Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   55   56   57   58   59   60   61   62   ...   68

120 
 
Nadir Şah iqtidara gəldikdən sonra onları öz dağlarına tərəf geri püskürtdü. 
Lakin bu  ərazilərin insanlarının savaş qabiliyyətinə bələd olduğu üçün bir çoxunu 
öz  ordusunda  yerləşdirdi.  1747-ci  ildə  Nadir  Şahın  öldürülüşündən  sonra 
Abdaliyan qəbiləsindən olan Nadir Şahın Əhməd Xan Dəvərani adında bir sərdarı 
varislik iddiasında bulundu. Bu da ona Xorasanın işlərinə müdaxilə haqqı verirdi. 
Əhməd  Xan  Dəvərani  heyrətamiz  işlər  görməyə  başladı.  Dehliyə  təkrar  hücum 
etdi.  Qısa  sürədə  böyük  bir  imperatorluq  qurmağı  başardı.  Onun  imperatorluğu  
Herat, Bəlx, Qəndhar, Keşmir, Lahur, Multan, Pişavər, Kabil, Bəlucistan və bütün 
Xorasandan  ibarət  idi.  Onun  imperatorluğu  varisləri  tərəfindən  parçalandı.  Ancaq 
Əhməd Xan soyundan olan şahzadələr öz iddialarını sürdürməkdə idilər. Qacarlar 
bəzən  bu  şahzadələri  bir-birinə  qarşı  qoyub,  hər  iki  tərəfin  savaşaraq  çökmələrini 
sağlayırdı. Artıq Abdaliyan sərkeş, üsyankar rəiyyətlər kimi bir sosial status almış 
durumdaydılar.  Herat  və  Qəndhar  isə  Qacar  dövlətinə  vergi  ödəyən  bağımsız 
əmirliklər şəklindəydilər. 
Xorasan xanlarının üsyanlarını yatırmaq amacı ilə bu bölgəyə gələn Abbas 
Mirzənin  başqa  planları  da  var  idi.  O,  Qacariyyə  dövlətinin  sınırlarını  Ceyhuna 
tərəf  genişlətmək  fikrindəydi.  Xorasan  üsyanlarını  yatırmaq  üçün  öncə  Heratı  ələ 
keçirməyi  düşündü.  Lakin  Abbas  Mirzəni  rahatsız  edən  ciddi  bir  hadisə  var  idi: 
İngiltərə  məsələsi.  Abbas  Mirzə  bilirdi  ki,  Hindistanda  bu  qədər  güclənmiş  olan 
İngiltərə  gec-tez  Türküstana  doğru  açılmağa  başlayacaqdır.  Qarşısında  belə  bir 
güclü dövləti görməsi onun xəyallarını alt-üst edirdi. 
Herat  o  zaman  bağımsız  bir  əmirnişin  idi.  Buraya  Kamiran  Mirzə  hökm 
etməkdə idi. Abbas Mirzə öncə Heratı almağı ağlına qoymuşdu. 
Abbas Mirzənin Xorasana gəlişi ingilisləri çox rahatsız etməyə başlamışdı. 
Mərkəzi  Asiyada  Rusiya  ilə  İngiltərənin  çıxarılarının  qarşı-qarşıya  gəldiyi  bir 
dönəmdə  Azərbaycan  ordusunun  Xorasana  gəlməsi  İngiltərəni  əndişələndirməyə 
başlamışdı.  İngilislər  düşünürdülər  ki,  Abbas  Mirzə  ruslarla  gizlin  anlaşaraq 
Xorasana gəlmişdir. Rusiyanın Abbas Mirzəyə hərbi yardımından ehtiyat edirdilər. 
 
XORASAN OLAYLARI 
 
Peyğəmbər  soyundan  olduğu  söylənilən  Məsumə  xanımın  məzarı  bir  sürü 
ziyarətçini  şor  suları  ilə  məşhur  olan  Qum  şəhərinə  sövq  etmişdi.  Bir  çox  dövlət 
adamları məzarlarının burada olmasını arzu edirdi, Məsumənin məzarının yanında! 
Sanki  bu  dünyada  etdikləri  zülm  və  sitəmləri  Məsumənin  aracılığı  ilə  o  dünyada 
hesablarından  sildirə  biləcəklərmiş  kimi  bir  xurafi  inanc  mövcud  idi.  Qısa  bir 
sürədən  sonra  həyata  göz  yumacaq  olan  Fətəli  Şah  da  Məsumənin  məzarının 
yanında axirət dünyası üçün yer ayırmışdı. Bu üzdən özünün də məzarının burada 
olacağını düşünən Şah bu məkanın onarımına çox əhəmiyyət verməkdə idi. 
Abbas Mirzə öz ordusu ilə bir yerdə bu məkandan keçməkdə idi. İstəyənlərə 
gedib Məsumənin  məzarını ziyarət etmələri üçün izn  verdi. Ordu Xorasana doğru 


121 
 
hərəkətinə  davam  etməkdə  idi.  Damğanda  Azərbaycandan  gələn  çaparlar  Abbas 
Mirzənin  yolunu  gözləməkdə  idilər.  Ordu  Damğana  çatarkən  Azərbaycan 
əyalətinin  elbayı  təyin  edilən  Feridun  Mirzənin  məktubunu  Abbas  Mirzəyə 
verdilər. Feridun Mirzə, Abbas Mirzənin oğlu idi. O, Kirmana yollanarkən oğlunu 
Təbrizin  hakimi  olaraq  təyin  etmişdi.  Abbas  Mirzə  Təbrizdə  olub  bitənlərdən 
xəbərdar  oldu.  Feridun  Mirzə  atasına  Laçın  Xanın  yazdığı  bir  diləkçəni  də 
göndərmişdi. Abbas Mirzə Laçın Xanın bu diləkçəsinə bir sonrakı düşərgədə, yəni 
Şahrudda cavab yazacaqdı. Abbas Mirzənin bu məktubunu olduğu kimi gətiririk:
55
 
“Laçın  Xan,  Sizin  diləkçəniz  Feridun  Mirzə  tərəfindən  Damğanda  mənə 
çatdırıldı. Sağlığınızın yerində olması məni çox sevindirdi. Rəcəb ayında Xorasana 
gəlmənizi  istəmişsiniz.  Bu  istəyiniz  gerçəkdən  də  mənim  hədsiz  sevincimə  səbəb 
oldu.  Umarım  ki,  bütün  işlərinizi  yerbəyer  edib  və  üç  ayın  içində  Xorasanda 
olursunuz.  Əmin-əd  Dövlə  cənablarına  yazacağam  ki,  Tehrana  gəldiyinizdə  Sizi 
qarşılasın  və  dərhal  izn  alıb  Xorasana  gətirsin.  Oğlum  Feridun  Mirzəyə  də 
yazmışam  ki,  bütün  səfər  ehtiyaclarınızı  və  bütün  istəkləriniz,  nə  varsa  yerinə 
yetirsin.  Siz  də  çəkinməyin  və  Təbrizdə  nə  ehtiyacınız  olursa  Feridun  Mirzəyə 
söyləyin.  Sənin  Tiyul
*
un  haqqında  da  Feridun  Mirzəyə  yazmışam.  Onlar  sənin 
mülkündür, necə istəyirsən elə də düzənlə. Bu, artıq sənin biləcəyin işdir. İstəsəniz 
Tehrandakı Məhəmməd Mirzə
*
nin Tiyuluna da baş çəkib və istədiklərinizi əldə edə 
bilərsiniz.  Məhəmməd  Mirzə  Mehranabaddakı  tiyulunu  çox  gözəl  vəziyyətə 
gətiribdir.  Yaxşı  imarətlər  tikmiş  və  tikməkdədir.  Tanrı  izn  verərsə,  özünüz 
yaxından görəcəksiniz. Mənim sağlığımla ilgili sorular sormuşsunuz. Tanrı Sizdən 
razı  olsun.  Siz  Azərbaycana  çox  xidmətlər  etmişsiniz.  Bu  haqda  nə  qədər  də 
yazsam  azdır.  Sizin  xidmətləriniz  haqda  öz  övladım  Məhəmməd  Mirzəyə 
yazmışam.  Bu  arada  Sizin  bacınız  oğlu  Zal  Bəyə  Tehrandan  xələt  göndərməyi 
unutmuşam. Bu səbəbdən də öz əynimdəki arxalığımı göndərirəm. Ona vermənizi 
rica  edirəm.  Sizin  övladınız  və  bacınız  oğlu  mənim  də  övladlarım  kimi  sayılırlar. 
Zal  Bəyi  öz  atasının  adı  Zəki  Xan  adı  ilə  çağırsanız,  daha  yaxşıdır.  Xorasana 
çatdığımda təkrar məktub yazacağam. 
 
NAĠB-ÜS SƏLTƏNƏ ABBAS QACAR VƏLĠƏHD- ġAHRUD
56
 
 
Bu  məktubun  ləhni  Abbas  Mirzəni  yaxşı  bir  ailə  başçısı  kimi 
göstərməkdədir.  Məsələn,  Azərbaycan  ordusuna  əməyi  keçən  insanları  tiyulla 
ödülləndirməsi  diqqəti  cəlb  etməkdədir.  Şahzadənin  duyğusal  və  qəlbi  həyatı  da 
                                                           
55
 Bu məktubun orijinalı Tehranın “Səltənət kitabxanası”nda saxlanılmaqdadır. 
*
Tiyul,  Padşah  tərəfindən  bəzi  insanlara  verilən  mülk  idi.  Bu  mülkdə  o  şəxsin  mal  davarı,  atları  da 
yerləşirdi (G.C). 
*
Laçın Xanın 3-cü oğlu. 
56
Məktubun farsca mətni “Əhvalat və dəst xəthaye Abbas Mirzə” kitabından alınmışdır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə