiyabi olaraq bilgi sahibi olmuşdu. İndi bu şəxslə 
görüşə  gedirdi.  Səfir,  Abbas  Mirzəni  barışa  razı  etmək  üçün  ağlında  bir  sürü 
dəlillər birikdirmişdi. 
Səfir  Təbrizə  çatdığında  Rusiyanın  baş  qərargah  rəisi  Reşitovun  orada 
olduğu  xəbərini  aldı.  Rusiya  ilə  İngiltərə  öz  aralarında  sülh  haqqında  danışıqlar 
aparırdılar və sonuca varmalarına da az qalmışdı. Bu üzdən də ruslar, İngiltərənin 


46 
 
Abbas  Mirzəni  barış  konusunda  ikna  edəcəklərini  düşünürdülər.  Ser  Qor  Ozli  öz 
dövləti  tərəfindən  tam  yetkiyə  sahib  idi.  Bu  üzdən  bölgədəki  durumu  daha  yaxşı 
öyrənmək  amacı  ilə  Robert  Qordan  adında  birini  Gürcüstana  göndərdi.  Digər 
tərəfdən, Abbas Mirzəni razı salacaq bütün yolları denəməkdə idi. Ser Qor Ozli bir 
ay  Azərbaycanda  qaldı.  Bu  müddət  içində  gah  Təbrizdə,  gah  da  Abbas  Mirzə  ilə 
bərabər ordu barınaqlarına, qərargahlarına gedirdi. Bu arada James Morier üçüncü 
şəxs olaraq və bir az da tərcüməçi  simasında onların bütün birlikdəliklərinə tanıq 
olmuşdur.  Bu  tanıqlığını  “İkinci  səfər”  kitabında  xatirələr  şəklində  qələmə 
alacaqdı.  James  Morier  bu  sırada  Şahzadənin  qardaşı  Məhəmmədəli  Mirzənin 
Tehran  mollaları  ilə  yanaşı  onun  reformlarına  qarşı  olduğunu  səfirə  söyləyir, 
Tehranda  ona  qarşı  olan  fitnələrdən  İngiltərə  Böyük  Elçisini  xəbərdar  edirdi.
25
 
Abbas  Mirzə  bu  Batılı  adamların  davranışlarına,  öngörülərinə,  metodlarına, 
səliqələrinə  və  bilgilərinə  heyran  olurdu.  Səfir  öz  məntiqi  ilə  bu  bir  ay  içində 
Şahzadəni çox etkiləmişdi. Böyük elçi Azərbaycanda böyük islahatlar üçün barışın 
nə  qədər  önəmli  olduğu  haqda  Abbas  Mirzəyə  etkiləyici  sözlər  söyləmiş  və 
Şahzadə  bu  reform  arzusunun  gerçəkləşməsi  üçün  sülhün  lazım  olduğunu 
anlamışdı.  Lakin  1812-ci  ildə  ruslar  tərəfindən  önərilən  sülhün  mətni  ilə  tanış 
olduğunda çox qızmışdı. Bu önəridə Abbas Mirzə Azərbaycanın bir çox bölgələrini 
ruslara buraxmalı idi. 
*** 
Abbas Mirzə Fətəli Şahın Azərbaycana səfərini duyduğunda atasını Ucanda 
qarşılamaq  üçün  gərəkən  hazırlıqları  gördü.  Səfiri  də  atasını  qarşılamaq  üçün 
Ucana  çağırdı.  Səfir  Ucana  çatdıqdan  bir  neçə  gün  sonra  carçılar  car  çəkdilər  ki, 
Şah  gəlməkdədir.  Abbas  Mirzə,  içində  səfirin  də  olduğu  bir  heyətlə  Şahı 
qarşılamağa  çıxdı.  Səfir  və  heyəti  Abbas  Mirzənin  bir  davranışına  heyrət 
etmişdilər.  Abbas  Mirzə  atdan  enərək  Şahın  istiqbalına  varıb  diz  çökmüş,  alnını 
torpağa yapışdırmış və Şahın atının ayağının izini öpmüşdü. Səfir, Şahın sarayında 
Şahzadənin  bu  davranışını  yansıtan  tablolar  görmüşdü,  lakin  bu  tabloları  xəyalın 
ürünü  olan  sənət  əsəri  kimi  anlamışdı.  Yabançılara  görə  bu  şəkildə  Şahı  sitayiş 
etmə insanın şəxsiyyətini əzir, insanı kiçik düşürürdü. 
Abbas  Mirzənin  Ucanda  daha  çox  qalmağa  vaxtı  yox  idi.  Ucanın  səkkiz 
ağaclığında  Mərənd-Naxçıvan  yol  qovşağında  yerləşən  ordu  qərargahına  baş 
çəkməyə  getdi.  Bu  qərargahda  James  Morier  onu  ziyarət  üçün  zaman  istəmişdi. 
Səfirin  Tiflisə  göndərdiyi  elçisi  bilgi  birikdirib  və  geri  dönmüşdü.  Səfir  bu 
bilgilərin  nəticəsini  Şahzadəyə  çatdırmaq  üçün  James  Morieri  görəvləndirmişdi. 
James  xatirələrində  yazır  ki,  səhər  erkəndən  Təbrizdən  çıxmış,  gün  batançağı 
Sufiyanda istirahət etmiş və gecə bitənə yaxın qərargaha varmışdır. Ətraf kəndlilər 
bir aslanın onlara zərər verdiyini Abbas Mirzəyə şikayət etmişdi. Abbas Mirzə bu 
aslanı  tapıb  ovlamaq  üçün  ova  çıxmışdı.  Ovdan  dönən  Şahzadə  həmən  James 
                                                           
25
 James Morier “İkinci səfər”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə