Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   56   57   58   59   60   61   62   63   ...   68

122 
 
burada sərgilənməkdədir. Bu məktubda Şahzadə haqlı insanları çox incə yöntəmlə 
dəyərləndirməyi  bacaran  bir  sərkərdə  kimi  sezilməkdədir.  Abbas  Mirzənin  bu 
insancıl  davranışları  sonralar  hətta  onun  rəqibləri  tərəfindən  də  övgü  ilə 
anımsanacaqdır. 
*** 
Abbas  Mirzənin  Azərbaycan  ordusu  ilə  Xorasana  gəlmə  xəbəri  sürətlə 
yayılmışdı.  Qış  səssizliyinə  dalmış  türkmən  çadırlarında  artıq  bu  haqda  söhbət 
edilirdi.  Azərbaycan  ordusunun  Xorasana  yaxınlaşması  həyəcan  yaratmağa 
başlamışdı. Adətən qış fəslində bu bölgələrdə islaq və ürəkbulandırıcı qoxusu olan 
keçə  alaçıqların  içində  insanlar  bahar  fəslində  edəcəkləri  işlər  və  savaşlar  haqda 
danışardılar. Türkmənlərdə savaşa qatılmaq üçün məcburiyyət yox idi. Sadəcə, bir 
kişi alaçığının önünə savaşa hazırlıq anlamını daşıyan bir kiçik bayrağı taxdığında 
o alaçığın ətrafını könüllü savaşçılar alırdı. Savaşmaq üçün məcburiyət söz konusu 
olmasa  da  o  coğrafiyanın  özəlliyi  insanları  savaşmağa  zorlamaqda  idi.  Türküstan 
coğrafiyası  kaos  və  savaş  coğrafiyası  kimi  təsbit  edilmişdir.  Savaşsız  mümkün 
deyildi. Türküstan coğrafiyasının özəlliyi budur. Burada uzun sürəli bir sərmayənin 
və  zənginliyin  oluşması  mümkün  olmamışdır.  Çünkü  bir  yerdə  bir  az  zənginlik 
birikdiyi zaman başqa güclü və fürsəti yaxşı dəyərləndirən qəbilə tərəfindən talan 
edilmişdir. Bu hadisə tarix boyu bir təsəlsül şəklində davam etmişdir. Bu üzdən də 
bu bölgədə soylu bir aristokrasi oluşmamışdır. Bir qəbilə və ya bir sülalə iqtidara 
gəldiyində özündən bir öncəki nailiyyətlərin kökünü kəsirdi. Rişəsini qurudurdu ki, 
təhdid ünsürləri ortadan qaldırılsın. Bu çəkişmə və kaos davam edə-edə gəlmişdir. 
Çadırnişin  türkmənlər  üçün,  özəlliklə  onların  savaş  aracları  olan  atların  yemini 
təmin etmək çox önəmli məsələ idi. Azərbaycan ordusu  yaxınlaşdıqca onlar  bütün 
problemlərini  göz  önündə  bulundurmağa  başlamışdılar.  Artıq  yüksək  səslə 
danışanların səsləri səssizliyə bürünmüşdü. 
Daima Şahzadənin adı dillərdə dolaşırdı. Azərbaycandan bu qədər uzaq olan 
bu  coğrafiyada  Abbas  Mirzənin  məğlubiyyətləri  haqqında  heç  bilgiləri  yox  idi. 
Ancaq  onun  ordusunun  topları  və  ağır  silahları  ilə  ilgili  çox  söz-söhbət  gəzirdi. 
Vur-qaç savaşının mütəxəssisi olan türkmənlərin qorxusu ağır silahlardan, xüsusən 
toplardan  idi.  Çünkü  vurduqlarından  sonra  artıq  qaçışa  imkan  qalmırdı.  Savaş 
texnolojisi  gəlişdikcə  vur-qaç  savaşçılarının  da  fütuhat  istedadları  tarixə  gömülüb 
qalırdı.  Artıq,  sürətlə  qaçan  atlarla,  qıyqacı  ox  atmaqlarla  tarix  yaratmaq  qeyri-
mümkün  hala  gəlməkdə  idi.  Uzun  mənzilli  toplarla  on  minlərcə  süvari  sürüsünü 
uzaqdan atışla darmadağın etmək mümkün idi. 
Şahzadə  haqqında  bəzi  mitolojik  söyləntilər  də  ortalıqda  dolaşmaqda  idi. 
Bəziləri  deyirdilər  ki,  Şahzadə  kürd  xanlarına  bənzəməz.  Onu  gedib  öz  sarayında 
ziyarət etmək çətin məsələdir. Sadəcə, təslim olmaqla bu işin olması mümkündür. 
Həm də onu altun-filanla aldatmaq da çətin məsələdir. Daş kimi bir qəlbi var. 
Türkmən  kəndləri  aclıq  və  səfalət  içində  qıvrılıb  durmaqda  idi.  Bəzi 
türkmən  xanları  Bocnurd,  Dərgəz,  Qoçan  və  Sərəxs  kimi  türkmən  şəhərlərinə 


123 
 
casuslar  göndərib  bu  şəhərlərin  hakimlərinin  və  əhalisinin  Abbas  Mirzəyə  olan 
tutumunu  öyrənməyə  çalışırdılar.  Məşhəd  şəhərinin  icra  işlərindən  sorumlu  və 
Əhmədəli  Mirzənin  vəziri  olan  Mirzə  Musa  türkmənlərlə  gizlin-gizlin  irtibat 
qurmağa başlamışdı. Türkmən xanları bütün türkmənləri öz  yanlarında bulundura 
bilmələri üçün məzhəb fərqliliyini də sıx-sıx gündəmə gətirirdilər. Şiə Azərbaycan 
ordusunun  gəlib  sünni  Türkmənistana  hökm  edəcəyinin  mümkün  olmayacağını 
təbliğ edirdilər. Digər tərəfdən, Əhmədəli Mirzənin Abbas Mirzəyə qarşı həsədini, 
nifrət  və  kinini  də  körükləməyə  başlamışdılar.  Əhmədəli  Mirzə  başından  bəri 
Abbas  Mirzəni  sevməməkdə  idi.  Xorasan  xanları  onun  bu  duyğusundan 
yararlanmağa  çalışırdılar.  Əhmədəli  Mirzə  də  özünü  xanların  dəstəyi  ilə 
gücləndirib və Azərbaycan ordusuna qarşı çıxmaq istəyirdi. Bir çapar həyəcanlı bir 
şəkildə  xəbər  gətirdi  ki,  Azərbaycan  ordusu  Şahrudu  tərk  etmiş  və  Bəstama 
yaxınlaşmaqdadır.  Bu  qasidin  tutub  dilini  kəsdilər  ki,  niyə  belə  bəd  xəbərlər 
gətirirsən! 
*** 
Abbas  Mirzəyə  qarşı  bir  plan  oluşdurmaq  amacı  ilə  şahzadə  Əhmədəli 
Mirzə,  Mirzə  Musa,  Rzaquluxan,  Qoçan  elxanı  və  bütün  kürd  sərkərdələrinin 
qatılımı ilə bir şura düzənləndi. Digər önəmsiz xanlar isə bu şuradan çıxacaq ortaq 
qərara təslim olacaqlarını bildirdilər. Şurada təklif olundu ki, Məşhədin darvazaları 
Azərbaycan ordusuna qarşı qapansın və kəsinliklə açılmasın. Məşhəd əhalisinə də 
təbliğ  edilsin  ki,  Azərbaycan  ordusunun  mənsubları  uzun  müddətdir  daima 
savaşlara  qatıldıqları  üçün  vəhşiləşmişlər.  Azərbaycan  ordusu  Məşhədə  girsə, 
İmam Rzanın məzarındakı xəzinəni də talan edib aparacaqdır. Onlar düşünürdülər 
ki,  qış  boyunca  Abbas  Mirzənin  Məşhədə  girişini  əngəlləyə  bilsələr,  Şahzadə 
ordusunun ehtiyaclarını bu soyuq havalarda təmin edə bilməyəcək və Azərbaycan 
ordusunun  düzəni  ehtiyac  üzündən  dağılacaqdır.  Baharda  isə  Abbas  Mirzə 
ordusunu toparlayana qədər ona hücum etmək mümkün olacaqdı. 
Bu  şurada  qərara  alındı  ki,  Abbas  Mirzənin  Məşhədə  yaxınlaşmasına  izn 
verilsin.  El-el  xanlardan  Abbas  Mirzəyə  itaətə  hazır  olduqları  haqda  məktublar 
gəlirdi.  Lakin  Abbas  Mirzə  öz  ehtiyatını  əldən  vermədən  dərin-dərin  düşünür  və 
bölgədən gələn, casusları vasitəsi ilə gətirilən xəbərləri yaxşı-yaxşı dəyərləndirirdi. 
Bu  şurada  toplanan  insanlar  Şahzadənin  illər  boyu  sürən  savaşlarda  birikdirdiyi 
təcrübəni nəzərə almadıqları üçün yanlış hesab yapırdılar. Bu planlar Abbas Mirzə 
üçün  çocuq  oyuncağı  kimi  bir  şey  idi.  Abbas  Mirzə  ona  ard-arda  gələn  bu 
məktubların  arxasındakı  təhdid  planlarını  dərhal  sezə  bilmişdi.  Abbas  Mirzənin 
Məşhədin  yaxınlığında  bir  kürd  qalasını  amansızca  məğlub  etmə  xəbəri  Məşhədə 
gəldiyində bu şuradakı   ittifaq öz-özünə çözülməyə başladı.  Artıq birlikdən deyil, 
hər  ağızdan  bir  səs  çıxmağa  başlamışdı.  Xanlar  başlarına  çarə  qılmaq  üçün  öz 
qalalarına geri döndülər. Çevrələrinin boşalmasını görən Əhmədəli Mirzə və onun 
vəziri  Abbas  Mirzəyə  olan  sonsuz  nifrətlərinə  rəğmən  ona  qarşı  gəlməməyi 
düşündülər.  Abbas  Mirzəni  qarşılamaq  üçün  göstəri  hazırlıqlarının  başlanmasına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə