Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   53   54   55   56   57   58   59   60   ...   68

116 
 
bəlləyində  (yaddaşında)  qorxunc  bir  xatirə  yaşayırdı.  Kirman  1790-cı  ildə 
Zəndiyyənin  son  qalası  durumundaydı.  Bu  ildə  Ağaməhəmməd  Xan  Qacar 
Kirmanı  fəth  etmək  üçün  ordusunu  səfərbər  etmişdi.  Şəhər  əhalisi  Lütf  Əli  Xan 
Zəndi savunduqları üçün Ağaməhəmməd Xan Qacar Kirmanı aldıqdan sonra şəhər 
sakinlərinin çoxunu öldürmüşdü. Bu üzdən də şəhər əhalisinin xatirəsində hələ də 
canlı olan bu hadisə onları Həsənəli Mirzənin yanında olmamağa sövq edirdi. Bu 
arada  Abbas  Mirzənin  Kirman  əhalisinə  göndərdiyi  mesajlar  da  şəhərin 
bazarlarında  ağızdan-ağıza  dolaşırdı  ki:  “Yalnız  dövlətə  baş  qaldıranları  təqib 
edəcəyik  və  əhali  ilə  işimiz  yoxdur.  Yəzddəki  durumu  gördük  və  çox  rahatsız 
olduq. Kirmanın da Yəzd kimi aclıq səviyyəsinə düşməsini istəmirik. Azərbaycan 
ordusu  burada  qalmağa  gəlməməkdədir.  Kirmanda  əmin-amanlığı  bərqərar 
etdikdən həmən sonra  Azərbaycana dönəcəyik. Ordunun xərcini Kirman  əhalisinə 
yükləmək kimi niyyətimiz yoxdur.” 
Böyük ehtimalla  Kirmanda hələ açıq şəkildə Həsənəli Mirzəyə qatılmayan 
saxlunun  önəmli  şəxsiyyətləri  bazar  əhli  ilə  gizlin  münasibət  qurub  və  Abbas 
Mirzənin  göndərdiyi  mesaja  olumlu  cavab  vermələrini  istəmişlər.  Lakin  Həsənəli 
Mirzə  dirənmək  fikrində  idi.  Xüsusən  Abbas  Mirzənin  nifrətini  içlərində  daşıyan 
bir çox adamlar da ona savaşmağı təlqin edirdi. 
Bu  arada  Kirmana  xəbər  gəldi  ki,  Azərbaycan  ordusu  Kirmanın  bir 
ağaclığındadır. Bu xəbər gəldikdən sonra üsyankar şahzadənin rəftarı dəyişilməyə 
başladı. Sanki bir şəbəh onun ruhunu işğal etmişdi. Bir çox təzadlı əmrlər verir və 
sanki əmrlərinin keçərliliyi olmadığını sezmişdi. Əcəba onun əski xatirələrimi baş 
qaldırmağa başlamışdı? Çocuqluqdan bəri Abbas Mirzənin bütün alanlarda ondan 
üstün  olduğunu  bilirdi.  Abbas  Mirzənin  barış  elçiləri  qala  divarlarının  arxasında 
“təslim  olun!”  çağrışları  ilə  bağırırdılar.  Bu  arada  Həsənəli  Mirzənin  müttəfiqləri 
inanılmaz  bir  hadisəyə  şahid  oldular.  Dirənmək  üçün  fərman  verməsi  yerinə 
Həsənəli  Mirzə,  Abbas  Mirzəni  qarşılamaq  və  istiqbalına  varmaq  üçün  hazırlığa 
başlamışdı. 
Azərbaycan  ordusu  qalanın  kənarlarında  yerləşmişdi.  Abbas  Mirzə 
qardaşının təslim olub və onun qarşısına gəlməyə hazır olduğunu duyduğunda əmr 
verdi ki, onunla bir şahzadə kimi davranılsın. Sonra da onu öz çadırına dəvət etdi. 
Onlar çadırda artıq yaxın əqrəba kimi söhbətləşirdilər. Abbas Mirzə iki il öncə onu 
vəliəhdlikdən  almaq  istəyən  qardaşına  qarşı  çox  ədəblə  davrandı.  Onu  bir  qrup 
süvari ilə Tehrana göndərdi. Fətəli Şah əmr verdi ki, onu kontrol altında bir evdə 
saxlasınlar.  Lakin  bu  onun  üçün  böyük  bir  cəza  sayılmırdı.  Bu  arada  Abbas 
Mirzədən intiqam almaq amacı ilə Həsənəli Mirzəyə qatılan bir çox xanlar Kirman 
qalasını tərk edib və dirənmək üçün öz qalalarına pənah apardılar. 
Bahar  yaxınlaşmaqda  idi.  Azərbaycan  ordusu  geri  dönməyə  hazırlaşırdı. 
Azərbaycan  ordusuna  mənsub  olan  hər  kəs  Şahzadənin  özü  kimi  təkrar 
Azərbaycana  dönmələrindən  dolayı  sevinirdilər.  Lakin  bilmirdilər  ki,  tale  onlar 
üçün başqa bir macəra hazırlamaqdadır. 


117 
 
Şahzadələrin  boğuşmalarının  bitməsindən  arxayın  olan  Fətəli  Şah,  Novruz 
bayramını daha rahat və təmtəraqla keçirmək istəyirdi. İsfahan bağları bahar fəslini 
Tehran  bağlarından  daha  tez  qarşılayır.  Bu  üzdən  də  Şah  öz  hərəmsərası  ilə  bir 
yerdə  Novruzu  İsfahanda  keçirmək  fikrində  idi.  Bu  səfərdə  diqqəti  cəlb  edən  və 
gələnəklərə  uyğun  olmayan  bir  hadisə  baş  verdi.  Şah,  sadəcə,  öz  ordusuna 
güvənmədi, Ərak və Mazəndəran orduları da bu səfərdə Şaha eşlik etdilər. 
Əyləncə  mahiyyətli  səfərin  bu  qədər  geniş  önləmlərlə  yapılması  hər  kəsin 
ağlında  soru  işarəti  oluşdurmaqda  idi.  Çünkü  Şah,  öncəki  səfərlərində  bu  qədər 
önləm  almamış,  sadəcə,  özünün  özəl  qoruyucu  ordusuna  kifayət  etmişdi.  Abbas 
Mirzənin  düşmənləri  yenə  də  Şahı  etkiləməyi  başarmışdılar.  Şaha  dolayısı  ilə 
anlatmışdılar ki, bütün Şahzadələr bir-birləri ilə çəkişərək çökmüşlər, baxmayaraq 
ki,  o çəkişmələrin Şaha  ziyanından daha  çox  faydası  var idi.  Meydanda  qalan  və 
güclü  olan  ancaq  Abbas  Mirzədir.  Abbas  Mirzə  sadəcə,  yenilikçi  zehniyyəti  ilə 
Padşaha qarşı təhlükə ünsürü deyildir, həm də ölkədə inzibatına və disiplininə görə 
birinci yerdə duran ordusu ilə də təhdid amilidir. Azərbaycan ordusunu Şaha qarşı 
yönləndirib  və  iqtidarı  bütünü  ilə  ələ  keçirə  bilər,  deyə  ard-arda  imalar  və 
işarələrdə  bulunulurdu.  Bu  imaları  Şah  önəmsəmiş  və  mühafizə  gücünü 
gücləndirməyə 
başlamışdı. 
Abbas 
Mirzənin 
düşmənləri 
Türkmənçay 
müqaviləsindən sonra  onun və  ordusunun bir  daha  yüksəlməmək üzrə  çökəcəyini 
sanmışdılar.  Lakin  Abbas  Mirzə  təkrar  ayaqda  idi.  Azərbaycanın  birinci  və 
Qacariyyənin  ikinci  şəxsi  kimi  qədd  ələm  eləmişdi.  Bu  da  din  xadimləri  başda 
olmaq üzrə bütün əski qafalı kəsimi rahatsız etməkdə idi. 
Abbas  Mirzə  Kirmandan  İsfahana  doğru  irəlilərkən  Padşah  da  dərin  bir 
əndişə  və  şübhə  içində  bu  şəhərə  doğru  irəliləməkdə  idi.  Nadir  Şahın  oğlunun 
başına  gətirdiyi  fəlakət  o  zaman  hələ  unudulmamışdı.  Nadir  Şah  öz  oğlundan 
şübhələnərək  onun  gözlərini  kor  etmiş  və  bununla  da  etdiyi  bütün  işlərini  də 
varissiz  buraxmış,  xanədanın  da  gələcəyini  uğursuzluğa  və  aqibətsizliyə 
gömmüşdü.  Nadir  Şahın  oğlunu  kor  etmə  macərasından  o  zaman  təqribən  yüz  il 
keçməsinə  rəğmən  iqtidar  münasibətlərində  kurallar  dəyişməmişdi.  Hər  kəs  bu 
şəkildə  bir  hadisənin  ola  biləcəyini  sanırdı.  Özəlliklə  Abbas  Mirzənin  yenilikçi 
dünya  görüşünə  qarşı  olan  din  xadimləri  və  mənsəb  sahibləri  belə  bir  hadisənin 
oluşması  üçün  gecə-gündüz  fitnələr  törədir,  planlar  hazırlayırdılar.  Fətəli  Şahın 
ağlına şübhə dolmuşdu, bu şübhənin dəf olma yolunu axtarırdı. Uzun düşüncədən 
sonra Fətəli Şah Abbas Mirzədən qurtarma yolunu tapmışdı. Ona və müşavirlərinə 
görə Abbas Mirzənin təkrar Azərbaycana dönüşü əngəllənməli idi.  Çünkü Abbas 
Mirzə  yalnız  Azərbaycanda  güclüdür.  Yalnız  Azərbaycanda  daha  da  güclənib  və 
təhdid  ünsürü  olma  təhlükəsini  davam  etdirə  bilərdi.  Şah  düşündü  ki,  bütün 
əyalətlərdə artıq sabitlik bərqərardır. Sadəcə, Xorasanda iğtişaş vardır. Bu üzdən də 
Abbas Mirzəni bu iğtişaşı yatırtmaq üçün görəvləndirmək istədi. Bu işi ilə bir güllə 
ilə iki  hədəf  vururdu. Həm  Abbas Mirzənin ordusunun zəifləməsini  sağlayır, həm 
də  Xorasandakı  iğtişaşlardan  qurtarmış  olurdu.  Hər  kəs  bilirdi  ki,  Azərbaycandan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə